Ardını oxu...
Tovuz-Qazax Regional Təhsil İdarəsinin, Ağstafa Təhsil Şöbəsinin və Ağstafa Rayon İcra Hakimiyyətinin razılaşdırılmış hərəkətləri ilə Ağstafa rayonunda təhsil müəssisələrinin rəhbər vəzifələrini təmənna qarşılığında “pay-püşk” etmələri, yaxud, məktəb direktorlarına, direktor müavinlərinə kreslolarını qorumaq üçün müəyyən şərtlər irəli sürmələri barədə indiyədək çox demişik, çox yazmışıq. Söz yox, haqqa, ədalətə, qanunun aliliyinə, öz savadlarına güvənib “Triada”nın şərtlərinə boyun əyməyən istisna şəxslər də tapılırdı. Məsələn, Ağstafa şəhər Asif Abdullayev adına 2 nömrəli tam orta məktəbin direktoru Vəfa Tağıyeva kimi.

Bu yerdə qeyd etməyə dəyər ki, sözügedən məktəb rayonun ən qabaqcıl, müəllim və şagird sayına görə ən böyük kontingentli təhsil müəssisələrindən biri olduğuna və az-çox imkanlı valideynlərin yaşadığı şəhər inzibati ərazi vahidində yerləşdiyinə görə həmişə rəhbərliyin “xüsusi diqqət” mərkəzində olub, məktəbdə təyinatlara “həssas” yanaşılıb. “Triada” Vəfa Tağıyeva kimi mübariz təhsil içilərini gözdən salmaq üçün ən çirkin üsullara əl atmaqdan belə çəkinmir. Elə “Triada”nın ən ucuz əlaltıları kimi qabağa verdikləri, daha “yağlı” vəzifə vəd edib baş redaktorumuza qarşı xüsusi ittiham qaydasında məhkəmə davası açmağa təhrik etdikləri Afaq Mustafayeva — Bayram Mustafayev cütlüyünün məhkəmədə israrlarından biri bu idi ki, Ağstafa təhsil sistemindəki qanunsuzluqlar barədə məlumatları redaksiyamıza ötürən mənbənin məhz Vəfa Tağıyeva olduğunu boynumuza götürək. Hətta məhkəmə zalından kənarda, dəhlizlərdə bizə mesaj verirdilər ki, belə etsək, bizə qarşı iddalarından vaz keçəcəklər. Görünür, onlar hesab edirlər ki, Elm və Təhsil Nazirliyinin baxış bucağında təhsil işçilərinin korruptiv əməllərinin ictimailəşdirilməsi elə də qəbahət deyil, amma bu əməllər barədə infomasiyanın məhz təhsil işçisi tərəfindən mətbuata ötürülməsi bağışlanmazdır. Təbii ki, biz belə çirkin sövdələşməyə gedə bilməzdik, hətta informasiyanı anonim verən əsl mənbəyə də verdiyimiz sözü tutub adını açıqlamadıq. Məhkəmənin çıxardığı, bizim xeyrimizə olmayan qərara da hörmətlə yanaşdıq.

2 saylı məktəbə son 9 ay ərzində 10 dəfə yoxlama komissiyası göndərib Vəfa Tağıyevanı ləkələyəcək heç nə tapmasalar da, nəhayət, onu vəzifədən kənarlaşdırmağa, yerinə isə “qollarına qolay” adam təyin etdirməyə nail oldular. Bu azmış kimi, Afaq Mustafayevaya 2 saylı məktəbin təşkilati məsələlər üzrə direktor müavini vəzifəsini peşkəş etdilər. Özü də heç bir imtahan götürmədən. Həmin vəzifənin əvvəlki sahibi ilə necə rəftar edildiyi barədə isə həmin şəxsin qardaşı sosial şəbəkədə müfəssəl yazmışdı. Söz gəzir ki, onun həyat yoldaşı Bayram Mustafayev də Qaçaq Kərəm kənd orta məktəbində təsərrüfat müdiri vəzifəsindən 2 saylı şəhər məktəbinə transfer edilməklə mükafatlandırılacaq.

Sadiq oxucularımız xatırlayarlar: Söhbət o Afaq Mustafayevadan gedir ki, Ağstafa rayonu üzrə təhsil sektorunun müdiri Mədət Bayramovun yanında “hüdudsuz xətir-hörmətindən” istifadə edərək, əri Bayram Mustafayevin Qaçaq Kərəm kənd orta məktəbində təsərrüfat müdiri vəzifəsinə düzəldilməsinə nail olub.

O Afaq Mustafayeva ki, heç də quru maaş hesabına toplamadığı pullarını anası Fazilə xanımın əli ilə zinət əşyaları girov götürmək hesabına faizlə borc verir və onların sələm tələsinə düşənlərdən biri olan Siranuş Eyyubova da hüquq-mühafizə orqanlarında həlli düyünə düşən şikayətini “Dəryaz” qəzetinin səhifələrinə çıxarmışdı.

O Afaq Mustafayeva ki, “Dəryaz” qəzeti redaksiyasına açdığı telefonda özünü Dövlət Təhlükəsizlik Xidmətinin əməkdaşı kimi təqdim edərək bizi təhdid etmişdi, sonra da yalanının üstü açılmışdı.

Əlbəttə, yazdığımız tənqidi məqalələrin tam təsirsiz ötüşdüyünü demək olmaz. Mədət Bayramova da, Afaq Mustafayevaya da “xala xətrin qalmasın” töhmət verilmişdi. Bu fakt Qazax-Tovuz Regional Təhsil İdarəsinin müdir müavini Nizaməddin Babanlının etirafedici səs yazıları ilə təsdiqlənib. Lakin ictimai rəyin tənbehin elə də sərt olmayan bu növü ilə qane olmayacağını görüb “qara məni basınca, qoy qaranı mən basım” taktikasını seçdilər. İddiaçıların, ifadələrini əhəmiyyətli hesab etdiyimiz bəzi şəxslərin şahid qismində iştirakını istəmədikləri məhkəmədə qazandıqları müvəqqəti, “Pirr qələbəsi” onları arxayınlaşdırmasın. Çünki haqq nazilər, üzülməz. Mədət Bayramovun həyat yoldaşının öz ərinin heç də fəxarət doğurmayan ləğəbinin nə olduğunu məhkəmə zalında dilə gətirməsi də faktdır. Afaq Mustafayeva və Bayram Mustafayevin ikincinin qardaşı morqda olarkən cibindən seyf açarlarını götürüb mərhumun həyat yoldaşından xəlvətcə saxlancdakı pul vəsaitini və zinət əşyalarını mənimsəmələri barədə şikayət də hələ hüquq-mühafizə orqanlarında araşdırılmaqdadır.

Haqlı suallar ortaya çıxır: Bəyəm normal adam barəsində bu qədər fərqli-fərqli ittihamlar səsləndirilməlidirmi, əsassız olsa belə? Normal adam barədə bu qədər şikayət olmalıdırmı, təsdiqini tapmasa belə? Normal adamın işi bunca məhkəmə müstəvisinə çıxmalıdırmı, çəkişməni udsa belə? Sən kim olasısan ki, hamı səni şərləmək, üstünə böhtan atmaq istəyir? Bütün bu sualların cavabı budur ki, ocaq yanmasa, tüstü çıxmaz.

“Dəryaz” qəzeti
Ardını oxu...
Bir neçə gün bundan öncə tns.az saytı belə bir məlumat yaydı ki, Naxçıvanda yüksək vəzifəli bir şəxs hansısa iş adamının bahalı “Land Rover Defender” markalı avtomobilini ələ keçirib və sahibinə geri qaytarmır. Bu məsələ bir neçə sayt tərəfindən və sosial şəbəkələrdə geniş tirajlanandan sonra tns.az saytı təkrar məlumat yaydı ki, problem həllini tapıb və avtomobil saibinə geri qaytarılıb.
Amma maraqlıdır ki, təqdim olunan nə birinci, nə də ikinci materialda maşının sahibinin və avtomobili ələ keçirən yüksək vəzifəli şəxsin kimliyi barədə heç bir məlmat verilmir.
Məsələ diqqətimi çəkdi və araşdırdım.
Bəlli oldu ki, “Tikilməkdə olan layihələrin idarə edilməsi” MMC-nin rəhbəri, iş adamı İsmayıl Əhmədov “Lan Rover Defender” markalı avtomobili salondan sıfır vəziyyətdə alaraq, Naxçıvandakı səlahiyyətli nümayəndə Fuad Nəcəfliyə verib.
Bir müddət əvvəl hər iki şəxsin münasibətləri çox yaxşı olub, Naxçıvanda birlikdə layihələr icra ediblər. İndi aldığım məlumata görə isə onların münasibətləri kəskin şəkildə pisləşib və bundan sonra İsmayıl Əhmədov Naxçıvandakı işləri ilə vidalaşmalı olub. Çox güman ki, avtomobilin geri alınması tələbi də məhz bundan sonra gündəmə gəlib.
Qeyd edim ki, fotodakı "Land Rover Defender" zirehlidir, qiyməti 250 min avrodan çoxdur.
Samir Feyruzov
TEREF
 
Ardını oxu...
VII çağırış növbədənkənar parlament seçkilərində 8 saylı Binəqədi seçki dairəsindən namizəd olan VI çağırış Milli Məclis deputatı Azay Quliyev milyonluq mülklə gündəmə gəlib.

AzFakt.com xəbər verir ki, sosial şəbəkələrdə A.Quliyevin Pirşağıda hektara yaxın ərazini əhatə edən və dəyəri milyonlarla hesablanan villasının üzə olduğu bildirilir. Villanın ərazisində geniş stadion olması barədə görüntülər də müzakirə yaradıb.

 
 
 
Ardını oxu...
Milli Məclisə seçkilər yaxınlaşdıqca, barəsində bəhs etdiyimiz namizədlər, görünən odur ki, onlarla bağlı yazdığımız materialları qulaqardına verib, yenə də öz işləri ilə “məşğul” olmaqda davam edirlər.

Yenicag.az-ın seçki marafonu ilə bağlı başlatdığı silsilə yazılarda bu gün bir daha 44 saylı Sumqayıt üçüncü seçki dairəsindən hakim Yeni Azərbaycan Partiyasının (YAP) sıralarından namizədliyini verən Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Mehriban Vəliyeva barədə məlumatları paylaşırıq.

1989-cu ildən pedaqoji fəaliyyətə başlayan xanım Vəliyeva Bakı şəhəri 278 nömrəli tam orta məktəbdə, Heydər Əliyev adına Müasir Təhsil Kompleksində və Akademik Zərifə Əliyeva adına liseydə işləyib. 2014-2020-ci illərdə Akademik Zərifə Əliyeva adına liseyin direktoru vəzifəsində çalışıb. Təhsil nazirinin əmri ilə 2020-ci il 11 dekabr tarixində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri vəzifəsinə təyin edilib. 6 oktyabr 2023-cü ildə isə Məktəbəqədər və Ümumi Təhsil Agentliyinin direktor müavini təyin edilib.

Qeyd edək ki. uzun illər Mehriban Vəliyeva Bakı boyda şəhərin təhsilinə, məktəblərinə, uşaq bağçalarına, körpələr evinə nəzarət, daha doğrusu, sahiblik edib. Belə ki, Mehriban Vəliyevanın dövründə nəinki yerdəyişmələr, hətta orta məktəblərin 1-ci siniflərinə qəbul rüşvət obyektinə çevrilməsi barədə media orqanlarında silsilə məlumatlar yayılıb. Məlumatlarda rus bölmələrinə qəbulun qiyməti isə 3-4 dəfə bahalaşdığı qeyd edilir.

Saytımızda onunla bağlı gedən qısa yazını bir daha oxucularımıza təqdim edirik:
“Bəli, Mehriban Vəliyeva paytaxt təhsilinə rəhbərlik etdiyi az müddətdə milyonçu-oliqarxa çevrildi. Şübhəniz varsa, buyurun, tanış olun: Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdiri Mehriban Vəliyeva Fatmayı bağları adlanan ərazidə, daha dəqiq desək, “Araz” marketin arxasında dəyəri 500 min manata olan villa alıb.
İndi isə keçək Mehriban Vəliyeva ilə bağlı ən son məlumatlara. Deməli, Mehriban Vəliyevanın bacısının əri Müdafiə Nazirliyinin Təchizat İdarəsinin rəisi olub. Təsəvvür edirsiniz, bu idarənin rəislərinin adı həmişə böyük korrupsiyada hallanıb. Mehriban Vəliyevanın bacısının oğlu, yəni həmin Təchizat İdarəsi rəisinin oğlu isə Azərbaycanda bərk gedən generallardan birinin balaca qızına 900 min manat pul atıb və bu günədək qaytarmır.

Məlumat üçün qeyd edək ki, generalın qızı ilə Mehriban Vəliyevanın bacısı oğlu Zərifə Əliyeva adına liseydə sinif yoldaşı olublar və o vaxtdan dostluq ediblər. Yeri gəlmişkən, Mehriban Vəliyeva həmin illərdə liseyin direktoru olub.

Sözün qısası, generalın evində yəqin ki, 9 milyarda yaxın pul olub ki, balaca qızın 900 min dostuna verməsindən gec xəbər tutublar”.
Mehriban xanımla bağlı əsas qalmaqal isə Milli Məclisin VI çağırış deputatı olmuş Etibar Əliyevin onunla bağlı səsləndirdiyi fikirlər olub. Sabiq deputatın məqaləsindən qısa məlumatı təqdim edirik:

“Son zamanlar Orta təhsildə baş verən neqativ hallarla bağlı tənqidi yazılarım bir sıra şəbəkə adamlarını hiddətləndirib. Orta məktəblərə “5-ci kolon”un nüfuz etməsində məqsəd məktəblə cəmiyyət arasında qarşıdurma yaratmaqdır. Bu qruplaşmanın başında duranlardan biri Təhsil nazirinin keçmiş müavini Məhəbbət Vəliyevadır. Bakı məktəblərinin idarəçiliyi hələ də onda qalır.

Bakı şəhəri Təhsil İdarəsinə təyin etdirdiyi Mehriban Vəliyeva onun təsiri altındadır və Bakı təhsilini onun diktəsi ilə idarə edir. İndi bu şəbəkələşmiş antimilli qruplaşmanın məktəblərimizə vurduğu zərbələrə diqqət edin:
Regional Təhsil İdarələri, xüsusilə Bakı şəhər Təhsil İdarəsi intriqa yuvasına çevrilib. Bağçalar bu quruma tabe etdirildikdən sonra bağça müdirlərindən külli miqdarda pul yığımı başlanıb.

Orta məktəblərin yuxarı siniflərində demək olar dərslər keçirilmir;

Məktəblər repetitorlara arendaya verilib;
Bioqrafiyaları ən natəmiz olan adamları direktor təyin etdirirlər;

Məktəb qrant layihələrinə ayrılan külli miqdarda vəsaitlər mənimsənilir;

Məhəbbət Vəliyevanın direktor təyin etdirdiyi bütün məktəblərdə özbaşınalıq və rüşvətxorluq tüğyan edir. Bunu bütün respublika bilir;

Məktəblərdə pul yığımları günü-gündən şiddətlənir;

Şəbəkəyə yaxın olan məktəb direktorları üçün yaş həddi yoxdur və həmin məktəblərə nəzarət həyata keçirilmir;

Məktəblərdə kasıb uşaqlarına ögey münasibət bəslənilir.

Bu neqativ halları statusundan asılı olmayaraq kimsə tənqid edəndə Məhəbbət Vəliyeva və onun klan üzvləri: ramizmehdiyevçilər, əlihəsənovçular və Azərbaycanın əleyhinə olan antimilli şəbəkə işə salınır.

Bu antimilli şəbəkə və onların əlaltıları 164 nömrəli məktəbdə “Georgi lenti” kimi antiideoloji və dövlətçilik əleyhinə olan tədbirə reaksiya vermədilər…”

Uzun sözün qısası, Azərbaycan təhsilini məhv edib onun gününə ağlayan Mehriban Vəliyevanın bu gün deputatlıq eşqinə düşməsinin səbəbi indi daha çox anlaşılandır.
Mövzunu davam etdirəcəyik…
 
 

 


Ardını oxu...
Azərbaycan Respublikasinin 17 yaşli ilk qazisi, Masazır qəsəbəsi, “Qurtuluş-93” yaşayış massivi, bina 62, ev 16-da yaşayan Qarabağ müharibəsi əlili, “Pak-İz”-MMC-nin təsisçisi Qasımov Vüqar Əliyar oğlu tərəfindən Hürriyyet.az saytı redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi saytımız vasitəsilə Prezident İlham Əliyevə müraciət ünvanlayıb. Həmin məktubu olduğu kimi dərc edirik:

"Möhtərəm Prezident, cənab Ali Baş Komandan!

Mən bəzi məmurların vəzifə səlahiyyətlərindən istifadə edərək xalqın, o cümlədən bir müharibə əlilinin başına açdıqları haqsızlıqlardan, ədalətsizlikdən təsirlənərək şəxsən Sizə müraciət etmək qərarına gəldim.

Məlumat üçün qısa olsa da özüm haqqında aşağıdakıları bildirirəm:

Hazırda 49 yaşım var, Naxçıvan MR-nın Culfa şəhərində doğulmuşam. 16 yaşında 1-ci Qarabağ müharibəsinə könüllü qatılmışam və 1992-1993-cü illərdə 863 saylı taborun sıralarında AR-nın ərazi bütövlüyü uğrunda gedən döyüş əməliyyatlarında (Ağdam rayonu ərazisində) iştirak etmişəm. 3 dəfə yaralanmışam. 27 aprel 1993-cü ildə düşmən minasının partlaması nəticəsində çoxsaylı qəlpə yaralanmasına məruz qalmışam. Nəticədə düz bir il ölüm-qalım savaşı vermişəm. Əgər Ulu Öndər Heydər Əliyevin şəxsi köməkliyi, qayğısı olmasaydı, yəni İran İslam Respublikasında müalicə olunmağıma göstəriş verməsəydi, yəqin ki, mən 17 yaşım tamam olmadan dünyamı dəyişəcəkdim. Bu gün mən həyatda olduğum üçün ona borcluyam. Çünki mən Heydər Əliyevin əsgəri olmuşam. Onun Vətən uğrunda vuruşan əsgərlərə göstərdiyi atalıq qayğısını görmüşəm. Allah Ulu Öndərə rəhmət etsin. O, məni müalicə üçün İrana göndərəndə sağ qalmaq ehtimalım demək olar ki, sıfıra bərabər idi. Çünki mina qəlpələri ayaqlarımın, baldırlarımın ətlərini məhv etmişdi, sümüklərim görünürdü, bağırsaqlarım çölə tökülmüşdü. İrandakı cərrahların səyi nəticəsində bədənimin müəyyən yerlərindən ətlər götürülərək zədələnmiş əzalarım bərpa edildi. Bunun üçün mən dəfələrlə, saatlarla cərrah bıçağı altında qaldım və nəticədə tam olmasa da, nisbətən sağalaraq həyata qayıtdım. Bir sözlə, ölkə başçısı mərhum Heydər Əliyev başda olmaqla bütün xeyirxah, vətənpərvər insanların diqqəti, qayğısı sayəsində ölmədim, Allah mənə ikinci həyat bəxş etdi. Bu yolda ailəm olmazın əziyyətini çəkdi. Valideynlərim 17 yaşlı yataq xəstəsinə çevrilmiş oğlanlarının dərdinə dözməyərək həyatdan cavan köçdülər, üç azyaşlı qardaş və bacılarımı yaralı vücudla böyütmək mənim öhdəmə düşdü. Fiziki iş görməkdən məhrum olduğum üçün kiçik bizneslə, yəni tikinti materiallarının alqı-satqısı ilə məşğul olmağı qərara aldım. Culfa camaatı kimi Culfa-İran arasında olan gömrük ərazisindən alver etməyə qoşulub, 4 ay müddətində işlədim. 1996-cı ilin sentyabr ayının 27-si İran Respublikasına apardığım 20 000ABŞ dollarıbdəyərində malın İran ərazisinə qanuni girməsinə baxmayaraq, malları müsadirə adı ilə bir idarəyə aparıldım. İzahat yazaraq pulun qanuni gətirildiyini desəm də, məni həbs etdilər. Heç nə anlamırdım. Qaranlıq bir otaqda məni ölümlə təhdid edərək, hətta başıma torba keçirib asmaq kimi təhdidlərlə məni qorxudurdular. Fikirləri məni İrana casusluq etdirmək idi. Mən qəti şəkildə təklifi rədd edərək, öldürün məni deyirdim. 40 gün onların təcridxanasında qaldm. Tanıdığım İran vətəndaşı mənimlə görüş istədi və mən onunla görüşümdə başqa bir çıxış yolum olmadığını və bizim Culfadan bunlarla əməkdaşlıq edən adamların şəxsiyyət vəsiqələrini göstərərək məni razı salmağa çalışdılar. Mən bir hiylə işlədərək həbs qoyulan malların mənə qaytarılmasını tələb etdim. O danışıqlar zamanı hiss etdim ki, mənim döyüşçü olduğumu kimsə deyib və onların mənə verəcəkləri tapşırıqların öhdəsindən gələcəyimə inandıqlarını söyləyiblər. Onlar mənə vəd edirdilər ki, həm mənim pul qazanmağıma köməklik göstərəcək, həm də həbs etdikləri malları da mənə qaytaracaqlar. Mən onları inandırdım ki, borclu olduğum adamlar mənim evimə gedib hay salıb, mənim harda olduğumu soruşurlar və ailəmə əziyyət verirlər. Odur ki, mallar qalsın sizdə mən gedib borclu olduğum insanlarla danışıq aparım və yenə qayıdım gəlim. Bununla da onları 20 000$ dəyərdən imtina etməyəcəyimə inandırdım. O zaman həmin pula nəinki Culfa, Bakıda 4 mənzil almaq mümkün idi. Onlar əgər qayıtmasam məni gecə gəlib evimizdən zorla aparacaqlarını söylədilər. İranda qalma müddəti 15 gün olan buraxılış vəsiqəsi ilə mənim isə burda 43 gün qaldığımı və məni yenə də İran sərhəddində saxlayacaqlarını bildirdim. Məni gəlib İran sərhəddindən yola saldılar. Bizim tərəfə keçib və cibimdəki az miqdardakı pul ilə taksi tutub birbaşa evə girmədən aeroporta gəlib Bakıya getdim. Pulsuz vəziyyətdə Nəsimi bazarında yeməkxanalarda gecələyərək 3 ay orada qaldım. Həmin vaxt Ordubadda olan bir iş adamı mənim müharibədə yaralandığımı öyrənərək Nəsimi bazarındakı obyektində otaq ayırıb mənə sahib çıxdı. Başıma gələnləri tək ona deyərək düşdüyüm durumu izah etdim, sonra ev ilə əlaqə saxladım və ordubadlı bir iş adamının yanında olduğumu dedim. 1999-cu ilə kimi borclu olduğum insanlar məni və ailəmi çox incitdilər. Polis və prokurorluq orqanlarına şikayət edərək məni incidirdilər. İranda başıma gələn hadisəni heç kimə deyə bilmirdim. Çünki borclu olduğum insanlara o pullar lazım idi.

Ordubadlı iş adamı olan mötəbər insan Əlövsət müəllimin köməkliyi ilə 1999-cu ildə borclarımı bağlaya bildim. Amma yenə də müharibə əlilliyimi ala bimirdim. Prezident Administrasiyasına gedərək Ulu Öndərin qəbuluna yazılmaq istədim. Məni qəbul edən şəxsə bu işi ancaq və ancaq Ulu Öndər həll edə bilər və məni də şəxsən tanıyır dedim. Prezidentin hərbi işlər üzrə müşavirinin qəbuluna yazdılar və qəbul etdi. Yaralandığımı və azyaşlı olduğum üçün mənə hərbi əlillik dərəcəsinin verilmədiyini və bu günkü günə kimi maddi dəstək olunmadığını və Ulu Öndərin Naxçıvandan gedəndən sonra mənə heç bir qayğı olmadığını bildirdim. Sağ olsun o, məsələni nəzarətə götürüb həll etdi. 6 il sonra təqaüd almağa başladım. Həmin ili Nəsimi RİH başçısı Tahir Əliyev mənə köşk yeri ayrılması haqda sənədləşmə və ya ayrılması haqda sərəncam verdi. Atamın və anamın istəyi ilə rayona qayıtdım. Atam və anam artıq xəstə idilər. Atam həmin il gənc vəfat etdi. Sonra isə anam rəhmətə getdi. Məndən balaca olan qardaşım və bacılarımın toyu olmamışdı. Ata əvəzi olaraq bu vəzifəni yerinə yetirməli idim. 2001-ci ildə kirayə verdiyim köşkü, Culfa Gömrük keçid məntəqəsində ticarət obyektimi 2003-cü ldə sökdülər. Həm əziyyətlə və alın təri ilə qazanıb, yetimlərin gələcəkləri üçün valideyn vəzifələrini, həm də dolanışıq üçün məcburi ağır fiziki işlərə qatlanırdım. Çünki İranla bağlı heç bir alveri ağlıma gətirmirdim. Məni öz niyyətlərinə ram edə bilməyən fars molla rejimi əfsuslar olsun ki, başqa hərbi və əlil olmuş şəxsləri öz niyyətlərinə, casusluq etməyə razı sala bilmişdilər. Sonra belələri dövlətimiz tərəfindən ifşa olunaraq vətənə xəyanət maddəsi ilə məhkum olundular.

Az sonra müharibə əlili kimi mənə Naxçıvanda ev verildi. Çünki 6 nəfərdən ibarət olan ailəmiz Culfa şəhərində 1 otaqlı mənzildə yaşayırdı. Həmin ərəfədə maddi durumum xeyli yaxşılaşdı və mən halal qazancım ilə sahibkarlıq fəaliyyətimi genişləndirmək üçün satılan bir neçə obyekt aldım və əvvəllər olduğu kimi tikinti materiallarının satışını bir az da genişləndirdim. Bunu görən Naxçıvanın o vaxtkı quldur məmurları üzərimə ayaqlandılar. 2015-ci ildə Naxçıvanın standartlaşdırma və patent idarəsinin rəisi Malik adlı şəxs sertifikat, əmtəə nişanı, mağaza adı almaq bəhanəsi ilə məndən 150 min manat tələb etdi. Əks təqdirdə Malik, yəni onun istədiyi məbləğ verilməsəydi mənim sahibkarlıq fəaliyyətimin ləğv olunacağı və biznes obyektlərimin söküləcəyi ilə hədələdi. Bu isə mənim, ailəmin məhvi demək idi. Qarşımda 2 yol qalırdı - ya onlara müqavimət göstərməli, ya da həyatda yaşamaq üçün dövlət məmuru Malikə 150 min manat verməli idim.

1-ci variant mənim məğlubiyyətimlə nəticələnəcəkdi. Çünki Malik mənə qarşı təzyiqi özbaşına göstərmirdi. Onun arxasında Naxçıvan xanı Vasif Talıbov və digər əlaltılar, yəni polis, icra hakimiyyəti kimi qüvvələr vardı. Əgər mən narazılıq etsəydim yaxın yerim türmə, uzaq yerim qəbiristanlıq ola bilərdi. Eləcə də nələrim vardısa əlimdən alınardı. Bunun üçün onların mexanizmi vardı, elə oyunlar qururdular ki, sən tam hövsələdən çıxasan, icra hakimiyyətini təhqir edəsən, polisə müqavimət göstərib, dövləti pisləyəsən. Bu da onlara imkan verirdi ki, guya mən dövləti pisləyib, ölkə prezidentinin adına ləkə vururam kimi, qələmə verilim. Lakin mən onların istədikləri variantı seçmədim. Çünki mən Qazi – Heydər Əliyevin əsgəri idim. Rüşvətxor məmurlar isə məni belə bir hərəkətə yol verməyə sövq edirdilər ki, ölkə prezidentinin xalq, millət arasındakı etibarına mənim adımdan ləkə vurulsun. Odur ki, mən Naxçıvandakı hər iki evimi, Bakıda yoldaşımın adına olan evi “Atra” banka girov qoyub Malikin tələb etdiyi 150 min manatı götürüb ona verdim. Məhz bundan sonra Malikin üzü güldü və mənə dedi ki, “get işlə, daha səninlə heç kimin işi olmayacaq”.

Ancaq Malikin verdiyi vəd cəmi 3 ay sürdü. Yəni 3 aydan sonra mənim mağazamın qapı və pəncərələri hörüldü və bildirildi ki, sahibkar kimi içəri girməyə ixtiyarım çatmır. Mən yenidən haray saldım, 2 gün öncə H.Əliyevin sahibkarlarla görüşündəki çıxışını onlara xatırlatdım. H.Əliyev çıxışında vurğulayırdı ki, “sahibkarlara ilişmək, maneə törətmək Vətənə xəyanətə bərabərdir”.

Naxçıvanın rüşvətxor məmurları mənim dediyim sözlərə gülüb dedilər ki, hara, kimə istəyirsən şikayət elə. O zaman mən anladım ki, Vasif Talıbovun göstərişi ilə Naxçıvanda hər bir sahə monopoliyaya çevrilib, yəni hamı bir nəfər üçün işləməlidir. Və bu rüşvətxorların hətta onlara etimad göstərən, vəzifələr verən ölkə prezidentinə də heç bir sayğıları qalmayıb.

4 il keçdi. Nəhayət, 2018-ci ildə mənə mağazanın içərisindəki malları götürmək izni verildi. Mən oradakı 400000 manatlıq maldan cəmi 9000 manatını çıxara bildim. Qalan mallar artıq xarab olub, satışa yararsız hala düşmüşdü. O zaman başa düşdüm, anladım ki, alqı-satqı ilə məşğul olanlara, yəni alınıb üzərinə əlavə qazanc qoyanlara əmtəə nişanı və digər sənədlər lazım deyilmiş. Belə sənədlər böyük şirkətlərin brendlərini qorumaq üçündür, daha xırda sahibkara yox. Əslində bu, mənə qarşı qurulmuş tələ, oyun idi ki, mən onların tələb etdikləri pulu ödəyə bilməyib mağazanı xoşluqla bağlayım. Amma mən həmin pulu ödədim, fəaliyyətimi davam etdirdim. Bu da öz növbəsində tikinti materiallarının satışı ilə məşğul olan inhisarlara mane olurdu. Ona görə də 3 aydan sonra mağazamı bağlayıb, obyekti mühafizə polislərinə tapşırdılar. Amma qurduqları oyunlar haqqında mənə heç nə bildirmədilər, nəticədə məni bilə-bilə müflis edib böyük borclarla qarşı-qarşıya qoydular.

2016-cı ilin aprelində baş vermiş müharibəyə qatılmaq istəyəndə hamı mənə deyirdi ki, “sən 1-ci Qarabağ müharibəsində sağlamlığını itirdin, Vətən uğrunda canından keçdin, ancaq qiymətini verən olmadı. Nəyin vardı əlindən alıb müflis etdilər. İndi sən yenə də prezidenti, onun siyasətini dəstəkləmək, döyüşmək fikrindəsən?” Mən nə qədər çalışıb, izahat vermək istəsəm də, heç kim qəlbi yaralı, torpağı parçalanmış bir qazini dinləmək istəmədi. Onlar mənim gözlərimdəki Vətən yanğısını görmədilər. Onlar başa düşmədilər ki, mən Vətən, Torpaq uğrunda bütün var-dövlətimi qurban verməyə hazıram, təki Azərbaycan yaşasın, prezidentimin xalq qarşısında başı uca olsun. Qalan məsələlər, yəni “bulanıq suda balıq tutanlar” bir gün bəlli olacaq, cəzalarını çəkəcəklər. Həmin gün, bu gündür. Artıq naxçıvanlıları daim yumruq, zillət altında saxlayanlar məhşər ayağına çəkilirlər, həbs olunurlar. Onlara heç nə, hətta yığdıqları pullar da kömək etməyəcək və on illərlə ailələrindən təcrid olunmuş, tikanlı məftillər arxasında şərəfsiz həyat yaşayacaqlar. Mən isə kasıb olsam da, yaralı bədənim, yaralı ürəyimlə bu gün həyatdayam. Onlar məndən evlərimi, ticarət obyektlərimi alsalar da, qürurumu, şərəfimi, namusumu ala bilmədilər. Allaha şükürlər olsun ki, kirayə yaşasam da, bəzi borclarım olsa da, ailəmin başı üstündəyəm, bacı-qardaşlarımın arasındayam, övladlarımıza ali təhsil verərək gələcək Azərbaycan üçün xeyirli insanlar yetişdirməklə məşğul oluram.

Möhtərəm Prezident!

Məni erməni güllələri, düşmən minası məhv edə bilmədi. Yenə də vurğulayıram ki, sağ olsun Heydər Əliyev kimi kişi. O, dar günümdə mənə dayaq durdu, müalicə etdirib həyata qaytardı. Bu, prezident tərəfindən olduqca böyük diqqət, kömək və xeyirxahlıq idi. Görünəni odur ki, Ulu Öndər mənim Vətən, Dövlət naminə xidmətlərimə doğru-düzgün qiymət vermişdi. Naxçıvan MR-nın rəhbərliyi, məmurlar isə Heydər Əliyev kimi şəxsiyyətin qiymətləndirdiyi 17 yaşlı Qarabağ müharibəsi əlilini məhv etdilər, müflis halına saldılar. Malik adlı məmur mənə evlərimi banka girov qoydurub 150000 manatımı əlimdən aldı. Halbuki, onun tələb etdiyi sənədlər mənə lazım deyildi. Bu az imiş kimi, Culfa Rayon İcra Hakimiyyəti tərəfindən qərar çıxarılıb ticarət obyektlərim sökdürüldü, nəticədə faydası ilə birlikdə mənə 2 milyon 800 min manatdan yuxarı maddi ziyan vuruldu. Artıq mən bu işdə cavabdeh olan Culfa RİH-ni Naxçıvan MR-nın İqtisad Məhkəməsinə vermişəm. 18 aydır ki, məhkəmədə araşdırma aparılır. Amma heç bir qərar qəbul edilmir, sözsüz ki, “nədənsə”.

Mən haqqımı tələb edirəm. Mənə ziyan vuranlar bu gün həyatdadırlar. Hamısı da yüksək səviyyədə yaşayırlar. Onlar mənim kimi zəhmətkeşlərin pullarını mənimsəyərək özlərinə dəbdəbəli evlər tikiblər, yaxınlarının adlarına biznes obyektləri açıblar. Hər şey də göz qabağındadır. İqtisad Məhkəməsi sədrinin bütün bunlardan yaxşı xəbəri var. Amma məsələ onlara toxunanda sədr susmağa üstünlük verir, mənim haqlı iddiamla əlaqədar az qala 2 ildir ki, qərar qəbul etmir.

Odur ki, məcburiyyət qarşısında qalaraq şəxsən Sizə müraciət etməli oldum ki, haqq və hüquqlarımın qorunmasında mənə yardımçı olasınız.

Möhtərəm Prezident!

Ərz etdiyim kimi, Naxçıvanda başıma açılan oyunlardan bezib 2016-cı ildə Bakıya köçmüşəm. Hər şeyə sıfırdan başlamışam. 3 ildən sonra əlimdə topladığım sərmayə və bankdan götürdüyüm kredit hesabına Sumqayıtda “PAK-İZ MMC” müəssisəsi təsis etmişəm. Fəaliyyətimiz paslanmayan metaldan yarımfabrikat məmulat (120x120 kvadrat) istehsal edib satmaq idi. Bunun üçün biznes planı hazırlayıb İqtisadiyyat Nazirliyindən Sahibkarlığa Dəstək “TƏŞVİQ” fonduna verdim. Bizi 7 illik mənfəət, vergi və əmlak vergisindən azad etdilər. Hazır məhsulu Rusiya, Ukrayna və ölkə daxilindəki müştərilərə satmalı idik. İstehsala başlamaq ərəfəsində pandemiya, daha sonra Rusiya-Ukrayna müharibəsi baş verdi. Buna baxmayaraq biz artıq 100 ton məhsul istehsal etmişdik. Bu sahədə əsas istehlakçı olan Hindistan və Çin öz ölkələrinə bu məmulatın idxalına çoxlu vergi qoymuşdu.

İqtisadiyyat Nazirliyinə verdiyimiz biznes planımızda yarımməmulatların hazır məhsul, yəni paslanmaz fitinq və paslanmaz flanş qeyd etməmişdik. Yarım məmulat fasiləsiz oksigenlə təması olmayan və xüsusi analizlə əldə olunur. Məcbur olduq ki, planımızdan əlavə olaraq flanş və fitinq istehsal edək. Bunun üçün xüsusi dəzgahlara ehtiyacımız var idi. Fəaliyyət göstərib əldə etdiyimizi il ərzində almağımızı düşündük. Hətta yoxlamaq üçün Sumqayıt Sənaye Parkı olan STP-yə hazır detal verib nümunə hazırladıb test etdik və standartlara uyğun hazır flanş hazırladıq. Bu işləri görmək üçün Banklardan 800000 manat kredit və yenə də çoxlu borc aldım. Planlarımız işləyə-işləyə dəzgahları almaq idi. STP-də hazırladığımız hazır məhsulun xidmət haqqı baha olduğu üçün Hindistan və Çin istehsalı olan flanş-fitinqə rəqabət apara bilməməyimdir. Ancaq mənim istehsalım olan yarımməmulatı daxili bazarda son detal hazırlayan fabriklərin olmaması və qonşu dövlətlərdə də bu fabriklər olmadığı üçün sata bilmədik. Ancaq vergi idarəsi mənim işçilərimə aylıq maaşların minimum 1000 manat olmasını səbəb olaraq dedilər. Xarici mühəndislər 1 il ərzində bu işçiləri öyrədib və bunları işdən azad etmədiyim üçün şirkətimizin vergidən yayınması kimi kameral vergi cəriməsi tətbiq edərək hesabımız bloklandı. Şirkətimiz büdcə daxil olma - vergilərin tədarükçiləri əvəzində 5% vergisini, şirkətlərdən aldığımız qırıntıların 18% ƏDV-ni həmişə dövlət büdcəsinə köçürmüşdür. Şirkətimiz işçi əmək haqlarına görə əmək haqqına 1200 manat əlavə olaraq işçi sosial sığortasını ödəyərək 18% olan ƏDV-sini əvəzlə sildirmə etməyərək qanuni fəaliyyət göstərib. Həmişə hər il sonu verginin bizim şirkətə borcu yaranıb. Keçən il bizim şirkəti risk qrupuna əlavə edərək hesabımızı bağlayaraq “PAŞA Bank”dan götürdüyümüz kreditin ödənilməsinə maneə törədildi. 3 ay bizim hesab bağlandığından krediti ödəyə bilmədiyimiz üçün 500000 manat kreditin aylıq 380000 manatını vaxtında ödəyirdik. Buna baxmayaraq, əfsuslar olsun ki, Bank sistemində riskli şirkət kimi tanındıq. Riskli şirkətlərin yoxlanılması üçün pəncərədən vöen nömrəsini yoxlayıb qırıntı qəbul edirdik. Başqa yoxlama riskli olduğu üçün bizə yenə də cərimə tətbiq olundu.

Bu il də 4 ay bizə kameral vergi tətbiq edərək 205000 manat cərimə etdilər. Borclarıma görə stress keçirərək psixoloji duruma düşüb mini-infarkt keçirdim. Vergi xidməti ilə məktublaşdıq və ən son fəaliyyətimizi dayandıracağımızı bildirdik. Mənə, “borclu olduğun vətəndaşlar sənə 50000 versinlər və sən də fəaliyyətini davam etdir” kimi “məsləhət” verdilər. Mən ancaq rüşvət verməyəcəyimizi və son qərarı gözləyəcəyimizi qət etdim. Nəhayət, bizə səhv cərimə yazıldığı haqda məktub göndərdilər. Bu necə olur? Bu səhvlər keçən il və bu il ərzində 7, 8 ay işləməməyim, işçi və icarə haqları üçün əlimdə olan vəsaitin tükənməsinə səbəb oldu. Hələ bankda faizin çoxalmasını demirəm. Qeyd edim ki, mən biznesimə arxayın olaraq Türkiyə Respublikasında övladlarım həkimlik və kompüter mühəndisliyi üzrə təhsil alırlar. Adıma olan bank kartından kredit götürdüyüm üçün hər ay aldığım əlillik müavinətini faiz borcuna çıxırlar. Məni niyə belə məmurların cəzalandırması gözləyir? Və yaxud mən hansı rəqibim olan hansısa bir fabrikin rəhbərlərinin sifarişi ilə cəzalandırılıram? Paslanmaz əritmə-qırıntıdan birbaşa hazır məhsul etmək çox çətin bir sahədir və buna təcrübə vaxtı və maliyyə vəsaiti sərf etmişəm.

Paslanmaz flanş və fitinq istehsal etməyimiz üçün müasir forma dəzgah və müasir əlavə dəzgahlara ehtiyacımız var. Bu istehsalın tamamlanması üçün bir milyon altı yüz min manata ehtiyacım var. Pandemiya dövrü kiraladığım, hər ay kirası olan 5000 manatı ödədim və hər hansı bir dövlət qurumları tərəfindən təyin olunan subsidiyalar mənə verilmədi. Dövlət tərəfindən Sahibkarlığa Dəstək Fondu tərəfindən aşağı faizli uzun müddətli kredit üçün müraciət etdim, yenə də mənə verilmədi. Ancaq başqa sahələrə verildi və o sahələr də özünü doğrultmadı. Mənim əmlaklarımın sökülməsi və evlərimin zorla əlimdən alınması, hüquqlarımın pozulmasına görə Naxçıvan MR-nın inzibati məhkəməsində 18 aydır ki, bu proses yubadılır və mənə vurulmuş ziyan ödənilmir. Halbuki həmin ziyan mənə ödənilərsə işlərimi öz vəsaitim hesabına tamamlaya bilərəm.

Həmişə İqtisadiyyat Nazirliyinin Sahibkarları ilə görüşəndə, ölkəmizin xarici istehsalçılardan asılılığı hər dəfə gündəmə gələndə bizim dövlət qaz, işıq və bu kimi enerjilərin qiymətinin aşağı olması, istehsal üçün maya dəyəri aşağı olan məhsulu istehsal edərək xarici dövlətlərdəki istehlakçılarla rəqabət etmək mümkündür. Azərbaycanımızın strateji coğrafiyası da buna imkan verir. Avropa ilə Asiya arasında tranzit daşımaçılıqlarda aşağı maliyyətlərə şərait yoxdur. Ölkəmizdə neft və qaz çıxarılması sahəsində paslanmaz fitinq və flanş ehtiyacına köməklik edə bilərik.

2019-cu ildə kirayə götürdüyümüz Məişət tullantıları MMC-nin ərazisində boş torpağı 10 illik müqavilənin bitməsinə 5 il qalır. Mən hələ də əvvəldə qeyd etdiyim kimi süni maneələrin qurbanı olaraq son məhsul istehsalını tamamlaya bilməmişəm və kirayə götürdüyüm əraziyə 6 milyon manat maliyyə sərf olunub.

2 il bundan öncə “Xalq Bank”ın baş direktoru Asim müəllimin sifarişi ilə MMC-ə borcum var deyə fəaliyyətim və elektrikimi kəsərək məndən zorla 150000 manat alaraq ona verdilər. İndi fikirləşirəm ki, mənim və şirkətimin aqibəti kiminsə iki dodağı arasındadır. Mənim neçə illik əziyyətim və sərmayəm təhlükə altındadır.

Maraqlandım ki, həmin ərazi Dövlət Əmlakı İdarəsinin balansındadır. Odur ki, mənim xərclərimin danılmaması üçün Rezidentlik verilməsini xahiş edirəm. Bu gün vergi problemləri ilə fəaliyyətimin zəifləməsindən istifadə edən yer sahibi 10000 kV-lıq olan elektriki bizə xəbər etmədən 15 günlə dayandırır və əmlakımızın əlimizdən alınacağı haqda təhdidlər edir. Problemlərim çoxdur, yazsam 1 kitab edər. İndi mən nə edim? Axı mənim nə günahım var?

Artıq 49 yaşındayam, 3 övladım var. Ermənilərlə döyüşüb 17 yaşımda əlil olmuşam. 17 yaşımdan bu günə kimi dövlət başçımızın etimadını qazanmışam.

Əgər mənə bu işlərimdə yaxından köməklik göstərsəniz 100-ə yaxın işçi və çox səxavətli istehsal sahəsi kimi fəaliyyət göstərərək həm dövlətimizə, həm də istehsalçı olaraq daxili tələbləri həyata keçirə bilərik.

Açığı gizlincə həm dövlətdən oğurluq edən, dövlət başçımıza xəyanət edən məmurların hədəfi olmuşam. Ancaq acı bir tale və yaxud ona layiq bir qazi kimi mücadilə aparmışam. 32 il məni ən pis ümidsizliyə vadar ediblər. Ancaq Vətənə və cənab Prezidentə sadiqliyim, olan qürurumu ala biməyiblər. Sizdən xahişim bu problemlərin tam həlli üçün birbaşa nəzarətə götürməyinizdir. Problemlərin həlli hər hansı bir icraat üçün göndərən şöbə müdirinin səlahiyyətində deyil. Sizdən xahiş edirəm bir oğlunuz, bir qardaşınız hesab edib əlil kimi mənə bu işlərimdə köməklik göstərəsiniz. İstehsalı ağır olan bu sahə mənim iradəli, enerjili bir insan olmağımı sübut edir.

Mən bu məmurların mənə qarşı yaratdığı süni fəndlərə qarşı artıq tab gətirə bilmirəm və sabah da başıma hansısa oyun gətirəcəklərindən xəbərim yoxdur. Artıq taqətim qalmayıb. Məcbur olaraq şirkətin 33% pay hissəsini satıb ancaq bu işləri qurmaq, yaratmaq və ərsəyə gətirmək üçün 20 yaxın xarici mütəxəssislər gətirilməsinə və özümün isə aylarla xarici ölkələrə səfərlərim üçün çoxlu maliyyə vəsaiti xərcləmişəm.

Ancaq və ancaq məni necə tələyə salacaqlarından çəkinirəm. Mənə elə gəlir ki, bizim şirkəti izləyirlər. Çünki xaricə ixrac olan kimi satışdan gələcək pul vanksakı hesaba oturmamış kameral vergi borcu və başqa idarələr bir hiylə və süni fənd işlədərək məni nokaut edirlər. Düşünürəm ki, artıq bunlar peşəkar, təcrübəli bir məmur dəstəsidir. Həm dövlətdən, həm də sahibkarları məcbur edərək tələyə salıb pul qazanırlar. Şirkətə yazılan qeyri-qanuni cərimələri ödədib dövlətin yanında özlərini yaxşı edirlər. Ya da qıraqdan rüşvət alıb həmin cəriməni silib özləri qazanırlar. Yetəri qədər mənə təklif etsələr də mən həmin rüşvət təklifini rədd etmişəm. Yəni onlara pul vermədim, borcun silinməsi üçün şikayət etdik, ən son 3 aydan sonra bizə bildirdilər ki, səhv cərimə vurulub. Nəhayət, satış üzrə ixracdan gələn malın pulunu 3 ay ərzində kirayə və işçilərə maaş verdik. Bu da sonumuz oldu. Şirkətin bir balaca pulu var idi, onu da müflisləşdirdilər. Keçən ildə belə bir oyun qurdular. Bu gün aylar üzrə kira və işçi, həm banka olan və tədarükçülərə olan borca görə işləyə bilmirəm.

Borc pul tapıb işə qoysam da, ancaq süni yaradılmış cərimələrə və mənə kəsilən xüsusi cəzalara xərcləndi.

Məmurların mənə qarşı hədəflədiyi nişangahdan yayına bilmirəm. Mənə hansı köməklik oluna bilər ki, onların nişangahına tuş gəlməyim və mənə bir daha yaxınlaşa bilməsinlər.

Hədəfim istehsal edib daxili bazarın ehtiyaclarını ödəyəndən sonra xaricə ixracla məşğul olmaqdır. Çünki bu, həm keyfiyyət baxımından, həm də ki, xarici standartlara cavab verə bilən və çox məsuliyyətli bir istehsal sahəsi olduğu üçün heç kim bu ağır sahə üzrə yatırım etməyib. Yerli sahibkarlar harada rahat pul qazanmaq istehsalı varsa, o işlə məşğul olurlar. Odur ki, mənə dövlət dəstəyi göstərmənizi xahiş edirəm. Onun-bunun qazancına göz dikən məmurlardan yayınmaq çətin məsələdir.

Qeyd etdiyim kimi, Azərbaycanla qonşu olan ölkələrdə paslanmaz fitinq, finans, mufta, dirsək istehsal edən bir şirkətlər yoxdur. Belə detallar yalnız Hindistan və Çindən idxal olunur.

Mən indiyə kimi bizneslə məşğul olub vergi, digər dövlət büdcə yığılmalarını ödəmişəm. Bir əlil kimi Dövlətə yük olmamışam. Müalicə və digər problemlərimin həlli üçün heç bir dövlət orqanlarına müraciət etməmişəm. Bu gün də dövlətə yük olmamaq üçün xahişim odur ki, köhnə Naxçıvan Xan komandası və o biri məmurların mənə qarşı xüsusi plan tapşırıqlar nəticəsində əlimdən aldıqları şəxsi mülklərimi və nəğd pulların geri qaytarılmasını təmin edəsiniz. Mən də əlimdən çıxmış və Sizin köməkliyinizlə geri qaytarılacaq öz halal pulumla biznesimin fəaliyyətini, çoxşaxəli bir sənaye istehsalını gücləndirərəm. Həm neft, həm də hərb sənayesində işlənən və tender yolu ilə xaricdən gələn hazır məhsul asılılığına köməklik edə bilərik.

Bu problem ancaq və ancaq Sizin şəxsi nəzarətinizlə həll oluna bilər.

Mən dövlətdən heç bir maddi köməklik istəmirəm. Yeganə istəyim odur ki, 22 ildə mənə dəymiş maddi ziyan bu işdə təqsirkar olanların hesabına mənə geri qaytarılsın. Bu, ədalətin təntənəsi olardı".

Məsələ ilə bağlı Naxçıvan MR-nın İnzibati Məhkəməsi ilə əlaqə saxlamağa çalışsaq da, zənglərimiz cavabsız qaldı.
 
Ardını oxu...
Deputatlığa namizəd ola həkimlə bağlı şok iddia 15 saylı Yasamal birinci Seçki Dairəsindən deputatlığa namizəd olan plastik estetik və rekonstruktiv cərrah Vüqar Ələkbərovun əməliyyat etdiyi Babayeva Lalə adlı xanım ondan şikayətçidir. Şikayətçi bildirib ki, V.Ələkbərov onu əməliyyat etdiyi gündən həyatının qara günlərini yaşayır.

Tribunainfo.az xəbər verir ki, L.Babayeva adlı xanım 12 dekabr 2023-cü ildə bədənşəkilləndirmə və bulhorn (dodaq qaldırma) əməliyyatı etdirib. Komplekslərindən azad olacağını düşünən 33 yaşlı gənc xanımın, əksinə, ağlına gəlməyən başına gəlib və həmin gündən insan arasına çıxmağa utanır. O bu barədə “shownews”a danışıb:

“Dodağımda olan süni gedən azad olmaq və bədənşəkilləndirmə üçün “İnternatiolan Medical Center 1”-də çalışan cərrah Vüqar Ələkbərova müraciət etdim. Məni əmin etdi ki, istədiyin nəticəni alacağıq. Hətta dodaqqaldırma əməliyyatını da məsləhət gördü. Əməliyyatdan sonra bərbad günə düşdüm. Depressiyadan çıxa bilmirdim. Evə qapanmışdım. Utandığımdan evdən çıxa bilmirdim.
Öz səhvini ört-basdır etmək üçün 2024- cü il may ayının 2-də növbəti dəfə liposaksiya etdi. Dodağıma isə toxunmadı və məsləhət gördü ki, başqa həkim tapım. Liposaksiya isə bərbad.
2 dəfə ağır əməliyyatdan sonra bədənim yenə bərbad halda idi. Həftələrlə göz yaşı içində evə qapandım. Vüqar Ələkbərova şikayətimi bildirdikdə isə onun mənə verdiyi cavabdan növbəti şok yaşadım.
Mənə “sənin bədən quruluşun budur. İstədiyin bədən quruluşunu ala bilməzsən” dedi. Əgər ala bilməyəcəkdimsə, niyə mənə o ağır əməliyyatları icra etdiniz? Niyə məni gənc yaşda ruhən məhv etmisiz? Mənim gələcək həyatım necə olacaq? Saysız suallarıma cavab verəcək, çarə tapacaq insan yoxdur. Vüqar Ələkbərovun gördüyü işə görə mən artıq yaşamaq istəmirəm”.
Ardını oxu...
 
 
 

Ardını oxu...
  

Ədliyyə Nazirliyinin Tibb Baş İdarəsinin sabiq rəisi, general-mayor Rəfail Mehdiyevin fəaliyyətinin yoxlanılması zamanı ciddi korrupsiya faktları aşkar edilib.

Yeni ədliyyə naziri Fərid Əhmədovun bir müddət əvvəl işdən çıxardığı Rəfail Mehdiyevlə bağlı daxili yoxlamalar aparılıb.

Bildirilir ki, Rəfail Mehdiyevin idarə rəisi olduğu bir neçə il ərzində təcridxana və cəzaçəkmə müəssisələrindəki məhbusların tibbi təminatı ilə bağlı milyonlarla manatlıq vəsait yoxa çıxıb. Xüsusilə, məhkumların müalicəsi üçün nəzərdə tutulan dərman preparatlarının böyük bir hissəsi Bakıda müxtəlif apteklərdə satılıb.

Bundan başqa, cəzaçəkmə müəssisələrindəki tibb məntəqələrinin avadanlıqlarının yenilənməsi üçün ayrılan vəsaitlər də yalnız sənədlərdə əks olunub.

Eyni zamanda, məlum olub ki, cəzaçəkmə müəssisələrinə sağlam vəziyyətdə daxil olan bəzi şəxslər sonrakı illərdə Hepatit və vərəm xəstəliklərinə yoluxublar.

Lakin nazirin Rəfail Mehdiyevlə bağlı aşkar edilən bu faktları Baş Prokurorluq yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinə təqdim edib-etməyəcəyi hələlik məlum deyil.//Gununsesi.info

Ardını oxu...
DogruXeber.az: - Parlament seçkilərində deputatlıq yarışında çıxan şəxslərlə bağlı yazılarımız davam edir. Bir çoxları yenə də millətin canına düşüb onlardan səs umsa da, digərləri artıq atalarının hesabına deputat olmaq istəyir desək, yanılmarıq.

Sözsüz ki, Azərbaycan parlamentində “atadan övlada prinsipinə” sadiq qalan şəxslər çoxluq təşkil edir. Builki seçkilərdə də Samir Vəliyev, Günay Ağamalı, Mahir Süleymanlı kimi namizədlər atalarının “bron” etdiyi deputatlıq mandatının növbəti sahibi olmaq uğrunda amansız mübarizəyə qoşulublar. Heç təsadüfi deyil ki, 48 saylı Abşeron birinci Seçki Dairəsindən Yeni Azərbaycan Partiyasının deputatlığa namizədi Məmmədova Nigar Fikrət qızıdır. Yəqin ki, bu ad çoxlarına tanış gəldi…

Yenicag.az-ın seçki marafonu ilə bağlı başlatdığı silsilə yazımızın bugünkü “qonağı” sabiq ədliyyə naziri Fikrət Məmmədovun qızı Nigar Məmmədovadır.

Hazırda “DOST” İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin direktoru vəzifəsinə çalışan Nigar Məmmədovanın namizədliyini verdiyi dairədən deputat olacağı isə heç kimdə şübhə yaratmır.

Yerli mətbuatda yazılan iddialardan biri isə budur ki, N. Məmmədova heç də Fikrət Məmmədovun qızı deyil, eləcə də cəmiyyətdə özünə rəğbət qazanması taktikası seçmiş Nigar Məmmədova bu hiyləsi baş tutmamış və qısa müddət ərzində Fikrət Məmmədovun qızı olmaması məlum olub. Daha bir iddia isə budur ki, guya Nigar xanım bu barədə yaxın çevrəsinə tapşırıq verib ki, soyad və ata adı eyni olmasını cəmiyyətdə fürsət kimi dəyərləndirsinlər. Bu məlumatın yalan və doğru olması haqqında isə bir söz deyə bilmərik.

Nigar Məmmədova ilə bağlı səslənən iddialardan fərqli olaraq, bir faktı da qeyd edək ki, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev vəzifəyə təyin olunduqdan sonra dərhal Nigar Məmmədovanı protokol sektorunun müdiri təyin edib. Qeyd olunur ki, Nigar xanım nazirin ən yaxın adamı hesab olunur.

Xanım Məmmədova haqqında səslənən bilgilər bununla da bitmir. Qısa bir xatırlatma keçək: 2019-cu ildə Nigar Məmmədova avtomobilini içkili vəziyyətdə idarə edərkən Saray postunda DYP əməkdaşlarının “saxla!” əmrinə tabe olmayaraq avtoqəza törətmişdi. Hadisə zamanı xəsarət alan olmasa da, Nigar Məmmədova haqqında inzibati tədbir görülməməsi üçün Sahil Babayev prosesə müdaxiləsi ilə olayın cəmiyyətdən gizlədilməsinə nail olub.

Qeyd edək ki, Nigar Məmmədova vəzifə sahibi olmaq üçün dünyanın ən bahalı London Universitetinin “Qlobal Diplomatiya – Müasir Dünya Diplomatiyası” və Miçiqan Universitetinin “Uğurlu danışıqlar: Əsas strategiyalar və bacarıqlar” proqramlarını bitirərək sertifikatlar əldə edib.

YAP-ın kadrı olan xanım Məmmədovanın Abşeron və abşeronlular üçün nələr edəcəyi böyük müəmmadır. Lakin onun da kreslosunu bərkidib, susqun qalacağını çoxumuz bilirik.

Mövzunu davam etdirəcəyik…//yenicag.az
Ardını oxu...
"Bir neçə gün əvvəl dərc etdiyimiz "Yeni Klinika Qarabağ qazisini qəbul etmədi" başlıqlı yazıda biz bir məsələni ehtimalla qələmə almışdıq. Yazıda qeyd edilmişdi ki, klinikanın nevroloqu Mirzəzadə Ülkər Aydın qızının Qarabağ veteranına psixiatrik diaqnoz qoyması ya onun savadsızlığından qaynaqlanır, ya da həkim klinika rəhbərliyinin sifarişini yerinə yetirmək üçün qəsdən bu cür kobud "yanlıclığa" yol verib..." Dia-az.İnfo bildirir ki, bunu öz açıqlamasında tanınmış iqtisadçı ekspert Akif Nəsirli qeyd edib.
Daha sonra o əlavə edir: "Apardığımız araşdırmalar nəticəsində bəlli oldu ki, Mirzəzadə Ülkər Aydın qızı respublikanın ən yaxşı nevroloqları sırasında ilk onluğa düşən mütəxəssisdir. Bu isə onu deməyə əsas verir ki, Ülkər xanım qəsdən, məqsədyönlü şəkildə Qarabağ veteranı Nəsirov Tufan Yasif oğluna psixiyatirik diaqnoz qoyub.
Belə yerdə deyirlər ki,"baş yaxşı başdı, heyif ki, qarpıza işləyir".

Bəs məqsəd nə ola bilərdi? Ülkər xanımla bu qazının özünün və qohunlarının heç bir tanışlığı yoxdur. Yəni həkimlə pasiyent arasında heç bir şəxsi-qərəzlik ehtimalı ola bilməz.
Hətta, Beyləqan Rayonu Mərkəzi Xəstəxanasında qazının halına yanan bir nəfər Beyləqan sakini deyib ki, Ülkər xanım mənim qohumdur, zəng edəb tapşıracam, sizi orda necə lazımdır qarşılasın. İlk görüşümüzdə Ülkər xanım onu da qeyd etdi ki, Sizə görə, Beyləqandan mənə zəng edilib: "Amma mən ona da demişdim ki, gərək xəstəxanaya onlayn növbə götürəydiniz və xəstəxanaya təcili yardımla gəlməyəydiniz".
Bu detalları ona görə xatırladıram ki, Ülkər xanım öz arzusu ilə qaziyə yalançı diaqnoz qoyub, onu başından eləməzdi. Çünki xəstə hamısını "başınızın tacı" adlandırdığımız Qarabağ qazisidir - bu bir, xəstə Ülkər xanıma tapşırılmışdı - bu iki, həkim savadsız, naşı mütəxəssis deyildi ki, səhvə yol versin - bu da üç...
Yerdə qalır yalnız bir ehtimal - klinika rəhbərliyinin sifarişi...
Yeni Klinikanın direktoru Barat Yusubov çox güman ki, xəstənin neyrocərrahiyəyə ehtiyacı olmadığından, üstəgəl qazı olduğundan xəstəni "mənfəətsiz pasiyent" kimi nəzərə alıb. Buna görə də qərara gəlib ki, pasiyent xəstəxanaya qəbul edilməsin.
Bu ehitmalı gücləndirən amillərdən biri də odur ki, Ülkər Mirzəzadə xəstəyə rəy verənə qədər pasiyentə Beyləqan Rayon Mərkəzi Xəstəxanasından verilən təyinatdan Yeni Klinika rəsmən imtina edilmişdi. Bunu Ülkər xanım rəy verməzdən əvvəl bizim diqqətimizə çatdırdi ki, sizin təyinata imtina verilib.

Sadəcə olaraq biz o vaxt affekt vəziyyətində olduğumuza görə bu detala əhəmiyyət verməmişik.
Sonrada şəxsən mən xatırladım ki, xəstəxana pasientin göndərişinə imtina veribsə, deməli son sözünü deyib. Burada bizim üçün əslində Ülkər Mirzəzadənin rəyi elə də əhəmiyyət kəsb etmirdi.
Sadəcə olaraq Ülkər xanımın "dahiyanə" diaqnozuna görə biz xəstənin müalicəsinə başlamaq istiqamətində daha bir gün itirdik. Xəstə üçün isə keçən hər bir saat əhəmiyyətli idi. Çünki sudurqalar çox qorxunc şəkildə tuturdu.

Odur ki, bu məsələdə Yeni Klinikanın direktoru, ixtisasca nevroloq olan Barat Yusubov birbaşa məsuliyyət daşıyır. Xəstəxananı döndərib şəxsi mülkə. Guya xəstələr suğorta ilə müalicə olunur?
Həmin xəstəxananın neyrocərrahiyə şöbəsində "sığorta ilə əməliyyat olunan" hər bir xəstədən əlavə pul - rüşvət alınır.
Əvvəllər xəstə nə versə götürürdülər, indi isə hər əməliyyatın artıq öz qiyməti var - qiymət preyskurantı tərtib ediblər. Məhz ona görə Barat həkim çarpayılardan birini Qarabağ qazisinə qıymayıb.
Qərara gəlib ki, bizim qazını müalicə etməyə nə vaxtımız var, nə də həvəsiniz, bir təhər yola verin getsin. Hesab edirik ki, bu cür "başı qarpıza (oxu: rüşvətə) işləyən "savadlı"ları yola salmağın vaxtıdır.

Bir də o Yeni Klinikanın təməlini neçə qoyularsa, ora kimi rəhbər təyin etsələr də, düzəlmir ki, düzəlmir.
Barat həkim də "gözü çıxmış qardaşından" ibrət dərsi götürmədi. Belə yerdə deyirlər ki, dəyirman bildiyin işlədir, çax-çax baş ağrıdır - kimi tutursan-tut, yeri gələn "gözü çıxmış qardaşı"ndan daha həvəslə rüşvət alır. Rüşvət almağı Cəhənnəmə, hətta, gözləri o qədər pərdələnib ki, Qarabağ qazisini müalicə etməkdən belə imtina edirlər.
Düşünürlər ki, qazidi, pul - rüşvər verməyəcək...
Unutmayın, onlar sizin və bizim əvəzimizdən canlarını fəda edərək, aslan kimi mərmi yağışının altında Vətən uğrunda döyüşüb, canlarını Vətən yolunda qurban deyiblər. Hər bir veteran və ya qazi "canlı şəhiddi", yəni o da şəhid olmağa hazır idi, sadəcə Allah qismət etməyib. Ona görə də ixtisasından, peşəsindən, ictimai ranqından, irqindən, cinsindən və dinindən asılı olmayaraq hər bir azərbaycanlı şəhid ailəsinin, qazının və veteranın hüzurunda xidmətə müntəzir dayanmalıdır.
Bu cümlə daha çox həkimlərə, həkimlərə və bütün dövlət qulluqçularına aiddir. Çünki onlar bu xalqın çörəyin yeyir, ona görə də xalqın müqəddəs varlıqlarına xüsusi sayğı ilə yanaşmalıdırlar. Bunu bacarmayanlar Eynişdeyin beyninə sahib olsa da, bu xalqa lazım deyil.

Yeni Klinikada baş vernə ilginc hadisələrlə gələn yazılarda tanış ola bilərsiniz, bizi izləyin..."

Ardını oxu...
Ucar rayonu Qazıqumlaq kənd sakini Məlikəliyev Sabir Şaiq oğlu tərəfindən

ŞİKAYƏT

Keçmiş Nəqliyyat Naziri Ziya Məmmədov mənə məxsus torpaq sahəsini anasının adına sənədləşdirərək saxtakarlıqla ələ keçirib.
Belə ki, Ucar rayon Aqrar İslahat Komissiyasının 27 oktyabr 1998-ci il tarixli 16 saylı qərarı ilə bizim ailəyə atam Məlikəliyev Şaiq Sabir oğluna, anam Məlikəliyeva Nailə Sırac qızına, bacım Məlikəliyeva Aygün Şaiq qızına və mənə Ucar rayonunun Qazıqumlaq kəndində 1.11 hektar kənd təsərrüfatı məhsullarının istehsalı üçün torpaq sahəsi verilmişdir.
Ucar rayonu İcra Hakimiyyəti Başçısının Qazıqumlaq kənd üzrə icra nümayəndəsi Məmmədov Mehman Rakim oğlu vəzifəsindən sui-istifadə edərək mənə məxsus 1.11 ha torpaq sahəsini Ziya Məmmədovun anası Mehdiyeva Şirinnaz Məhəmməd qızına saxta sənədlərlə satmışdır.Hansı ki, həmin torpaq sahəsi mənim olsada heç bir məlumatım və iştirakım olmadan bu qanunsuzluğu ediblər.
Qeyd edim ki, Ziya Məmmədov əslən Ucarın Qazqumalq kəndindədindir.Onun və qardaşlarının Qazıqumlaq kəndində hektarlarla torpaq sahələri və möhtəşəm villaları var.
Mehman Məmmədovu Qazıqumlaq kənd icra nümayəndəsi vəzifəsinə Ziya Məmmədov təyin etdirib.

Ziya Məmmədovun tapşırığı əsasında bizim ailə valideyinlərim və bacım 19.02.2013-cü il tarixli 189328 saylı etibarnaməni imza edərək razllıq veriblər ki, ailə üzvülərimizə məxsus olan əmlakın harada yerləşməsindən və nədən ibarət olmasından asılı olmayaraq bütün əmlaklarını idarə etməyə və onun üzərində sərəncam verməyi Ucar rayonu İcra Hakimiyyəti Başçısının Qazıqumlaq kənd üzrə icra nümayəndəsi Məmmədov Mehman Rakim oğluna 10 il müddətində etibar ediblər. Hansı ki, buna heç bir əsas olmayıb çünki həmin Mehman Məmmədov bizim nə qonşumuz, nə qohumumuz nədəki tanışımız deyil.Belə olan təqdirdə nə üçün mənim savadsız valideyinlərim və bacım evimizin torpaaq sahəmizin və digər əmlaklarımızın idarə edilməsini 10 illik etibarnamə ilə ona həvalə etməliyik ?
Bütün bu saxtakarlıqlar cinayət əməlini Ziya Məmmədovun tapşrığı ilə Mehman Məmmədov və Ucar rayon Notariat Kontorunun rəisi əlıbir olaraq ediblər.
Hansı ki, həmin 1, 11 ha əkin torpaq sahəsinin Şirinnaz Mehdiyeva satılması üçün mənimdə razılığım və iştirakım olmalı idi.Ancaq mənim iştirakım və razılığım olmadan həmin 1.11 ha torpaq sahəsinin satılmasını Ucar rayon Notariat Kontoru qanunsuz olaraq həyta keçirib.Hazırda Ziya Məmmədovdan savayı bu cinayəti edənlər Mehman Məmmədov Ucar rayonu Qazıqumlaq kənd icra nümayəndəsi vəzifəsində, digər şəxs isə Ucar rayon Notariat Kontorunda işləyir.
Hər iki vəzifəli şəxs Ziya Məmmədovun göstərişi ilə bu cinayətə qol qoyublar.
Əgər mən torpağımın satılması üçün Mehman Məmmədova etibarnamə verməmişəmsə və alqı-satqıda iştirak etməmişəmsə hansı qanuna əsasən Ucar rayon Notariat Kontoru alqı-satqı müqaviləsini təsdiq edib ?
Qeyd edim ki, həmin tarixdə mən Rusiya Federasiyasında olmuşam mənə məxsus torpağın satılmasını bu yaxınlarda bilmişəm.
Ziya Məmmədovun bu və ya digər cinayətlərindən Ucar rayon sakinləri çox əziyyət çəkirlər.
Ziya Məmmədovun tapşırığı ilə Ucar rayonunda çoxlu sayda əmlaklar sahiblərinin xəbəri iştirakı olmadan qanunsuz yollarla onun özü və yaxınları tərəfindən ələ keçirilib.

Buna görə mən mətbuat vasitəsi ilə Prezident cənab İlham Əliyevə, Baş Prokuror cənab Kamran Əliyevə, Ədliyyə Naziri cənab Fərid Əhmədova müraciət ünvanlayıb xahiş edirəm mənim iştirakım və məlumatım olmadan torpağımı Şirinnaz Mehdiyevanın adına sənədlərşdirən Ziya Məmmədovun, İcra nümayəndəsi Mehman Məmmədovun və Notariat Kontorunun əməkdaşı barəsində qanunu və ciddi tədbirlər görəsiniz.
Məlikəliyev Sabir Şaiq oğlu
REDAKSİYADAN: Adları çəkilən şəxslərində mövqeyini dərc etməyə hazırıq!
TEREF
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 

Dünyapress TV

Xəbər lenti