Ardını oxu...
Ağcabədi Pedaqoji Kollecində tələbəyə diplom bir ildir ki, verilmir.
Redaktor.az bu barədə elektron poçtuna baş verən neqativ halla bağlı şikayət məktubu daxil olduğunu xəbər verib. Həmin xəbərə görə, Xəlilova Aysu Vüqar qızı 2019-cu ildə həmin kollecin məktəbəqədər təhsil ixtisasına qəbul olub, 2023-cü ildə isə başa vurub. Lakin üstündən 1 ildən çox keçməsinə baxmayaraq, diplomunu ala bilmir.

Şikayətçinin atası Vüqar Xəlilov dəfələrlə kollecin rəhbərliyinə müraciət etsə də, diplomun aqibəti barədə məlumat yoxdur.

O bildirib ki, kollecin direktor köməkçisi Könül xanıma, dekan Aynur Babayevaya, təlim-tərbiyə rəhbəri Rövşən Bayramova müraciət edib. Ancaq onlar Vüqar Xəlilova hər dəfə “tezliklə veriləcək” deyərək onu geri qaytarıblar. Odur ki, şikayətçi qızının diplomunun verilməsi üçün mətbuatdan kömək istəməyə məcbur olub.

Məsələ ilə bağlı Redaktor.az-ın əməkdaşı Ağcabədi Pedaqoji Kollecinin məsul şəxslərindən biri Şahin Nəbili ilə bir neçə dəfə əlaqə saxlayıb və o, hər dəfə bildirib ki, diplomda kod səhvliyi olduğuna görə yeni diplomun verilməsi üçün nazirliyə müraciət olunub. Sonuncu zəngimizdə isə Şahin Nəbili bizə səs tonunu qaldıraraq, “kimə istəyirsiniz, hətta nazirliyə şikayət edin. Məsələ məni maraqlandırmır”, – deyərək telefonu söndürüb.

Məsələ ilə bağlı Elm və Təhsil Nazirliyinin mətbuat xidməti ilə əlaqə saxladıqda isə oradan bizi Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin Sənədlərlə və müraciətlərlə iş sektorunun baş məsləhətçisi Osman Əşrəfova yönəltdilər.

İlk vaxtlarda Osman Əşrəfov problemin həlli ilə maraqlanacağını desə də, daha sonra o da məsələdən qaçıb. Bizim müraciətimizə cavab olaraq, əvvəlcə kollecdən sənədlərin gəlmədiyi üçün diplomun gecikdiyini bildirdi, daha sonra isə təzadlı olaraq, diplomda əslində mətbəə səhvlərinin olduğunu qeyd etdi. Hazırda isə o, bizim nə zənglərimizə, nə də mesajlarımıza cavab verir.

Göründüyü kimi elm və təhsil naziri Emin Əmrullayevin gənc kadrları nəinki adi vətəndaşların, hətta jurnalistlərin belə müraciətlərinə etinasız yanaşırlar.

Əvvəla axı niyə bir dövlət sənədində səhvə yol verilib? Əgər bu səhv varsa, onu aradan qaldırmaq, yeni diplom vermək niyə bu qədər uzanır? Kiçik bir məsələ bir ildir niyə həllini tapmır? Bəlkə diplomda mətbəə səhvliyi yox, başqa bir müəmma var? Osman Əşrəfovu Ağcabədi Pedaqoji Kolleci ilə nə bağlayır ki, onların səhvini ört-basdır edir, suallarımızdan yayınır?

Axı həmin kollecin məzununun hardasa işə qəbulu üçün ona diplom lazımdır. İndi Aysu Xəlilova daha nə qədər gözləməlidir ki, onun diplomu hazır olsun?
 
Ardını oxu...
Qusar rayon İcra Hakimiyyəti Başçısının Qusar şəhər İnzibati Ərazi üzrə Nümayəndəliyi tenderinin nəticələrini elan edib. XALQ.AZ xəbər verir ki, tenderin qalibi “Topxana Layihə İnşaat” MMC olub.

Şirkətlə 8.850 manat məbləğində müqavilə imzalanıb. Qusar Rayon İcra Hakimiyyəti Qusar şəhər İnzibati Ərazi üzrə Nümayəndəliyi sifarişi ilə Qusar MİM-nin balansında olan H.Əliyev pr 146 saylı binanın təmir işlərinin layihə smeta sənədlərinin hazırlayacaq.

Şübhəli məqam budur ki, adicə layihə smeta sənədlərinin hazırlanması üçün 8.850 manat fantastik rəqəm deyil mi?

“Topxana Layihə İnşaat” MMC elmi araşdırma apararaq layihə smeta hazırlayacaq. Bunula bağlı adı çəkilən qurumların mövqeyini öyrənmək mümkün olmadı.
 
Ardını oxu...
Yenə Azərbaycanda daha bir həkim səhvi daha bir insanı ömürlük şikəst etdi.
Belə ki, Məlhəm klinikasının həkimi, aktyor Əlvan Fərmanoğlunun dərdinə məlhəm etmək əvəzinə, onun ayağının ampitasiya olunmasına səbəb olub. Hər halda özünün aktyorun iddiası belədir.

Doğrusu, inanılmayacaq kimi də deyil.

Çünki, son illər ağ xalatlıların pul hərisliyi, daha çox gəlir əldə etmək ehtirası çox insanların bədbəxtliyinə səbəb olur.
Bir çox həkimlərin apteklərlə, başqa özəl klinikalarla və eləcə də dərman firmaları ilə əlbir olmaqları da bir çox ailələrə faciə yaşadır.

Eynilə Modern Hospitalın həkimi Elvina Səlimova ilə Memorial Hospitalının "iş birliyinin, redaksiyamıza müraciət edən Vüsalə Əliyevanın yeniyetmə qız övladına və ümumilikdə bütün ailəsinə yaşatdığı faciə kimi.

Maraqlıdır ki, edirlər, sonra da başlayırlar vətəndaşa hədə-qorxu gəlməyə ki, "Mənim həkim nüfuzuma xələl gətirdiyinə görə məhkəməyə verəcəm" filan...

Necə ki, Modern Hospitalın "həm suçlu, həm güclü" həkimi Elvina Səlimova bunu edirdi. O, Elvina Səlimova ki, təcili yardım otağında bir dənə xala görə əməliyyat etdiyi yeniyetmə Leyla Məhərrəmlini xalının altında aşkar edilmiş kütləyə görə məhz Memorial hospitala göndərmişdi. Memorial hospital da yanlışlıqla "xərçəng" diaqnozu qoyaraq, yeniyetmənin həm yanlış müalicələr almasına səbəb oldu, həm də ailəsinə külli miqdarda maddi və əvəzi ödənilməyəcək qədər mənəvi ziyan vurdu.

Leylanın anasının sözlərinə görə, bu iki hospitalın "şərikli" yaşatdıqları stresin təsirindən çıxa bilmək üçün bir ildir mərhələli şəkildə ailənin bütün üzvləri müalicə alır.
Artıq, ikinci dəfədir belə halın yaşandığını özü etiraf edən Memorial klinik isə ümumiyyətlə cavab verməkdən də, məsuliyyətdən də yayınır.
Mənəvi ziyanın ödənilməsinin mümkünsüzlüyünü bu qədər ağrı-acı yaşamasına rəğmən qəbul edən anlayışlı ana - Vüsalə Əliyeva heçolmasa maddi ziyanı geri tələb etmək üçün Memorial hospital rəhbərliyi ilə görüşüb. Özünü direktor kimi təqdim edən Füzuli Məmmədov, bu qədər əzab yaşatdıqları anaya anlayışı üçün təşəkkür etmək yerinə, biraz da həddini aşaraq, "Belə çıxır ki, sən uşağını satırsan" cavabını verərib və elə bununla da növbəti mənəvi zərbəni endirib.

Halbuki, Vüsalə xanım haqlı olaraq, sadəcə ona dəymiş maddi ziyanı tələb edirdi.

Görünür, Füzuli Məmmədov ilə Elvina Səlimovanın məqsədləri - eləcə də diaqnozları kimi yanlış olan davranışları, xanımı hər iki hər iki hospital barəsində məhkəmə iddiası qaldırmağa vadar etməkdir.

Vüsalə xanım artıq məhkəməyə müraciət etmək fikrindədir.

Ardını oxu...

Madam ki, "güvəndiyi dağa da qar yağdı"- daha dəqiq desək, aidiyyatı qurum olan Səhiyyə Nazirliyi özü də özəl hospitallara. "tam sərbəst"lik verib, şikayət edənə" hüquqi məsləhət" verib, hüquq-mühafizə orqanlarına müraciət etməyi tövsiyyə edir, demək ki, başqa variant yoxdur.

Mövzunu davam etdirəcəyik.

Redaksiamız hər kəsin söz haqqını tanıyır.

DogruXeber.az
 
Ardını oxu...
Sentyabrın 1-də ölkədə növbədənkənar parlament seçkiləri keçirildi. Etiraf edək ki istər siyasi aktivlik,istərsə də seçici fəallığı baxımından əvvəlki seçkilərdən zəif təsir bağışlayan bu marafonda bu adı haqq edən,yaxud etməyən 125 şəxs deputat oldu. Onların böyük əksəriyyəti demək olar ki, seçki kompaniyası keçirmədi,ya da buna bənzər sönük bir tədbirlə baş qatdılar. Nə deyək, cənab deputatların yəqin bir bildikləri vardır. Amma təbliğat-təşviqat kompaniyasında aid oldu-olmadı onların əvəzinə canfəşanlıq edənlər tapıldı.
Əlqərəz,keçək söhbətin mustafasına. Deputat adı qazananlardan biri də adı Azərbaycan təhsil sistemində hələ uzun illər xatırlanacaq Mehriban Vəliyevadır. Onun təhsil sahəsində hansı "uğurlara" imza atdığını görmək üçün medya üzərindən qısa bir araşdırma aparmaq kifayətdir. Nə isə,bunu da buraxaq əlahəzrət zamanın ixtiyarına. Amma deputat olmazdan öncə təjsil sektorunda onun adına hələ ki sonuncu qanunsuzluğa imza atıldı. Belə ki, Təhsil nazirinin müşaviri Elnur Nəsibov seçki məcəlləsinin, əmək məcəlləsinin tələblərini pozaraq,vəzifə səlahiyyətlərini aşaraq M. Vəliyevanın seçki təbliğatını aparıb.

Ardını oxu...

Özünün rəsmi Facebook hesabında Sumqayıtda olan bütün dostlarını və "həmkarlarını" Mehriban xanıma səs verməyə çağıran E.Nəsibov ya özünü dövlət qulluqçusu hesab eləmir,ya dövləti ozünün qulluqçusu sanır,ya da qanunları adicə kağız parçası bilir.
Vəzifəli şəxsin açıq-aşkar tabeliyində olan şəxsləri,yəni "həmkarlarını" kiməsə səs verməyə çağırması təkcə qanun pozuntusu deyil,həm də dövlətin imicinə zərbə vuran əməldir.

74.4. Seçkiqabağı təşviqatın aparılması, seçkiqabağı hər hansı təşviqat materiallarının yayılması aşağıdakılara qadağan edilir:

74.4.1. bu Məcəllənin 90.2-ci maddəsində göstərilən subyektlərə (bu Məcəllənin 12.2-ci və 12.3-cü maddələri nəzərə alınmaqla);

74.4.2. öz vəzifələrini və ya xidməti vəzifələrini yerinə yetirərkən, həm də vəzifəsindən və ya xidməti üstünlüyündən istifadə etməklə dövlət orqanlarında, idarələrində, təşkilatlarında və ya bələdiyyə orqanlarında və təşkilatlarında vəzifədə olan şəxslərə, dövlət və bələdiyyə qulluqçularına, hərbi qulluqçulara;

Qanunverici orqanda əyləşən xanım hələ "bismillah" eləməmiş bu qanun pozuntusuna göz yumursa sonrasından Allah saxlasın. Ən utancvericisi də budur ki o boyda müşavirin hay harayından sonra dairələr üzrə ən az səs toplayaraq Mehriban Vəliyeva deputat ola bilib
Mehribanlıq səadətdir,əziz seçicilər,bilirsiniz də...

Nicat Mahmudov - Rubrika.Az

Ardını oxu...
Məlum qatarın aşması hadisəsindən sonra, bunun kimi və ya daha təhlükəli halların qarşısını almaq üçün, daha bir təhükəli halı aşkara çıxarmaq məqsədəuyğun olardı.
Belə ki, hal-hazırda dəmir yollarında əsaslı yenidənqurma işləri gedir və bunun üçün dövlət tərəfindən külli miqdarda maddi vəsait ayrlıb. Lakin bu vəsaitin hara sərf olunduğu məlum deyil.
TEREF yazır ki, bunları bloqumuza göndərilən məktubda müəllif yazır. Daha sonra müəllif yazır:
Misal üçün, məlum qatarın aşması hadisəsinin baş verdiyi Sumqayıt-Yalama sahəsidə işarəvermə xəttinin çəkilməsi məqsədi ilə kabelin alınması üçün külli miqadarda maddi vəsait ayrılıb. Lakin bu vəsait müəmmalı şəkildə yoxa çıxıb. İnfrastruktur Departamentinin rəhbərliyi bu yeyintini örtbasdır etmək üçün görün necə üsul fikirləşiblər. Yeraltı kabel əvəzinə işarəvermə xəttini yerüstü kustar üsulla quraşdırılmış yüksək gərginlikli dirəklərə birləşdirək köhnə məftillə çəkiblər. Nəticədə çox təhükəli bir vəziyyət yaranıb. Amma görünür ki, Dəmir Yollarının rəhbərliyi insanların həyatını, ölkənin mənafeni öz şəxsi maraqlarına və tamahlarına qurban verirlər. Eləcədə digər qurğular və cihazalrda yenilənməli olduğu halda, köhnə cihazların üzəridə müxtəlif kosmetik prosedurlar aparılaraq yeniləri kimi təqdim olunur. Belə olduğu halda qatarın aşması hadisəsinin təkaralanacağı və ondanda təhlükəli hadisələrin baş verəcəyi qaçılmazdır.
QEYD: Adları çəkilən şəxs və qurumların mövqeyini dərc etməyə hazırıq!
TEREF
Ardını oxu...

 
 


 
Ardını oxu...
Lerik Rayon İcra Hakimiyyəti daxili avtomobil yollarının əsaslı təmir işləri bağlı elan etdiyi tenderə yekun vurub.

Qaynarinfo xəbər verir ki, tenderin qalibi "Elnur-2" İstehsalat Kommersiya Şirkəti seçilib. Təmir işlərinə görə şirkətə 608 159,49 manat ödəniləcək.

"Elnur-2" İstehsalat Kommersiya Şirkəti 11 fevral 1994-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 1.60 AZN şirkətin hüquqi ünvanı Bakı şəhəri Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi, ev 11/35, mənzil 57-də yerləşir. "Elnur-2”nin qanuni təmsilçisi isə Abıyev Zaur Niyaz oğludur.

"Elnur-2" şirkəti "tender kralı" kimi tanınır. Şirkətin sifarişçiləri əsasən yerli icra hakimiyyətləridir.

Zaur Abıyevə gəlincə, onun adı "MTN işi"ndə zərərçəkən kimi keçir. Onun ifadəsinə görə, "Texnikabank"dan 620 min manat pul götürüb çıxarkən MTN əməkdaşları tərəfindən saxlanılıb. Sərəbəst buraxıldıqda isə məlum olub ki, pulun üzərindən 200 min manat əskikdir.

"Elnur-2" şirkəti 2023 və 2022-ci illərdə də Lerik Rayon İcra Hakimiyyətinin avtomobil yollarının əsaslı təmiri ilə bağlı elan etdiyi tenderlərin qalibi seçilib. Bu tenderlər üzrə satınalma müqavilələrinin ümumi maliyyə dəyəri 1 170 561,47 manatdır. Tenderlərdən belə məlum olur ki, Lerik Rayon İcra Hakimiyyəti hər il avtomobil yollarını əsaslı təmir edir.

Lerik Rayon İcra Hakimiyyətinin başçısı Əkbər Abbasovdur. O, 2022-ci ildən rayona rəhbərlik edir.
 
Ardını oxu...
Mərkəzi Seçki Komissiyasının (MSK) ilkin nəticələrinə görə 97 saylı Tərtər-Ağdərə-Goranboy Seçki Dairəsindən deputatlığa namizəd Anar Məmmədov qalibdir. Tribunainfo.az bildirir ki, bu dairədən onun rəqibləri Qələndər Muxtarlı və Şəhriyar Məcidzadə isə seçki günü məntəqələrdə baş vermiş qanun pozuntularına, “karusel”llərə dair video görüntülər paylaşmaqdadır.
MSK sədri Məzahir Pənahov son iclasda bildirib ki, edilən şikayətlərin hamısı araşdırılacaq. İstisna deyil ki, bəzi dairələrdə nəticələr ləğv olunsun. Sözügedən 97 saylı Tərtər-Ağdərə-Goranboy Seçki Dairəsinin ayrı-ayrı seçki məntəqələrində qeydə alınan saxtakarlıq faktları ilə bağlı MSK-ya olunan şikayətlər əsasında nəticələrin ləğvi istisna edilmir. Həmin kadrlarda təsdiq olunur ki, məntəqələrə maşınlarla adam daşınır, “karusel” təşkil edilir, qutulara topa bülletenlər atılır, seçki yaşı çatmayan uşaqlar belə səsverməyə cəlb edilir, ayrı otaqda gizli formada səsvermənin nəticələri sayılır və hesablanır… İndisə 97 saylı Tərtər-Ağdərə-Goranboy Seçki Dairəsi üzrə məntəqələrdə baş verən aşkar qanun pozuntularını təqdim edirik:
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...




 
Ardını oxu...
Bakı şəhər sakini Tərlan Məmmədov tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, tanışı Paşayev İlqar Yadulla oğlu (Paşayev İlham Yadulla oğlu) özünü Təhsil Nazirliyinin əməkdaşı kimi təqdim edərək, 8 min manat pulunu mənimsəyib

“Hörmətli redaksiya!

Yazaraq sizdən xahiş edirəm ki, problemimi işıqlandırasınız.

Deməli, MİQ imtahanları başlayan vaxt, qohumluğumda olan şəxs məndən Təhsil Nazirliyində tanışımın olub-olmadığını soruşdu. Qohumum istəyirdi ki, istədiyi yerə düşsün, bu səbəbdən də nazirlikdə ona kömək edəcək şəxs axtarırdı. Bu vaxt mən adını İlqar bildiyim tanışımla əlaqə saxladım. O, mənə özünü Səməd Seyidovun qaynı kimi təqdim edərək, bildirdi ki, narahat olma, həll olunası məsələdir. Bu işin icrası üçün bizdən 8 min manat tələb etdi. Biz də həmin məbləği ona verib, problemin həll olunmasını gözlədik.

Lakin cavablar çıxdı, qohumum imtahandan keçərək, başqa bir yerə düşdü. Qohumum bu işin baş tutmadığı üçün verdiyi pulu tələb etdi. Mən də İlqar adlı şəxsə zəng vurub pulu geri istədim. “Mənə bildirdi ki, mən Səməd Seyidovun (Xarici Dillər Universitetinin keçmiş rektoru – müəl.) qohumuyam, get əlindən gələni et”. Həmin vaxtdan etibarən biz ondan pulu ala bilmirik”.
Ardını oxu...
Məsələ ilə bağlı Paşayev İlqar Yadulla oğlu (Paşayev İlham Yadulla oğlu) ilə əlaqə saxlamağa çalışdıq. Telefon zənglərimiz cavabsız qaldı, daha sonra isə telefonuna zəng çatmadı.

Jalə FAMİLQIZI

Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.
 
 
 
Ardını oxu...
İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırovun başının üzərini "qara buludlar" alıb.

Qaynarinfo xəbər verir ki, İsmayıllı şəhər icra nümayəndəsi Əlişir Süleymanovun və rayonun Diyalı bələdiyyə sədri vəzifəsini icra edən sədr müavini Cahangir Surxayevin saxlanılması Nahid Bağırovun karyerası üçün ciddi təhlükəyə çevrilib.

Ehtimal olunur ki, bu əməliyyat icra başçısının vəzifəsinə əlvida deməsini şərtləndirə bilər. Əlişir Süleymanov və Cahangir Surxayev Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsinin keçirdiyi əməliyyat nəticəsində saxlanılıb.

ƏIişir Süleymanova Cinayət Məcəlləsinin 311.3.2 və 311.3.3 (təkrar və külli miqdarda rüşvət alma) maddələri, Cahangir Surxayevə isə həmin Məcəlləsinin 309.1 (vəzifə səlahiyyətlərini aşma), 311.3.3 (külli miqdarda rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilmiş, müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında onların hər ikisi barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.Əlişir Süleymanova Cinayət Məcəlləsinin 311.3.2 və 311.3.3 (təkrar və külli miqdarda rüşvət alma) maddələri, Cahangir Surxayevə isə həmin Məcəlləsinin 309.1 (vəzifə səlahiyyətlərini aşma), 311.3.3 (külli miqdarda rüşvət alma) və 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittiham elan edilmiş, müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında onların hər ikisi barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Əlişir Süleymanovla Cahangir Surxayevin rüşvət və vəzifə saxtakarılığında ittiham edilməsi Nahid Bağırovun fəaliyyətinin yoxlanılması üçün ciddi əsas sayıla bilər. Hər halda adıçəkilən şəxslərin törətdiyi qanunsuz əməllərin özfəaliyyət olduğuna inanmaq çətindir.

Nahid Bağırov İsmayıllının icra başçısı vəzifəsinə 2020-ci ildə təyin edilib. Həmin vaxt hakimiyyət idarəetmədə islahatlara başladığını bəyan etmişdi. Rəsmi təbliğatın ana xəttini vəzifələrə yeni və gənc kadrların təyin edilməsi tuturdu. Bu, cəmiyyətdə birmənalı qarşılanmasa da, əksəriyyət uzun illər vəzifədə kök atmış məmurların yeni və gənc kadrlarla əvəzlənməsi siyasətinə dəstək verirdi.

Nahid Bağırov da gənc kadr kimi icra başçısı vəzifəsinə təyin edilmişdi. Lakin bir neçə ay keçəndən sonra "restoran qalmaqalı" ilə gündəmə gəldi. O zaman Nahid Bağırovun gənc və təcrübəsiz olması nəzərə alınaraq ona toxunulmasa da, Prezident İlham Əliyev sərəncamı ilə töhmət verilmişdi. Sərəncamda deyilirdi ki, İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Rza oğlu Bağırova Azərbaycan Respublikasının ərazisində koronavirus infeksiyasının (COVİD-19) yayılmasının qarşısının alınması məqsədilə tətbiq olunmuş xüsusi karantin rejimi qaydalarını pozduğuna görə töhmət elan edilib.

Amma artıq Nahid Bağırov 5 ildir İsmayıllıya rəhbərlik edir. Bu müddət ərzində o, hər hansı bir müsbət addımı ilə yadda qalmayıb. İsmayıllıda da müsbətə doğru hansısa dəyişiklik nəzərə çarpmır. Əksinə, Nahid Bağırova tabeli şəxs - icra nümayəndəsi rüşvət ittihamı ilə saxlanılır.

Görünən odur ki, Nahid Bağırov 5 il ərzində təcrübə toplaya bilməyib, yaxud o, yeni konfiqrasiyaya uyğunlaşmaqda çətyinlik çəkir.
 
 
 
Ardını oxu...
Dünən Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin əməkdaşlarının İsmayıllı rayonunda əməliyyat keçirdiyi barədə məlumat yayıldı. Bu gün açıqlanan rəsmi məlumatda göstərilir ki, əməliyyat nəticəsində saxlanılan İsmayıllı Rayon İcra Hakimiyyəti Başçısının İsmayıllı şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəsi Əlişir Süleymanov və rayonun Diyallı bələdiyyəsinin sədri vəzifəsini icra edən Cahangir Surxayev barəsində həbs qətimkan tədbiri seçilib. Onların hansı sübutlar əsasında həbs edildiyi istintaqın işidir.
Amma bu şəxslərlə bərabər İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov həbs edilsəydi, korrupsiya və rüşvətə qarşı həyata keçirilən bu əməliyyatı daha uğurlu hesab etmək olardı. Nə üçün?
BİRİNCİSİ, ölkə üzrə bütün ərazi nümayəndələrinin və bələdiyyə sədrlərinin icra başçılarının tapşırıqlarını icra etdiyi, “kassa” rolu oynadığı heç kəsə sirr deyil. Eləcə də Ə.Süleymanov və C.Surxayev rayonun icra başçısı N.Bağırova yaxınlıqları ilə seçiliblər və onun əmrlərini icra ediblər. Heç şübhəsiz ki, bu amil barələrində həbs qətimkan tədbiri seçilən Ə.Süleymanovu və C.Surxayevi cinayət məsuliyyətindən azad etmir.
Əslində Nahid Bağırov da həbs edilməli idi... Faktlara keçək...
O, qəsbkarlıqla məşğldur. Belə ki, N.Bağırovun “İvanovka” təsərrüfatına etdiyi qanunsuz müdaxilələr nəticəsində kolxoz külli miqdarda borclandırılıb. İcra başçısının əsas məqsədi təsərrüfatı borclandırıb daha sonra islahat olarsa, həmin kolxozun mülklərinə yiyələnmək, təsərrüfatı qəsb etməkdir.
Əldə etdiyim məlumatlardan görünür ki, kolxozun torpaq sahələri 60/40 nisbətində bölgü əsasında əkilir. İvanovka kəndinin sakinləri də bilir və etiraf edirlər ki, icra başçısı N.Bağırov da bu bölgüyə şərikdir.
Amma məsələ bununla da bitmir.
Rayonda fəaliyyət göstərən sahibkarlar N.Bağırovun qanunsuz müdaxilələri ilə üz-üzə qalıblar. İcra başçısı tərəfindən irəli sürülən qanunsuz tələblər və sahibkarlara qarşı həyata keçirilən total hücumlar rayondakı narazılıqları pik həddə çatdırıb.
MƏSƏLƏN, N.Bağırov sahibkar Samir Babayevə məxsus torpağı müxtəlif qanunsuz üsullarla ələ keçirmək istəyir. Niyə? Çünki S.Babayevin İsmayıllı şəhərinin mərkəzində icarə müqaviləsi ilə götürdüyü torpaq daha yaxşı yerdədir, səmərəli və münbitdir, başçının da həmin torpağa gözü düşüb.
İKİNCİSİ, icra başçısı N.Bağırovun məsuliyyətə cəlb edilməsi üçün saysız-hesabsız faktlar, iddialar və səbəblər var.
Digər rayonlarda olduğu kimi, İsmayıllı rayonunda yolların əsaslı təmiri işləri aparılır. Bəs, sual olunur, İsmayıllı Rayon İcra Hakimiyyəti nə üçün hər ilin sonunda tender keçirir?
Belə ki, İsmayıllı rayonunda yolların təmiri üçün ayrılmış vəsaitlər hər ilin sonunda sənədləşdirilir, yollarda asfakt örtüyünün çəkilməsi prosesi isə yay aylarında həyata keçirilir. Bəs, bu necə olur, asfalt ilin ortasında çəkilir, tender isə ilin sonunda keçirilir? Təkcə bu amil İsmayıllı rayonunda dövlət büdcəsinə külli miqdarda zərərin vurulduğunu deməyə əsas verir. Vəsaitlər təyinatı üzrə xərclənmir, talanır.
İndi gələk, əsas məsələyə… Barəsində təkrar və klli miqdarda rüşvət alma maddəsi ilə cinayət işi açılan Əlişir Süleymanovun kimliyinə…
Bu adamın İsmayıllı rayonunda vəzifədə işlədiyini həbs olunandan sonra bilmişəm. Əgər əvvəldən bilsəydim, onun haqqında yenə yazardım. Çox yaxşı tanıyıram. Onun külli miqdarda rüşvət aldığına, rayonu taladığına, hətta daha böyük cinayətlər törətdiyinə inanıram.
Əlişir Süleymanov mənim 2008-2009-cu illərdə xidmət etdiyim 702 saylı hərbi hissənin (Füzuli rayonu) komandiri idi. Həmin vaxt rütbəsi mayor idi. Qərargahdan çölə çıxmırdı, döyüş bölgəsində yerləşən bir hərbi hissənin komandirinin kreslodan ayağa qalxmaması zabit şərəfinə yaraşmayan tərz idi. Ağ rəngdə “Prado” sürürdü.
Post əsgərlərinin ərzaqını xüsusi maşınlarla hərbi hissədən daşıdıb Beyləqan rayonunda marketlərdə satırdı. Hətta döyüş postundan briqadaya düşəndə əsgər ərzaqlarının onun şəxsi maşınına - “Prado”ya yükləndiyinin dəfələrlə şahidi olmuşduq. Briqadanın ərazisində yerləşən taborun əsgərləri (onlar pulla, yaxud zənglə ora salınmış əsgərlər idi) pis-yaxşı yeyirdilər, amma post əsgərlərinə - bizə it yeməyi yedirirdilər. Düşmənlə bir neçə metr məsafədə yerləşən postlarımızda xidmət etmək hər əsgərin işi deyildi, “katyol”un tabordan gətirdiyi yeməkləri (iy verən perlova, qreçka) itin qabağına tökürdük, o da yemirdi. Qreçka ilə düşmən qabağında durmaq olardı?!
Sağ olsun, postdakı bölük komandarimiz (həmin vaxt baş leytenant) Pərviz Quliyevin sayəsində azacıq da olsa, adam cildində qalmağı, ölməməyi bacardıq.
Müxtəlif postlarda xidmət etdiyim 1 il ərzində Ə.Süleymanov bircə dəfə də olsun posta gəlmədi, əsgərlərin durumu ilə maraqlanmadı.
Daha sonra nə baş verdi?
Bir müddət olardı ki, xidmətimi başa vurmuşdum. Ə.Süleymanovun səriştəsiz və məsuliyyətsiz hərəkətləri nəticəsində hərbi hissədə biabırçı bir olay yaşandı. Elə bir olay ki, yazmaq olmur. Müdafiə naziri məcbur olub hərbi hissənin yerini dəyişdi. Ə.Süleymanov təxris olundu və onun həbsi məsələdə gündəmdə idi.
Amma sonda nə baş verdi?
Bakıdan hansısa “güclü əl” onu həbsdən azad etmək üçün dəlixanaya saldırdı, guya dəlidir. Daha sonra xəstəliklərlə onu məsuliyyətdən azad etdilər.
İndi məlum olur ki, bu adam uzun illərdir İsmayıllı rayonunda yüksək vəzifədə işləyirmiş. Yəqin ki, əsgərlərin haqqı damağında qalıb. Amma bu dəfə çox yeyə bilmədi. Videolarını mənə göndərirlər, türkçülükdən, vətənpərvərlikdə dəm vurur, sosial şəbəkələrdə özünü reklam edirmiş. Vətənpərvərlik libası geyinmiş nə qədər belə rüşvətxor, talançı və cinayətkar var. Hələ mən onun haqqında nəyi yazmaq mümkündürsə, onları yazdım.
Əsgər-zabitləri ağır söyüşlərlə təhqir edən, yanına xahiş üçün gələn gənc əsgərlərin valideynlərinə göz dikən (belə məlumatlar var idi) Əlişir Süleymanov layiq olduğu cəzanı almalıdır. Biz, postda bütün bu çirkin xəbərləri eşidirdik. Erməni ilə döyüşə göndərilən əsgərin anasına, bacısına, yaxın qohumlarına qarşı əxlaqsız təkliflər edən belələri zindanda da vicdan əzabı çəkən deyil.
Və ən nəhayət, axıska türkü olduğunu deyirdilər. Sadəcə buna da inanmıram.
Müəllif: Samir Feyruzov
 
 
 

Dünyapress TV

Xəbər lenti