Ardını oxu...
Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi Gəncə şəhər stadionunun yenidən qurulması işlərinin (birinci mərhələ) satın alınması üzrə keçirdiyi açıq tenderə yekun vurub. Bir mənbədən satınalma metodu ilə keçirilmiş tenderdə “İnşaatçı 3” Məhdud Məsuliyyətli Cəmiyyəti qalib elan olunub və tərəflər arasında 15.084.799,04 manat məbləğində satınalma müqaviləsinin bağlanıldığı barədə məlumat 15.08.2024-cü ildə dövlət satınalmalarının vahid internet portalında dərc edilib.

Qeyd edək ki, Gənclər və İdman Nazirliyi bundan bir həftə əvvəl, yəni 08.08.2024-cü ildə “İnşaatçı 3” MMC ilə bir satınalma müqaviləsi də bağlayıb. Olimpiya hərəkatı və İdman Muzeyi kimi tikintisinə başlanmış obyektin Gənclər və İdman Nazirliyinin inzibati binasına çevrilməsi ilə əlaqədar tikinti işlərinin satın alınması üzrə keçirilmiş bu tender isə 1.999.730,06 manat dəyərində qiymətləndirilib.

Aktualinfo.org bir həftə ərzində Gənclər və İdman Nazirliyindən 17 milyon manat dəyəri olan iki tender üzrə dövlət sifarişi almış bu şirkət ətrafında araşdırma aparmışdır.

Rəsmi mənbələrdə, Dövlət Vergi Xidmətinin kommersiya qurumunun hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlarda “İNŞAATÇI 3” Məhdud Məsuliyyətli Cəmiyyətinin 26.07.2006-cı il tarixdə Milli Gəlirlər Baş İdarəsində dövlət qeydiyyatına alındığı göstərilir. Reyestr məlumatlarında nizamnamə kapitalı 20 manat olan MMC-nin hüquqi ünvanının BAKI ŞƏHƏRİ NƏRİMANOV RAYONU, TƏLƏT ŞIXƏLİYEV, ev 20, QAPI 1,2,3, qanuni təmsilçisi kimi isə Siraclı Qeys Məmməd oğlu qeyd olunub.

Qeyd edək ki, reyestrinə daxil edilmiş məlumatlarda dəyişikliklərin tarixçəsində MMC-nin adı ƏLİYEV ŞAMİL ƏLİ HÜSEYN OĞLU VƏ SADIXOV AKİF ƏNVƏR OĞLUNUN TAM ORTAQLI İNŞAATÇI ŞİRKƏTİ olub. 2011-2013-cü illərdə ƏLİYEV ŞAMİL ƏLİ HÜSEYN OĞLU VƏ ƏLİYEV YAŞAR ŞAMİL OĞLUNUN TAM ORTAQLI “İNŞAATÇI” ŞİRKƏTİ kimi fəaliyyət göstərib. 2013-2015-ci illərdə ƏLİYEV ŞAMİL ƏLİ HÜSEYN OĞLU VƏ SİRACLI QEYS MƏMMƏD OĞLUNUN TAM ORTAQLI “İNŞAATÇI” ŞİRKƏTİ, 2015-2016-cı illərdə ƏLİYEV ŞAMİL ƏLİ HÜSEYN OĞLU VƏ ORTAQLARININ TAM ORTAQLI “İNŞAATÇI” ŞİRKƏTİ, 2016-cı ildən bu günə kimi “İNŞAATÇI 3” MMC-kimi fəaliyyətini davam etdirir. MMC-nin təsisçisi və ilk qanuni təmsilçisi Əliyev Yaşar Şamil oğlu olub. 2014-cü ildən qanuni təmsilçilik Siraclı Qeys Məmməd oğluna keçib.

MMC-nin ilk qanuni təmsilçisi Əliyev Yaşar Şamil oğlu prezident İlham Əliyevin 09 aprel 2015-ci il tarixli Sərəncəmı ilə Azərbaycan Respublikasında tikinti kompleksinin inkişafında xidmətlərinə görə “Tərəqqi” medalı ilə təltif edilib.

Prezident İlham Əliyevin Azərbaycan Respublikasında sahibkarlıq fəaliyyəti və sahibkarlarla iş sahəsində fərqlənən şəxslərin təltif edilməsi haqqında 3 iyun 2019-cu il tarixli Sərəncamı ilə Siraclı Qeys Məmməd oğlu da “Tərəqqi” medalı ilə təltif edilib.

MMC haqqında rəsmi mənbələrdə olan məlumat bu qədərdir. Bəs qeyri rəsmi mənbələrdə MMC və onun qanuni təmsilçiləri haqqında nə kimi məlumatlar var. Elektron medianın yazdıqlarına görə MMC-nin qanuni təmsilçisi Siraclı Qeys Məmməd oğlu həm də “DDLAR Group” MMC-nin qanuni təmsilçisidir. Məlumatlara görə MMC Əliyev Şamil Əli oğlu ilə Siraclı Qeys Məmməd oğlunun 1999-cu ildə təsis etdikləri “Tam Ortaqlı İnşaatçı” tikinti şirkətinin bazasında, 2011-ci ildə yaradılıb. Hazırda “DDLAR Group”a “İnşaatçı” şirkəti, “Mega Design” MMC, “Monolit Beton” MMC və “Yeni İnşaat” MMC daxildir. “DDLAR Group” şirkətinin əsl sahibinin mərhum Gənclər və İdman naziri Azad Rəhimovun oğlu Arif Rəhimov olduğu bildirilir.

“DDLAR Group” şirkətinin bir sıra rayonlarda da tikinti işləri apardığı haqda məlumatlar var. Məsələn, Mingəçevirdə 2012-ci ildən sonra 3 məktəbin tikintisi və əsaslı təmiri ilə bağlı keçirilən tenderlərin hər birində “DDLAR Group” qalib gəlib. Daha doğrusu, Mingəçevir şəhər İcra Hakimiyyəti 1 saylı tam orta məktəbin əsaslı təmir işlərinin satın alınmasını (ümumi məbləğ: 999899,19 manat), 7 saylı tam orta məktəbin əsaslı təmir işlərinin satın alınmasını (ümumi məbləğ: 999639,92 manat) və 9 saylı tam orta məktəbin əsaslı təmir işlərinin satın alınmasını (999869,56 manat) “Tam Ortaqlı İnşaatçı” şirkətinə həvalə edib.

Bundan başqa, Bərdə, Şirvan, Xaçmaz, Daşkəsən, İmişli, Cəlilabad, Mingəçevir, Ağcabədi, Tovuz və Göygöl rayonlarındakı idman olimpiya kompleksləri (İOK) məhz “DDLAR GROUP” tərəfindən layihələndirilib və tikilərək istifadəyə verilib. Həm də hər bir kompleksin dəyərindən bir neçə dəfə artıq qiymətə başa gəldiyi iddia olunur. Məsələn, Qəbələ Olimpiya İdman Kompleksinin tikintisinə 11 mln xərcləndiyi halda, Şirvan Olimpiya Kompleksinə 6,8 mln, Xaçmaz İdman Kompleksinə isə 8 mln xərclənib.

Meiada gedən məlumata görə, Qeys Siraclı Məmməd oğlu mərhum nazir Azad Rəhimovun oğlu Arif Rəhimovun biznes ortağıdır. Mətbuatda gedən digər məlumata (“BakuNews”) görə, isə iş adamı Siraclı Qeys vəhhabilərin Azərbaycandakı ən böyük dəstəkçilərindən biridir.

Daha maraqlı məlumatlar isə MMC-nin Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovla bağlılığıdır. Mediada yazılanlara görə “Tam Ortaqlı İnşaatçı” şirkəti Mingəçevirdə böyük məbləğlərlə müşaiyət olunan sifarişləri məhz Niyazi Müzəffər oğlu Bayramov 2012-ci ildə icra başçısı təyin edildikdən sonra almağa başlayıb. Bu isə heç də təsadüfi deyil. Çünki Niyazi Bayramovun mərhum nazir Azad Rəhimovla quda olduğu haqda məlumatlar var. İddia olunur ki, bu baxımdanda Mingəçevir icra başçısının milyonluq layihələri məhz nazir oğlunun sahibi olduğu “DDLAR Group”a verib.

Qeyd edək ki, avqustun 28-də Niyazi Bayramovun Gəncə şəhər İcra Hakimiyyətinin başçısı təyin edilməsinin altı ili tamam olur. Bu dövr ərzində onun başçılıq etdiyi Gəncədə nə kimi yeniliklər olub, göz qabağındadır. Təkcə Gəncədə yeni İdman Sarayının tikintisinə 5o milyon manatdan çox dövlət vəsaitinin ayrılması barədə məlumatlar var. Niyazi Bayramova bağlılığı olan “Rövşən Oğuz Qrup” MMC-nin 4-5 ilə başa çatdırdığı İdman Sarayının tikintisinə ayrılan pulların çox hissəsinin mənimsənildiyi barədə də geniş məlumatlar var. Hətta sosial şəbəkələrdə Niyazi Bayramovun oğlu Bəhram Bayramovun milyonlarla manat dəyəri olan dəbdəbəli maşın kolleksiyasının olduğu yayıldı. Araşdırma yazıda müəllif İcra başçısının oğluna məxsus, Bakının mərkəzində – “Hilton” otelinin yaxınlığında yerləşən dəbdəbəli “D’lite” restoranını ortaya çıxarmışdı. Sözügedən yazıda həmin restoranın yaxınlığındakı qarajda Bəhram Bayramova məxsus dəyəri milyonlarla manat olan lüks avtomobillərdən də bəhs edilirdi.

Məlum olduğu kimi Azad Rəhimov artıq bir neçə ildir ki dünyasını dəyişib. Görsənən odur ki, onun oğlu Arif Rəhimov Gənclər və İdman Nazirliyinə təsir etmək gücünü hələ özündə saxlayır. Burada onun 2021-ci ildən Gənclər və İdman naziri vəzifəsinə gətirilmiş Fərid Qayıbovla köhnə ilişkiləri də rol oynaya bilər. Amma Gənclər və İdman Nazirliyinin Gəncə şəhər stadionunun yenidən qurulması işlərini “İnşaatçı 3” MMC-yə həvale etməsində də şübhəsiz Niyazi Bayramov faktoru da mühüm rol oynayıb.

Aktualinfo.org
Ardını oxu...
“2 saylı Şərur-Kəngərli seçki dairəsindən deputatlığa namizəd, Milli Məclisin komitə sədri Siyavuş Novruzovun məmur qohumları müxtəlif formalarda seçkilərə müdaxilə edərək, Seçki Məcəlləsinin tələblərini pozurlar”.

Bu barədə Tribunainfo.az-a Naxçıvandakı mənbələr məlumat verib. Onların sözlərinə görə, Siyavuş Novruzovun zamanında müxtəlif dövlət qurumlarına yerləşdiriyi qohumları seçki prosesinə müdaxilə edirlər: “S.Novruzovun qardaşı oğlu, Quba-Xaçmaz Regional Gənclər və İdman idarəsinin rəisi Nəcəf Novruzov dövlət qulluqçusu kimi bitərəf qalmalı olduğu halda, sosial şəbəkələrdə açıq formada əmisinin təbliğatını aparır.
Eyni zamanda Gənclər və İdman nazirliyindəki qulluq mövqeyindən istifadə edərək Naxçıvan MR Gənclər və İdman nazirliyinə əmisinə inzibati yollarla dəstək verilməsi üçün təzyiq edir”.

Naxçıvandakı mənbələr qeyd edir ki, bir qrup namizəd və sakin Nəcəf Novruzovun qanunsuz əməlləri ilə bağlı Gənclər və İdman naziri Fərid Qayıbova şikayət etməyə hazırlaşır.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
 
 
Ardını oxu...
Adı acı bağırsaq kimi uzun, fəaliyyəti adından uzaq olan Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi 10 gündən çoxdur ki, Bakıya su məşəqqəti yaşatmağa davam edir. Paytaxt ərazisində suyun verilişi hələ də tam bərpa olmayıb və əksər yerlərdə yüzminlərlə insan su yoxluğundan olmazın işgəncə çəkir. İndiyə qədər Bakıda belə rüsvayçılıq olmamışdı. Ən pis halda şəhərin hansısa ərazilərində bir sutka su olmazdı, amma az qala 5 milyon insanın yaşadığı bir paytaxt bu qədər uzunmüddətli du üzünə həsrət qalmamışdı. Ən dəhşətlisi odur ki, ölkənin birinci şəhərində su yoxdur və bu problem artıq təhlükəsizlik məsələsinə çevrilib, amma nə
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi ətraflı izahat verir, nə sədri Zaur Mikayılov brifinq keçirib aydınlıq gətirir, nə bir üzrxahlıq var, nə geniş açıqlama...
Sanki belə də olmalı imiş. Hərçənd, belə fövqəladə şəraitdə Zaur Mikayılov və müavinləri ən azı iki gündən bir mətbuat konfransı keçirib ictimaiyyəti məlumatlandırmalı idi. Amma Zaur Mikayılov xalqı vecinə də almır və keçmiş "Azərsu" sədri Qorxmaz Hüseynova şükür etdirir. Axı bu qədər saymazlıq, bu dərəcədə məsuliyyətsizlik olmaz?! Əgər prezident onu bu vəzifəyə məsul edibsə, xalqa xidmət etmək və izahat vermək də onun borcudur. Ancaq sosial mediada yayılan görüntü və fakt onsuz da əsəbləri tarıma çəkilmiş Bakı camaatını daha da qızışdırdı: Zaur Mikayılov susuz şəhərdə
özünə təzə, dəyəri 15 milyon manatlıq yeni bina tikdirir, üstəlik, özünə 120 min dollarlıq son model "Toyota Land Cruiser" alır. Sosial şəbəkələrdə geniş paylaşılan həmin fakt əhalidə böyük qəzəb doğurmaya bilməzdi - milləti yayın istisində 10 gündən çox susuz qoy, özünə 120 minlik maşın al. Hansı pulla? Hansı maaşla? 120 min dollarlıq maşını bir məmur aldığı məvaciblə necə əldə edə bilər? Xalqa nağıl danışmayın, bu maşın da korrupsiya pullarının nəticəsidir, suyun 10 gündən çox olmaması, Oğuz-Qəbələ-Bakı su kəmərinin təmiri də elə həmin korrupsiyanın, maliyyə cinayətlərinin nəticələridir. Bunun başqa izahı ola bilməz. Əgər məsələ qəza və təmirdirsə, bu qədər müddət çəkə bilməzdi. Hətta çox böyük qəzadırsa, o zaman xalqa açıq şəkildə bildirilməlidir. Və deyilməlidir ki, su kəmərinə nə olub - partlayışdır, hər nədir... Ən biabırçı tərəfi budur ki, Zaur Mikayılov və komandası alternativ barədə fikirləşmir. Şəhəri təmir adı ilə susuz qoy və alternativ təklif eləmə..., bunun adı tam özbaşınalıq və xalqa hörmətsizlikdir.
Artıq sosial şəbəkələrə açmaq mümkün deyil: tik-tok, feysbuk, yutub...Millət üsyan edir, su probleminə görə düşdükləri vəziyyəti çəkib yayır, bir neçə gün sonra seçki keçiriləcək ölkədə xalq hakimiyyətdən narazı salınır...
Ümumiyyətlə, Zaur Mikayılovun siftəsi bərbad oldu. Faktiki olaraq Agentlik sədri su problemi ilə hakimiyyəti sabotaj elədi və seçki ərəfəsində xalq qarşısında pis vəziyyətdə qoydu. Belə səriştəsizliyin və yarıtmazlığın cəzası yalnız Zaur Mikayılovun vəzifəsindən çıxarılması olmalıdır. Çünki COP29 keçiriləcək ölkədə, su, iqlim, ekoloji təmizlik kimi məsələlərin müzakirə olunacağı bir paytaxtda su gəlmir. Rəzalətdir! Çünki Prezident su ehtiyatlarımız, su infrastrukturumuz, bu sahənin inkişafı haqda danışır, Zaur Mikayılov isə dövlətin bu siyasətini sözün əsl mənasında şantaj edir. Eyni zamanda, təkcə şəhərin susuz qalması deyil, adi vaxtlarda da vətəndaşların şikayətlərinə, müraciətlərinə normal baxılmır, problemləri həll olunmur, amma qapını döyüb su pulu ödənişi tələb edə bilirlər. Misal üçün Yeni Günəşlidə "Sahil - S İnşaat" MTK sakinləri, düz 165 ailə dəfələrlə quruma müraciət edib, I Vitse-Prezident sakinləri su probleminin həlli üçün tapşırıq verib, amma Zaur Mikayılov məhəl qoymur. Ona görə də şəhərin su təsərrüfatına cavabdeh olan Agentlik sədri bu bağışlanmaz fəaliyyətinə görə adekvat cavab almalıdır.
Ən dəhşətlisi budur ki, Oğuz-Qəbələ su kəmərinə 1 milyarda yaxın vəsait xərclənib. Daha doğrusu, büdcədən bu layihəyə o qədər vəsait silinib. 2010-da istifadəyə verilib, cəmi 14 il işlədi, 15-ci ilinə keçməmiş başlayıb problemlər...
Azər Talıbov

Anaxeber.info
 
Ardını oxu...
Daş karxanalarının çaylara vurduğu zərərlə bağlı vaxtaşırı olaraq mediada yazılır... Xüsusi ilə də yay mövsümündə bu problem qabarır. Daş karxanalarının qaydalara əməl etməməsi səbəbindən bəzi çaylarda yataqlar 30 metrə yaxın dərinliyə düşür. Nəticədə çaylarda quruma başlayır. Ki, bu da əkin və bağ sahələrinin su təminatında ciddi problemlər yaradır. Sahibkarların şəxsi qazanc naminə vurduğu zərərlər təkcə kənd təsərrüfatı və ekologiya ilə bitmir. Bəzən strateji əhəmiyyətli dövlət obyektləri də kimlərinsə şəxsi maraqlarının qurbanına çevrilir...

Baxmayaraq ki, bu istiqamətdə Ekologiya və Təbii Sərvətlər Nazirliyi də mütəmadi olaraq monitorinqlər aparır. Bəzən xəbərdarlıqlar, bəzən də müvafiq cərimələr tətbiq edilir, amma nə karədirsə problem hələ də aktuallığını qoruyub, saxlayır(?)

AAY DA... Qusarçay yoxa çıxır

Kimlərinsə “Qurbanlıq keçisi” olan çaylar sırasında Qusarçay da yer alır... Xatırladaq ki, bu çay Qusar, Quba və Xaçmaz rayonlarının ərazisindən axıb Xəzər dənizinə tökülür. Qusarçayın üzərində Qusar, Xuray, Ənik və Güzün HES-ləri tikilib. Çaydan suvarma işlərində geniş istifadə olunur. Suyun bir qismi də, Samur-Abşeron su kanalına axıdılır.

Daha doğrusu, bu xatırlatdıqlarımız artıq keçmişdə qaldı: Daş karxanalarının sayəsində nə Qusarçay var, nə də HES-lər, Xəzər dənizinə və Samur-Abşeron su kanalına axma!

Özəl maraqlar naminə Qusarçayın “buxarlandırılması” ilə bağlı Yenixeber.org-a elə özəl mənbələrdən də məlumatlar daxil olub. Məlumatlara görə Qusarçayın qurumasının başlıca səbəbi Quba-Xudat yolunun sol tərəfində fəaliyyət göstərən Daş karxanasıdır… Bir az da dəqiqləşdirsək, bu Daş karxanasının qayda-qanun tanımadan Qusarçayı dədə malı kimi istismar etməsi.

(Yeri gəlmişkən, bu Daş karxanasının sayəsində illərdir ki, Quba-Xudat yolunun karxananın yerləşdiyi hissəsində nəqliyyat vasitələri məcuburən yararsız torpaq yoldan dövrə etməli olurlar.)

Məlumatlarla bağlı müəyyən araşdırmalar apara bilmişik…Daş Karxanasının “ucsuz-bucaqsız” ərazisində apardığımız müşahidələrdən belə məlum olur ki, burada “Dərə xəlvət tülkü bəy”dir ki, var: nə Qusarçay, nə ekologiya, nə də toz-duman içində çarpışan işçilərə insani münasibət yada düşür.

Çay daşlarının üç növə emal ounduğu bu müəssisədə sənədsiz-sübutsuz şıdırığı alver gedir. Qiymətlər də, “pis deyil”.

Qusarçayı “buxarlandıran” kimdir?

Bəs kimdir, Qusarçay kimi məlum faydası ilə seçilən çayı hansısa maraqları naminə qurudan “əjdaha”? İlk yada düşən suallardan bir də budur… Biz də Yenixeber.org olaraq bu suala cavab tapmağa çalışdıq…

Yerli sakinlərdən və söhbətləşdiyimiz “qaragünlü” işçilərdən aldığımız məlumata görə, bu Daş karxanasının sahibi bölgədə nüfuzu ilə seçilən Gülağa Əliyevdir. Həm də, öyrəndik ki, hörmətli Gülağa Əliyev yaxınlıqda-Qaraçay deyilən ərazidə “oturur”. Məlum problemlə bağlı cənab Əliyevi də dinləmək istədik… Bizimlə telefon danışığı yumşaq desək anlaşılmaz oldu: adam özünü gah hansısa yol idarəsinin mühəndisi, gah da ümumiyyətlə dəxilsiz biri kimi təqdim etdi(?)… “Hə, mənim olanda nə olar ki? Mən Quba Yol İdarəsinin mühəndisiyəm, bu karxananın mənə dəxili yoxdur. Bu Daş karxanası Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) tabeliyindədir…” Və s.

Onu da öyrəndik ki, Gülağa Əliyev "5 saylı Quba Yol İstismarı" Məhdud Məsuliyyətli Cəmiyyətdə mühəndis vəzifəsindədir.

AAYDA-nin mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli ilə əlaqə saxladıq. Anar müəllim isə belə bir müəssisədən xəbərsiz olduğunu(?) və araşdırıb, məlumat verəcəyini dedi… Amma dediyi elə dedik olaraq da, qaldı. Nəinki geridönüş edib də, məlumat vermədi, sonrakı telefon zənglərimiz də cavabsız qaldı…

Əldə etdiyimiz məlumata görə sözügedən Daş karxanası AAYDA-nin “şef”i Saleh Məmmədövun “özününküləşdirdiyi” dövlət əmlaklarından biridir… Və de-fakto şəxsi müəssisəsi kimi fəaliyyətdədir.

Qarşıdakı günlərdə aidiyyatı dövlət təşkilatlarına sorğular ünvanlamaqla mövzunu davam etdirəcəyik.

Yenixeber.org
Ardını oxu...
Ardını oxu...
 
 


 
Ardını oxu...
«Araz Supermarket»lərinin birində pişiyin kolbasa saxlanılan vitrinə girməsi ilə bağlı görüntülər yayılıb.

Referans.az xəbər verir ki, müştərilər heyvanın ərzaq saxlanılan vitrində sərbəst gəzişməsini və qida məhsullarına toxunmasını "mundarçılıq", "natəmizlik" kimi dəyərləndiriblər.

Marketlərdə satılan ərzaq məhsullarının saölamlığımız üçün təhlükəsizliyi önəmlidir.

Saytımız «Araz Supermarket»in səlahiyyətli şəxslərinə məsələ ilə bağlı sual ünvanlasa da, qarşı tərəf məsələyə münasibət bildirmədi.
https://www.instagram.com/reel/C-7IMJuskqt/?igsh=cDM3aHpsYmtjdDFu
 

Ardını oxu...
Son bir neçə ildir ki, ölkəmizin şəhər və rayonlarında, digər ərazilərində həyata keçirilən qanunsuz tikinti işləri tam əksəriyyəti narahat etməkdədir və bu problemin varlığı, hal-hazırda ölkə gündəmini zəbt edən əsas mövzulardan biri hesab olunur. Baxmayaraq ki, ölkə rəhbəri İlham Əliyev bir çox müşavirələrdə qanunsuz tikinti işlərinə xüsusi diqqət yetirir və vəzifə sahibi olan hər kəsə bu yöndə ciddi tapşırıqlarını verir.

Qeyd edək ki, 09 oktyabr 2018-ci il tarixdə Nazirlər Kabinetinin geniş iclası keçirilir və Prezident İlham Əliyev paytaxt Bakı şəhərində, digər şəhər və rayonlarda həyata keçirilən qanunsuz tikinti işləri ilə bağlı iclasda iştirak edən hər kəsə ciddi tapşırıqlarını verir. Prezident tikinti işləri ilə bağlı Sərəncam imzaladığını iclas iştirakçılarının bir daha diqqətinə çatdırır və onu da vurğulayır ki, “Tikinti işləri Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin icazəsi olmadan həyata keçirilə bilməz. Əgər kimsə verilmiş qaydaları pozarsa, o halda qaydanı pozanlar həm cinayət məsuliyyətinə cəlb olunacaqlar, həm də qanunsuz inşa olunan tikililər dərhal söküləcək”.

Təəssüflər olsun ki, ölkə başçısı səviyyəsində vəzifə sahibi olan hər kəsə ciddi tapşırıqlar verilsə də, hal-hazırda Sumqayıt şəhəri, 6-cı mikrorayon ərazisindəki məscidə yaxın sahədə, daha dəqiq desək 27-ci və 30-cu binaların həyətində “Yusif-2014” MTK-nın rəhbərliyi primitiv qaydada tikinti işlərini davam etdirməkdədir. GundemXeber.Az-a daxil olan məlumatlar əsasında əməkdaşlarının apardığı araşdırmalardan məlum oldu ki, həmin ərazi bina sakinlərinin istirahət etmələri, gəzmələri, oturub söhbət etmələri və s. üçün nəzərdə tutulsa da, “Yusif-2014” MTK bir növ həmin ərazini “işğal edir” və bina sakinlərini çətin duruma salır. Ərazidə olan çəkliş qrupumuzun əldə etdiyi məlumatlara görə, qeyd olunan ərazidə əvvəllər az-çox yaşıllıqlar olsa da, MTK-nin rəhbərliyi işə başlayarkən həmin yaşıllığı məhv edir.

Ümumi görüntülərdən də görünür ki, hal-hazırda həmin tikilinin ətrafında bir neçə yaşıl ağac qalıb və yəqin ki, yaxın vaxtlarda onların da ömür yollarına “xətt çəkiləcək”.
Bu da onu göstərir ki, Yusif-2014” MTK-nın rəhbərliyi nə tikinti işləri haqqında təlimatı, nə də ki, ölkə rəhbərinin verdiyi tapşırıqları saya salmır. O halda ortaya belə bir sual çıxır ki, görəsən bu MTK-nın rəhbərliyini durdurmaq üçün daha hansı sərəncam imzalanmalıdır, daha hansı tapşırıqlar verilməlidir? Yaxud da, daha hansı qanun qəbul olunmalıdır ki, Yusif-2014” MTK-nın rəhbərliyi “bəd işlər”indən əl çəksin? Mövzuya qayıdacağıq.

GundemXeber.Az

Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Mehdiabad qəsəbəsinin Şıxəli Qurbanov küçəsində yerləşən "Oba" marketdə müştərilərə verilən ƏDV çekləri karta yüklənmir.

Qlobal.az-a bu barədə şikayətçi sakin məlumat verib.

Şikayətçi qeyd edir ki, Mehdiabad qəsəbəsinin Şıxəli Qurbanov küçəsində yerləşən "Oba" marketdə verilən ƏDV çeklərinin böyük əksəryyəti karta yüklənmir.

Onlar bu barədə "OBA" marketə dəfələrlə irad bildirsələr də satıcılar bu problemi QR kodunun yazılışındakı rəng solğunluğunda görürlər.

Şikayətçi qeyd edir ki, əslində QR kodları solğun olmayan ƏDV çeklərinin də əksəriyyəti yüklənmir.

Xatırladaq ki, Vergi Məcəlləsinə 1 yanvar 2019-cu ildən əlavə edilən 165.5-ci maddə ilə fiziki şəxs olan istehlakçıların pərakəndə ticarət və ya ictimai iaşə fəaliyyəti göstərən şəxslərdən alınmış mallara (neft və qaz məhsulları istisna olmaqla) görə ödənilmiş əlavə dəyər vergisinin (ƏDV) geri qaytarılması müəyyən edilib.

"Oba market" məsələyə mövqe öyrənmək mümkün olmadı.

Cahandar Laçınlı.
Ardını oxu...
 
Ardını oxu...
Ölkədə 1 sentyabr parlament seçkilərinə 1 həftə qaldığı bir vaxtda, bəzi dairələrdə rəqabət pik həddə çatıb. Onlardan biri də 125 saylı Zəngilan-Qubadlı seçki dairəsidir.

Bu dairədə əsas rəqabət jurnalist İntiqam Alıyevlə VI çağırış Milli Məclisin deputatı olmuş İmamverdi İsmayılov arasındadır.
Sitat.info xəbər verir ki, bu günlərdə dairədə daha bir xoşagəlməz hal yaşanıb.

İntiqam Alıyevin seçki prosesində fəal iştirak edən, şəhid Ələmqulu Quliyevin oğlu Anar Quliyevin ailəsi təzyiqlə üzləşib.

Belə ki, bir neçə gün öncə Qubadlının icra başçısı Malik İsaqov I Qarabağ müharibəsi şəhidi Ələmqulu Quliyevin həyat yoldaşı Fəxriyyə Nəcəfquliyevanı qəbuluna çağırıb. Ona oğlu ilə bağlı xəbərdarlıqlar edib.

Bildirib ki, Anar Quliyev deputatlığa namizəd İntiqam Alıyevin seçki kampaniyasında iştirak etməsin, əks halda problemlər yaşayacaq.

A.Quliyev deyir ki, bundan sonra anası qorxu keçirib: "İki gün öncə icra başçısı anamı qəbuluna çağırıb, təzyiqlər edib. Şəhid xanımına hədə-qorxu gəlmək nə deməkdir? Anama deyib ki, oğlun namizəd İntiqam Alıyevin seçki prosesinə qatılmasın. İcra başçısısı bu yolla azad seçki kampaniyası aparmağımıza əngəl törətmək istəyir. Xəstə anamı qorxuya salıblar ki, oğluna nəsə edəcəklər".
Məsələ ilə bağlı Qubadlı RİH-nin ə mövqeyini dərc etməyə hazırıq.

Daha ətraflı təqdim etdiyimiz videodan izləyə bilərsiniz.

Məğrur Salmanov,
Sitat.info
 
Ardını oxu...
Sabah, avqustun 26-da Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) növbədənkənar qurultayı keçiriləcək. Qurultayda Səttar Möhbalıyev AHİK sədrliyi ilə vidalaşacaq. Möhbalıyev artıq AHİK-dəki kabinetini təhvil verib.

Musavat.com-a daxil olan məlumata görə, Səttar Möhbalıyev avqustun 22-də, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin (ATİAHİ Respublika Komitəsi) sədrliyindən istefa verdiyi saatlarda köməkçiləri onun kabinetini boşaldıblar.

33 il Səttar Möhbalıyevin AHİK “fironluğu”na şahidlik edən divarlar boş qalıb.

Musavat.com xəbər verir ki, 2006-cı ildən bu postu tutan Səttar Möhbalıyev qurultayda səhhətindəki problemlərlə əlaqədar sədrlikdən gedəcəyini deyəcək. Əslində isə belə deyil. Əgər Səttar Möhbalıyevin səhhətində problem varsa, o, növbədənkənar parlament seçkilərinə də qatılmamalıydı. Səttar Möhbalıyev isə 3 saylı Babək-Kəngərli-Naxçıvan seçki dairəsi üzrə namizədliyini verib. Xəstə, səhhətində problemləri olan biri seçkiyə necə qatılıb?

Səttar Möhbalıyevin AHİK sədrliyi və Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi rəhbərliyindən 4 gün fərqlə istefası “örtülü bazar”ında baş verənlərlə bağlıdır. Səttar Möhbalıyev uzun illər 2 milyon 500 min nəfərdən çox üzvü olan, hər ay hər bir işçinin məvacibindən 2-5 faiz AHİK-ə pul ödəyib.

Bu qədər astronomik gəlirin qarşısında neçə işçinin hüququ bərpa olunub? Nə qədər həmkar Möhbalıyev və ətrafının istirahət mərkəzlərinə göndərilib?

Formal olaraq bu sualları əhatə edən hesabatlar əlbəttə ki, var. Amma reallığı əks etdirirmi?

AHİK qurultayına 3 gün qalmış Səttar Möhbalıyev 18 il sədrlik etdiyi Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsindən istefa verdi. Azərbaycanda 210 min müəllim var. 210 min nəfər müəllimin hər biri hər ay məvacibinin 2 faizini Səttar Möhbalıyevə veriblər.

Bunun qarşılığında Səttar Möhbalıyev neçə müəllimin hüququnu qoruyub, haqqını bərpa edib?

İl ərzində neçə müəllim Səttar Möhbalıyevdən “putyovka” ala bilib?

“Putyovka” biznesi illərdir ki, mətbuatın əsas mövzularından biridir. Bu illər ərzində Səttar Möhbalıyev 1 dəfə də olsun bu haqda danışmayıb. “Putyovka”ların necə payi-mal olunması isə gizlin deyil. Pulunu ver, “putyovkanı” al yanaşması Səttar Möhbalıyevin “örtülü bazar”ında həmişə keçərli olub.

Səttar Möhbalıyev 33 ildə bu biznesdən xəbərsiz olub?

Yazmışdıq, bir də yada salaq.

Bu gün Azərbaycanda müəllim minimum 600 manat əmək haqqı alır. 1200 manat və daha çox məvacib alan müəllimlər də var. Ortalama 1 müəllim hər ay 600 manat əmək haqqı alıbsa, bu halda Səttar Möhbalıyevin cibinə hər ay 12 manat, ildə isə 144 manat ödəniş olub. Müəllimlərin sayını da əldə etdiyimiz 144 rəqəminə vursaq, 1 ildə təkcə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsindən Səttar Möhbalıyevin cibinə 30 milyon 240 min manat pul axıb.

Bunca vəsait toplanarkən hər il müəllimlərin hüquqlarının qorunmasına, onların istirahət hüquqlarına nə qədər ayrılıb?

Səttar Möhbalıyev Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinə 18 il sədrlik edib. 18 ilin 8 ilini cari xərclərə çıxsaq, 10 illik gəlir 324 milyon manata bərabərdir. 24 milyon manatı da silsək, ortada 300 milyon manat qalır və bu pulun yerini təbii ki, Səttar Möhbalıyevdən soruşmaq yerinə düşər.

Səttar Möhbalıyev Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinə biləvasitə rəhbərlik edib, bundan başqa 27 üzv təşkilat da olub.

Həmin təşkilatların sədrlərinin gün-güzəranı Səttar Möhbalıyevlə müqayisəyə gəlməsə də, aralarında multimilyonçular az deyil. Möhbalıyevin ətrafında olanların dəyəri 100-200 min manatlıq bir deyil, bir neçə maşınları, 2-3 milyonluq villaları, ölkənin turistik, gözəgəlimli yerlərində imarətləri, saysız-hesabsız torpaq sahələri, biznesləri var.
Bu adamların gəlirlərinə illərlə tək nəzarət edən, “təftiş” edən elə Möhbalıyevin özü və başına topladığı müavin-katibləri olub.

Səttar Möhbalıyevin AHİK sədrliyindən kənarlaşdırılacağı indidən bəllidir. O, 33 ildir ki, bu postdadır. Bir qərinə Səttar Möhbalıyevin oliqarxlaşması, həddindən artıq var-dövlət toplaması, ölkənin gizli milyonçuları sırasına çıxmasına çoxdan kifayət edib.

Səttar Möhbalıyevi yaxından tanıyanlar deyirlər ki, ciddi-cəhdlə gizlətməyə çalışdığı var-dövlət hərisliyi onu dəfələrlə “sahildən sahilə” atıb.

Ötən illər ərzində Möhbalıyevin “krışa”sı kimlər olmayıb ki? Bir-birinə az qala düşmən mövqedə olan vəzifə daşıyıcılarının kölgəsində daldalanan Səttar Möhbalıyev vəziyyət dəyişən kimi “krışa”sını dəyişib. Uzun illər Ramiz Mehdiyevin patronajlığı altında AHİK-də “at çapan” Səttar Möhbalıyev Eldar Mahmudov vəzifəyə təyinat alandan sonra onun cinahına keçib. Hətta Eldar Mahmudovun həyat yoldaşı Tahirə Mahmudovanı 2007-ci ildən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında katib vəzifəsinə təyin edib. O, həm də AHİK-in Məclis və İcraiyyə Komitəsinin üzvü olub. 2015-ci ildə Eldar Mahmudov vəzifəsindən çıxarılandan 1 gün sonra Səttar Möhbalıyev Tahirə Mahmudovanı vəzifəsindən uzaqlaşdırmışdı. Özü isə Naxçıvan “xanı” Vasif Talıbovun “krışa”sı altına keçmişdi. Böyük varidat sahibi olan Səttar Möhbalıyev hər kiçik fürsətdə üzv təşkilat rəhbərlərindən pul qoparmağından da qalmırmış. Məsələn, 2020-ci ildə Milli Məclisə namizədliyi Naxçıvandan verilən Səttar Möhbalıyev “kiçik torpaq”da təmir-tikinti işləri görəcəyini deməklə AHİK-ə üzv olan təşkilat rəhbərlərinin hər birindən 10 min manat yığmışdı. Təmir-tikinti işlərini isə təbii ki, Səttar Möhbalıyev həyata keçirməmişdi.

AHİK ölkə daxilində ofşor adadır, uzun illər böyük pulların hardan gəlib, hara getdiyinə Səttar Möhbalıyevlə ətrafına topladığı 3-5 nəfərdən başqa kimsə vaqif olmayıb. İndi isə vəziyyət dəyişib, pulların Möhbalıyevin nəzarəti altında necə bölüşdürülməsi, dağıdılması araşdırılmağa başlanıb. Araşdırmalar başlar-başlamaz AHİK sədri ürək xəstəliyi tapıb. Səttar Möhbalıyevi yaxından tanıyan mənbənin verdiyi məlumata görə, AHİK sədrinin mal və sərvətinin dəyəri 3 milyard manatı aşır. Hazırda AHİK ölkə içərisində fəaliyyət göstərən ən böyük şəxsi imperiyadır. Səttar Möhbalıyev 2,5 milyon işçinin əmək haqqından hər ay AHİK-in hesabına köçürülən 2-5 faizin gətirdiyi milyonlar üzərində illərlə sərəncam verib.

Artıq AHİK-də Səttar Möhbalıyevin dövrü bitir. Onun varidatının araşdırılmasının cildlərlə cinayət işi materialına sığmayacağı da indidən bəllidir. Sabahkı növbədənkənar qurultaydan sonra həbs olunacağı ehtimalı da var.

E.MƏMMƏDƏLİYEV,
Musavat.com
 

Dünyapress TV

Xəbər lenti