Ardını oxu...
Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) növbədənkənar qurultayı ərəfəsində Səttar Möhbalıyev Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin (ATİAHİ Respublika Komitəsi) sədrliyindən istefa verib.

2006-cı ildən bu postu tutan Səttar Möhbalıyev istefasını “işinin çoxluğu” ilə izah edib.

AHİK qurultayına 3 gün qalmış Səttar Möhbalıyevin istefası aydındır ki, iş çoxluğu məsələsi deyil. Daha milyonları, milyardları gizlətmək mümkün deyil. İllərdir ki, Səttar Möhbalıyevin var-dövləti artıq ölçüsüz coraba belə sığmır.

Onun 18 il sədrlik etdiyi Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsi üzərindən əldə etdiyi gəlirlərə ötəri nəzər salaq. Statistik məlumatlara görə, Azərbaycanda 210 min müəllim var. 210 min nəfər müəllimin hər biri hər ay məvacibinin 2 faizini Səttar Möhbalıyevə veriblər. Bu gün Azərbaycanda müəllim minimum 600 manat əmək haqqı alır. 1200 manat və daha çox məvacib alan müəllimlər də var. Ortalama 1 müəllim hər ay 600 manat əmək haqqı alıbsa, bu halda Səttar Möhbalıyevin cibinə hər ay 12 manat, ildə isə 144 manat ödəniş olub.

Müəllimlərin sayını da əldə etdiyimiz 144 rəqəminə vursaq, 1 ildə təkcə Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsindən Səttar Möhbalıyevin cibinə 30 milyon 240 min manat pul axıb.

Bundan müəllimlərə nə çatıb?

Səttar Möhbalıyev Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinə 18 il sədrlik edib. 18 ilin 8 ilini cari xərclərə çıxsaq, 10 illik gəlir 324 milyon manata bərabərdir. 24 milyon manatı da silsək, ortada 300 milyon manat qalır və bu pulun yerini təbii ki, Səttar Möhbalıyevdən soruşmaq yerinə düşər.

Səttar Möhbalıyev Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinə biləvasitə rəhbərlik edib, bundan başqa 27 üzv təşkilat da olub.

Həmin təşkilatların sədrlərinin gün-güzəranı Səttar Möhbalıyevlə müqayisəyə gəlməsə də, aralarında multi-milyonçular az deyil. Möhbalıyevin ətrafında olanların dəyəri 100-200 min manatlıq bir deyil, bir neçə maşınları, 2-3 milyonluq villaları, ölkənin turistik, gözəgəlimli yerlərində imarətləri, saysız-hesabsız torpaq sahələri, biznesləri var.
Bu adamların gəlirlərinə illərlə tək nəzarət edən, “təftiş” edən elə Möhbalıyevin özü və başına topladığı müavin-katibləri olub.

Avqustun 26-da AHİK-in növbədənkənar qurultayında Səttar Möhbalıyevin sədrlikdən kənarlaşdırılacağı da indidən bəllidir.

Səttar Möhbalıyev 33 ildir ki, bu postdadır. Bir qərinə Səttar Möhbalıyevin oliqarxlaşması, həddindən artıq var-dövlət toplaması, ölkənin gizli milyonçuları sırasına çıxmasına çoxdan kifayət edib.

Səttar Möhbalıyevi yaxından tanıyanlar deyirlər ki, ciddi-cəhdlə gizlətməyə çalışdığı var-dövlət hərisliyi onu dəfələrlə “sahildən sahilə” atıb. Ötən illər ərzində Möhbalıyevin “krışa”sı kimlər olmayıb ki?

Bir-birinə az qala düşmən mövqedə olan vəzifə daşıyıcılarının kölgəsində daldalanan Səttar Möhbalıyev vəziyyət dəyişən kimi “krışa”sını dəyişib. Uzun illər Ramiz Mehdiyevin patronajlığı altında AHİK-də “at çapan” Səttar Möhbalıyev Eldar Mahmudov vəzifəyə təyinat alandan sonra onun cinahına keçib. Hətta Eldar Mahmudovun həyat yoldaşı Tahirə Mahmudovanı 2007-ci ildən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasında katib vəzifəsinə təyin edib. O, həm də AHİK-in Məclis və İcraiyyə Komitəsinin üzvü olub. 2015-ci ildə Eldar Mahmudov vəzifəsindən çıxarılandan 1 gün sonra Səttar Möhbalıyev Tahirə Mahmudovanı vəzifəsindən uzaqlaşdırmışdı.

Özü isə Naxçıvan “xanı” Vasif Talıbovun “krışa”sı altına keçmişdi. Böyük varidat sahibi olan Səttar Möhbalıyev hər kiçik fürsətdə üzv təşkilat rəhbərlərindən pul qoparmağından da qalmırmış. Məsələn, 2020-ci ildə Milli Məclisə namizədliyi Naxçıvandan verilən Səttar Möhbalıyev “kiçik torpaq”da təmir-tikinti işləri görəcəyini deməklə AHİK-ə üzv olan təşkilat rəhbərlərinin hər birindən 10 min manat yığmışdı. Təmir-tikinti işlərini isə təbii ki, Səttar Möhbalıyev həyata keçirməmişdi.

Bu gün ölkədə 2,5 milyon işçinin əmək haqqından hər ay 1-5 faiz tutulur. AHİK-ə ölkənin dörd bir tərəfindən olduqca böyük pullar axır. Bu pullardan vergi tutulmur, pulların hara xərclənməsini yoxlayan bir orqan da yoxdur. AHİK ölkə daxilində ofşor adadır, uzun illər böyük pulların hardan gəlib, hara getdiyinə Səttar Möhbalıyevlə ətrafına topladığı 3-5 nəfərdən başqa kimsə vaqif olmayıb.

İndi isə vəziyyət dəyişib, pulların Möhbalıyevin nəzarəti altında necə bölüşdürülməsi, dağıdılması araşdırılmağa başlanıb. Araşdırmalar başlar-başlamaz AHİK sədri ürək xəstəliyi tapıb. Səttar Möhbalıyevi yaxından tanıyan mənbənin verdiyi məlumata görə, AHİK sədrinin mal və sərvətinin dəyəri 3 milyard manatı aşır. Hazırda AHİK ölkə içərisində fəaliyyət göstərən ən böyük şəxsi imperiyadır. Səttar Möhbalıyev 2,5 milyon işçinin əmək haqqından hər ay AHİK-in hesabına köçürülən 2-5 faizin gətirdiyi milyonlar üzərində illərlə sərəncam verib.

Artıq AHİK-də Səttar Möhbalıyevin dövrü bitir. Onun varidatının araşdırılmasının cildlərlə cinayət işi materialına sığmayacağı da indidən bəllidir./Musavat.com
 
Ardını oxu...
Mətbuatda yazıldığına görə, Doğan Jeotermal Şirkətlər Qrupunun əsas firması olan Doğan Jeotermal 1990-cı ildən fəaliyyət göstərir və əsasən infrastruktur və üst quruluşun tikintisi, sənaye obyektləri, korporativ mənzil və sənaye binalarının tikintisi ilə məşğul olur. Şirkətin İdarə Heyətinin sədri Mehmet Ali Doğan adlı bir şəxsdir. Deyilənə görə, şirkətin Türkiyədə təxminən 5000 işçisi var. Bildiyimizə görə, Doğan Jeotermal Şirkətlər Qrupu 2000-ci illərin əvvəllərində termal sağlamlıq turizmi sahəsinə də əl qoyub və klubun termal sağlamlıq turizmi üzrə brendi Hattuşa Vacation Thermal Club layihəsidir. Türkiyənin termal turizm şirkətlərindən biri olan “Hattuşa Tatil Klubu" həm də “Hattuşa Azərbaycan” adlı bir layihə həyata keçirir. Bizi daha çox bu layihə maraqlandırdığı üçün onun üzərində dayanacağıq. Bəri başdan onu deyək ki, "Hattuşa Tatil Klubu" Azərbaycana çox böyük vədlərlə gəlmişdi… Böyük investisiya qoymaq, tikinti işləri aparmaq, yeni iş yerləri açmaq, ölkə əhalisinin maddi durumuna dəstək olmaq və s. və i.a. Amma sonda bəlli olur ki, Hattuşa nəinki Azərbaycana heç bir investisiya gətirməyib, əksinə Azərbaycan əhalisinin "cibinə girmək"lə, kimi necə gəldi aldatmaqla məşğuldur. Özü də Bakı şəhərinin düz mərkəzində - Nərimonov metrosunun üstündəki “Çinar park” biznes mərkəzində… Bu barədə irəlidə… Mətbuatda yazılana görə, Hattuşa Vacation Thermal Clubu təxminən 10.000-dən çox yataq tutumu olan mehmanxanalara malikdir, lakin onların Türkiyənin hansı yerlərində yerləşdiyini öyrənə bilmədik. Ümumiyyətlə, "Hattuşa Tatil Klubu" barədə Azərbaycan mətbuatında informasiya yox dərəcəsindədir. Yalnız bir dəfə saytlar informasiya verib, bu da Mehmet Ali Doğanın Bakıda fevralın 17-də “Four Seasons” hotelində Azərbaycandakı layihəsi ilə bağlı olub. Saytlarda həmin tədbiri çox gurultulu başlıqlar altında təqdim edib: “Vətəndaşları işlə təmin edəcək layihə - Türkiyə şirkəti Azərbaycanda!” (https://azertag.az/xeber/__ vetendaslari_isle_temin_edecek_layihe___turkiye_sirketi_azerbaycanda-2931523, https://fed.az/az/biznes/vetendaslari-isle-temin-edecek-layihe-turkiye-sirketi-azerbaycanda-fotolar-vi%CC%87deo-192324). Bundan sonrakı dövrdə yalnız Samira Səfərəliyeva adlı şəxsin Apaydın MMC-yə işçi dəvəti ilə bağlı elanları dərc olunub. Elana inanıb gedənlər indi qapılarda qalıblar. MMC-nin işə qəbul etdiyi adamların əksəriyyəti maaşlarını ala bilməmələrindən şikayətçi olmuşlar. Yalnız onların “Gündəm Xəbər Qəzeti Redaksiyası"na müraciətindən və redaksiya əməkdaşının şirkətə göndərdiyi rəsmi sorğudan sonra onların bəzilərinin əmək haqları ödənilib. Şirkətin Ziya Quliyev adlı işçisi isə indiyə qədər əmək haqqını ala bilməyib, Maaşını tələb edərkən ona vəkillə görüşmək şərti qoyulub, niyə vəkillə? Dünyanın harasında əmək haqqını vəkil verir və ya vəkillə görüşdən sonra verirlər? Bu da Mehmet Ali Doğanın Azərbaycan vətəndaşlarını işlə təmin etmək vədi!!!
Şirkətin İdarə Heyətinin sədrinin 23.02.2024 tarixində "Azərtac"a verdiyi müsahibədə Hattuşa Azərbaycan Tatil Klubunun Hattuşa mübadilə sistemi sayəsində Türkiyə, Avropa və digər dünya ölkələrindən Azərbaycana qısa müddətdə çox böyük turist ordusu gətirəcəyini və Azərbaycan iqtisadiyyatına töhfələr verəcəyini bildirmişdi. Yarım ildən çox keçməsinə baxmayaraq, Hattuşanın Azərbaycana turist gətirməsi vəddən o yana keçməyib. İrəlidə Hattuşanın Azərbaycanda nə ilə məşğul olması barədə ətraflı məlumat verəcəyimizə görə hələlik bu barədə geniş danışmırıq.
Hattuşanın iş elanına baxaq. Elanda deyilir: Şirkət 20-30 yaş arası qadınlar axtarıır. Və namizələrdən yüksək inandırma qabiliyyəti, Azərbaycan dilində səlis danışıq bacarığı, Microsoft Office proqramları üzrə bilik və bacarıqlar tələb olunur. İnternet və dil bilgiləri ilə bağlı qoyulan tələblərlə işimiz yoxdur. (Tələblər yüksək, maaş isə cəmi 450 manat) (https://tr.linkedin.com/posts/samira-safaraliyeva-7a16991a1). Amma elanla bağlı məndə iki sual doğur: birincisi, niyə 20-30 yaş arası qadınlar, ikincisi, niyə inandırmaq qabiliyyəti? Bu iki şərt, bizcə, şirkətin niyyəti barədə əvvəlcədən məlumat verir. Təbii ki, ölkədə işsizlik var və həmin elandan sonra neçə-neçə gənc MMC-yə (?) üz tutub. Və bu gün də onlar qapılarda qalıblar, əmək haqlarını ala bilmirlər... Onların şikayət ərizələri qarşımdadır... Müxtəlif bəhanələrlə “sabah gəlin” deyə süründürməçiliyə məruz qalıblar.
Şirkət Azərbaycana gələndə böyük investisiyalar qoymağı vəd eləmişdi. Sən demə, bu sözlər hamısı mətbuat üçün imiş. Bəs Azərbaycan iqtisadiyyatına və vətəndaşlarına töhfə gətirməyi vəd edən şirkət nə ilə məşğul olur? Şirkətdə bir aydan bir qədər az müddətdə çalışmış, adının anonim saxlanılmasını istəyən şəxs yuxarıda qoyulan sualları cavablandırarkən dedi: Şirkət ümumi tanıtımını "Hattuşa Tatil Klubu" MMC kimi həyata keçirdiyi halda, işçilərlə və müştərilərlə müqavilələri “Apaydın Tatil” MMC adı ilə bağlayır. Bu, ikiləşdirmə nəyə xidmət edir?
İşçilər və müştərilərlə müqavilə bağlayan “Apaydın Tatil” MMC özü barədə məlumatları niyə gizli saxlayır? Niyə özünü daha çox "Hattuşa Tatil Klubu" kimi təqdim edir? Bizcə bu, sabahkı problemdən yaxa qurtarmaq məqsədi daşıyır. Sabah problem yaranarsa, müştəri və işçilər kimin yaxasından tutacaq? "Hattuşa Tatil Klubu"nun, yoxsa “Apaydın Tatil” MMC-nin?
İndi keçək “Apaydın Tatil” MMC-nin konkret fəaliyyət sahəsinə! Yuxarıda qeyd etmişdik ki, şirkətin sədri Azərbaycana böyük investisiya ilə gəldiyini və yeni iş yerləri açacağını bəyan etmişdi. Lakin çox qısa zamanda məlum oldu ki, şirkət nəinki Azərbaycana heç bir investisiya gətirmək fikrində deyil, əksinə, Azərbaycan vətəndaşlarınıın əlində olanı tutub alıb, xaricə daşımaqdır. Proses necə gedir? işçilər nə ilə məşğul olur? Yuxarıda inandırmaq tələbindən danışdıq. Bəli, məsələ insanları inandırıb əlindəkini tutub almaqdır. Özü də bütün vasitələrlə! Yəni şirkətin əməkdaşları istənilən formada - pul, qızıl, telefon, saat, torpaq mülkiyyəti və s. şəkildə ödənişləri qəbul etməyə hazır olduqlarını bildirirlər. Bu nə ödənişdir və nəyə görə ödənişdir? Keçək əsas məsələyə! Baxmayaraq ki, şirkətin sədri ilk müsahibəsində Azərbaycana turist cəlb edəcəyini bəyan etmişdi, sonda belə çıxır ki, turistləri Azərbaycana gətirmək yox, Azərbaycandan aparmaq niyyəti varmış. Şirkət əməkdaşları bildirirlər ki, onlar Türkiyənin müxtəlif yerlərində insanların istirahətini təşkil etmək işi ilə məşğul olurlar. Amma bunun üçün gərək adamlar bir neçə ilin istirahət pulunu qabaqcadan ödəsinlər. Yəni Hattuşa Tatil Klubu ilə 5 və ya 10 illik müddətə müqavilə bağlayıb klubun üzvü olsunlar. Müqavilənin qiyməti isə nə az - nə çox 10-15 min manat arasında nağd vəsait olmalıdır. 2 min - 3 min manat ilkin ödəniş etməklə kredit də götürmək olar. Bu pulu ödəyən şəxs, gedib Türkiyədə Hattuşanın hansısa jeotermal düşərgəsində pulsuz bir həftə dincələ bilər. Amma şirkət elə birinci addımda müştərilərini aldadır, pulsuz deyilən həftəlik istirahətə görə 250 dollar komendant pulu tələb edir. Üstəlik, hər bir adam özü və aliəsi üçün də ayrıca bilet almalıdır. Bunlar aydın! Bəs müqavilə ilə bağlı hər hansı mübahisə yaranarsa, bu necə öz həllini tapmalıdır? Şirkətin müqaviləsində problemin məhkəmə həlli variantı istisna təşkil edir. Ən əsası isə alınan pul üzərində nəzarət mexanizmi yoxdur.

P.S. “APAYDIN TATİL” MMC-nin və “HATTUŞA TATİL KLUBU”n xanım əməkdaşının bizə təqdim etdiyi azlizadehb4groups@gmail.com ünvanına 01 avqust 2024-cü il tarixində, saat 13:04-də sorğu göndərsək də, bu günə qədər sorğumuza cavab ala bilməmişik. Ona görə də, məqaləni birtərəfli dərc etmək məcburiyyətində qaldıq. GundemXeber.az redaksiyası olaraq yenə də qarşı tərəfin mövqeyini dinləməyə hazırıq. Ardı var...

gundemxeber.az
 

Ardını oxu...
     

1 sentyabr tarixində Azərbaycanda keçirilməsi nəzərdə tutulan parlament seçkilərinə bölgələrdə ciddi hazırlıqlar gedir. Namizədlər öz növbələrində təbliğat təşviqat kompaniyalarını qurur, seçiciləri ilə görüşlər keçirir.

Muğan Televiziyası olaraq biz də Şirvandan namizədliyini irəli sürən şəxslərlə müsahibə alıb, onların deputat seçiləcəyi təqdirdə görəcəyi işlərin nədən ibarət olduğunu öyrənməyə çalışdıq. 

Sənaye şəhəri olan Şirvanın zavod və fabriklərinin yararsız, uzun illərdi işləməməsi şəhər sakinlərini ən çox düşündürən mövzulardan biridi. İqtisadiyyatın inkişafına görə bu zavodların yenidən fəaliyyətə başlaması üçün hansı addımlar atılmalıdır? Müsahibimiz, 51 saylı Şirvan seçki dairəsindən namizəd Peyman Sadıqovdur.

Ardını oxu...
Səbail Rayon İcra Hakimiyyəti camaatı barmağına dolayıb.

Avtosfer.az xəbər verir ki, may ayında paytaxtın Səbail rayonu Mirzə Mustafayev küçəsində yerləşən parkda restoranlardan birinin sahibinin öz obyektini qanunsuz böyütməyə çalışması ilə bağlı xəbər yayılmışdı.

Belə ki, Səbail parkında daha əvvəl yüngül, dəmir konstruksiyalarla tikilən kiçik ölçülü iaşə obyektinin böyüdülməsi ilə bağlı yayılan məlumatlardan sonra Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsinin əməkdaşları söküntü işlərinin başladılması ilə bağlı açıqlama vermişdi. Hətta söküntü işlərinin foto və videoları yayılmışdı.
Ardını oxu...
Belə bir məqamda hər kəs həm Səbail Rayon İcra Hakimiyyətinin, həm də Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin nə dərəcədə şəffaf fəaliyyətlərinin olması mövzusunda heç kəsdə şübhə qalmamışdı. Dünən axşam saatlarında vətəndaşlardan birinin redaksiyamıza göndərdiyi video və fotolardan sonra şübhə məsələsində bir neçə dəfə düşünməyə ehtiyac duyduq.

May ayında qanunsuz tikinti aparılması səbəbilə söküldüyü deyilən obyekt 4 ay sonra daş fasadlı və tam təmirli restoran kimi qarşımıza çıxır. Görünür, çəkiliş qrupları ərazidə olarkən, sakinlərin də ictimailəşdirdiyi fotolar əsasında obyektin söküldüyü düşüncəsi yaratmağa çalışan dövlət qurumları, çəkiliş qrupları ərazidən uzaqlaşdıqdan sonra sahibkarın özbaşınalığına göz yumub.

Daha əvvəl Səbail Rayonu İcra Hakimiyyətinin Gülbala Əliyev küçəsində elektrik enerjisini yolun bir hissəsinə verib, başqa hissəsində dayandırması və bu üsulla puluna qənaət etməsi ilə bağlı xəbər dərc etmişdik. Əhalinin istirahət ərazisi olan parkın artıq böyük hissəsinin restoran və digər iaşə obyektləri tərəfindən zəbt edilməsi İcra Hakimiyyətinin pul mövzusuna nə qədər ciddi yanaşdığı barədə də düşünməyə əsas verir. May ayında operativ şəkildə söküntü işləri ilə bağlı açıqlama verməkdən çəkinməyən Dövlət Şəhərsalma və Arxitektura Komitəsi isə yeni vəziyyətlə bağlı heç də operativ davranmayaraq icra hakimiyyətilə bu mövzuda ortaq hərəkət etdiyini təsdiqləyir.

Hələ avqustun 21-i Bakı Şəhər İcra Hakimiyyətində icra başçıları ilə keçirilən görüşdə Eldar Əzizovun qanunsuz tikililərlə bağlı xəbərdarlıq etdiyi hamıya məlumkən, Səbail parkındakı özbaşınalığa göz yummaq rayon rəhbərliyinin edilən xəbərdarlıqları nə qədər ciddiyə aldığının göstəricisidir.
Ardını oxu...
Belə qurumların – komitə, icra hakimiyyəti və bələdiyyələrin başa düşmədikləri bir çox məqamlar var. Belə ki, bir rayonda hər hansısa obyekt, yaxud yaşayış binası tikilərkən, buna icazə belə verilməzdən əvvəl hər şey əvvəlcə rayonun, daha sonra isə ümumilikdə paytaxtın Baş planına uyğun layihələndirilməlidir. Ötən həftələrdə Nərimanov rayonunda küçədə kanalizasiyanın daşaraq ətrafa üfunət qoxusu yayması ilə bağlı məlumat vermişdik. Yəqin ki, Səbail Rayonu İcra Hakimiyyətində vətəndaşların sağlamlığı mövzusu ümumiyyətlə nəzərə alınmır. Belə qanunsuz tikintilərin aparılmasına şərait yaratmaqla Bakının Baş planı ilə bağlı layihələrin həyata keçməsindəki maneələrin əsas zəncirinə çevrildiklərinin fərqində olmurlar. Dövlət qurumlarının ərazidə əhali və ya abonent artımını nəzərə almadan “gözüyumulu” tikintilərə icazə verməsi, həm rayonun kanalizasiya, həm elektrik, həm də qaz təminatı mövzusunda problemlərlə üzləşməsinə səbəb olur (bu mövzunu başqa məqaləmizdə daha geniş araşdıraraq sizə təqdim edəcəyik).

Vətəndaşlar onların istirahət ərazilərində belə obyektlərin tikintisinə şərait yaradılmaması, ümumilikdə park və küçələrin zəbt edilməsinıə qarşı aidiyyəti qurumların təcili hərəkətə keçməsini tələb edib.

 
 
 
Ardını oxu...
Emal Sənayesi üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzinin sabiq direktoru Mətləb Hüseynov və mərkəzin baş mühasibi Aynaxanım Babayeva külli miqdarda vəsaitin mənimsənilməsində ittiham olunur.

Bizimxeber.az bildirir ki, bu şəxslər 175 min manatdan artəq pulu qanunsuz olaraq mənimsəyiblər.

Faktla bağlı ciddi araşdırmalar davam edir.

Qeyd edək ki, ölkədə, əsasən Bakı şəhərində fəaliyyət göstərən Peşə Təhsil Mərkəzlərinin fəaliyyəti ciddi nəzarətə götürülüb, yenidən bu qurumlarda maliyyə yoxlamaları aparıla bilər.

 
 


 
Ardını oxu...
Uzun illərdir ki, keyfiyyətsiz məhsul istehsal etməkdə ittiham olunan "Siyəzən Broyler”lə bağlı şikayətlər səngimir.

Həm elektron KİV-lərdə, həm də sosial mediada bu şirkətin fəaliyyəti ilə bağlı xeyli şikayətlər mövcuddur.

Yeri gəlmişkən, şirkətlə bağlı xarici mediada da bir sıra araşdırma yazıları dərc olunub.

Bildirilir ki, 1984-cü ildə tikilib istifadəyə verilən bu şirkət ölkənin ilk milli şirkətlərindən olsa da, fəaliyyəti heç vaxt qənaətbəxş olmayıb.

Məsələn, elektron KİV-lər yazırlar ki, bu müəssisədə xəstə quşların hər hansı laboratoriya nəzarətindən və yoxlanışından keçirilmədən təkrar yem kimi istifadə olunması halları var.

Bundan başqa, "Siyəzən Broyler” ASC-də istehsal olunan toyuq əti məhsullarının keyfiyyət baxımından müasir tələbata cavab vermədiyi vurğulanır. Bütün bunlara rəğmən, Azərbaycan Qida Təhülkəsizlik Agentliyi (AQTA) ASC-nin fəaliyyətini ciddi yoxlamır, bir sıra nöqsanlara göz yumur.

Əhali arasında bu müəssisənin istehsal etdiyi quş əti məhsullarına münasibət heç də birmənalı deyil. Çünki fabrikdə müxtəlif səbəblərdən xəstə quşlar, hər hansı bir laboratoriya nəzarətindən və yoxlanışından keçirilmədən sanki təkrar yem kimi istifadə olunur. Yəni digər toyuqlara yedizdirilir. Halbuki baytarlıq təlimatına əsasən bu və ya digər səbəbdən ölmüş quşları yüksək temperaturda yandırdıqdan sonra külünü digər yem növlərinə müəyyən olunmuş miqdarda qataraq təkrar yem kimi istifadə etmək olar. Bu isə onu deməyə əsas verir ki, bu quşçuluq fabrikinin məhsulları keyfiyyət sarıdan çox problemlidir.

"Siyəzən Broyler”in istehsal etdiyi məhsulların qoxusu bir çox mətləblərin açarıdır. Yəni ASC-nin müxtəlif dükanlarda istehlakçılara təqdim olunan məhsullarına qoxudan yaxınlaşmaq mümkün deyil. Bir sıra digər broyler toyuqlarında isə nədənsə belə qoxu olmur. Görünür, bu, "Siyəzən Broyler”in toyuqları müxtəlif kimyəvi dərmanlarla tez böyütməsilə bağlıdır”.

Mətbuatda yayılmış iddialara görə, broyler toyuqlarının bükülmə materialı insanlarda xərçəng xəstəliyi əmələ gətirən RLC əsaslı qablardır.

Avropa İttifaqının rəsmi sənədlərində göstərilir ki, RLC əsaslı qabların ərzaq məhsulları ilə təmasda olmamalıdır. Yəni məhsul belə qablarda qablaşdırılmamalıdır.

Bundan başqa, quşçuluq fabrikində toyuqlara həddən artıq hormonik maddələr, antibiotik vurulur ki, tez yetişsinlər.

Deyilənlərə görə, "Siyəzən Broyler”də istehsal olunan toyuqların qidalandığı yemlərin tərkibində genetik modifikasiya olunmuş orqanizmlər (GMO) var.

Yəni fabrikdə keyfiyyətsiz quş yemlərindən istifadə olunur. Bu səbəbdən də məhsullar həddən artıq piylənməyə, şəkərli diabetə, mübadilə pozğunluğuna gətirib çıxarır. Bu isə sonda ağır fəsadlara səbəb olur.

2021-ci ildə "Siyəzən Broyler” fabrikinin səhmdarlarının martın 4-də keçirilən illik ümumi yığıncağında elan edilib ki, külli miqdarda mal-material çatışmazlıqları səbəbindən idarəetmə müqaviləsi pozulub, amma iş bununla yekunlaşmayıb.

"Siyəzən Broyler” ASC-nin rəhbərliyi aşkarlanmış pozuntuların araşdırılmasından ötrü hüquq-mühafizə orqanlarına müraciət edib

Həmin ərəfədə adının çəkilməsini istəməyən səhmdarlardan biri "Azadlıq” radiosuna deyib ki, barəsində şikayət olunan şəxslər arasında "Atropatena” QSC-nin İdarə Heyətinin (İH) sədri Elşad Rəsulov da var.

O, 2016-cı ildə "Siyəzən Broyler” ASC-nin Müşahidə Şurasının (MŞ) sədri seçilmişdi.

2016-cı ildə "Siyəzən Broyler” fabrikində 15,8 min ton quş əti istehsal olunub. Məhsulun 1 kiloqramının maya dəyəri 2 manat 23 qəpik, orta satış qiyməti isə 2 manat 78 qəpik olub. Satışdan 44 milyon manat vəsait daxil olub. Bununla belə, yüksək idarəetmə və satış xərcləri, eləcə də manatın məzənnəsinin xarici valyutalara nisbətən düşməsi səbəbindən SC 2,9 milyon manata yaxın zərərə uğrayıb.

Ötən illərdə mediada yayılan xəbərlərdən biri də belədir ki, "Siyəzən broyler” və "Avrora” şirkətləri "AzeSERT HALAL” MMC-yə məxsus "HALAL” nişanından istifadə edir.

"AzeSERT HALAL” MMC bu addımı qanunsuz hesab edib.

"Azad İstehlakçılar” Birliyinin sədri Eyyub Hüseynov da həmin vaxt mediaya bildirmişdi ki, "Siyəzən broyler” və "Avrora” firması dindarları aldadır, dövlətin qanunlarını pozur.

E.Hüseynov "AzeSERT HALAL” MMC-dən "Azad İstehlakçılar” İctimai Birliyinə (AİİB) daxil olan məlumatlar haqda informasiya verib.

O bildirib ki, müəssisələrdə istehsal olunan məhsulların "Halal” qaydalara uyğun sertifikatlaşdırılması zamanı aşkar olunmuş nöqsanlarla bağlı həmin müəssisələrdə istehsal olunan məhsullara "Halal” uyğunluq sertifikatı verilməyib.

Təəssüf ki, nə o zaman, nə də indi "Siyəzən Broyler” yayılan iddialara münasibət bildirib.
 
Ardını oxu...
“Azercell”in internet xidmətlərindən şikayətlər durmadan artır. Şikayətçilər sözügedən provayderin internet xidmətində abunəçiləri aldatdığını bildirir.

Belə problem yaşayanlardan biri də Sürəyya Quliyevadır. O bildirib ki, hər dəfə internet paketi götürəndə ya təsdiqlənmir, ya da vaxtından əvvəl bitir:
“Mənim şikayətim “Azercell”dəndir. Artıq bununla neçənci dəfədir ki, saatlıq internet götürəndə ya təsdiqləyir, amma interneti vermirlər, ya da belə gec təsdiqləyir və 1 saatı da kəsirlər. Şəkilləri də qoyuram, baxın, mesaj 09:04-də göndərilib. İnterneti 09:22-də aktiv ediblər, amma 10:04-də paket bitir. Bununla artıq neçənci dəfədir təkrarlanır bu hal”.
Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.
Ardını oxu...
Tribunainfo.az
 
 
 
Ardını oxu...
“Təzadlar” qəzeti redaksiyasına Bakı şəhəri, Yasamal rayonu, İsmayıl bəy Qutqaşınlı, Yunis Dağlı, Qədirli, Sultanov, Əjdər Xanbabayev və Mərdanov qardaşları küçələrinin sakinləri tərəfindən şikayət məktubu daxil olub.

Məktubda deyilir:

- Son dövrlər Azərbaycan Respublikasında ələlxüsus paytaxt Bakı şəhərində mühüm abadlaşma işlərinin aparılması, yeni parkların salınması əhali tərəfindən böyük məmnuniyyətlə qarşılanır, qəbul olunur.

Lakin bəzən vəzifəli şəxslər tərəfindən qazanc, gəlir əldə etmək məqsədilə, guya ki, “abadlıq işləri görülməsi, parklar salınması” adı altında insanların konstitusion hüquqlarının pozulması halları baş verir. Konkret olaraq, elə götürək yuxarıda qeyd edilən küçələrin əhatə etdiyi bizim məhəlləni: şəhərin qərb hissəsində yüksək bir yerdə yerləşən, gözəl şəhər və dəniz mənzərəsi olan, şəhərin hər yerinə, eyni zamanda metroya yaxın olan bizim məhəllə paytaxtın digər hissələri ilə müqayisədə fəqlənir. Bu məhəllənin sakinləri dədə-babadan, hələ XIX-XX əsrlərdə burda binə salmış insanlardır. Uzun illərdir ki, burda yaşayırlar.

Lakin günlərin birində, yəni 2022-ci ilin təxminən sentyabr ayında biz sakinlərin rahatlığı pozuldu. Belə ki, bizə konstitusiyamızın 29-cu maddəsinə əsasən, yazılı şəkildə bildiriş təqdim etmədən - məhəllənini sökülməsi, aparılacaq tikintinin təyinatı, söküləcək evlərin dəyərinin məbləği sakinlərlə öncədən razılaşdırılmadan məhəlləni sökməyə başladılar. Bu zaman 64 saylı MİS-in ofisində lövbər salan Bakı şəhər İcra Hakimiyyətində şöbə rəisi işləyən Zülfəli İsmayılovdan, “Kristal Abşeron” tikinti şirkətinin nümayəndəsi Nazim Əliyevdən, 64 saylı MİS-in rəisi Sədulla Abıyevdən və MİS-in pasport qeydiyyatçısından təşkil olunmuş qanunsuz “komissiya” heç bir rəsmi dövlət sənədi olmadan (məhkəmədə bu fakt sübuta yetirildi) biz sakinlərə şifahi surətdə bu ərazinin söküləcəyini bəyan etdilər və bunun müqabilində hər kvadrat metr üçün 2200 manat pul kompensasiyası təklif etdilər.

Halbuki bizim əraziyə qonşu olan ərazinin sakinlərinə başqa tikinti şirkəti tərəfindən hal-hazırda tüğyan edən infilyasiyanı, bahalaşmanı nəzərə alaraq 4000-4500 manat pul məbləği ödənilir. Həmin ərazinin yaxıığında inşa edilən yeni tikililərdə isə təmirsiz mənzillərin hər kvadrat metri 3300-3500 manata satılır. Həmin ərazidə yerləşən binalarda mənzillərin hər kvadrat metrinin bu qədər baha olduğu halda, "Kristal Abşeron" tikinti şirkətinin bugünkü real bazar qiymətinə uyğun olmayan məbləğ verməsi isə biz sakinlərdə haqlı olaraq narazılıq yaradır.

Qanunvericilikdə göstərilir ki, evi söküləcək sakinə yaşadığı əraziyə yaxın olan yerdə mənzil təklif olunur, ya da həmin imkan yoxdursa, ona uyğun pul kompensasiyası ödənilir. Lakin həmin komissiya müxtəlif təzyiq üsullarından istifadə edərək evlərin söküntüsünü həyata keçirir. Bu zaman onlar ətraf mühitə, ərazidə yaşamağa davam edən sakinlərin sağlamlığına ziyan vurur, atmosferi çirkləndirir və ərazidə antisanitariya baş alıb gedir. Bir sözlə, məqsədli şəkildə biz sakinləri evlərimizdən didərgin salmaq üçün dözülməz həyat şəraiti yaradırlar!

Bütün bu haqsızlıqlar barədə müxtəlif instansiyalara: ölkə Prezidentinə, Birinci vitse-prezidentə, Baş prokurora, hətta Mehriban xanım Əliyevanın katibliyinin rəisi Altay Həsənova şikayətimizi çatdırmışıq.

Buna baxmayaraq, “Kristal Abşeron” tikinti şirkəti yüksək vəzifəli şəxslərin adından sui-istifadə edərək, müraciət etdiyimiz instansiyalara təsir göstərərək biz sakinlərin şikayətini əngəlləyir və bununla da Prezidentimizin son dövrlər ictimaiyyət, insanlar arasında artan nüfuzuna kölgə salmağa cəhd edirər.

Hörmətli redaksiya!

Yuxarıda söylədiklərimizi nəzərə alaraq, xahiş edirik ki, biz sakinlərin üzləşdiyi problemi ictimailəşdirərək, dərdimizin Prezidentə və ya Birinci vitse-prezidentə çatdırılmasında bizə kömək edəsiniz. Və bu problemi müsbət həllini tapana qədər diqqətinizdə saxlayasınız!

Öncədən sizə təşəkkür edirik!

Biz sakinlər yuxarıda qeyd edilənləri imzalarımızla təsdiq edirik:
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...

 

“Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin birinci müavini Namiq Hümmətov və adıçəkilən komitənin nəzdindəki Ərazi Tikinti-Planlaşdırma Mərkəzinin İdarə Heyətinin sədri Ramin Abdullayev Dubay və İstanbulun “fəthini” uğurlar davam etdirir”. Bu barədə Dia-az.İnfo-ya göndərilən məqalədə deyilir.

Məqalədə daha sonra bildirilir: “Azərbaycandan oğurladıqları külli iqdarda vəsaitlər hesabına xarici ölkələrdə, xüsusilə də Birəşmiş Ərəb Əmirliyinin Dubay və Türkiyənin İstanbul şəhərlərində yeni mülklər və ictimai iaşə obyektləri alan cütlük, xaricdəki biznes imperiyalarını sürətlə genişləndirməkdədir. Ramin Abdullayevlə Namiq Hümmətovun xaricdə ev və obyekt almağa bunca marasq göstərməsinin isə əsasən iki əbəbi mövcuddur.

Bunlardan birincisi, həmin mülklərin adıçəkilən məmurlara böyük vəsaitlər qazandırması ilə bağlıdır. Kirayəyə verilən bu obyekt və evlər zəhmətsiz gəlir mənbəyi kimi hər iki məmurun sərvətinə sərvət qatmaqda, onların milyonluq səltənətinin hüdudlarını genişləndirməkdədir.

İkinci və daha mühüm amil isə, Ramin Abdullayev və Namiq Hümmətovun xaricə daşıdıqları pulları, habelə xaricdə aldıqları mülkləri daha toxunulmaz hesab etmələri ilə bağlıdır. Belə ki, hər iki məmur hesab edir ki, xaricdəki mülk və pullar daha təhlükəsiz vəziyyətdədir və onların nə vaxtsa Azərbaycan dövləti tərəfindən de-şifrə olunmaq, müsadirə edilmək ehtimalı yoxdur. Çünki xaricdəki bu mülklərin mövcud durumu və gələcək aqibəti Azərbaycanın deyil, həmin ölkələrin qanunları ilə tənzimlənir. Buna görə də onlar gəlir və sərvətləri ilə bağlı hansısa təftişə məruz qalacaqları təqdirdə xaricdəki pul və mülklərini bu təftişdən yayındıra biləcəklərinə ümid edirlər. Ramin Abdullayev və Namiq Hümmətov ikiliyinin Azərbaycanda qanunsuz yollarla əldə etdikləri milyonları xaricə həvəslə daşımasının arxasında məhz bu amillər dayanır.

Azərbaycanın milyonlarını xaricə daşıyan, haram pullar ilə özlərinə xarici ölkələrdə krallara layiq həyat quran Ramin Abdullayev və Namiq Hümmətovun yaxın çevərlərinə də bu yöndə təsir etdikləri, onları da öz pullarını xaricə daşımaq, xaricə yatırım etməyə sövq etdikləri də bilinən həqiqətlər sırasındadır. Görünən odur ki, Azərbaycanın çörəyini yedikləri halda Azərbaycanın maraqlarına qənim kəsilən bu şəxslər dövlətin onlara etibar etdiyi vəzifəyə şəxsi maraqlarının təmini vasitəsi kimi baxmaqdadır.

Gələn dəfə sizi sözügedən ikilinin Dubay və İstanbulda aldıqları yeni mülklərinin siyahısı, onların dəqiq yeri və qiyməti ilə tanış edəcək, bir-birindən maraqlı faktlara toxunacağıq…”(Dia-az.İnfo)

DAVAMI VAR… BİZİ İZLƏYİN…

 


Ardını oxu...
Millət vəkili statusu qazanmaq adından da göründüyü kimi, millətin vəkili olmaq, millətin hüquqlarını qanunverici orqanın tribunasından müdafiə etmək deməkdir. Yəni parlament üzvü onu seçən millətin haqqını-hüququnu, sözünü, şikayətini, dərdini Millət Məclisindən çatdırır. Ona görə təsadüfi deyil ki, qanunverici orqanın adı da Milli Məclisdir. Yəni milli məsələlərin, millətin məsələlərinin müzakirə olunduğu, xalqın taleyüklü problemlərinin həlli üçün yığıncaq yeridir, millət məclisidir. Amma Azərbaycanda heç də deputatlığa namizəd olan hər kəs mandatı millətin vəkili olmaq üçün istəmir. Bəs, niyə istəyir? - deyək:

Əvvəla, onların xainliyi, hiyləsi, məkrli planı millət vəkili statusu qazanmaqla azı beş il öz şəxsi maraqlarına vəkillik etmək, şəxsi mənafeyini gücləndirmək məqsədi daşıyır. Bu, xalqa, seçiciyə, Milli Məclisə ən böyük hörmətsizlik və təhqiramiz münasibətin göstəricisidir. Çünki sən seçkidən-seçkiyə vətəndaşı yada salırsansa, onda da seçicinin ayağına getməyib, onun dərdini dinləməyib, yalnız deputatlıq adını əldə etmək üçün dəridən-qabıqdan çıxırsansa, bunun adı siyasi riyakarlıq, öz var-dövlətini qorumaq üçün tramlpin kimi istifadə cəhdidir.

Rubrika.Az bildirir ki, onlardan biri 3 saylı Babək-Şahbuz-Kəngərli Seçki Dairəsindən deputatlığa bitərəf namizəd olan, Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasını 30 ildən çoxdur talan edən Səttar Möhbalıyevdir. Səttar Möhbalıyev AHİK sədri kimi müstəqillik tariximizdə ən çox vəzifə tutanlardan biridir və bugünədək də qurumun gəlirləri hesabına ailə biznesini çiçəkləndirmiş, xirtdəyə qədər korrupsiya içində boğulan məmurdur.

Amma görünən odur ki, Səttar Möhbalıyev ailə biznes şəbəkəsini genişləndirmək, ən əsası isə onu möhkəmləndirmək, toxunulmazlığını təmin etmək üçün yenidən mandat almağa ehtiyac duyur. Məhz bu mandat sayəsində Möhbalıyev özünü məsuliyyətdən xilas etməyə, biznesini qorumağa çalışır. Ona görə də Möhbalıyev Babək-Şahbuz-Kəngərli seçicilərini yox, öz biznesinin vəkilliyini əsas tutmaqdadır. Belə desək, mandat ona öz gəlirlərini və böyük biznes səltənətini qorumaqda bir çətir rolunu oynayacaq. Əks təqdirdə, ona nə deputatlıq, nə parlamentdə fəaliyyət, nə də Naxçıvan camaatının problemləri ilə məşğul olmaq lazımdır.

Hazırda sosial şəbəkədən istifadə edən naxçıvanlı seçicilər arasında da bu fikirlər yayılır ki, Möhbalıyev millətin vəkili deyil, biznesinin müdafiəçisi qismində status əldə etməyə can atır. İndiyə qədər də nə seçicilərlə normal görüşləri olub, nə əvvəlki deputatlığı dövründə seçicilərin harayına çatıb, nə də bir AHİK sədri kimi hüquqlarının müdafiəsi istiqamətində iş görüb. Halbuki Möhbalıyevin parlamentdəki həmkarlarından fərqli olaraq, vətəndaşların hüquqlarının müdafiəsi üçün ikiqat səlahiyyəti var. Birincisi, millət vəkili kimi Milli Məclisdə vətəndaşların problemlərini qaldıra, aidiyyatı orqanlara səslənə bilər, ikincisi də, Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının sədri olaraq vətəndaşların hüquqlarını qorumaq imkanlarına malikdir. Lakin Möhbalıyev hər iki vəzifə səlahiyyətlərindən yalnız özünün, yaxınlarının, ailəsinin maraqları üçün istifadə edib.

İlk növbədə AHİK sədri kimi istər putyovka, istərsə üzvlük haqqı, istərsə daxil olan büdcə vəsaitlərindən yaxşı yararlanıb, böyük bir korrupsiya mexanizmi qurub. Nəticədə 30 il içində misli görünməmiş səviyyədə varlanıb. Həmçinin, mövcud biznesin toxunulmazlığı üçün mandatdan bir “dəmir günbəz”, yaxud qoruyucu dəbilqə kimi istifadə etməyi bacarıb. Beləliklə, illərlə putyovka biznesindən tutmuş digər məsələlərə qədər əldə olunan gəlirlər hesabına Möhbalıyev böyük sərvətə sahiblənib.

Ancaq burada təkcə onun AHİK sədri vəzifəsində əldə etdiyi korrupsiya imkanları və deputatlıq mandatı rol oynamayıb, habelə, zamanında qurulan geniş siyasi əlaqələr, xüsusən də prezidentin keçmiş köməkçisi, bir sıra intriqaların müəllifi Əli Həsənovla qudalığı da böyük dəstək olub. Əli Həsənov-Səttar Möhbalıyev tandemi nəticəsində illərlə böyük korrupsiya cinayətlərinə yol verildiyi, bu yeyintilərin sayəsində biznes qurulduğu bildirilir. İndisə həmin biznesi qorumaq üçün təkrar mandat lazımdır. Təbii ki, zamanında Əli Həsənovun əlində olan siyasi-iqtisadi imkanlardan geniş istifadə olunub, Möhbalıyev ən yüksək səviyyədə himayə edilib, amma qudası vəzifəsindən qovulan kimi bütün çirkablar üzə çıxıb, tamamilə ifşa edilib.

Sadəcə, səs-küylü dövr başa çatdıqdan sonra Möhbalıyev özünü təmizə çıxarmağa çalışdı, Əli Həsənovla quda olmasına baxmayaraq, AHİK-dəki postunu qorumağa başladı. İndi də yeni fürsət qazandığını və bunun iplərini əldə saxlamağın mümkünlüyünü düşünür. İstisna deyil ki, Möhbalıyev AHİK sədri postu ilə vidalaşır. Onun 30 ildən çox davam edən hökmranlığına son qoyulması ərəfəsindədir, bununla belə, əvəzində öz biznesini qoruya bilmək üçün mandat şansı qazanır. Çünki 30 ildən artıq dövrdə AHİK-i ailə biznesinə çevirmiş Möhbalıyev, deputatlıq mandatı əldə etməsə, o zaman dayaqları ciddi şəkildə sarsıla, barəsində korrupsiya araşdırmaları başlana bilər. Amma parlament üzvü olduğu halda, AHİK-dəki əməllərinə görə cavab verməmək lüksünə sahib olması mümkündür.

Mediada gedən məlumatlarda bildirilir ki, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası növbədənkənar qurultaya hazırlaşır. Qurultayın avqustun 26-da keçirilməsi nəzərdə tutulub. Səttar Möhbalıyev 33 ildir ölkədə 2,5 milyon işçinin əmək haqqından hər ay 1-5 faiz tutur. AHİK-ə ölkənin dörd bir tərəfindən olduqca böyük pullar axır. Bu pullardan vergi tutulmur, pulların hara xərclənməsini yoxlayan bir orqan da olmayıb.Hər il 2.5 milyon işçinin maaşından tutulan 1-1.5 faiz pullarla yanaşı, sanatoriyalar, istirahət mərkəzləri, habelə “putyovka” biznesindən əldə olunan gəlirlərin də üstü açıla bilər.

Onun deputat olmaq dərdi, heç də mandat sevdasından irəli gəlmir. Bu gün deputat olmaq Səttar Möhbalıyevə ona görə lazımdır ki, həm də mal varlığını qoruya bilsin, yoxlamaların miqyasını minimuma endirsin. Bir növ özünü sığortalamaq istəyindədir. Əks təqdirdə, yoxlamalar onun həbsinə belə gətirib çıxaracaq. Misal üçün Bilgəhdə yerləşən Kardiologiya Sanatoriyasında “putyovka” ilə dincəlmək üçün göndərilən vətəndaşlar qalmağa yer tapa bilmirlər. Daha doğrusu, yer var, lakin pulludur. Sözügedən sanatoriyada mövcud olan və Həmkarlar İttifaqı xətti ilə gələn şəxslər üçün evlər var ki, onlar pulsuz verilməli olduğu halda, pulla satılır.
Ümumiyyətlə, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının fəaliyyətini araşdıranda dəhşətli mənzərə ortaya çıxır: Səttar Mehbalıyev 30 ildir sədrlik etdiyi bu təşkilatda üzvlük haqlarının üzərində biznes impersiyası qurub və vətəndaşların aylıq əmək haqlarından ayrılan vəsaiti şəxsi cibinin pulu kimi xərcləməklə məşğuldur. Hər il Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasına 50 milyon manatdan çox üzvlük haqqı daxil olur.

Misal üçün, ölkədə fəaliyyət göstərən 200 minə yaxın müəllimin aylıq maaşının 2 faizi həmkarlar üçün tutulur. Bu, 10 milyona yaxın vəsait deməkdir. O cümlədən, 85 mindən çox neftçinin də aylıq əmək haqqından 2 faiz həmkarlara ayrılır. Eyni qayda ilə dövlət müəssisələrində çalışan insanlar da həmkarlara aylıq ödənişlər edir. Əvəzində isə nə müəllimlərimiz, nə neftçilərimiz, nə də həmkarlara haqq ödəyən digər çalışanlar AHİK-in sanatoriyalarının üzünü belə görə bilir.
Bununla yanaşı, cəmiyyətin tabeçiliyində və dövlətin balansında olan onlarla sanatoriyalar AHİK sədrinin şəxsi biznes obyekti kimi idarə olunur. Uzun illərdir ki, “Abşeron”, “Günəşli”, “Bilgəh”, “Naftalan”, “Qaranquş” kimi sanatoriyalara “putyovka” tapmaq müşküldən də müşkül məsələdir. Məsələnin digər tərəfi isə “putyovka”lardan yararlana bilənlərin narazılığıdır. “Putyovka” əldə edə bilənlər bildirir ki, göndərildikləri yerləri səviyyəsi bərbad, xidmət çox aşağı, şərait isə natəmiz olur. Bir sözlə, Möhbalıyev deputatlıq mandatından çətir kimi istifadə edərək özünü qoruya bilməsə, o zaman onun işi heç də yaxşı olmaycaq. Bununla belə, səslənən iddialara və açıqlanan rəqəmlərə, faktlara dair qaşrı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Nicat Mahmudov
Rubrika.Az

Dünyapress TV

Xəbər lenti