7 manatlıq qoyun sığortası: Əti ucuzlaşdıracaq? - Ekspert danışır...
Aqrar Sığorta Fondunun İdarə Heyəti kənd təsərrüfatı heyvanlarının sığortalanması üzrə tariflərin azaldılması ilə bağlı qərar qəbul edib.

"Cebhe.info" xəbər verir ki, bu barədə Fond məlumat yayıb. Qərara əsasən, heyvanların bazatəminatlı və geniştəminatlı sığorta zərfi üzrə 1 illik sığorta tarifləri müvafiq olaraq 5,17% və 8,19% müəyyən edilib.

Xatırladaq ki, indiyə qədər bu tariflər müvafiq olaraq 6,1% və 9,5% olub.

Tariflərin aşağı salınması fermer və təsərrüfatlara heyvanları daha sərfəli şərtlərlə sığortalamağa imkan verəcək. Belə ki, indiyə qədər qiyməti 1000 manat olan mal-qaranın baza zərfi və geniş təminat üzrə 1 illik sığortası 30,5-47,5 manata başa gəlirdi.

Dəyişiklikdən sonra həmin şərtlərlə sığorta fermerlərə 26-41 manata başa gələcək. Qiyməti 300 manat olan xırdabuynuzlu heyvanların (məsələn, qoyun və ya keçinin) baza zərfi və geniş təminat üzrə 1 illik sığorta haqqı indiyə qədər 9-14 manat idisə, dəyişiklikdən sonra bu rəqəmlər daha da azalaraq 7,8-12,3 manata düşüb. Sığorta müqaviləsi uzun müddətə bağlandıqca, illik sığorta haqqı da azalır. Kənd təsərrüfatı heyvanlarının sığorta haqqının azalması fermerlərə və təsərrüfatlara daha sərfəli şərait yaradır.

Qeyd edək ki, fermerlər heyvanların aqrar sığortasından faydalanırlar. 2023-cü ildə kənd təsərrüfatı heyvanlarının sığortası üzrə 910 min manat sığorta ödənişi edilib.

Maraqlıdır, heyvanların sığortalanması kənd təsərrüfatını inkişaf etdirəcək?

Sözügedən məsələ ilə bağlı kənd təsərrüfatı üzrə ekspert Akif Nəsirli "Cebhe.info"- ya bildirib ki, sığortanın işə düşməsi üçün hər zaman dövlət tərəfindən addım atılmalıdır:

"Heyvandarlığın sığorta olunması ənənəvi, həm də zəruri hal almalıdır. Eyni zamanda, Aqrar Sığorta Fondu fermerlərin etibarını qazanmalıdır. Bunun üçün də ilk növbədə fermerlər arasında ciddi təbliğat aparılmalıdır. Müəyyən qədər stimul verilməlidir. Bu addımlardan sonra fermerlərin sığortaya marağı artacaq".

Ekspert qeyd edib ki, Sığorta Fondu fermerlərə dəymiş zərəri lazımi səviyyədə qarşılamalıdır. "Vətəndaşlar arasında olduğu kimi, fermerlərin də sığortaya etimadı və etibarı aşağıdır. Amma Aqrar Sığorta Fondu fermerlərə dəymiş zərəri lazimi səviyyədə qarşılasa, bu zaman digər fermerlərin də aqrar sığortaya marağı artacaq. Bundan sonra da sığorta sistemi lazımı səviyyədə fəaliyyətə davam edəcək".
 

Bölmənin digər xəbərləri

03 May 2025 Dünyada ərzaq bahalaşır
03 May 2025 Qəbirstanlıq biznesi-Azərbaycanda ölmək də bahalaşır
02 May 2025 Əsas neft yatağında quyular artır, hasilat azalır - Son 14 ilin rəqəmləri
02 May 2025 Bakıda küçəbəküçə mənzil qiymətləri - Tam siyahı
02 May 2025 Ətin qiyməti ucuzlaşacaq? - AKTUAL
01 May 2025 Samsung dünyada satılan smartfonların sayına görə “Apple”ı geridə qoyub
01 May 2025 Azərbaycanda kommunal xidmətlərə ən çox hansı rayonlar pul xərcləyir? - Tam siyahı
01 May 2025 ADMEDİA-nın qəribə tenderləri - TƏFƏRRÜAT
01 May 2025 Qalmqallı şirkət indi də ölkədən pul çıxarmaqda günahlandırılır - DETALLAR
30 Aprel 2025 Ərdoğan: İtaliya ilə ticarət hədəfimiz 40 milyard dollardır
30 Aprel 2025 Ölkədə kərə yağı sürətlə bahalaşır – Hindistandan nisbətən ucuzu gətirilib
29 Aprel 2025 Soyuq hava: Bu ili kənd təsərrüfatı ciddi ZİYANLA ÇIXACAQ - NƏ ETMƏLİ?
29 Aprel 2025 İnnovasiya və Təchizat Mərkəzi ilə “AZFAR MED” arasında daha bir sövdələşmə - 28 milyon 508 min manatlıq...
29 Aprel 2025 2 manatlıq şirkətə 264 minlik layihə verildi
28 Aprel 2025 Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin tender oyunu
28 Aprel 2025 Çin Azərbaycanın 5 ən böyük ticarət tərəfdaşından biridir
27 Aprel 2025 Qızıl mağazalarında alıcıya niyə qəbz verilmir? - Külli miqdarda CƏRİMƏ XƏBƏRDARLIĞI
26 Aprel 2025 Mövsümi meyvələrin fantastik qiymətləri - SİYAHI
26 Aprel 2025 Avtomobil tenderinə maraq göstərən olmadı - TENDER LƏĞV EDİLDİ
25 Aprel 2025 Azərbaycan və Britaniya arasında 3,8 milyardlıq ticarət müəmması - NƏ BAŞ VERİR?

Dünyapress TV

Xəbər lenti