İkinci çörək bahalaşma yolunda... - NƏ ETMƏLİ?
Azərbaycanda kartof istehsalı azalıb.

Belə ki, ötən ilin kənd təsərrüfatı məhsulları ilə bağlı statistika açıqlanıb. Dövlət Statistika Komitəsinin məlumatına əsasən, 2023-cü ildə 1 milyon 10,5 min ton kartof yığılıb.

Bu isə 2022-ci ilə nisbətən 5,9 faiz az deməkdir. Kartof istehsalının azalması isə bəzi narahatedici sualların yaranmasına səbəb olur. Azərbaycanda kartof istehsalı nə üçün azalıb? Bu, ölkədə kartofun bahalaşmasına gətirib çıxara bilər?

Kənd təsərrüfatı üzrə ekspert Akif Nəsirli “Cümhuriyət”ə açıqlamasında bildirib ki, təkcə kartof deyil, bütün kənd təsərrüfatı məhsullarının istehsalı hər il aşağı düşür:

“Bu da bir sıra məsələlərlə əlaqədardır. Birinci, fermerlərə kifayət qədər dəstək verilmir. Fermerlərin əldə etdiyi gəlirlər məhsula yüksək səviyyədə qulluq etməyə bəs etmir. Nəzərə almaq lazımdır ki, onların gəlirləri çox aşağıdır. İkinci səbəb isə ölkənin bir tərəfində su çatışmazlığının olmasıdır. Bəzi yerlərdə isə fermerlər ildə 5 dəfə suvarma əvəzinə, 15 dəfə suvarma aparırlar. Yəni bir tərəfdə su çatışmazlığı olduğuna görə məhsuldarlıq aşağı düşür, digər tərəfdə isə tez-tez suvarma səbəbindən şoranlaşma yaşanır. Bütün bunlar məhsuldarlığı aşağı salır”.

Ekspertin sözlərinə görə, mütəmadi şəkildə fermerlər maarifləndirilməli, onlara maddi və intellektual dəstək verilməlidir:

“Həmçinin, suvarma suyunun düzgün idarə olunması da olduqca əhəmiyyətlidir. Biz elə bilirik ki, torpağa toxumu atıb suvarmaqla iş bitir. Amma bu, belə deyil. Biz gübrələr və qidalarla da aqrotexniki tədbirlər həyata keçirməliyik. Ona görə də ildən-ilə torpaqların münbitlik səviyyəsi və məhsuldarlığı aşağı düşür. Məhsuldarlığın aşağı düşməsi isə ümumi məhsulun və istehsalın azalmasına səbəb olur”.

Akif Nəsirli qeyd edib ki, istehsalın azalması kartof qiymətlərinin bahalaşmasına səbəb olacaq:

“Əlbəttə ki, istehsalının azalması ölkədə kartofa olan tələbatın daha az hissəsinin ödənilməsi ilə nəticələnəcək. Kartof qiymətlərində müəyyən qədər qiymət artımı ola bilər. Amma kartof elə bir məhsuldur ki, dünyanın əksər ölkələrində bitir. Üstəlik, bu məhsulu Rusiya, İran, Belarus, Pakistan kimi ölkələrdən də idxal edə bilirik.

Bazarda tələbat təklifi üstələyən kimi ölkəyə xaricdən kartof daxil olmağa başlayır. Hal-hazırda da bazarlarımızda Rusiya, İran, Belarus və Pakistandan gələn kartofların satışı müşahidə olunur. Bu addım kartofa olan tələbatın kəsrdə qalan hissəsini ödəmək üçün atılır. Amma Azərbaycan əhalisinin kartof qıtlığı çəkəcəyini zənn etmirəm. Sadəcə olaraq, yerli kartofun çatışmayan hissəsini idxal məhsulu ödəyəcək. Təbii ki, bu da bahalaşmaya səbəb olacaq. Gömrük və yol xərclərin artmasına gətirib çıxaracaq. Yaxşı olardı ki, ölkənin daxilində kartof və soğan kimi məhsullar tələbatı qarşılayacaq şəkildə istehsal olunsun”.
 

Bölmənin digər xəbərləri

03 May 2025 Dünyada ərzaq bahalaşır
03 May 2025 Qəbirstanlıq biznesi-Azərbaycanda ölmək də bahalaşır
02 May 2025 Əsas neft yatağında quyular artır, hasilat azalır - Son 14 ilin rəqəmləri
02 May 2025 Bakıda küçəbəküçə mənzil qiymətləri - Tam siyahı
02 May 2025 Ətin qiyməti ucuzlaşacaq? - AKTUAL
01 May 2025 Samsung dünyada satılan smartfonların sayına görə “Apple”ı geridə qoyub
01 May 2025 Azərbaycanda kommunal xidmətlərə ən çox hansı rayonlar pul xərcləyir? - Tam siyahı
01 May 2025 ADMEDİA-nın qəribə tenderləri - TƏFƏRRÜAT
01 May 2025 Qalmqallı şirkət indi də ölkədən pul çıxarmaqda günahlandırılır - DETALLAR
30 Aprel 2025 Ərdoğan: İtaliya ilə ticarət hədəfimiz 40 milyard dollardır
30 Aprel 2025 Ölkədə kərə yağı sürətlə bahalaşır – Hindistandan nisbətən ucuzu gətirilib
29 Aprel 2025 Soyuq hava: Bu ili kənd təsərrüfatı ciddi ZİYANLA ÇIXACAQ - NƏ ETMƏLİ?
29 Aprel 2025 İnnovasiya və Təchizat Mərkəzi ilə “AZFAR MED” arasında daha bir sövdələşmə - 28 milyon 508 min manatlıq...
29 Aprel 2025 2 manatlıq şirkətə 264 minlik layihə verildi
28 Aprel 2025 Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin tender oyunu
28 Aprel 2025 Çin Azərbaycanın 5 ən böyük ticarət tərəfdaşından biridir
27 Aprel 2025 Qızıl mağazalarında alıcıya niyə qəbz verilmir? - Külli miqdarda CƏRİMƏ XƏBƏRDARLIĞI
26 Aprel 2025 Mövsümi meyvələrin fantastik qiymətləri - SİYAHI
26 Aprel 2025 Avtomobil tenderinə maraq göstərən olmadı - TENDER LƏĞV EDİLDİ
25 Aprel 2025 Azərbaycan və Britaniya arasında 3,8 milyardlıq ticarət müəmması - NƏ BAŞ VERİR?

Dünyapress TV

Xəbər lenti