Orta Dəhliz üzrə tranzit müddəti 2024-cü ildə 14-18 günə qədər azalacaq
Orta Dəhliz kimi də tanınan Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TITR) üzrə tranzit müddətinin 2024-cü ildə 18-23 gündən 14-18 günə, o cümlədən Qazaxıstan ərazisində 6 gündən 5 günə endirilməsi planlaşdırılır.

Bu barədə “Report” Qazaxıstan mətbuatına istinadən xəbər verir.

Daha əvvəl bu marşrut üzrə malların çatdırılma müddəti 38-53 gün arasında dəyişirdi.

2023-cü ilin ilk 9 ayı ərzində TITR çərçivəsində yükdaşımaların həcmi 88 % artaraq 2 milyon tona çatıb. 2022-ci ilin analoji dövründə bu rəqəm 1,1 milyon ton olub. 2022-ci ildə marşrut üzrə yükdaşımaların həcmi 2,5 dəfə artaraq 1,5 milyon tona çatıb.

Qeyd olunur ki, dəhliz mövcud marşrutlara ciddi alternativə çevrilib. Onun ümumi ötürücülük qabiliyyəti ildə 5,8 milyon ton yük təşkil edir.

2022-ci ildə konteyner daşımaları 33 000 iyirmi fut ekvivalentli (TEU) konteyner olmuşdusa, Orta Dəhlizin hazırkı tutumu 80 000 TEU konteynerdir.

Qazaxıstanın strateji hədəfi 2030-cu ilə qədər Orta Dəhlizin ötürücülük qabiliyyətini 10 milyon tona çatdırmaqdır. Bu səyləri asanlaşdırmaq üçün adıçəkilən ölkə 2027-ci ilə qədər “dar keçidləri” aradan qaldırmaq və Orta Dəhlizi inkişaf etdirmək üçün Azərbaycan, Gürcüstan və Türkiyə ilə yol xəritələri imzalayıb.

Oktyabrın 26-da Tbilisidə “Qazaxıstan Dəmir Yolu”, “Gürcüstan Dəmir Yolları” və “Azərbaycan Dəmir Yolları” şirkətləri arasında TITR üzrə multimodal daşımaların inkişafı üzrə birgə müəssisənin yaradılması haqqında saziş imzalanıb. Noyabrda “Astana” Beynəlxalq Maliyyə Mərkəzində yeni “Middle Corridor Multimodal” şirkəti qeydiyyatdan keçib.

Şirkət “bir pəncərə” prinsipi əsasında xidmətlər göstərəcək, çatdırılma müddətlərinə zəmanət verəcək və Çin-Avropa/Türkiyə-Çin marşrutu üzrə multimodal xidmətin inkişafı üçün koordinasiya edilmiş siyasət həyata keçirəcək.

Həmçinin Avropanın nəqliyyat və logistika şirkətlərinin də dəhlizə cəlb edilməsi istiqamətində işlər davam etdirilir. Almaniya Prezidenti Frank-Valter Ştaynmayerin iyun ayında Astana səfəri zamanı Almaniyanın “Rhenus” şirkəti ilə “Qazaxıstan Dəmir Yolu” şirkəti arasında TITR üzrə yükdaşımaların artırılmasına dair anlaşma memorandumu imzalanıb.

Sənəd logistik mərkəzlərin inkişafı, Aktau və Kurık limanlarının terminal imkanlarının artırılması sahəsində əməkdaşlığı nəzərdə tutur.

İyun ayında Litvanın “LTG Cargo” şirkəti TITR Beynəlxalq Assosiasiyasına qoşularaq, Qazaxıstandan Litvaya və əks istiqamətdə yük axınının diversifikasiyası üçün yeni imkanlar açıb.

Hazırda Qazaxıstan Nəqliyyat Nazirliyi ilə Avstriya “Rail Cargo Group” şirkəti arasında ikincinin TITR assosiasiyasına daxil olması və Qazaxıstanda nümayəndəliyinin açılması ilə bağlı danışıqlar aparılır.

Qeyd edək ki, Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu Çin, Qazaxıstan, Xəzər dənizi, Azərbaycan, Gürcüstan ərazisindən keçərək Türkiyə və Avropa ölkələrinə keçir.
 

Bölmənin digər xəbərləri

03 May 2025 Dünyada ərzaq bahalaşır
03 May 2025 Qəbirstanlıq biznesi-Azərbaycanda ölmək də bahalaşır
02 May 2025 Əsas neft yatağında quyular artır, hasilat azalır - Son 14 ilin rəqəmləri
02 May 2025 Bakıda küçəbəküçə mənzil qiymətləri - Tam siyahı
02 May 2025 Ətin qiyməti ucuzlaşacaq? - AKTUAL
01 May 2025 Samsung dünyada satılan smartfonların sayına görə “Apple”ı geridə qoyub
01 May 2025 Azərbaycanda kommunal xidmətlərə ən çox hansı rayonlar pul xərcləyir? - Tam siyahı
01 May 2025 ADMEDİA-nın qəribə tenderləri - TƏFƏRRÜAT
01 May 2025 Qalmqallı şirkət indi də ölkədən pul çıxarmaqda günahlandırılır - DETALLAR
30 Aprel 2025 Ərdoğan: İtaliya ilə ticarət hədəfimiz 40 milyard dollardır
30 Aprel 2025 Ölkədə kərə yağı sürətlə bahalaşır – Hindistandan nisbətən ucuzu gətirilib
29 Aprel 2025 Soyuq hava: Bu ili kənd təsərrüfatı ciddi ZİYANLA ÇIXACAQ - NƏ ETMƏLİ?
29 Aprel 2025 İnnovasiya və Təchizat Mərkəzi ilə “AZFAR MED” arasında daha bir sövdələşmə - 28 milyon 508 min manatlıq...
29 Aprel 2025 2 manatlıq şirkətə 264 minlik layihə verildi
28 Aprel 2025 Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin tender oyunu
28 Aprel 2025 Çin Azərbaycanın 5 ən böyük ticarət tərəfdaşından biridir
27 Aprel 2025 Qızıl mağazalarında alıcıya niyə qəbz verilmir? - Külli miqdarda CƏRİMƏ XƏBƏRDARLIĞI
26 Aprel 2025 Mövsümi meyvələrin fantastik qiymətləri - SİYAHI
26 Aprel 2025 Avtomobil tenderinə maraq göstərən olmadı - TENDER LƏĞV EDİLDİ
25 Aprel 2025 Azərbaycan və Britaniya arasında 3,8 milyardlıq ticarət müəmması - NƏ BAŞ VERİR?

Dünyapress TV

Xəbər lenti