2024-cü ildə manatın məzənnəsi necə dəyişəcək? –
“Mərkəzi Bankın 2024-cü il üçün pul siyasətinin əsas istiqamətləri barədə verdiyi bəyanat göstərir ki, gələn ildə də manatın məzənnəsi tədiyyə balansının vəziyyətindən, daha dəqiqi neftin qiymətindən asılı olacaq”.

“AzPolitika.info” xəbər verir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov deyib.
Onun sözlərinə görə, fiskal sektorun valyuta təklifi və tələbi, eləcə də iqtisadi subyektlərin məzənnə gözləntiləri valyuta bazarındakı tarazlığa təsir göstərən əsas amillər kimi qruplaşdırılsa da, aydındır ki, bu indikatorlar da birbaşa enerji bazarındakı volatillikdən asılı olacaq. “Digər tərəfdən, Mərkəzi Bank manatın nominal effektiv məzənnəsinin inflyasiya idxalını məhdudlaşdıracağını proqnozlaşdırır. İnflyasiya proseslərinin idarə edilməsində mühüm rolunu nəzərə alaraq Mərkəzi Bank 2024-ci ildə də nominal effektiv məzənnənin dinamikasını sıx monitorinq edəcək”, - o əlavə edib.

Ekspert vurğulayıb ki, sənəddən göründüyü kimi, gələn ildə də neft gəlirlərimiz manatın məzənnəsinə təsir edən əsas faktor olacaq: “Mərkəzi Bankın məzənnə siyasəti üzrə əməliyyat hədəflərinə nail olmaq üçün valyuta bazarına zəruri hallarda müdaxilə edəcəyini bildirməsi isə ondan xəbər verir ki, enerji bazarında ciddi volatillik baş verəcəyi halda valyuta ehtiyatlarımızdan istifadə edə bilər. Bu isə o deməkdir ki, gələn il manatın məzənnəsi birbaşa Mərkəzi Bankın mövqeyindən asılı olacaq”.
 

Bölmənin digər xəbərləri

03 May 2025 Dünyada ərzaq bahalaşır
03 May 2025 Qəbirstanlıq biznesi-Azərbaycanda ölmək də bahalaşır
02 May 2025 Əsas neft yatağında quyular artır, hasilat azalır - Son 14 ilin rəqəmləri
02 May 2025 Bakıda küçəbəküçə mənzil qiymətləri - Tam siyahı
02 May 2025 Ətin qiyməti ucuzlaşacaq? - AKTUAL
01 May 2025 Samsung dünyada satılan smartfonların sayına görə “Apple”ı geridə qoyub
01 May 2025 Azərbaycanda kommunal xidmətlərə ən çox hansı rayonlar pul xərcləyir? - Tam siyahı
01 May 2025 ADMEDİA-nın qəribə tenderləri - TƏFƏRRÜAT
01 May 2025 Qalmqallı şirkət indi də ölkədən pul çıxarmaqda günahlandırılır - DETALLAR
30 Aprel 2025 Ərdoğan: İtaliya ilə ticarət hədəfimiz 40 milyard dollardır
30 Aprel 2025 Ölkədə kərə yağı sürətlə bahalaşır – Hindistandan nisbətən ucuzu gətirilib
29 Aprel 2025 Soyuq hava: Bu ili kənd təsərrüfatı ciddi ZİYANLA ÇIXACAQ - NƏ ETMƏLİ?
29 Aprel 2025 İnnovasiya və Təchizat Mərkəzi ilə “AZFAR MED” arasında daha bir sövdələşmə - 28 milyon 508 min manatlıq...
29 Aprel 2025 2 manatlıq şirkətə 264 minlik layihə verildi
28 Aprel 2025 Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin tender oyunu
28 Aprel 2025 Çin Azərbaycanın 5 ən böyük ticarət tərəfdaşından biridir
27 Aprel 2025 Qızıl mağazalarında alıcıya niyə qəbz verilmir? - Külli miqdarda CƏRİMƏ XƏBƏRDARLIĞI
26 Aprel 2025 Mövsümi meyvələrin fantastik qiymətləri - SİYAHI
26 Aprel 2025 Avtomobil tenderinə maraq göstərən olmadı - TENDER LƏĞV EDİLDİ
25 Aprel 2025 Azərbaycan və Britaniya arasında 3,8 milyardlıq ticarət müəmması - NƏ BAŞ VERİR?

Dünyapress TV

Xəbər lenti