150 dollarlıq gömrük limiti ETİRAZI:
Son günlər ölkədə aktual olan mövzulardan biri də gömrük limitinin 300-dən 150 dollara endirilməsi ilə bağlı yayılan məlumatlardır.

Bu isə ictimaiyyət tərəfindən heç də birmənalı qarşılanmayıb.

Dövlət Gömrük Komitəsi məsələyə aydınlıq gətirərək bildirib ki, səsləndirilən iddiaların heç bir əsası yoxdur:

“Vətəndaşlar tərəfindən şəxsi istifadə məqsədilə, yəni istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan malların ölkəyə gətirilməsi qaydalarında hər hansı dəyişiklik müzakirə mövzusu deyil”.

Xatırladaq ki, 2020-ci ilin 23 avqust tarixində Dövlət Gömrük Komitəsinin və Nazirlər Kabinetinin qərarı ilə xaricdən gətirilən malların limiti 1000 dollardan 300 dollara endirilib. Həmin qərara əsasən, vətəndaş ay ərzində bir neçə dəfə sifariş verə bilər, amma gətirdiyi malların ümumi həcmi 300 dolları keçməməlidir. Vətəndaşlar razılaşmasalar da, artıq bir neçə ildir ki, ölkədə həmin qayda tətbiq edilir. Maraq doğuran isə ümumiyyətlə, xaricdən gətirilən məhsullara limitin qoyulmasıdır.

Qeyd edək ki, bu gün ölkədə sahibkarlar xaricdən istədikləri məbləğdə məhsul gətirirlər və onlar həmin məhsulla bağlı ödədikləri rüsumu ölkədəki satış zamanı gəlirdən əldə edirlər. 300 dollara qədər məhsul sifariş edən şəxslər isə sahibkarlar deyil, sadə vətəndaşlardır.

Belə olan təqdirdə ölkəyə gətirilən məhsula limit tətbiq edilməsində məqsəd nədir?

İqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, indi məmurlara bağlı bəzi maraq qrupları ortalığa mövzu atıblar :

“Təklif edirlər ki, vətəndaşların xaricdən sifarişləri üçün 300 dollarlıq limiti azaldılsın, vətəndaşlar üçün çox sərfəli olan online sifarişləri məhdudlaşdırsın. Zatən sifarişləri 1000 dollardan 300 dollara salmaqla sivil dünyada olan trendlərə qarşı gedirlər, artıq dünyada bəzi ölkələrdə online ticarət ənənəvi satışların çox üstləyib.

Nə baş verir – şəhərin mərkəzində, mərkəzə yaxın yerlərdə alış-veriş yerləri, mağazalar əsasən məmurlara, onların ailə üzvlərinə məxsusdur, onlar da həmin məkanları fantastik qiymətə icarəyə verirlər. Yəqin ki, onların icarədarları şikayət edirlər ki, camaat xaricdən sifariş verir, bizim alverimiz ölür, sizin icarə haqqınızı verə bilmirik. Ortalığa mövzu atırlar ki, sifarişləri azaltsınlar, “online” ticarəti məhv etsinlər”.

İqtisadçı-ekspert Əkrəm Həsənov isə “Cebhe.info”-ya bildirib ki, gömrük məhdudiyyətləri yalnız yerli istehsalçıları stimullaşdırmalıdır:

“Dövlət üçün nə fərqi var ki, mən onu xaricdən gətirirəm, yoxsa sahibkar gətirib Azərbaycanda satır? Əgər söhbət Azərbaycanda istehsal olunan məhsuldan gedirsə, o, başqa məsələdir. Həmin məhsul burada istehsal olunubsa, xarici şirkət yerli istehsalçı ilə rəqabət aparırsa, o zaman bu məhdudiyyətin mənası var.

Yəni biz istəyirik ki, yerli istehsalçını stimullaşdıraq. Ancaq faktiki olaraq dövlət heç nə istehsal etməyən yerli sahibkarla istehlakçı arasında seçim edəndə, istehlakçının xeyrinə etmir. Niyə? Bu da məmurların marağından irəli gələn bir amildir. Məqsəd odur ki, sahibkarlar mal gətirsinlər və s. Bu baxımdan Azərbaycanda istehsal olunmayan mallara limit tətbiq olunmamalıdır”.

Ekspert deyib ki, bəzi ölkələrdə belə limit varsa, bu, ancaq məmurların öz monopoliya maraqlarından çıxış etdiyi ölkələrdədir:

“Ya da o ölkələrdədir ki, onun yerli istehsalçısı var. Məsələn, bu gün Polşa istehsalçıları etiraz edirlər ki, niyə Ukrayna malları buraya məhdudiyyətsiz gəlir? Çünki o malları özləri də istehsal edirlər. Bildirirlər ki, gəlin, məhdudiyyət qoyaq. Yəni məqsəd həmin ölkələrdə yerli sahibkarlığın inkişafıdır. Bizdə isə məqsəd fərqlidir”.
 

Bölmənin digər xəbərləri

03 May 2025 Dünyada ərzaq bahalaşır
03 May 2025 Qəbirstanlıq biznesi-Azərbaycanda ölmək də bahalaşır
02 May 2025 Əsas neft yatağında quyular artır, hasilat azalır - Son 14 ilin rəqəmləri
02 May 2025 Bakıda küçəbəküçə mənzil qiymətləri - Tam siyahı
02 May 2025 Ətin qiyməti ucuzlaşacaq? - AKTUAL
01 May 2025 Samsung dünyada satılan smartfonların sayına görə “Apple”ı geridə qoyub
01 May 2025 Azərbaycanda kommunal xidmətlərə ən çox hansı rayonlar pul xərcləyir? - Tam siyahı
01 May 2025 ADMEDİA-nın qəribə tenderləri - TƏFƏRRÜAT
01 May 2025 Qalmqallı şirkət indi də ölkədən pul çıxarmaqda günahlandırılır - DETALLAR
30 Aprel 2025 Ərdoğan: İtaliya ilə ticarət hədəfimiz 40 milyard dollardır
30 Aprel 2025 Ölkədə kərə yağı sürətlə bahalaşır – Hindistandan nisbətən ucuzu gətirilib
29 Aprel 2025 Soyuq hava: Bu ili kənd təsərrüfatı ciddi ZİYANLA ÇIXACAQ - NƏ ETMƏLİ?
29 Aprel 2025 İnnovasiya və Təchizat Mərkəzi ilə “AZFAR MED” arasında daha bir sövdələşmə - 28 milyon 508 min manatlıq...
29 Aprel 2025 2 manatlıq şirkətə 264 minlik layihə verildi
28 Aprel 2025 Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin tender oyunu
28 Aprel 2025 Çin Azərbaycanın 5 ən böyük ticarət tərəfdaşından biridir
27 Aprel 2025 Qızıl mağazalarında alıcıya niyə qəbz verilmir? - Külli miqdarda CƏRİMƏ XƏBƏRDARLIĞI
26 Aprel 2025 Mövsümi meyvələrin fantastik qiymətləri - SİYAHI
26 Aprel 2025 Avtomobil tenderinə maraq göstərən olmadı - TENDER LƏĞV EDİLDİ
25 Aprel 2025 Azərbaycan və Britaniya arasında 3,8 milyardlıq ticarət müəmması - NƏ BAŞ VERİR?

Dünyapress TV

Xəbər lenti