Kremldən İrəvana iqtisadi təzyiq: -
Larsda (“Yuxarı Lars” keçid məntəqəsi – red.) yüzlərlə yük maşını Rusiya sərhədindən keçə bilmir. Meyvə-tərəvəz, balıq, gül və digər ərzaq məhsulları ilə yüklənmiş avtomobillər fitosanitar məntəqəsində ciddi yoxlanılır və geri qayıdır.
Bu barədə erməni mediası məlumat yayıb.
Qeyd edilib ki, qızılgül yüklənmiş 2 maşından biri artıq Rusiya sərhədindən qayıdıb, digəri isə yoldadır. Rusiyanın Sanitar Xidməti fitosanitar nəzarət məntəqəsində 65 min qızılgülü yoxlayıb və sanitar normalara cavab vermədiyini əsas gətirərək onların keçirilməsinə icazə verməyib .
“İlk dəfədir ki, bizdə belə hal baş verir, hansısa problemə görə mallar sərhəddən geri göndərilir. Çox qəribədir, çünki indiyə qədər heç nə olmayıb. Aydındır ki, burada siyasi problemlər var. Hər gün 20 minə yaxın qızılgül yığırıq. Təsəvvür edin: 15 gündür Rusiyaya gül göndərə bilmirik, məhsullarımızın 90 faizi Rusiyaya gedirdi”, - qızılgül yetişdirilən istixana rəhbəri bildirib.
Şimali Osetiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidmətinin məlumatına görə, Yuxarı Larsda 2660-dan çox yük maşını dayanıb.
Larsdakı problemlə bağlı İqtisadiyyat Nazirliyi mətbuata bildirib ki, Ermənistan dövlət nömrə nişanlı 21 yük maşını geri qaytarılıb, 30-dan çox maşında olan məhsullardan nümunələr götürülüb.
Ermənistan Nazirlər Kabineti isə yeni bazar tapmaq lazım gəldiyi haqda məlumat yayıb.

Mövzunu “Sherg.az”a şərh edən politoloq Turan Rzayev bildirib ki, yuxarı Larsda baş verən hadisənin məhsullarda həqiqətən problem olduğu üçün yaşandığı deyilir. Amma Rusiya və Ermənistan arasında hazırda gərginliyi olması da hər kəsə məlumdur:
“Rəsmi İrəvanın radikal şəkildə Qərbə inteqrasiya etməsini Rusiya qəbul etmir. Bu səbəbdən artıq Ermənistana təzyiqlər başlayıb. Təzyiqlər siyasi, iqtisadi, diplomatik kimi aspektlərdə özünü birüzə verir. Hazırda baş verən hadisə isə məsələnin iqtisadi yönlərindən biridir. Bu gün Ermənistan iqtisadiyyatı böyük ölçüdə Rusiyadan aslıdır. Onların kənd təsərrüfatı malları əsasən Rusiya bazarında satılır. Eyni zamanda minlərlə Ermənistan vətəndaşı Rusiyada çalışır. Kreml hakimiyyəti həm sözü gedən insanları ölkədən deportasiya etməklə həm də Ermənistan mallarını qəbul etməməklə Paşinyan və komandasını çıxılmaz vəziyyətdə qoyur”.

Politoloq Ermənistanın mövcud reallıqlar içərsində yeni bazarlar tapmasının çox çətin olduğunu vurğulayıb:
“Avropa bazarında ölkələr kənd təsərrüfat ehtiyacını daxili istehsal hesabına ödəyir. Eyni zamanda Avropa inkişaf etmiş kənd təsərrüfatı təchizatına malikdir. Ermənistanın elementar üsullarla istehsal etdiyi məhsullara o qədər də tələbat yoxdur. Bundan başqa Ermənistanın hər hansı digər bazara məllarını çıxarması daşıma xərclərini artıracaq. Daşıma xərclərinin artması isə, məhsulun bazardakı satış qiymətinin artması ilə nəticələnəcək. Bunların fonunda mallara olan təlabat daha da azalacaq. Rusiya bazarında Ermənistan malları ucuz qiymətə satıldığı üçün onların satışı baş tutur”.
 

Bölmənin digər xəbərləri

03 May 2025 Dünyada ərzaq bahalaşır
03 May 2025 Qəbirstanlıq biznesi-Azərbaycanda ölmək də bahalaşır
02 May 2025 Əsas neft yatağında quyular artır, hasilat azalır - Son 14 ilin rəqəmləri
02 May 2025 Bakıda küçəbəküçə mənzil qiymətləri - Tam siyahı
02 May 2025 Ətin qiyməti ucuzlaşacaq? - AKTUAL
01 May 2025 Samsung dünyada satılan smartfonların sayına görə “Apple”ı geridə qoyub
01 May 2025 Azərbaycanda kommunal xidmətlərə ən çox hansı rayonlar pul xərcləyir? - Tam siyahı
01 May 2025 ADMEDİA-nın qəribə tenderləri - TƏFƏRRÜAT
01 May 2025 Qalmqallı şirkət indi də ölkədən pul çıxarmaqda günahlandırılır - DETALLAR
30 Aprel 2025 Ərdoğan: İtaliya ilə ticarət hədəfimiz 40 milyard dollardır
30 Aprel 2025 Ölkədə kərə yağı sürətlə bahalaşır – Hindistandan nisbətən ucuzu gətirilib
29 Aprel 2025 Soyuq hava: Bu ili kənd təsərrüfatı ciddi ZİYANLA ÇIXACAQ - NƏ ETMƏLİ?
29 Aprel 2025 İnnovasiya və Təchizat Mərkəzi ilə “AZFAR MED” arasında daha bir sövdələşmə - 28 milyon 508 min manatlıq...
29 Aprel 2025 2 manatlıq şirkətə 264 minlik layihə verildi
28 Aprel 2025 Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin tender oyunu
28 Aprel 2025 Çin Azərbaycanın 5 ən böyük ticarət tərəfdaşından biridir
27 Aprel 2025 Qızıl mağazalarında alıcıya niyə qəbz verilmir? - Külli miqdarda CƏRİMƏ XƏBƏRDARLIĞI
26 Aprel 2025 Mövsümi meyvələrin fantastik qiymətləri - SİYAHI
26 Aprel 2025 Avtomobil tenderinə maraq göstərən olmadı - TENDER LƏĞV EDİLDİ
25 Aprel 2025 Azərbaycan və Britaniya arasında 3,8 milyardlıq ticarət müəmması - NƏ BAŞ VERİR?

Dünyapress TV

Xəbər lenti