“İki il ərzində Azərbaycanın neft hasilatı 4 milyon ton azalacaq” -
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 2,56 ABŞ dolları, yaxud 2,99 % azalaraq 83,17 ABŞ dolları təşkil edib.

Dünən hərracların nəticələrinə görə, “Brent” markalı neftin yanvar fyuçersləri 80,89 ABŞ dolları təşkil edib. Azərbaycanın builki dövlət büdcəsində bir barel neftin orta qiyməti 60 ABŞ dollarından hesablanıb.

Neftin qarşıdakı aylar ərzində də qiymətinin aşağı düşməyə davam edəcəyini bildirən iqtisadçı Razi Abbasbəyli Banco.az-a açıqlamasında xatırlatdı ki, son iki ay ərzində neftin qiymətində təxminən 17 faizə qədər ucuzlaşma baş verib:

“Azərbaycanın ixrac etdiyi məhsullar içində neft əsas yer tutur. Bu məhsulun qiymətinin aşağı düşməsi valyuta ehtiyatlarımıza, milli valyutanın həcminə, büdcə proqnozlarının idarəedilməsinə birbaşa təsir göstərir.

Azərbaycan üzən məzənnə sisteminə keçməsə də, milli valyutanın kursu Mərkəzi Bank tərəfindən daha çox inzibati yollarla, inzibati alətlərlə idarə olunur. Yaxın gələcək üçün proqnozlaşdırılmasa da, neftin qiymətinin aşağı düşməsi manat üçün təhdid yarada bilər. Çünki, Neft Fondundan proqnozlaşdırılan gəlirlərin azalması transferlərin həcminə təsir göstərə bilər. Təkcə qiymətlər ucuzlaşmır, Azərbaycanda neft hasilatı da sürətlə azalır. Məsələn, proqnozlara görə, 2024 -2025-ci ildə Azərbaycanda 30 milyon ton neft hasil olunacaq. 2022-ci ildə bu rəqəm 34 milyon ton idi. Deməli, iki il ərzində Azərbaycanın neft hasilatı 4 milyon ton azalacaq. Bu, kifayət qədər ciddi rəqəmdir”.

2030-cu ilə qədər həm neftin qiymətinin ucuzlaşması, həm də hasilatın kəskin azalmasının proqnozlaşdırıldığını qeyd edən iqtisadçı bildirdi ki, belə olan təqdirdə, Mərkəzi Bank istər büdcə proqnoz və xərcləri ilə, istərsə də milli valyutanın məzənnəsinin idarə edilməsi ilə bağlı uzunmüddətli strateji planları hazırlamalıdır:

Əks təqdirdə, 2024-cü ildən sonra manatla bağlı ciddi narahatlıqlar yaşana bilər...

“Bütün hallarda hökumət maliyyə siyasəti ilə bağlı manatın kursunun tənzimlənməsi ilə bağlı olaraq atacağı addımları 2030-cu ilə hədəfləməlidir. İxracatının 80 faizi neftdən asılı olan Azərbaycanın təcili olaraq yaxın 10 il üçün strateji maliyyə siyasəti hazırlamalıdır. Bununla bağlı proqramlar müzakirə edilməlidir və uzunmüddətli dövrlər üçün qərarlar qəbul olunmalıdır”.
Gülbəniz Hüseynli/Banco.az
Teref. Xocanın Blogu
 

Bölmənin digər xəbərləri

03 May 2025 Dünyada ərzaq bahalaşır
03 May 2025 Qəbirstanlıq biznesi-Azərbaycanda ölmək də bahalaşır
02 May 2025 Əsas neft yatağında quyular artır, hasilat azalır - Son 14 ilin rəqəmləri
02 May 2025 Bakıda küçəbəküçə mənzil qiymətləri - Tam siyahı
02 May 2025 Ətin qiyməti ucuzlaşacaq? - AKTUAL
01 May 2025 Samsung dünyada satılan smartfonların sayına görə “Apple”ı geridə qoyub
01 May 2025 Azərbaycanda kommunal xidmətlərə ən çox hansı rayonlar pul xərcləyir? - Tam siyahı
01 May 2025 ADMEDİA-nın qəribə tenderləri - TƏFƏRRÜAT
01 May 2025 Qalmqallı şirkət indi də ölkədən pul çıxarmaqda günahlandırılır - DETALLAR
30 Aprel 2025 Ərdoğan: İtaliya ilə ticarət hədəfimiz 40 milyard dollardır
30 Aprel 2025 Ölkədə kərə yağı sürətlə bahalaşır – Hindistandan nisbətən ucuzu gətirilib
29 Aprel 2025 Soyuq hava: Bu ili kənd təsərrüfatı ciddi ZİYANLA ÇIXACAQ - NƏ ETMƏLİ?
29 Aprel 2025 İnnovasiya və Təchizat Mərkəzi ilə “AZFAR MED” arasında daha bir sövdələşmə - 28 milyon 508 min manatlıq...
29 Aprel 2025 2 manatlıq şirkətə 264 minlik layihə verildi
28 Aprel 2025 Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin tender oyunu
28 Aprel 2025 Çin Azərbaycanın 5 ən böyük ticarət tərəfdaşından biridir
27 Aprel 2025 Qızıl mağazalarında alıcıya niyə qəbz verilmir? - Külli miqdarda CƏRİMƏ XƏBƏRDARLIĞI
26 Aprel 2025 Mövsümi meyvələrin fantastik qiymətləri - SİYAHI
26 Aprel 2025 Avtomobil tenderinə maraq göstərən olmadı - TENDER LƏĞV EDİLDİ
25 Aprel 2025 Azərbaycan və Britaniya arasında 3,8 milyardlıq ticarət müəmması - NƏ BAŞ VERİR?

Dünyapress TV

Xəbər lenti