Mikrosahibkarlara makro "od qoymaq"...
Mikrosahibkarların gəlir vergisinə tətbiq olunan güzəşt ləğv olunur. Bununla bağlı Vergi Məcəlləsinə dəyişikliklər təklif edilib. Sadə dildə yazsaq, fərdi sahibkarın ən azı üç muzdlu işçisi olmalıdır. Əks halda, mikrosahibkar üçün tətbiq olunan 5 faizlik vergi şkalası qüvvəsini itirir. Bundan sonra fərdi sahibkar 20 faizlik vergi ilə üz-üzə qalır.
Bizimyol.info xəbər verir ki, məcəlləyə dəyişiklik təklifi sosial mediada böyük müzakirəyə səbəb olub. Kiçik bizneslə məşğul olanlar bunun sahibkarlığa böyük zərbə vuracağını bildirirlər. Hesab edirlər ki, 20 faizlik vergi tətbiqi heç bir halda məntiqli addım sayılmır. “HR Hunter”in təsisçisi İlkin Mirzəzadə çox yanlış addım atıldığını düşünür: “Olmaz axı belə. Dünyada mikro, kiçik sahibkarlar iqtisadiyyatın əsas dayağıdır. Son 3-4 ildir ki, xeyli canlanma var idi. İndi söndürürlər. Sahibkar bir qarın çörəyə işləsin?”

Dəyişiklik bir sıra ziddiyyətli məqamları da özü ilə gətirir. Birincisi, Nazirlər Kabinetinin 556 saylı qərarına baxsaq, bir nəfərlik sahibkarlıq subyektinin də mikrosahibkar statusu daşıması qənaətinə gələ bilərik. Amma indi Dövlət Vergi Xidməti deyir ki, obyektin azı üç muzdlu işçisi olmalıdır. Məsələn, iki işçisi olan sahibkarlıq subyektinin belə hüququ tanımır. İkincisi, kiçik sahibkar heç bir halda bu yükün öhdəsindən gələ bilməz. Nəzərə alaq ki, sosial ödənişlər də var. Deməli, sahibkar az qala 30 faiz vergi ödəyəcək. Hökumətin addımına heç cür haqq qazandırmaq olmur. Kiçik sahibkar kimdir? Azərbaycanda əksəriyyət ailənin məşğulluğunu, dolanışığını təmin etmək üçün belə yol seçir. Lakin vergi yükünün bu cür kəskin artırılması mikrosahibkarlığa makro səviyyədə "od qoyur". Elə orta sahibkarlıq da sıradan çıxır. Niyə hökumət güzəşti ləğv etmək qərarına gəlib?

İqtisadçı Rövşən Ağsyev düşünür ki, sahibkarların bir neçə işçinin adına VÖEN açdırmaqla güzəştdən lazımınca istifadə etmək cəhdinin qarşısını alınır: “Ortada beli qırılan elə mikrosahibkarlar olacaq ki, məhz onların işinin xarakteri fərdi (1 nəfərlik) iş qurmağı tələb edir. Məsələn, İT mütəxəssisləri, tərcüməçilər, dizaynerlər, araşdırma və tədqiqat xidməti göstərən müxtəlif sahə ekspertləri. Yekə-yekə dövriyyəsi olan suyektlər yenə də yol tapıb dövriyyələrini 3 nəfərlik işçilər arasında bölüşdürüb 3-5 VÖEN-lə faizlik güzəştdən bəhrələndiyi halda, sadaladığım şəxslər 20 faizlik vergi yükü altına əziləcəklər”.

Bəs çıxış yolu nədir? Rövşən Ağayev hesab edir ki, konkret aylıq, illik dövriyyələr müəyyənləşdirməklə güzəştləri saxlamaq olar. İqtisadçı haqlıdır, güzəşti ləğv etmək yox, vergidən alternativ yollarla yayınmağa qarşı addımlar müzakirə mövzusu olmalıdır. Yoxsa bu halda baş verənlər kiçik sahibkarlığa ölüm hökmünün kəsilməsi deməkdir.

Aytən, Bizimyol.info

Bölmənin digər xəbərləri

03 May 2025 Dünyada ərzaq bahalaşır
03 May 2025 Qəbirstanlıq biznesi-Azərbaycanda ölmək də bahalaşır
02 May 2025 Əsas neft yatağında quyular artır, hasilat azalır - Son 14 ilin rəqəmləri
02 May 2025 Bakıda küçəbəküçə mənzil qiymətləri - Tam siyahı
02 May 2025 Ətin qiyməti ucuzlaşacaq? - AKTUAL
01 May 2025 Samsung dünyada satılan smartfonların sayına görə “Apple”ı geridə qoyub
01 May 2025 Azərbaycanda kommunal xidmətlərə ən çox hansı rayonlar pul xərcləyir? - Tam siyahı
01 May 2025 ADMEDİA-nın qəribə tenderləri - TƏFƏRRÜAT
01 May 2025 Qalmqallı şirkət indi də ölkədən pul çıxarmaqda günahlandırılır - DETALLAR
30 Aprel 2025 Ərdoğan: İtaliya ilə ticarət hədəfimiz 40 milyard dollardır
30 Aprel 2025 Ölkədə kərə yağı sürətlə bahalaşır – Hindistandan nisbətən ucuzu gətirilib
29 Aprel 2025 Soyuq hava: Bu ili kənd təsərrüfatı ciddi ZİYANLA ÇIXACAQ - NƏ ETMƏLİ?
29 Aprel 2025 İnnovasiya və Təchizat Mərkəzi ilə “AZFAR MED” arasında daha bir sövdələşmə - 28 milyon 508 min manatlıq...
29 Aprel 2025 2 manatlıq şirkətə 264 minlik layihə verildi
28 Aprel 2025 Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin tender oyunu
28 Aprel 2025 Çin Azərbaycanın 5 ən böyük ticarət tərəfdaşından biridir
27 Aprel 2025 Qızıl mağazalarında alıcıya niyə qəbz verilmir? - Külli miqdarda CƏRİMƏ XƏBƏRDARLIĞI
26 Aprel 2025 Mövsümi meyvələrin fantastik qiymətləri - SİYAHI
26 Aprel 2025 Avtomobil tenderinə maraq göstərən olmadı - TENDER LƏĞV EDİLDİ
25 Aprel 2025 Azərbaycan və Britaniya arasında 3,8 milyardlıq ticarət müəmması - NƏ BAŞ VERİR?

Dünyapress TV

Xəbər lenti