Heyvan bazarında TƏHLÜKLİ DURĞUNLUQ...
“Hər ilin bu vaxtında ət bahalaşırdı. Indi qəssablar da heyvanı nisyə alır. Əvvəllər bir ayda 20-25 quzu, bir neçə mal sata bilirdik. Indi ayda 4-5 quzu satanda sevinirik”.

DİA.AZ bildirir ki, bunu Meydan TV-yə şamaxılı fermer Nemət Həsənov deyib. Fermer bildirib ki, digər bölgələrə nisbətən Şamaxıda ət ucuz olub. Amma son bir-iki ildə mal-qara saxlamaq sərfəli deyil:

“Qəssab heyvanı nisyə götürüb satandan sonra pulunu ödəyir. Əksər fermerin nisyə dəftəri var”.

Bölgələrdə mal ətinin qiyməti 15-17, quzu əti 17-18 manat arası dəyişir. Bakının iri ticarət mərkəzlərində sümüksüz mal əti 20 manatdan bahadır. Digər şamaxılı fermerlər də alıcılıq qabiliyyətinin ciddi şəkildə azalmasından, bahalaşma fonunda bazarın zəifləməsindən gileyləniblər. Bəzi ekspertlər isə mövsümi tələbat da daxil olmaqla müxtəlif səbəblərdən bahalaşmanın davam edəcəyini bildirirlər.

İqtisadçı Xalid Kərimli bildirib ki, ətin qiyməti birbaşa yemin qiymətindən asılıdır.

“Ot ətin maya dəyərində əsaslı rol oynayır. Amma otu ətə çevirmək vaxt tələb edir. Yəni ot bahalaşan kimi ətin qiymətinə təsir etmir. Qiymət siyasətini tələbata uyğun həyata keçirirlər”,-ekspert deyib.
X.Kərimli qeyd edib ki, Şamaxı, Qəbələ paytaxta yaxın olduğundan turistlərin ən çox üz tutduqları bölgələrdəndir. Ət isə menyuda əsaslı yer tutur. Şamaxıda ətin qiyməti tələbata uyğun, bazara əsasən müəyyənləşdirilir.

“Şəhərlərdə ətə tələbat çoxdur. Böyük marketlərdə satılan ət məhsulları iri təsərrüfatlardan, aqro-parklardan alınır. İri təsərrüfatların isə xərcləri daha çoxdur, tələbat olduqda qiymət enmir”.

Ekspert deyir ki, ət və ət məhsullarının qiyməti tələbata uyğun müəyyənləşdirildiyindən dəyişir.

Dövlət Statistika Komitəsinin məlumatına görə, bu ilin oktyabr ayının 1-nə Azərbaycanda iribuynuzlu heyvanların sayı 2 mln. 533.1 min baş, xirdabuynuzlu heyvanların sayı isə 7 mln. 223.2 min baş təşkil edib.

Dövlət Statistika Komitəsinin hesabatı əsasında aparılan hesablamalara görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə iribuynuzlu heyvanların sayı 4.3% və ya 113.4 min baş, xırdabuynuzlu heyvanların sayı isə 8.9% və ya 705.1 min baş azalıb.

İribuynuzlu heyvanların sayı ən çox Sabirabad (125 255 baş), Bərdə ( 101 812 baş) və Cəlilabad ( 91 057 baş), xırdabuynuzlu heyvanların sayı isə ən çox Beyləqan ( 301 583 baş), Şəmkir ( 273 898 baş), Ağcabədi ( 233 964 baş) rayonlarındadır.

Cari ildə iribuynuzlu və xırdabuynuzlu heyvanların sayı azalaraq son 10 ilin ən aşağı həddinə düşüb.
 

Bölmənin digər xəbərləri

03 May 2025 Dünyada ərzaq bahalaşır
03 May 2025 Qəbirstanlıq biznesi-Azərbaycanda ölmək də bahalaşır
02 May 2025 Əsas neft yatağında quyular artır, hasilat azalır - Son 14 ilin rəqəmləri
02 May 2025 Bakıda küçəbəküçə mənzil qiymətləri - Tam siyahı
02 May 2025 Ətin qiyməti ucuzlaşacaq? - AKTUAL
01 May 2025 Samsung dünyada satılan smartfonların sayına görə “Apple”ı geridə qoyub
01 May 2025 Azərbaycanda kommunal xidmətlərə ən çox hansı rayonlar pul xərcləyir? - Tam siyahı
01 May 2025 ADMEDİA-nın qəribə tenderləri - TƏFƏRRÜAT
01 May 2025 Qalmqallı şirkət indi də ölkədən pul çıxarmaqda günahlandırılır - DETALLAR
30 Aprel 2025 Ərdoğan: İtaliya ilə ticarət hədəfimiz 40 milyard dollardır
30 Aprel 2025 Ölkədə kərə yağı sürətlə bahalaşır – Hindistandan nisbətən ucuzu gətirilib
29 Aprel 2025 Soyuq hava: Bu ili kənd təsərrüfatı ciddi ZİYANLA ÇIXACAQ - NƏ ETMƏLİ?
29 Aprel 2025 İnnovasiya və Təchizat Mərkəzi ilə “AZFAR MED” arasında daha bir sövdələşmə - 28 milyon 508 min manatlıq...
29 Aprel 2025 2 manatlıq şirkətə 264 minlik layihə verildi
28 Aprel 2025 Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin tender oyunu
28 Aprel 2025 Çin Azərbaycanın 5 ən böyük ticarət tərəfdaşından biridir
27 Aprel 2025 Qızıl mağazalarında alıcıya niyə qəbz verilmir? - Külli miqdarda CƏRİMƏ XƏBƏRDARLIĞI
26 Aprel 2025 Mövsümi meyvələrin fantastik qiymətləri - SİYAHI
26 Aprel 2025 Avtomobil tenderinə maraq göstərən olmadı - TENDER LƏĞV EDİLDİ
25 Aprel 2025 Azərbaycan və Britaniya arasında 3,8 milyardlıq ticarət müəmması - NƏ BAŞ VERİR?

Dünyapress TV

Xəbər lenti