Cahangir Əsgərov AZAL-ın gəlirlərini gizlədib
Biletlərinin baha olmasına görə tez-tez tənqid olunan "Azərbaycan Hava Yolları" QSC (AZAL) 2022-ci ili 110 milyon 620 min manat xalis mənfəət ilə başa vurub.

Dövlət aviaşirkəti 2021-ci ili 67 milyon 547 min manat xalis zərər ilə bağlamışdı.

Beləliklə, ötən il AZAL zərərdən mənfəətə keçib. AZAL-ın xalis zərəri 2019-cu ili 78 milyon 770 min manat, 2020-ci ili isə 76 milyon 415 min manat təşkil etmişdi. AZAL-ın daşımalar üzrə və digər gəlirləri 2021-ci ildə 491 milyon 750 min manat ikən, 2022-ci ildə 1 milyard 149 milyon 954 min manata yüksəlib (658 milyon 204 min manat və ya 2,3 dəfə artıb).

Həmçinin ötən il AZAL dövlətdən 108 milyon 809 min manat subsidiya alıb. Şirkət 2021-ci ildə dövlətdən 98 milyon 909 min manat subsidiya almışdı.

Qeyd edək ki, 2019-cu ildə şirkətin gəlirləri 1 milyard 8 milyon 459 min manata çatdıqdan sonra, 2020-ci ildə 335 milyon 236 min manata düşmüşdü.

Xatırladaq ki, Hesablama Palatası "Azərbaycan Hava Yolları" QSC-də (AZAL) apardığı dövlət əmlakının və dövlət vəsaitlərinin idarə olunmasının auditinin nəticələriə əsasən nöqsanlar aşkarlanmışdı. Qeyd edək ki, bir müddət öncə ölkə başçısının sərəncamı ilə AZAL-ın rəhbəri Cahangir Əsgərov vəzifəsindən azad edilmişdi. Həmin vəzifənin icrası AZAL-ın birinci vitse-prezidenti Samir Rzayevə həvalə edilib.

Ötən dövrdə davamlı olaraq zərər edən AZAL- ın təyyarə biletlərini daha da bahalaşdırması vətəndaşlar tərəfindən daim etirazla qarşılanıb. Hazırda isə şirkətin mənfəət əldə etməsi təəccüb doğurur.

Ötən dövrdə AZAL-ın ili zərərlə başa vurması köhnə rəhbərliyin “fəaliyyətinin” nəticəsidirmi?

İqtisadçı-ekspert Natiq Cəfərli Cebhe.info-ya bildirdi ki, bu yaxınlarda AZAL-ın prezident vəzifəsini icra edən Samir Rzayevlə bu istiqamətdə məsələləri müzakirə ediblər:

“Belə məlum oldu ki, xərcləri azaldıblar. Yəni orada çox sayda izafi xərclər var idi. Yəni lazım olmayan xərclərin şişirdilməsi var idi ki, bu da ziyanla işləmək üçün əsas yaradırdı. Yəni gəlir çoxaldıqca qəsdən boş xərclər də artırılırdı. Köhnə rəhbərlik zamanında xərc hissəsi şişirdilirdi ki, bu da AZAL-ın ziyanla işləməsinə səbəb yaradırdı. İndiki rəhbərliyin bildirdiyinə görə, hazırda onların xətti ondan ibarətdir ki, izafi, artıq xərcləri azaltsınlar.

İlkin hesabatda görünən odur ki, xərclərin ciddi azalması prosesinə görə mənfəətə çıxmaq mümkün olub. Bu xərclərin azaldılması tendensiyası davam etdikcə istər-istəməz qiymətlərə də təsir etməlidir. Çünki AZAL mənfəətlə işləməyə başlayırsa və xərcləri azalırsa, demək, daşımaların maya dəyəri aşağı düşür. Bu zaman da biletlərin qiymətinə müsbət təsir göstərməlidir”.

Ekspert bildirib ki, təyyarə biletlərinin qiymətləri enməlidir:

“Uzun illərdir ki, əhalinin ciddi narazılığı olan bu qiymət siyasətini dəyişdirmək üçün əsaslar yaranır. Bu ilin sonunda eyni parametrlər təkrarlanacaqsa, mənfəətlə işləmək prosesi davam edəcəksə, yeni komanda ən azından bu istiqamətdə irəliləyir. Hara qədər irəliləyə biləcək, hansı ciddi dəyişikliklərə səbəb olacaq, bunu zaman göstərəcək.

Ancaq xərclərin azaldılması, maya dəyərinin aşağı salınması, işlərin bu istiqamətdə aparılması və bu yolla da mənfəətin artırılması doğru yoldur. Bu ilin rəəqmləri də ötən ilin rəqəmlərini təsdiqləsə demək bu istiqamət doğrudur”.

Nigar Abdullayeva
 

Bölmənin digər xəbərləri

03 May 2025 Dünyada ərzaq bahalaşır
03 May 2025 Qəbirstanlıq biznesi-Azərbaycanda ölmək də bahalaşır
02 May 2025 Əsas neft yatağında quyular artır, hasilat azalır - Son 14 ilin rəqəmləri
02 May 2025 Bakıda küçəbəküçə mənzil qiymətləri - Tam siyahı
02 May 2025 Ətin qiyməti ucuzlaşacaq? - AKTUAL
01 May 2025 Samsung dünyada satılan smartfonların sayına görə “Apple”ı geridə qoyub
01 May 2025 Azərbaycanda kommunal xidmətlərə ən çox hansı rayonlar pul xərcləyir? - Tam siyahı
01 May 2025 ADMEDİA-nın qəribə tenderləri - TƏFƏRRÜAT
01 May 2025 Qalmqallı şirkət indi də ölkədən pul çıxarmaqda günahlandırılır - DETALLAR
30 Aprel 2025 Ərdoğan: İtaliya ilə ticarət hədəfimiz 40 milyard dollardır
30 Aprel 2025 Ölkədə kərə yağı sürətlə bahalaşır – Hindistandan nisbətən ucuzu gətirilib
29 Aprel 2025 Soyuq hava: Bu ili kənd təsərrüfatı ciddi ZİYANLA ÇIXACAQ - NƏ ETMƏLİ?
29 Aprel 2025 İnnovasiya və Təchizat Mərkəzi ilə “AZFAR MED” arasında daha bir sövdələşmə - 28 milyon 508 min manatlıq...
29 Aprel 2025 2 manatlıq şirkətə 264 minlik layihə verildi
28 Aprel 2025 Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin tender oyunu
28 Aprel 2025 Çin Azərbaycanın 5 ən böyük ticarət tərəfdaşından biridir
27 Aprel 2025 Qızıl mağazalarında alıcıya niyə qəbz verilmir? - Külli miqdarda CƏRİMƏ XƏBƏRDARLIĞI
26 Aprel 2025 Mövsümi meyvələrin fantastik qiymətləri - SİYAHI
26 Aprel 2025 Avtomobil tenderinə maraq göstərən olmadı - TENDER LƏĞV EDİLDİ
25 Aprel 2025 Azərbaycan və Britaniya arasında 3,8 milyardlıq ticarət müəmması - NƏ BAŞ VERİR?

Dünyapress TV

Xəbər lenti