Bu banklar da ləğv ediləcək -
Azərbaycanda son illər lisenziyası ləğv edilən bankların ard-arda bağlanması əhalinin bank sektoruna etimadını azaldıb. Mütəxəssislər isə bankların bağlanmasını müxtəlif səbəblərlə izah edirlər. Biz də bankların lisenziyalarının ləğv edilmə səbəbini öyrənmək üçün millət vəkili Vahid Əhmədova müracət etdik. KONKRET.az-ın suallarını cavablandıran deputat bazar iqtisadiyyatının prinsiplərindən danışdı və bildirdi ki, bank sektorunda işləyən insanlar bu sistemi bilməlidir: “Müstəqilliyin ilk illərində asanlıqla bankı qururdular, işlədirdilər, çünki o qədər nəzarət mexanizmi yox idi. İndi bu sahədə kifayət qədər təcrübəli mütəxəssislər var. Artıq tələbat da, dövran da dəyişib. Bəzi banklar var ki, kreditləri sağa-sola paylayır, sonra dövriyyə, pul çatışmazlığı yaranır. Bu zaman bank məcbur qalıb dövriyyədən çıxır. Əgər bank normal işləyirsə, heç bir problem yoxdursa, lazım olan dövriyyəsi varsa, depozitləri kifayət qədərdirsə, kreditləri vaxtlı-vaxtında ödənilirsə, bankın işləməsində problem olmur. İndi “Muğanbank” bağlanıb, orada təxminən 300 milyona yaxın depozit var…

– Vahid müəllim, banklarda kadr çatışmazlığını qeyd etdiniz. Yeni bağlanan “Muğanbank” neçə illərdir fəaliyyət göstərir. Əgər “Muğanbank” ixtisaslı kadr sarıdan korluq çəkibsə, bu müddətdə necə fəaliyyət göstərib?

– Sən bankir deyilsən axı, mən də bankir deyiləm. Deyə bilmərik ki, orada işləyənlər hamısı peşəkar olub. Əgər öz işlərini mükəmməl bilsəydilər, belə səhvlər buraxmazdılar. İndi bank sistemində tələblər tamamilə dəyişib. Nəzarət mexanizmi Mərkəzi Bank tərəfindən işə salınıb. Orada ildə bir neçə dəfə hesabata baxılır, müzakirələr aparılır. Yadınıza gəlirsə, müstəqilliyin ilk illərində 50-dən çox bank var idi. Amma hal-hazırda cəmi 23 bank fəaliyyət göstərir. Ona görə də indiki tələblərə cavab vermək o qədər də asan məsələ deyil. İndi kimsə nəyisə gizlətmək istəyirsə, bu, qeyri-mümkündür.

– Əmanətçilərin bağlanan bankdan vəsaitlərini geri götürməkdə problem yaranıb. Bu, necə tənzimlənəcək?

– Həmin vəsaitlərin hamısı sığortalıdır və Əmanətlərin Sığortalanması Fondu tərəfindən qaytarılacaq. Təbii ki, komissiyalar işləyir və əmanətlər geri qaytarılır. Bankların özlərinin də kifayət qədər əmlakı var və deməli, vəsait çatışmazlığı yaranmamalıdır. Banka qoyulan vəsaitin faizləri də əhaliyə qaytarılacaq.

– Azərbaycanda kiçik bankların bağlanma ənənəsi var. Belə çıxır ki, əhali 2-3 bankdan başqa digər banklarla əməkdaşlıq etməməlidir?

– Bank sistemi elə bir sistemdir ki, bəzi məsələlər qapalı, bəzi məsələlər açıqdır. Amma son vaxtlar banklar öz hesabatlarını verirlər. Ümumiyyətlə, banklar əhalini maraqlandıran bəzi işləri görməlidir. Bu, depozitlərdir, bank faizləridir və sairə. Əhali bunları bilməlidir. O ki qaldı böyük bank, kiçik bank məsələsinə, bu proses bütün dünyada mövcuddur. Xarici dövlətlərə nəzər salsanız, görərsiniz ki, bu ölkələrdə təxminən ona yaxın bank var və faktiki olaraq yüksək faizlər də oradadır. Qalan kiçik banklarda faizlər aşağıdır. Bankın bağlanması onunla əlaqədar deyil. Bank normal işləyirsə, onun heç bir problemi yoxdursa, maliyyə bazarında rəqabət apara bilirsə, dövriyyəsi varsa, kredit vermək imkanına malikdirsə, depozit qoyuluşunda problem yoxdursa, həmin bankın işləməsində heç bir çətinlik olmayacaq.

– Əhalinin banklara inamı azalıb. Sizcə çıxış yolu nədədir?

– Bu, neçə ildir müzakirə olunan məsələdir. Cəmiyyət o qədər də məlumatlı deyil. Əhalini məlumatlandırmaq lazımdır. Maariflənmə işləri aparılmalıdır. İnsanlar bilməlidir ki, banklara çatışmazlıqları aradan qaldırmaq üçün 7-8, bəzən isə 10 ilə yaxın vaxt verilir. Bankların bağlanması birdən-birə baş vermir. Amma indi bağlanacaq banklar görmürəm. Adların çəkmək istəmirəm, 1-2 bank ola bilər ləğv edilsin. Qalan banklar normal işləyir, ciddi problem yoxdur.

Bölmənin digər xəbərləri

03 May 2025 Dünyada ərzaq bahalaşır
03 May 2025 Qəbirstanlıq biznesi-Azərbaycanda ölmək də bahalaşır
02 May 2025 Əsas neft yatağında quyular artır, hasilat azalır - Son 14 ilin rəqəmləri
02 May 2025 Bakıda küçəbəküçə mənzil qiymətləri - Tam siyahı
02 May 2025 Ətin qiyməti ucuzlaşacaq? - AKTUAL
01 May 2025 Samsung dünyada satılan smartfonların sayına görə “Apple”ı geridə qoyub
01 May 2025 Azərbaycanda kommunal xidmətlərə ən çox hansı rayonlar pul xərcləyir? - Tam siyahı
01 May 2025 ADMEDİA-nın qəribə tenderləri - TƏFƏRRÜAT
01 May 2025 Qalmqallı şirkət indi də ölkədən pul çıxarmaqda günahlandırılır - DETALLAR
30 Aprel 2025 Ərdoğan: İtaliya ilə ticarət hədəfimiz 40 milyard dollardır
30 Aprel 2025 Ölkədə kərə yağı sürətlə bahalaşır – Hindistandan nisbətən ucuzu gətirilib
29 Aprel 2025 Soyuq hava: Bu ili kənd təsərrüfatı ciddi ZİYANLA ÇIXACAQ - NƏ ETMƏLİ?
29 Aprel 2025 İnnovasiya və Təchizat Mərkəzi ilə “AZFAR MED” arasında daha bir sövdələşmə - 28 milyon 508 min manatlıq...
29 Aprel 2025 2 manatlıq şirkətə 264 minlik layihə verildi
28 Aprel 2025 Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin tender oyunu
28 Aprel 2025 Çin Azərbaycanın 5 ən böyük ticarət tərəfdaşından biridir
27 Aprel 2025 Qızıl mağazalarında alıcıya niyə qəbz verilmir? - Külli miqdarda CƏRİMƏ XƏBƏRDARLIĞI
26 Aprel 2025 Mövsümi meyvələrin fantastik qiymətləri - SİYAHI
26 Aprel 2025 Avtomobil tenderinə maraq göstərən olmadı - TENDER LƏĞV EDİLDİ
25 Aprel 2025 Azərbaycan və Britaniya arasında 3,8 milyardlıq ticarət müəmması - NƏ BAŞ VERİR?

Dünyapress TV

Xəbər lenti