Bankların yüksək faizi kasıbları evsiz qoyur
Ölkəmizdə əsas problemlərindən biri əhalinin mənzilə əlçatanlığının olmamasıdır.

Belə ki, bu gün ölkədə bir neçə ev alan imkanlı əhali qrupu və illərdir ki, qazandığı əmək haqqını kirayə verərək mənzil almağa imkanı olmayan digər qrup var. Evsiz vətəndaşlar isə bu problemin həlli üçün “çırpınsalar” da, həll yolu tapa bilmirlər. Yəni bu gün nağd yolla ev almaq imkanı yoxdur, faiz dərəcələrinin yüksək olması ilə bağlı da kreditlə mənzil ala bilmirlər.

Nəticədə evi olanlar yenə ev alır, evsizlər isə yenə də kirayədə yaşamaqda davam edir. Bu problemin təməlində o dayanır ki, evsiz vətəndaşların mövcud əmək haqqının məbləği onlara kreditlə ev almağa imkan vermir. Kreditlərin isə faizi həm o qədər də aşağı deyil, həm həddindən artıq baha başa gəlir.

İpoteka və Kredit Zəmanət Fondu tərəfindən kredit verilməsi şərtlərinə görə, ipoteka kreditləri “zəmanət verilməmiş kreditlər üzrə” 8 faiz, “zəmanət verilmiş kreditlər üzrə” 7 faizdir. Güzəştli ipoteka kreditləri “zəmanət verilməmiş kreditlər üzrə” 4 faiz, “zəmanət verilmiş kreditlər üzrə” 3,7 faiz təşkil edir.

Qeyd edək ki, ipoteka kreditləri üzrə güzəştlərdən ancaq müəyyən qrup şəxs yararlana bilər. Ancaq həmin qrupa daxil olan şəxslərin də bir qisminin əmək haqqı heç də həmin kreditdən yararlanmağa imkan vermir. Banklara gəldikdə, məsələn, “Kapital bank”ın daxili vəsaiti hesabına təqdim olunan çıxarışlı evlərdə ipoteka kreditinin illik faiz dərəcəsi 5 faizdən başlayır. Regionlarda (Bakı, Sumqayıt, Abşeron zonası istisna olmaqla) yaşayan və işləyən, rəsmi gəlirə malik əhalinin mənzil əldə etməsi üçün bankın daxili vəsaiti hesabına təqdim etdiyi sosial ipoteka krediti 6 faizdən başlayır. Digər bir bank “Unibank”da da ipoteka kreditinin illik faiz dərəcəsi 7 faiz təşkil edir.

Bir sıra ölkələrdə isə əhalinin mənzillə təminatı istiqamətində daha müvafiq layihələr həyata keçirilir.

Bunlardan biri kimi Türkiyədə tətbiq edilən TOKİ layihəsini göstərmək olar. Bununla yanaşı, bugünlərdə hökumət son vaxtlar rekord həddə çatan mənzil kreditlərini aşağı salmaq üçün hərəkətə keçib. Prezident köməkçisi Cevdet Yılmazın aşağı faizli kreditlərlə bağlı fikirlərindən sonra işlərini sürətləndirən Mərkəzi Bank və Bank Tənzimləmə və Nəzarət Təşkilatı (BDDK) fəaliyyətini genişləndirib. Belə ki, burada ilk dəfə ev alanlar üçün aşağı faizli ipoteka krediti veriləcək.

Dövlət bankları vasitəsilə vətəndaşlara təqdim olunacaq kreditin müddəti 180 ay olacaq. 1,20 faiz dərəcəsi ilə ayrılacaq kreditin həm yeni, həm də ikinci əl evlər üçün keçərli olacağı gözlənilir. Sözügedən kampaniya ilə mənzil sektorunda daralmanın qarşısı alınacaq və bazarda pozulmuş tələb-təklif balansı bərpa olunacaq. Layihənin oktyabr ayından tətbiqi nəzərdə tutulur.

Azərbaycan Sosial Tədqiqatlar Mərkəzinin məlumatına görə, əhalinin hər 10 000 nəfərinə düşən mənzillərin sayı MDB ölkələri üzrə xeyli fərqlənir. Ən yüksək göstərici Belarus (49) və Qazaxıstanda (62) olduğu halda, Azərbaycanda bu göstərici 2018-ci ildə 16,6 mənzil təşkil edib. Qeyd edək ki, Azərbaycan hökumətinin 2004-cü ildə qoşulduğu Avropa Sosial Xartiyasının 31-ci maddəsində deyilir ki, hər bir insan mənzil hüququna malikdir. Ancaq bu gün mövcud vəziyyət onu göstərir ki, əhalinin bir qismi bu hüququndan məhrumdur. Bu istiqamətdə həyata keçirilən layihələr isə özünü tam olaraq doğrultmur.

Məsələn, Mənzil İnşaatı Dövlət Agentliyi tərəfindən verilən evlərdən də müəyyən qrup şəxlər, məsələn, tələblərdən biri kimi VÖEN əsasında çalışan şəxslər yararlana bilər. Eyni zamanda, bu qurum tərəfindən də təqdim edilən evlərin satışı ilə bağlı zaman-zaman problemlər özünü göstərir.

Bu gün mövcud vəziyyətdə evsiz vətəndaşlar çıxış yolu tapa bilmir. Əmək haqqının azlığı nə nağd yolla, nə də yüksək kredit faizlərini verərək ev almağa imkan verir. Nə qədər ki, faiz dərəcələri yüksək olacaq, evsiz insanlar elə evsiz də qalacaq.

Cebhe.info

Bölmənin digər xəbərləri

03 May 2025 Dünyada ərzaq bahalaşır
03 May 2025 Qəbirstanlıq biznesi-Azərbaycanda ölmək də bahalaşır
02 May 2025 Əsas neft yatağında quyular artır, hasilat azalır - Son 14 ilin rəqəmləri
02 May 2025 Bakıda küçəbəküçə mənzil qiymətləri - Tam siyahı
02 May 2025 Ətin qiyməti ucuzlaşacaq? - AKTUAL
01 May 2025 Samsung dünyada satılan smartfonların sayına görə “Apple”ı geridə qoyub
01 May 2025 Azərbaycanda kommunal xidmətlərə ən çox hansı rayonlar pul xərcləyir? - Tam siyahı
01 May 2025 ADMEDİA-nın qəribə tenderləri - TƏFƏRRÜAT
01 May 2025 Qalmqallı şirkət indi də ölkədən pul çıxarmaqda günahlandırılır - DETALLAR
30 Aprel 2025 Ərdoğan: İtaliya ilə ticarət hədəfimiz 40 milyard dollardır
30 Aprel 2025 Ölkədə kərə yağı sürətlə bahalaşır – Hindistandan nisbətən ucuzu gətirilib
29 Aprel 2025 Soyuq hava: Bu ili kənd təsərrüfatı ciddi ZİYANLA ÇIXACAQ - NƏ ETMƏLİ?
29 Aprel 2025 İnnovasiya və Təchizat Mərkəzi ilə “AZFAR MED” arasında daha bir sövdələşmə - 28 milyon 508 min manatlıq...
29 Aprel 2025 2 manatlıq şirkətə 264 minlik layihə verildi
28 Aprel 2025 Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin tender oyunu
28 Aprel 2025 Çin Azərbaycanın 5 ən böyük ticarət tərəfdaşından biridir
27 Aprel 2025 Qızıl mağazalarında alıcıya niyə qəbz verilmir? - Külli miqdarda CƏRİMƏ XƏBƏRDARLIĞI
26 Aprel 2025 Mövsümi meyvələrin fantastik qiymətləri - SİYAHI
26 Aprel 2025 Avtomobil tenderinə maraq göstərən olmadı - TENDER LƏĞV EDİLDİ
25 Aprel 2025 Azərbaycan və Britaniya arasında 3,8 milyardlıq ticarət müəmması - NƏ BAŞ VERİR?

Dünyapress TV

Xəbər lenti