Ardını oxu...
Rusiyanın Qara dənizdəki taxıl blokadasını ilk dəfə İsrail mülki gəmisi qırıb. “Ams1”, “Şahin 2” və “Yılmaz Kaptan” adlı üç mülki gəmi Türkiyə boğazlarından keçib. Bu gəmilərin mənşəyi: İsrail, Yunanıstan və Türkiyə/Gürcüstan. AIS vasitəsilə təyinat yerini Ukrayna kimi müəyyən edilib.

31 iyul Ams1 Dunayın Ukrayna qoluna daxil oldu, "Unian" qeyd edir.

“Bu, iyulun 25-də Reninin bombalanmasından sonra Rusiyanın Qara dəniz blokadasını pozan ilk gəmidir. Səyahətinə Aşdoddan başlayan İsrail açıq şəkildə hədəfini - Ukraynanı reklam etdi və birbaşa məcrada Qara dənizi keçdi.

Amerikanın P8 gəmi əleyhinə təyyarəsi gəminin təhlükəsizliyini təmin edir. Bu təyyarə Rumıniya səmasında birbaşa yanacaqla doldurulur. Əlavə müşahidə aparan və məlumat ötürən Forte12 RQ-4 kəşfiyyat pilotsuz təyyarəsi tərəfindən verilir.

Ams1-dən sonra Dunayda lövbər salmış və ya tezliklə lövbər salacaq daha dörd gəmi gəlir.
Teref.az
Ardını oxu...
Tarif (qiymət) Şurasının qərarı ilə daşınmaz əmlakın qeydiyyatı, texniki inventarlaşdırılması və kadastrı xidmətləri üzrə tariflər və bir qrup dərman vasitəsinin qiyməti tənzimlənib. Yeni tariflərdə bir sıra güzəştlər nəzərdə tutulur.

"Qafqazinfo" xəbər verir ki, daşınmaz əmlak sahəsində idarəçilik sisteminin rəqəmsal texnologiyalar əsasında müasirləşdirilməsi, şəffaflaşdırılması, keyfiyyətli, çevik və etibarlı xidmətlərin göstərilməsi məqsədilə yeni xidmətlər təklif olunur. Bununla əlaqədar olaraq, yeni xidmətlər üzrə tariflərin müəyyən olunmasına, mövcud tariflərin tənzimlənməsinə zərurət yaranıb.

31 iyul 2023-cü il tarixində Tarif (qiymət) Şurasının növbəti iclası keçirilib, daşınmaz əmlakın qeydiyyatı, texniki inventarlaşdırılması və kadastrı xidmətləri üzrə tariflər, həmçinin dərman vasitələrinin qiymətləri təsdiq edilib.

Yeni tariflərlə bir sıra güzəştlər nəzərdə tutulur. Bu güzəştlər çərçivəsində şəhid ailəsi üzvlərinin, hərbi əməliyyatlar nəticəsində əlil olmuş hərbi qulluqçu və mülki şəxslərin daşınmaz əmlaklarına, işğaldan azad olunmuş ərazilərdə yerləşən daşınmaz əmlak obyektlərinə münasibətdə xidmət haqqına 50% güzəşt tətbiq olunur. Bununla yanaşı, kənd təsərrüfatı, sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı torpaqlar üzrə, eləcə də çoxmənzilli yaşayış binalarının inventarlaşdırılması üzrə tariflər azaldılıb. Sahəsi 1000 kv.m-ə qədər olan əmlakların tariflərində də azalma tətbiq olunur. Yeni tariflərə uyğun olaraq, qeyri-yaşayış sahələri üzrə xidmətlərdə xərclər azalır.

Tarif (qiymət) Şurasının qərarına əsasən, tariflərin sayı 79-dan 60-a endirilib, qanunverciliyə dəyişikliklər nəticəsində yaranmış yeni 9 xidmət üzrə tariflər müəyyənləşdirilib, 21 tarif mövcud səviyyədə saxlanılıb, xidmət göstərilmədiyi üçün 29 tarif ləğv edilib, 5 tarif alt qruplara keçirilərək ümumiləşdirilib. Xidmət sayının optimallaşdırılması bir sıra istiqamətlər üzrə xidmət haqqının aşağı salınmasına və ya tamamilə ləğv edilməsinə imkan yaradıb. Həmçinin, yaşayış sahələrinin qeyri-yaşayış sahələri hesabına çarpaz maliyyələşdirilməsinin aradan qaldırılması məqsədilə müvafiq tariflərə dəyişikliklər edilib.

İclasda həmçinin yeni dövlət qeydiyyatına alınan 95 dərman vasitəsinin qiyməti təsdiq edilib və etibarlı təchizatın təmin olunması məqsədilə Səhiyyə Nazirliyindən müvafiq rəy alınmış 47 dərman vasitəsinin qiymətində Nazirlər Kabinetinin 2015-ci il 3 iyun tarixli 209 nömrəli Qərarı ilə təsdiq olunmuş Qaydalara və Tarif (qiymət) Şurasının 2015-ci il 21 iyul tarixli Qərarı ilə təsdiq edilmiş Təlimata uyğun olaraq dəyişikliklər aparılıb. Ticarət adı, farmasevtik forması, təsiredici maddəsinin adı, dozası, ticarət qablaşdırması, miqdarı, istehsal ölkəsi nəzərə alınmaqla, qiyməti təsdiq edilmiş dərman vasitələrinin tam siyahısı Tarif (qiymət) Şurasının rəsmi internet saytının (www.tariff.gov.az) “Dərman vasitələri” bölməsində (http://tariff.gov.az/documents/DVA.pdf) yerləşdirilib.

Qərarlarla Tarif (qiymət) Şurasının rəsmi saytının (www.tariff.gov.az) “Şuranın qərarları” bölməsində tanış olmaq olar.

Qeyd: Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 26 dekabr tarixli Fərmanı ilə Tarif (qiymət) Şurası dövlət tənzimlənməsi tətbiq edilən qiymətlərin (tariflərin) və xidmət haqlarının tənzimlənməsini həyata keçirən kollegial orqandır. Azərbaycan Respublikasının iqtisadiyyat naziri Tarif (qiymət) Şurasının sədri, maliyyə nazirinin müavini, ədliyyə nazirinin müavini, energetika nazirinin müavini, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini, kənd təsərrüfatı nazirinin müavini, səhiyyə nazirinin müavini, elm və təhsil nazirinin müavini, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini, Dövlət Gömrük Komitəsi sədrinin müavini, Dövlət Şəhərsalma və Arxitektura Komitəsi sədrinin müavini, Dövlət Statistika Komitəsi sədrinin müavini, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi İdarə Heyətinin sədri Şuranın üzvləridir.
 
Ardını oxu...
27-28 iyul tarixlərində Sankt-Peterburqda keçirilən Rusiya-Afrika sammiti Ukraynadakı münaqişə ilə əlaqədar tətbiq edilmiş Qərb sanksiyaları fonunda Kreml üçün arzuolunan nəticələri verməyib. Sammit ərəfəsində aydın olub ki, Moskva Afrikadakı təsir sahəsində böyük uğursuzluqlarla qarşılaşıb. Tədbirdə məhdud sayda yüksək vəzifəli şəxs iştirak edib: 45 dövlət başçısının iştirak etdiyi 2019-cu il sammitindən fərqli olaraq, dəvət edilmiş 54 Afrika ölkəsindən cəmi 17 prezident və 10 baş nazir iştirak edib.

Çin, Fransa və Qərb dövlətlərinin təsiri altında olan ölkələrin yüksək vəzifəli şəxsləri açıq-aşkar sammiti diqqətdən kənarda qoyub. Afrikada Çinin artan nüfuzu faktiki olaraq Rusiyanı sıxışdırıb və Rusiyadakı iqtisadi böhran vəziyyəti daha da çətinləşdirib. Məsələn, Çinin Afrikaya birbaşa investisiyaları həndəsi şəkildə artaraq, investisiyalara, ticarət dövriyyəsinə və iqtisadi iştiraka görə Rusiyanı xeyli geridə qoyub. 2000-2019-cu illərdə Afrikada Çin kreditləri 153 milyard dollar olaraq qiymətləndirilir. Bu müddət ərzində Rusiyanın investisiyaları 17 mlrd. dollar təşkil edib. Çinin Afrika ilə 200 milyardlıq ticarət dövriyyəsi Rusiyanın ticarət dövriyyəsindən 10 dəfə çoxdur.

Sammitin 74 bənddən ibarət olan yekun bəyannaməsində ilk növbədə ciddi maliyyə əməkdaşlığı və iqtisadi əməkdaşlıq deyil, mədəni və siyasi əməkdaşlıq vurğulanıb. İllərlə ortaq maraqların sayının azalması bu yığıncağın nailiyyətlərinin məhdud olduğunu göstərib.

Rusiyanın mövcud iqtisadi problemlərini nəzərə alaraq, Moskvanın sammiti Afrika ilə investisiya boşluğunu aradan qaldırmaq məqsədi ilə təşkil etməsi qeyri-mümkün görünür. Bunun əvəzinə, görünür, xüsusən Cənubi Afrikada keçiriləcək BRİKS sammiti fonunda əsas diqqət imic problemləri üzərində cəmləşib. Görünür, Putinin Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən həbsi ehtimalı ilə bağlı narahatlıqlar Rusiyanı Afrika ölkələri ilə daha sıx əlaqələrə vadar edib, xüsusən də taxıl sövdələşməsi ilə bağlı.

Ukraynadan ixrac olunan, demək olar ki, dörddə biri Afrikanın və dörddə-biri Asiyanın payına düşən təxminən 49 mln. ton taxıl və paxlalı bitki həcmi ərzaq çatışmazlığı ilə üzləşən bir neçə Afrika ölkəsi, xüsusən Rusiyanın təsir dairəsində olanlar üçün ən mühüm məhsuldur. Bu vəziyyət, çox güman ki, onları sammitdə iştirak etməyə vadar edib.

Sankt-Peterburq sammitində əsas müzakirələr Ukraynadakı müharibəyə aid olub. Putinin Qərbin Afrikada müstəmləkə müharibələri ilə tarixi paralellər apararaq, təqsiri NATO-nun üzərinə atmaq cəhdləri çox da müsbət qarşılanmayıb. Misir, Cənubi Afrika və Afrika İttifaqı Komissiyasının praqmatik liderləri Putini taxıl sövdələşməsinə qayıtmağa və münaqişəyə son qoymağa çağıraraq, hazırda bunun Rusiya-Afrika münasibətlərini birləşdirən əsas amil olduğunu vurğulayıblar.

Putinin həbs edilə biləcəyindən narahat olduğu üçün virtual iştirak edəcəyi gözlənilən BRİKS imic sammitindən sonra taxıl sövdələşməsi, çox güman ki, ciddi maneələr və tərəflər üçün zərər olmadan bərpa olunacaq.

Mehman Əliyev

Turan.az
Ardını oxu...
“2023-cü ilin oktyabr ayında “Azərbaycan Hava Yolları” və “Buta Airways” vahid AZAL brendi altında birləşəcəklər”.
Bu barədə “Azərbaycan Hava Yolları” QSC məlumat yayıb.

Qeyd olunub ki, birləşmə hər iki aviaşirkətin ən yaxşı keyfiyyətlərini özündə ehtiva etməklə, sərnişinlər üçün sərfəli tariflərlə səyahət etmək imkanlarını daha da genişləndirəcək, eləcə də müştərilərin səyahətlərini rahat planlamasını və onlara göstərilən xidmət səviyyəsində artımı təmin edəcək.

“Buta Airways”ə məxsus bütün reyslər birləşmədən sonra da hazırda mövcud olan eyni sərfəli qiymətlərlə, lakin daha üstün xidmət səviyyəsi ilə vahid AZAL brendi altında təklif olunacaq. İl ərzində müxtəlif güzəşt kampaniyaları da davam etdiriləcək.
Sərnişinlər üçün aviadaşımaları daha da əlçatan etmək üçün AZAL bütün reyslərində yeni “Buta Budget” baqajsız tarifi təklif edəcək. Bundan əlavə, bütün tariflərə əl yükü daxil ediləcək və “Buta Budget” istisna olmaqla baqajın daşınması norması artırılacaq. Həmçinin sərnişinlərə yenilənmiş menyu təqdim olunacaq”, - məlumatda deyilir.

TEREF.AZ-ın məlumatına görə, hadisəyə münasibət bildirən iqtisadçı ekspert Natiq Cəfərli "Sherg.az"a söyləyib ki, onsuz da "Buta"nın bütün siyasətinə AZAL təsir göstərirdi:

"İndi isə formal olan ayrılığa da son qoyulur. Açığı birləşmənin əsl səbəblərini bilmirəm. Çünki rəsmi açıqlamada bununla bağlı heç bir məlumat yoxdur. Ola bilər ki, fərdlərin optimallaşdırılması üçün belə bir addım atılsın. Amma AZAL rəhbərliyi bunu izah etsəydi, daha yaxşı olardı. Ümumiyyətlə isə xoş görüntü deyil. Çünki Azərbaycanın yeganə "low-cost" şirkəti bağlanır və ana şirkətə birləşdirilir. Digər tərəfdən AZAL-ın qiymətlərinin eyni istiqamətdə "Buta"dan yüksək olduğunu nəzərə alaraq deyə bilərik ki, indi eyni brend altında daha baha uçacıyıq. Düzdür heç "Buta"da "low-cost" məntiqi ilə çalışmırdı. Amma sual yaranır ki, onsuz da "Buta"nın fəaliyyətinə AZAL nəzarət edirdi, niyə eyni brend altında birləşməyə ehtiyac yarandı. Bax, bu mövzuda rəsmilər məntiqli açıqlama versələr, daha məqsədəuyğun olar. Ona görə ki, hazırkı vəziyyət qiymətlərin artacağı ehtimalını yüksəldir".
 
Ardını oxu...
Texnoloji İstehsalat Komplektləşdirmə İdarəsi "Ekskavator-yükləyicilər və müxtəlif yükləyicilərin satınalınması" tenderinin nəticələrini elan edib.

DİA.AZ xəbər verir ki, qalib "Prolink Caspian" MMMC olub.

Qalib şirkətə 2 076 888 manat ödəniləcək.

Qeyd edək ki, sifarişə 15 ədəd ekskavator yükləyicilər 0.24 kbm, 1 ədəd çəngəlli yükləyici, 1 ədəd çəngəlli yükləyici (əl ilə) və 2 ədəd mini yükləyici daxildir.
 

Ardını oxu...
Bakı Baş Səhiyyə Mərkəzi “Bakı Baş Səhiyyə Mərkəzinin inzibati binasında və tabeliyində olan tibb müəssisələri tərəfindən daxil olan tələblərə əsasən mətbəə və çap məhsullarının satın alınması tenderinin nəticələrini elan edib.

DİA.AZ xəbər verir ki, qalib "Rumpel" MMC olub.

Qalib şirkətə 284 439 manat ödəniləcək.
 
Ardını oxu...
Laçın Rayon İcra Hakimiyyəti Başçısının Qayğı Qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin "QAYĞI QƏSƏBƏSİNDƏ İŞIQLANDIRMA İŞLƏRİ"nin satın alınması ilə bağlı elan etdiyi tender başa çatıb.

Teref.az-ın 32gun.az-a istinadən məlumatına görə, tenderin qalibi "UĞURLU İNŞAAT" MMC olub. Tərəflər arasında 94.136,86 AZN-lik müqavilə imzalanıb.

Əldə etdiyimiz məlumata görə, qalib seçilən şirkətin hazırda dövlətə külli miqdarda vergi borcu mövcuddur. Belə ki, "UĞURLU İNŞAAT" MMC-nin hazırki vergi borcu 521 min 800 manat 41 qəpikdir.

Bildirək ki, nizamnamə kapitalı 15010 AZN olan şirkətin qanuni təmsilçisi XOŞBƏXT NİFTALIYEV SƏFƏRALI OĞLUdur.

Qeyd edək ki, Laçın Rayon İcra Hakimiyyəti Başçısı Aqil Nəzərlinin Qayğı qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Əsədullayev Mehti Məjnun oğludur.

Mətbuatda gedən məlumatlara əsaslansaq, bu hal ilk dəfə baş verməyib. "Uğurlu İnşaat" MMC vergi borcu olduğu halda dəfələrlə tenderlərdə qalib seçilib.

Xatırladaq ki, “Dövlət satınalmaları haqqında” Qanun vergi borcu olan şirkətlərin, şəxsin tenderdə iştirakını qadağan edir.
Ardını oxu...
 
Ardını oxu...
“Azərpoçt” əməkdaşlarının aylıq gəlirləri artıb.
Teref.az Trend-ə istinadən xəbər verir ki, bunu “Azərpoçt” MMC-nin İdarə Heyətinin sədri Əfqan Cəlilov bu gün media üçün brifinqdə deyib.
“Azərpoçt” əməkdaşlarının aylıq gəlirlərinin artırılması üzrə 2023-cü il üçün qarşıya hədəf kimi qoyulmuş bonus planı artıq tətbiq edilib və təkcə 1-ci rüb üzrə 540 nəfərin aylıq gəlirinin 500 AZN-ə qədər artırılmasına nail olunub”, – sədr bildirib.
Qeyd edək ki, “Azərpoçt” MMC-nin 2023-cü il üzrə illik gəliri ilin ilk 6 ayı üzrə 33 mln. manat təşkil edib ki, bu da keçən ilin müvafiq dövründəkindən 3% çoxdur.
 
Ardını oxu...
“İstirahət mərkəzlərində müştərilərə qiymətlə bağlı əvvəlcədən məlumat verilməlidir. Əgər müştəriyə xidmətlə bağlı əvvəldən məlumat verilmirsə, bu qanun pozuntusudur”.
Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı ekspert Xalid Kərimli Qəbələdə istirahət mərkəzlərində çayın 60 manata təklif edilməsinə aydınlıq gətirərkən deyib.
Ekspert bildirib ki, iaşə sektorunda-restoranlarda, istirahət mərkəzlərində qiymətləri sahibkarlar öz strategiyalarına uyğun olaraq təyin edilir:
“Bəzən baha qiymət təyin edirlər, istəmirlər ki, kasıblar ora gəlsin. Yüksək qiymət təyin edərək, onların həmin restorana gəlməsinin qarşısını alırlar. Burada nə dövlətin atacağı addım var, nə də cəmiyyətin. Yüksək qiymət təyin edən sahibkarın xidmətindən istifadə etməməklə cəzalandırmaq olar. Bir tək yol budur”.
Xalid Kərimli hesab edir ki, istirahət mərkəzlərində qiymətin baha olub-olmadığını müəyyənləşdirmək çətindir:
“Bəlkə ən yaxşı, tanınan yerlər olub, bu üzdən çaya 60 manat hesablanıb. Orada tək çay deyil, yerin də qiyməti önəm daşıyır. Restoran yeri və xidməti satır, nüfuzunu qiymətləndirir. Bu rahat cavab veriləcək mövzu deyil”.
Ekspertin fikirincə, bu məsələdə sahibkarı tənqid eləmək doğru məsələ deyil:
“Elə adamlar var ki, büdcəsi böyükdür, ona fərq eləmir çayın qiymətinin baha olması. Hər restoranın özünün qonaqları var. Ən yaxşı yol restoranda oturmamaqdan əvvəl oranın qiymətləri ilə tanış olmaqdır. Büdcəsnə uğun gəlmirsə oturmaq lazım deyil, məcburi qiymət yoxdur”.
 
Ardını oxu...
İşçilərin əmək haqqı hansı qaydada təyin olunur və ödənilir. AR-nın Əmək Məcəlləsinə əsasən işçilərin əməkhaqqı əsasən aşağıdakı qaydada tənzimlənir:
1. İşçilərin Əmək haqqı - Əmək Məcəlləsinin tələblərinə uyğun Əmək müqaviləsi ilə təyin olunur. Mövcud iş yerinə və ştata uyğun, eyni zamanda qarşılıqlı razılaşma əsasında.
2. Kollektiv müqavilə ilə - işçilərə ödənilən əmək haqqı daha yüksək məbləğdə təyin oluna bilər.
3. Əmək haqqı — əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş iş və xidmətlərə görə işçiyə ödənilən gündəlik və ya aylıq əsas tarif maaşı,əlavələr, mükafatlar və digər ödənclərin məcmusudur
4. Ayrı-seçkiliyə yol verilməməsi prinsiplərini pozaraq işçilərin əmək haqqı məbləğinin hər hansı şəkildə azaldılması, dövlətin müəyyən etdiyi minimum əmək haqqı miqdarından az əmək haqqı verilməsi qadağan edilir.
5. İşçinin işgüzar keyfiyyətləri və peşəkarlığı, əməyinin nəticələri ilə bağlı olmayan digər amillərə görə işçilər arasında hər hansı ayrı-seçkiliyə yol verilməsi, imtiyazların və ya güzəştlərin müəyyən edilməsi qadağandır.
6. İşçinin heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin təyin etdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır.
7. Minimum əmək haqqı — iqtisadi, sosial şərait nəzərə alınmaqla dövlət tərəfindən ixtisassız əməyə və xidmətə görə aylıq əmək haqqının ən aşağı səviyyəsini müəyyən edən sosial normativdir.
8. Hal hazırda Azərbaycan Respublikası üzrə minimum aylıq əmək haqqı 345 manatdır.
9. Əmək haqqına: 1.aylıq tarif (vəzifə) maaşı, 2. əlavələr və 3. mükafatlar daxildir.
10.Tarif (vəzifə) maaşı-əmək müqaviləsi üzrə işçinin əmək haqqının əsas hissəsidir.
11. Eyni ixtisas və ya dərəcə üzrə işləyən işçilərəin tarif (vəzifə) maaşı eyni olmalı, fərq olmamalıdlr, əks halda bu diskriminasiyadır.
12. Əmək haqqına əlavə - əmək şəraiti ilə əlaqədar əvəzödəmək və ya həvəsləndirmək məqsədi ilə işçinin tarif (vəzifə) maaşına və ya əmək haqqına müəyyən edilən əlavə ödəncdir.
13. Əmək haqqına əlavə: buna hüququ olan bütün işçilərə ödənilməsi məcburidir, Əmək Məcəlləsi və Nazirlər Kabinetinin qərarları ilə tənzimlənir. Bura əsasən aşağıdakı ödənişlər daxildir:normadan artıq işə görə, gecə vaxtı,
dəniz əmsalı, zərərli işə görə, üzücü heyətə ödənilən ödənişlər, peşəkarlığa, susuzluğa görə əlavə ödənişlər və sair.
14.Mükafat: işçinin maddi marağını artırmaq məqsədi ilə əmək haqqı sistemində nəzərdə tutulan qaydada və formada ona ödənilən həvəsləndirici pul vəsaitidir.
15. Mükafatın ödənilməsi məcburi xarakter daşımır, yalnız aşağıdakı hallar və ya qərarlar olduqda işəgötürən tərəfindən ödənilə bilər: Əmək və Kollektiv müqavilədə nəzərdə tutulduğu halda, işəgötürənin bu barədə normativ xarakterli qərarları olduqda. İşçiyə odənilən mükafatlar: birdəfəlik, aylıq, rüblük, illik, işin yekununa görə və sair müddətlər üçün nəzərdə tutula bilər.
Azər Quliyev.
hüquqşünas
Teref.az
 

Dünyapress TV

Xəbər lenti