Ardını oxu...
Hazırda Azərbaycan milli komandasının düşərgəsində olan Cəlal Hüseynov 21 yaşadək futbolçulardan ibarət yığmanın heyətinə qoşulacaq.

AFFA-nın rəsmi saytı xəbər verir ki, 20 yaşlı müdafiəçi iyunun 14-dən etibarən Samir Əliyevin baş məşqçi olduğu komandanın tərkibində yer alacaq.

Hüseynov ötən gün Bolqarıstanın "Arda" klubu ilə 3 illik müqavilə imzalayıb.

Qeyd edək ki, Azərbaycan U-21 millisi iyunun 17-də İstanbulda Türkiyə, iyunun 20-də isə “Dalğa Arena”da Qırğızıstan yığması ilə yoldaşlıq oyunu keçirək.
Ardını oxu...
İsveçrənin Nyon şəhərində UEFA Çempionlar Liqasının 2023/2024 mövsümü üzrə ilk püşkü atılıb.

Offsideplus.az xəbər verir ki, püşkatmada ilkin mərhələnin yarımfinal cütləri müəyyənləşib.

Yarımfinalda “Atletik Ekaldes” (Andorra) “Buduçnost” (Monteneqro) ilə, “Tre Penne” (San Marino) isə “Breydablik”lə (İslandiya) üz-üzə gələcək. Bu raundun görüşləri iyunun 27-də, final qarşılaşması isə iyunun 30-da baş tutacaq.

Qeyd edək ki, qalib komanda I təsnifat mərhələsinə yüksələcək və Azərbaycan çempionu “Qarabağ”ın potensial rəqibi olacaq. I təsnifat mərhələsinin püşkü iyunun 20-da atılacaq.

 
Ardını oxu...
Futbol transferləri üzrə ixtisaslaşmış “Transfermarkt” portalı Səudiyyə Ərəbistanı çempionatının oyunçularının bazar dəyəri ilə bağlı məlumatları yeniləyib.

Aut.az xəbər verir ki, “Əl-Nasr”ın hücumçusu Kriştiano Ronaldonun transfer qiyməti 5 milyon avro azalaraq 15 milyon avroya düşüb.

38 yaşlı portuqaliyalı Səudiyyə çempionatının ən bahalı oyunçusu statusunu 1 milyon avro bahalaşan braziliyalı komanda yoldaşı Taliska ilə bölüşür.

Ronaldo “Mançester Yunayted”dən mübahisəli şəkildə ayrıldıqdan sonra 2022-ci ilin dekabr ayının sonunda “Əl Nəsr”ə keçdi. O, ölkə çempionatında 16 matçda 14 qol vurub.
 
Ardını oxu...
Türkiyə Kubokunda 2022/23 mövsümünün qalibi müəyyənləşib.

Finalda “Başakşehir”i məğlub edən “Fənərbağça” titula sahib çıxıb.

Komanda 2:0 hesablı qələbə qazanıb. “Fənər”in qollarını 1-ci və 29-cu dəqiqələrdə Mişi Batşuayi vurub.

Bu, “Fənərbağça”nın 7-ci Türkiyə Kuboku olub. Komanda sonuncu dəfə 10 il əvvəl - 2012/13 mövsümündə titulu əldə etmişdi.

 
 
 
Ardını oxu...
2023-cü il üçün “Qızıl top” mükafatının təqdim ediləcəyi tarix müəyyənləşib.
Bakupost.az xəbər verir ki, ilin ən yaxşı futbolçusuna veriləcək mükafat oktyabrın 30-da sahibini tapacaq. Mərasim Fransanın paytaxtı Parisdə təşkil olunacaq.
Kişilər arasında 30, qadınlar arasında isə 20 nəfərlik namnizəd siyahısı sentyabrın 20-də açıqlanacaq.
“Qızıl top”un son sahibi bir neçə gün öncə “Real Madrid”dən Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubuna keçən Kərim Benzemadır.
Ardını oxu...
Türkiyə millisinin Avro-2024-ün seçmə mərhələsində Latviya və Uels yığmaları ilə keçiriləcək oyunlar üçün heyəti açıqlanıb.
Baş məşqçi Ştefan Kunts 25 futbolçuya dəvət göndərib.
Qapıçılar: Mert Günok ("Beşiktaş"), Uğurcan Çakır ("Trabzonspor), Muhammed Şengezer ("Başakşehir")
Müdafiəçilər: Zeki Çelik ("Roma", İtaliya), Abdülkerim Bardakçı ("Qalatasaray"), Cenk Özkacar ("Valensiya", İspaniya), Çağlar Söyüncü (Azad agent, Merih Demiral ("Atalanta", İtaliya), Ozan Kabak ("Hoffenhaym", Almaniya), Samet Akaydin ("Fənərbaxça"), Eren Elmalı ("Trabzonspor"), Ferdi Kadıoğlu ("Fənərbaxça")
Yarımmüdafiəçilər: Hakan Çalhanoğlu ("İnter", İtaliya), İsmail Yüksek ("Fənərbaxça), Orkun Kökçü ("Feyenoord", Niderland), Salih Özcan ("Borussiya", Dortmund, Almaniya), Salih Uçan ("Beşiktaş"), Cengiz Ünder ("Marsel", Fransa), Kenan Karaman ("Şalke", Almaniya), Arda Güler ("Fənərbağça"), Barış Alper Yılmaz ("Qalatasaray"), İrfan Can Kahveci ("Fənərbaxça")
Hücumçular: Kerem Aktürkoğlu ("Qalatasaray"), Umut Nayir ("Ümraniyespor"), Umut Bozok ("Trabzonspor")
Qeyd edək ki, Türkiyə millisi iyunun 16-da Latviyanın qonağı olacaq. "Ay-ulduzlular" iyunun 19-da Uelsi qəbul edəcək.
 
Ardını oxu...
İsveçli boksçu Badou Cek və ABŞ boksçusu Mayk Taysonun ümrə fotosu sosial mediada böyük marağa səbəb olub.
Gununsesi.info xarici mətbuata istinadən xəbər verir ki, hər iki idmançı S. Ərəbistanına səfər edərək ümrə ziyarəti gerçəkləşdiriblər.
Ardını oxu...
Kəbənin ətrafında təvaf edən Tayson və Badou əllərini açaraq müsəlmanlarla birlikdə dualar ediblər.
Ardını oxu...
Hər iki boksçunun yan-yana fotoları yayılıb. Bu görüntülər bpyük marağa səbəb olub.
Ardını oxu...
 
Ardını oxu...
Azərbaycan millisinin üzvü Mahir Emrelinin çıxış etdiyi “Konyaspor” klubu Türkiyə Super Liqasının 38-ci turunda “Beşiktaş”ın qonağı olub.

KONKRET.az xəbər verir ki, matçın iştirakçısı olan yığmamızın üzvü bu matçda fərqlənib.

O, qarşılaşmanın 47-ci dəqiqəsində konyalıların 2-ci qolunu vuraraq hesabı bərabərləşdirib.
Ardını oxu...
Messi “İnter Mayami”yə keçmək qərarı ilə bağlı bütün həqiqətləri açıqlayıb.

“Mən həqiqətən “Barsa”ya qayıtmaq istəyirdim, belə bir arzum var idi. Amma iki il əvvəl baş verənlərdən sonra gələcəyimi başqasının ixtiyarına verib yenidən eyni vəziyyətə düşmək istəmədim. Özümü və ailəmi düşünərək öz qərarımı vermək istədim. La Liqanın keçidimə yaşıl işıq yandırması ilə bağlı xəbərlər eşitdim, amma həqiqət budur ki, “Barsa”ya qayıtmağım üçün hələ də çox şeylər çatışmırdı. Onların oyunçu satması və ya maaşlarının azaldılması üçün məsuliyyət daşımaq istəməzdim. Artıq yorulmuşam. Pul, mənim üçün heç vaxt problem olmayıb. “Barselona” ilə müqaviləni belə müzakirə etmədik! Mənə təklif göndərdilər, amma heç vaxt rəsmi, yazılı və imzalı bir təklif olmadı. Heç vaxt maaşımla bağlı danışıqlar aparmamışıq. Söhbət pulla bağlı deyildi, əks halda Səudiyyəyə qoşulardım. Mən əminəm ki, klub üçün mənfi hal olduğunu nəzərə alaraq belə komandada mənim “Barsa”ya qayıtmağımı istəməyən insanlar var. Digər Avropa klublarından təkliflər almışam, lakin bu təklifləri nəzərə almadım, çünki yeganə fikrim Avropada “Barselona”ya qoşulmaq idi. “Barselona”ya yaxın olmaq istərdim. Yenidən “Barselona”da yaşayacağam, artıq qərar verilib. Ümid edirəm ki, bir gün kluba kömək edəcəyəm, çünki bu, mənim sevdiyim klubdur”, - deyə Messi “Mundo Deportivo”ya müsahibəsində bildirib.

23:30

Lionel Messi “İnter Mayami” klubuna keçəcəyini təsdiqləyib.

“Mayamiyə getməyə qərar verdim. Mən hələ də sövdələşmənin 100% bağlanıb-bağlanmadığına əmin deyiləm. Amma biz üzümüzü ora tutmaq qərarına gəldik”, - deyə futbolçu İspaniyanın “Mundo Deportivo” qəzetinə müsahibəsində deyib.

O, bu qərarını diqqət mərkəzindən yayınmaq və ailəsinə daha çox vaxt ayırmaq istəyilə izah edib.
Həmçinin klub da öz rəsmi hesabında Messi transferi ilə bağlı paylaşım edib:

 
Ardını oxu...
UEFA Konfrans Liqasının qalibi müəyyənləşib.

Finalda “Fiorentina”ya 2:1 hesabı ilə qalib gələn “Vest Hem” kubokun sahibi olub.

Çexiyanın paytaxtı Praqada keçirilən qarşılaşmada 62-ci dəqiqədə penaltini dəqiq yerinə yetirən Səid Benrahma London təmsilçisini önə keçirib.

67-ci dəqiqədə Florensiya təmsilçisindən Cakomo Bonaventura tarazlığı bərpa edib 1:1.

90-cı dəqiqədə Carrod Bouen yenidən londonluları önə çıxarıb - 2:1.

 

Dünyapress TV

Xəbər lenti