Ardını oxu...
Bu il Birləşmiş Ərəb Əmirliklərinin Ras el-Xayma şəhərində keçiriləcək minifutbol üzrə dünya çempionatının püşkü atılıb.

Mərasimdə Azərbaycan milli komandasının da rəqibləri bəlli olub.

Elşad Quliyevin baş məşqçi olduğu kollektiv Tunis, Misir və İraq yığmaları ilə birlikdə G qrupunda mübarizə aparacaq.

Qeyd edək ki, mundial oktyabrın 26-dan noyabrın 4-dək Birləşmiş Ərəb Əmirliklərində təşkil olunacaq.
 
Ardını oxu...
“Fulhem”in müdafiəçisi İssa Diop həyat yoldaşını hədələməkdə ittiham olunaraq həbs edilib.

Məlumata görə, Diop boşanmaq prosesində olduğu həyat yoldaşını ölümlə hədələməkdə şübhəli bilinir.

Bildirilir ki, boşanma prosesi gərgin atmosferdə keçir - Diop həyat yoldaşının tələb etdiyi böyük məbləğdə təzminatı ödəmək istəmir. Futbolçu həyat yoldaşını ondan həmişəlik qurtulacağı ilə hədələyib. Bununla bağlı qadın polisə müraciət edib.

“Fulhem”in müdafiəçisi Tuluzada saxlanılıb.

Hazırda Diop şəhərin mərkəzi polis idarəsində həbsdədir. Futbolçu zarafat etdiyini bildirsə də, bəzi təhdid faktlarını etiraf edib.
 
Ardını oxu...
“Argentina yığmasını Messi yox, hakimlər qrupdan çıxardı, finala kimi daşıdı və sonda dünya çempionu elədilər”.

Bunu rusiyalı futbol funksioneri Pavel Stipidi yerli mətbuata açıqlamasında deyib.

Rusiyada “Dinamo”, “Anji”, “Terek” kimi klublarda müxtəlif vəzifələrdə çalışmış mütəxəssisin fikrincə, 2022-ci ildə Qətərdə keçirilən dünya çempionatında Argentina millisi qızıl medalları öz gücü hesabına qazanmayıb: “Messinin Argentinanı dünya çempionluğuna daşıdığını düşünmək gülməlidir. Diqqət yetirin, Qətərdəki mundialda nələr baş verdi. Turnirin təşkilatçılığı yüksək səviyyədə idi. Lakin hakimlər təzyiqlərə dözmədilər”.

Qeyd edək ki, DÇ-2022-nin finalında Fransanı oyunsonrası penaltilər seriyası sayəsində məğlub edən Argentina millisi dünya çempionu olub.
 
Ardını oxu...
Albaniyanın paytaxtı Tiranada güləş üzrə U-17 Avropa çempionatı sona çatıb.

Altıncı yarış günündə Azərbaycan güləşçiləri iki qızıl, iki bürünc medal qazanıblar.

Cəfər Cəfərov (45 kq) finalda gürcüstanlı Mate Tsinadzeni vaxtından əvvəl məğlub edərək (11:0) Avropa çempionu olub.

Seyhun Əlizadə (51 kq) təsəlliverici görüşdə britaniyalı Danuş Yovkarla qarşılaşıb və 10:0 hesablı qələbəyə sevinib. Seyhun son qarşılaşmada moldovalı Marsel Andronakeni 5:2 hesabıyla üstələyərək bürünc medal qazanıb.

Camal Abbasov isə (60 kq) həlledici görüşdə rusiyalı Akramat Şakriyevlə üz-üzə gəlib. Gəncə güləş məktəbinin yetirməsi 9:2 hesablı qələbəylə ardıcıl 2-ci dəfə U-17 Avropa çempionatının qalibi olub.

İsmayıl Rəhimli (71 kq) təsəlliverici görüşdə gürcüstanlı Yoseb Mefarişvilini mübarizədən kənarlaşdırıb - 5:2. Son görüşdə almaniyalı Feliks Şmitdən xalların keyfiyyətinə görə (3:3) üstün olan Rəhimli bürünc medalı boynundan asıb.
 
Ardını oxu...
Azərbaycan milli komandası AÇ-2024-ün seçmə mərhələsinin 3-cü turunda Bakıda Estoniya yığması ilə 1:1 hesablı heç-heçə edib.
Millət vəkili Fazil Mustafa millimizin oyunu ilə bağlı fikirlərini açıqlayıb.

Deputat bu barədə "Facebook" səhifəsində paylaşım edib. Fazil Mustafanın fikirlərini təqdim edirik:

“Estoniya ilə görüşdə gözləntimiz məğlubiyyət idi. Şükür, heç-heçə oldu. Ruhsuz, iradəsiz, təsadüfə ümid bəsləyən bir milli komanda. Meydançada oynayanların çoxu azərbaycanlıdır və Azərbaycan adına oynadıqlarını dərk etməlidirlər. Sən fədakarlıq et, uduzsan da, tamaşaçı fədakarlığını alqışlayacaq. De Byazinin boynuna atmağa çalışmayın. Bir gün vaxt vardı. Məşqdən də önəmli dünən oturub kollektiv şəkildə Ermənistan millisinin oyununu seyr etmək lazım idi. Sadəcə Ermənistan adına oynayan insanların məsuliyyət və əzmkarlığını dərk etmək baxımından vacib idi. Hələ Xorvatiyanı demirəm. Türkiyə yığması da xorvatların oyununu izləməliydi. Öyrənmək üçün. Onsuz da xorvatlar Türkiyədə qalib gəlib dərs vermişdilər, “ay-ulduzlular” Latviya ilə oyunda özlərindən o qədər müştəbeh idilər ki, təsadüf olmasaydı, son dəqiqədə heç-heç ilə sevinəcəkdilər. Hələlik hər ikisi də məyusedici bir komandadır”.
 
Ardını oxu...
"Montsa", "Adana Dəmirspor" və "Breşia"da uğursuz macəralardan sonra İsveçrəyə üz tutan Avropanın ən mübahisəli oyunçularından italiyalı futbolçu Mario Balotelli "Sion"da da qalmaqala səbəb olub.

Məlumatı "Blick" portalı yayıb.

Xəbərə görə, İtaliya millisinin üzvü hələ ötən mövsümöncəsi İspaniyadakı təlim-məşq toplanışı zamanı komandasının məşqini buraxıb. O, vaxtının çoxunu otel otağında təsadüfi qadınları dəvət edərək keçirib. Gecə məclislərinin birindən sonra ertəsi "Ştutqart"la yoldaşlıq görüşünə gedə bilməyib. 32 yaşlı futbolçunu tənqidlərdən xilas etmək istəyən İsveçrə klubu italyan futbolçunun yoxluğunun onun səhhətindəki problemlə bağlı olduğunu bildirib.

Son qalmaqal isə "Sion" klubunun prezidenti və idman direktoru Bartelemi Konstantinin iştirakı ilə baş verib. Klub rəhbəri oyunçusunu karnaval tədbirlərindən birinə aparıb. Bu münasibətlə o, “Pul evi” serialının personajı kimi geyinib. Balotelli restoranda "Pikaçu kostyumu"nda görünüb. Bir anda onu qonaqlardan biri tanıyıb və şəklini çəkməyə çalışıb. Əsəbiləşən oyunçu ona hücum çəkərək yumruqlarını işə salıb. İtalyanın başlatdığı gərginliyi Bartelemi aradan qaldırıb.

Qeyd edək ki, dəfələrlə meydandan kənarda etdiyi davranışla gündəmə gələn 32 yaşlı forvard "Sion"un heyətində 18 oyun keçirib və 6 qol vurub. \\Fanat.Az
Ardını oxu...
Azərbaycanın iki sərbəst güləşçisi Albaniyanın paytaxtı Tiranada keçirilən U-17 Avropa çempionatında finala yüksəlib.

"Report"un məlumatına görə, 55 kq-da Hacı Kərimov və 110 kq-da Yusif Dursunov adlarını həlledici görüşə yazdırıblar.

Kərimov yarımfinalda fransalı Ubayda İtayev üzərində inamlı qələbə qazanıb - 12:0. Dursunov isə türkiyəli Arda Gülerə 11:0 hesabı ilə qalib gəlib.

Qeyd edək ki, daha əvvəl yunan-Roma güləşçilərindən Turan Daşdəmirov (45 kq) qızıl, Elnar Ziyadov (48 kq), Əli Seyidəlili (51 kq), Ayxan Cavadov (55 kq), Elmin Əliyev (80 kq) və Mahir Qurbanlı (110 kq) isə bürünc medal qazanıblar. Qadın güləşçilərdən isə Ruzanna Məmmədova Avropa ikincisi olub.
Ardını oxu...
Azərbaycan millisi Avro-2024-ün seçmə mərhələsi çərçivəsində sabah Bakıda Estoniyanı sınağa çəkəcək.

AFFA Avstriya və İsveçlə oyunlarda alınan biabırçı məğlubiyyətlərdən (1:4, 0:5) sonra tsiklda qazanılacaq ilk qələbəyə görə milli üzvlərinə mükafat vəd verib.

Qurum Estoniya üzərində əldə olunacaq qələbəyə görə əsas heyət üzvlərinə 25 min manat məbləğində "premya" verəcək.

Xatırladaq ki, sabah "Dalğa Arena"da keçiriləcək Azərbaycan – Estoniya matçı saat 20:00-da başlayacaq. \\Offsideplus.az
Ardını oxu...
Almaniyada yerləşən “Transfermarkt” futbol platforması oyunçuların bazar qiymətlərini yeniləyib.

Yenilənmiş məlumatlara görə, ən dəyərli 10 türk futbolçu məlum olub.

Siyahı aşağıdakı kimidir:

10. Çağlar Söyüncü, “Lester Siti”, 15 milyon avro;

9. Kerem Aktürkoğlu, “Qalatasaray”, 15 milyon avro;

8. Arda Gülər, “Fənərbağça”, 15 milyon avro;

7. Cengiz Ünder, “Marsel”, 17 milyon avro;

6. Salih Özcan, “Borussia” (Dortmund), 17 milyon avro;

5. Ferdi Kadıoğlu, “Fənərbağça”, 17 milyon avro;

4. Merih Demiral, “Atalanta”, 17 milyon avro;

3. Enes Ünal, “Hetafe”, 25 milyon avro;

2. Orkun Kökçü, “Benfika”, 30 milyon avro;

1. Hakan Çalhanoğlu, “İnter”, 40 milyon avro.
oxu.az
 
Ardını oxu...
Azərbaycan güləşçisi Ruzanna Məmmədova Avropa ikincisi olub.

Bu barədə Azərbaycan Güləş Federasiyasından bildirilib.


Qeyd edilib ki, Albaniyanın paytaxtı Tiranada güləş üzrə U-17 Avropa çempionatı davam edir.

Üçüncü yarış günündə qızlardan ibarət millimizin 2 üzvü xalça üzərinə çıxıb.

Mübarizəyə 1/4 finaldan qoşulan Səadət Quliyeva (43 kq) sonuncu xal prinsipinə əsasən (3:3) isveçli Maya Yohanssona məğlub olub.

Ruzanna Məmmədova (57 kq) isə qitə birinciliyinə inamlı start verib. Həmyerlimiz əvvəlcə ispaniyalı Rosa Rodrigesi, daha sonra isə türkiyəli Aslı Köleni “tuş”la üstələyib. Məmmədova yarımfinalda polşalı Suzanna Horbikə 5:1 hesabıyla qalib gələrək 2-ci dəfə Avropa çempionatının finalına yüksəlib. Ruzanna həlledici görüşdə macarıstanlı Sofi Ritterə 2:5 hesabıyla uduzub və gümüş medalla kifayətlənib.
 

Dünyapress TV

Xəbər lenti