DTX-nin həbs etdiyi bu şəxslər terrorun maliyyələşməsinə 30 min dollar yığıblarmış... - “Sədəqə toplayırdım”
Terrorçuluğun maliyyələşdirilməsi ittihamı ilə mühakimə edilən Xəqani Ömərov, Anar Salamzadə və Elçin Əzizovun barəsində Dövlət Təhlükəsizliyi Xidmətində (DTX) başlanılmış cinayət işi üzrə məhkəmə istintaqı başlayıb.

“Qafqazinfo”nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Nigar İmanovanın sədrliyi ilə keçirilən iclasda əvvəlcə dövlət ittihamçısı tərəfindən ittiham elan olunub.

İttihama görə, mütəşəkkil dəstənin üzvləri Şükür Həmidli və Elşən Mustafayev “İraq-Şam İslam Dövləti” (İŞİD) terror təşkilatının tərkibində silahlı münaqişələrdə iştirak ediblər. Onlar Suriya Ərəb Respublikasının ərazisində müxtəlif terrorçu qruplaşmaların tərkibində döyüşlərə qoşulub və hökumət qüvvələrinə qarşı silahlı əməliyyatlarda iştirak ediblər. Həmçinin onların xarici ölkə ərazisində insanların vahiməyə salınması məqsədilə törədilən partlayışlar və digər cinayətlərdə iştirakları müəyyən edilib.

İttihamda qeyd olunur ki, Xəqani Ömərov, Anar Salamzadə və Elçin Əzizov sosial şəbəkələr vasitəsilə terrorçuluğun maliyyələşdirilməsinə çağırışlar ediblər. Onlar imkansız insanlara yardım adı ilə ianələr toplayaraq həmin vəsaitləri mütəşəkkil dəstənin digər üzvlərinə ötürüblər və bununla da terrorçuluğun maliyyələşdirilməsinə dəstək veriblər.

DTX-də aparılan istintaqla təqsirləndirilən şəxslərin terror fəaliyyətinə dəstək məqsədilə xarici ölkələrdəki müəyyən şəxslərə maliyyə vəsaiti köçürdüklərini sübut edən dəlillər toplanıb.

Anar Salamzadə ifadəsində deyib ki, o, heç bir terror fəaliyyətini maliyyələşdirməyib. Sadəcə Suriyada yaşayan və ailə quran uşaqlıq dostu Şükür Həmidliyə humanitar məqsədlə maddi yardım edib:

“Onun imkanı yaxşı deyildi. Mən də onun dolanışığı üçün sədəqə toplamışam. 2015-ci ildə Suriyaya gedib və orada yaşayıb. O deyirdi ki, müharibə gedir, qaçqınlar çadırlarda yaşayır. Mən də yardım məqsədilə pul göndərmişəm. Mən onun İŞİD üzvü olmadığını bilirdim. O, digər silahlı qruplaşmanın üzvü idi və “zalımlara qarşı döyüşdüyünü” deyirdi. Göndərdiyim pullarla çadır, ərzaq və dərman aldığını göstərən videolar da göndərib”.

Salamzadə qeyd edib ki, “Şəki paxlavası” satmaqla məşğul olub, həm Azərbaycanda, həm də xarici ölkələrdəki ehtiyaclı şəxslərə yardım etməyə çalışıb. O, pul göndərdiyi şəxslərdən rəsmi hesabat tələb etmədiyini bildirib, sadəcə çəkilən videolardan pulların ehtiyaclara xərcləndiyinə əmin olub:

“Elşən kart lazım olduğunu dedi və ailəsini dolandırmaq üçün pul yığmaq lazım olduğunu bildirdi. Mən də öz adıma kart aldım, həmin karta müxtəlif şəxslər pul atıb. Ümumilikdə 30 min dollar pul toplandı”.

Digər müttəhim Xəqani Ömərovun sözlərinə görə, işdə adı keçən Elşən Mustafayev onun yeznəsi olub. Ömərov qeyd edib ki, bacısı 2013-cü ildə birinci həyat yoldaşı Elxan ilə Suriyaya köçüb:

“Orada bacımın birinci ailəsi dağıldı. Sonra bacım Elşən Mustafayev ilə ailə qurub. Bacım orada özünə ev alıb. Mən də buna görə bacıma pul göndərmişəm. Amma nə qədər pul göndərdiyimi unutmuşam. Amma bacım Elşən Mustafayev ilə ailə qurandan sonra pul göndərmişəm. Elşən də öz işi ilə məşğul olan şəxs olub. Orada müharibə getdiyi üçün bacımı geri göndərməsini xahiş etmişəm. Amma onunla Sumqayıtda ev almaq barədə söhbətimiz olmayıb. Amma Elşənin anası, bacısı Sumqayıtda yaşayıblar. Onlar da Elşənə yardım ediblər. Yardım üçün toplanan pulları kartdan çıxarmışam və özümdə saxlamışam. 30 min dollar toplandı, mən də həmin pulu onlara verdim. Üstünü düzəldəndən sonra orada ev aldılar. Pulu kimin göndərməsini bilməmişəm və tanımamışam”.

Xəqani Ömərov əlavə edib ki, Elşən Mustafayevin Suriyada “Abu Usama” ləqəbi ilə tanındığını bilib, lakin onun konkret hansı fəaliyyətlə məşğul olduğunu dəqiqləşdirməyib.

Məhkəmə prosesi mayın 27-də davam etdiriləcək.

Qeyd edək ki, təqsirləndirilən şəxslər barəsində Cinayət Məcəlləsinin 214-1-ci (terrorçuluğun maliyyələşdirilməsi) maddəsi ilə ittiham irəli sürülüb. Bu maddə ilə 10 ildən 14 ilədək azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulur.

Bölmənin digər xəbərləri

07 May 2025 İcra başçıları xidməti avtomobilləri üçün benzini kimdən alır? (SİYAHI)
07 May 2025 Bakıda bu yol 20 gündə ikinci dəfə çökdü — VİDEO
07 May 2025 Binə qəsəbəsini nəfəs kəsən qoxu bürüdü - Əhali təşvişdə
06 May 2025 “Bolt”un yeni fırıldağı - sizdən əlavə pul tutur – İZAH
06 May 2025 “Bu şəxslər məlumatları fırıldaq şəbəkələrə ötürür” - ŞOK açıqlama
05 May 2025 Tətildə kuryer işləyən tələbə ölümlə nəticələnən qəza törətdi - ŞOK TƏFƏRRÜAT
05 May 2025 Deputat Moskvada saxlanıldı, deport edilir
04 May 2025 Tikintidə AĞIR QƏZA: Bu ölkənin vətəndaşları həlak oldu
04 May 2025 İranda 2 nəfəri ildırım vurub öldürdü
04 May 2025 Bakıda dəhşətli QƏTL – Oğul atasını səkkiz bıçaq zərbəsi ilə öldürdü
03 May 2025 Ulyanovsklu manyak – O, öldürdüyü insanların əşyaları ilə gəlincik bəzəyib
03 May 2025 Qubadan Xaçmaza "uçan maşın"ın sürücüsü danışdı - ANBAAN GÖRÜNTÜLƏR
03 May 2025 Ramiz Mehdiyevdən 8 milyon dollara satışa çıxarılan villa ilə bağlı AÇIQLAMA - "İlk dəfədir sizdən eşidirəm..."
03 May 2025 Ağacları kəsən şəxs “Azəravtoyol”un məmuru imiş – RƏSMİ
02 May 2025 UNEC-in Dərbənd filialının diplom məsələsi dalana dirənib - ETN-də məhkəməni qəsdən uzadır ŞİKAYƏT
02 May 2025 Paytaxtda dərs zamanı şagird vəhşicəsinə döyüldü
02 May 2025 Bakının bu əraziləri plana düşür - Komissiya yaradıldı
02 May 2025 Xəzərin sahilində xeyli sayda ölü suiti aşkarlanıb
02 May 2025 15 ildir tikilən binada bir nəfər də yaşamır - Bakıdakı sirli bina
01 May 2025 Bank mərhum qazinin borcunu övladlarından tələb edir – VAXT QOYUBLAR!

Dünyapress TV

Xəbər lenti