Narkomanların 90 faizi potensial narkotacirdir - TƏHLÜKƏ...
Millət vəkili Fazil Mustafa parlamentin iclasında bir məsələyə toxunub. Deputat bildirib ki, həbsxanalar narkotik istifadəçiləri ilə doldurulmalı deyil, onlar müalicə almalıdır. Həmçinin, qeyd edib ki, narkotik satışını həyata keçirən şəbəkəni çökdürmək üçün bütün vətəndaşlar prosesə qoşulmalıdır:

"Məktəblərin ətraflarında ola biləcək satış mexanizmlərini mütləq aşkara çıxarıb, onları məsuliyyətə cəlb etmək son dərəcə vacibdir. Ölkəmizin gələcəyini təhdid edən ən ciddi problem narkomaniyadır. Bu, xüsusilə qonşu ölkədən yönəldilən şəbəkə vasitəsilə həyata keçirilir. Bu günlərdə Yasamalda belə bir hadisə baş verdi ki, insanlar kameralar vasitəsilə narkotik satışını həyata keçirən müəyyən bir şəbəkənin ifşa olunmasına köməklik etdilər. Bu, çox önəmli bir addımdır. Çünki vətəndaşlar bu prosesə qoşulmasalar, Azərbaycanın narkotik faciəsindən qurtarmaq çox çətin olacaq". Deputat qeyd edib ki, bu, təkcə polisin, xüsusi xidmət orqanlarının işi deyil: "Vətəndaş dəstəyinə ehtiyac var. Lazımi yerlərdə kameralar quraşdırılmalıdır".

Regional Sosial Təşəbbüslərə Dəstək İctimai Birliyinin sədri, narkomaniya ilə mübarizə üzrə tanınmış ekspert Emil Maqalov "Sherg.az"a açıqlamasında millət vəkilinin təklifini dəstəkləyib. Ekspert vurğulayıb ki, o da efirlərdə dəfələrlə bu məsələni gündəmə gətirib:

"Qanunvericilikdə "şəxsi istehlak miqdarı" məsələsi var. Nəzərə alaq ki, on il bundan qabaqki narkotiklə indiki narkotik keyfiyyət baxımından eyni deyil. Qanunvericilikdə "şəxsi istehlak miqdarı" hər bir narkotik vasitə üzrə müxtəlif ölçülərdə nəzərdə tutulub. Məsələn, heroin 0.15 qram, qurudulmuş marixuana 5 qram nəzərdə tutulur. Qeyd edilmiş miqdarlara qədər narkotik vasitələrdən istifadə olunması müəyyən olunarsa, inzibati həbs verilir. Yox, əgər həmin miqdardan yuxarı hədlər aşkar olunarsa, bu zaman Cinayət Məcəlləsinin 234-cü maddəsi ilə cinayət işi açıla bilər. "Şəxsi istehlak miqdarı"na yenidən baxılmalı, bugünkü "qara bazara" görə tənzimlənməlidir. Əgər bundan sonra "şəxsi istehlak miqdarı"ndan yuxarı həddə narkotik qəbul edilərsə, həmin şəxs həbs olunmalıdır. Bununla bağlı qanunda boşluqlar var. Məsələn, 1 qram, 100 qram, yaxud 1 kq. narkotik istifadəsinə görə həbs müddəti eynidir. Həm bu məsələyə, həm də narkotikin ağır və yüngül olması məsələsinə baxılmalıdır".

Ekspert diqqətə çatdırıb ki, bu gün 90 faiz narkomanlar potensial "bariqa"dır, yəni narkotacirdir, satıcıdır:

"Niyə? Çünki narkoman hardansa, hansısa yolla pul tapırsa, bir günə ən azından bir "çet", yəni 1 qramın 5-8, ya da 10-da bir hissəsini istifadə edir. Əlinə çox pul düşdükdə öz şəxsi istifadəsi üçün daha çox narkotik əldə etməyə çalışır. 1 qram alıbsa, yarım qramını səhər, qalan hissəsini də axşam vurur. Bu halda o narkoman "şəxsi istehlak miqdarı"nı keçdiyinə görə həbs olunmalıdır. Halbuki, 1 qramı özü üçün, yəni birgünlük dozası üçün almışdı. Onlar müalicəyə göndərilməlidir. Problem odur ki, müalicə müəssisələrində kifayət qədər yer yoxdur. Digər məsələ odur ki, müalicə müəssisələrində 10 dəfə müalicədən keçmiş, yenidən ora qayıtmış adamlar var. Yəni müalicə müəssisələrində keyfiyyətli müalicə yoxdur. Bunlar reabilitasiya olunmalıdır. Mövcud qanunvericiliyə görə isə onlar ya 400 manat cərimə olunmalı, ya 2 ayadək həbs edilməli, yaxud müalicəyə göndərilməlidir. Təkrar edirəm, müalicə müəssisələrində də nə yer, nə də keyfiyyətli müalicə var. Bu da mənasızdır".

E.Maqalov onu da əlavə edib ki, hüquq-mühafizə orqanlarının, dövlət-sərhəd xidmətinin, müvafiq qurumların səyi nəticəsində narkotik satışı əvvəlki dövrlərdəki kimi deyil:

"Əvvəl bir şəhərdə 50 nəfər satırdısa, bu gün satıcı 5 nəfərdir. Çox azalıb, narkotiki tapmaq da mürəkkəbləşib. Ona görə də məktəbdə, yaxud hansısa başqa yerdə narkotik satışı əvvəlki kimi yüzdə on yox, yüzdə bir ola bilər".
 

Bölmənin digər xəbərləri

30 May 2025 Bakını ermənilərdən qoruyan qoçu - Qoçu Nəcəfqulu.
30 May 2025 Fərid Xəzər Universitetinə bıçaqla giribmiş - DETALLAR
30 May 2025  Valideynlərin KÜLLİ MİQDARDA PUL ÖDƏYİRLƏR, üstəlik uşaqları da döyürlər - Özəl bağçaların aqibəti necə olacaq?
30 May 2025 Bakıda böyük söküntü işləri başladı, park salınacaq - TƏFƏRRÜAT
30 May 2025  Yavər Camalovun ailəsi onun mirasına sahib çıxa bilmir - TƏFƏRRÜAT
29 May 2025 Bakıda universitetdə qanlı hadisə - 20 yaşlı tələbə bıçaqlandı
29 May 2025 Antalyada bıçaqlanan Araz Musayevlə bağlı SON DƏQİQƏ - HADİSƏNİN ŞOK DETALLARI
29 May 2025 Hərbi hissə komandiri cinayət işini bağlamaq istədi - 150 minlik tələyə düşdü
29 May 2025 İstirahətə gedəndə bu rəng geyinməyin - Gənə yapışa bilər
29 May 2025 Hakerlər balları artıra bilir? - DİM-dən cəlbedici təkliflərə CAVAB
29 May 2025  Araz Musayev vurulmazdan öncə bu məmurla bağlı paylaşım edibmiş - ŞOK DETALLAR
28 May 2025 Aytən Səfərova DİM-i tənqid etdi
28 May 2025 İranda güclü zəlzələ baş verdi
28 May 2025 Lisey və gimnaziyalara qəbul prosesinə dəyişikliklərə aydınlıq gətirilib
27 May 2025 " İmtahana az qalmış verdiyiniz yanlış qərarı uşaqlara açıqlaya bilmirik."-
27 May 2025 Lisey və gimnaziyalara qəbul başladı – Bu tarixdə
27 May 2025 Qadınların ovçusuna çevrilən Nağıyev - İki zabitin qatili həbsxanadan necə qaçdı?
27 May 2025 "Bir dənə çay verərsən" sualı ilə məşhurlaşan şəxsin şok əməli... - TƏFƏRRÜAT
27 May 2025 “Məqsəd abituriyentləri 2-ci şans imtahanında iştiraka məcbur etməkdir” - ETİRAZ
26 May 2025 İmtahanlar verilib, dərsliklər yığılıb: Şagird niyə məktəbə GETSİN? - AKTUAL

Dünyapress TV

Xəbər lenti