“Məmurun villası yox, vətəndaşın alış-verişi şübhəli sayılır!” -
Son günlər ƏDV geri al (Əlavə Dəyər Vergisinin geri qaytarılması) sistemi ilə bağlı vətəndaşların üzləşdiyi məhdudiyyətlər sosial şəbəkələrdə geniş müzakirə olunur. Belə ki, kuryer xidməti göstərən bir şəxs sosial mediada paylaşım edərək bildirib ki, əvvəllər ayda orta hesabla 40-50 manatlıq ƏDV geri qaytara bilirdisə, son vaxtlar artıq qəbzləri sistemə yükləmək mümkün deyil. Onun sözlərinə görə, hesabı şübhəli əməliyyat kimi tanınıb və bu səbəbdən istifadə hüququ məhdudlaşdırılıb.

Məsələ ilə bağlı Dövlət Vergi Xidmətindən verilən açıqlamada bildirilib ki, vətəndaşın təqdim etdiyi ƏDV qəbzləri onun aylıq gəlirinə uyğun gəlmədiyindən əməliyyatlar şübhəli hesab olunub.

Mövzuya hüquqşünas Əkrəm Həsənov da münasibət bildirib. O, Yenisabah.az-a açıqlamasında qeyd edib ki, bu cür yanaşma qanunvericiliyə ziddir:

"Bu, tamamilə qanunsuzdur. Qanunvericilikdə heç bir yerdə şəxsin aylıq xərclərinin mütləq şəkildə onun rəsmi gəlirlərinə uyğun gəlməsi barədə tələb yoxdur. Ola bilər ki, vətəndaşın əvvəlki illərdən yığdığı vəsaiti var, yaxud ona hər hansı bir şəxs tərəfindən maliyyə dəstəyi göstərilib. Bu halları istisna etmək olmaz."

Əkrəm Həsənovun fikrincə, əgər dövlət şəffaflıq və qanunçuluq tələb edirsə, ilk növbədə məmurların gəlir və əmlak bəyannamələrinə əməl olunmalıdır:

"Azərbaycanda məmurların gəlir bəyannaməsi haqqında qanun 2005-ci ildə qəbul olunub, lakin indiyədək ona əməl olunmur. O zaman sual yaranır: məmurlar aldığı rəsmi maaşla necə milyonlarla manatlıq evlər, avtomobillər, villalar əldə ediblər? Bu vəsaitin mənşəyi araşdırılmırsa, sadə vətəndaşın alış-veriş qəbzlərinin mənbəyi niyə şübhəli hesab olunur?"

Hüquqşünas hesab edir ki, vergi orqanlarının bu cür tətbiqi vətəndaşların hüquqlarının pozulması ilə nəticələnə bilər və qanunvericiliyin düzgün tətbiq olunmamasına dəlalət edir.
 

Bölmənin digər xəbərləri

31 May 2025 "Kimin pulu var, onu işlə təmin edirlər" - GİLEY
30 May 2025 "Bu, ailənin özünə və uşaqlara çox böyük zərbədir" - Əli Məsimli
30 May 2025 Kommunal borclar silinəcək? – “Qaz işlətmisən, su işlətmisən, pulunu ver də!”
29 May 2025 SOCAR-da TİBBİ MÜAYİNƏ ŞÜBHƏSİ... - İcazə verin şübhələnək...
29 May 2025 "Oktyabrda verilməli olan qərar indi açıqlanır" - Bir gecədə qərar verildi
28 May 2025 Üç başçıdan biri bir şəhidin əmanətinə sahib çıxmaq istəmir - VİDEO
28 May 2025 Rəis müavini ilə “İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti” arasında qalmaqal
28 May 2025 DİQQƏT: Bu şəxslər eyni anda həm pensiya, həm sosial müavinət, həm də Prezidentin fərdi təqaüdünü ala bilərlər
27 May 2025 Bitməyən kommunal problemlər: Niyə əhali əziyyət çəkməlidir? - Görünəni odur ki...
27 May 2025 Hüquq müdafiəçiləri Əfv Komissiyasından işindən narazıdırlar - Tərkibdə dəyişiklik edilsin!
26 May 2025 Azərbaycan Ukraynaya neçə milyon dollarlıq yardım edib?
26 May 2025 Yaş həddi 15-ə endirilir? – Qalmaqal yaradan qərar
25 May 2025 Statistika artır: Cibimiz və soyuducumuz isə boşdur...
25 May 2025 Dərslikdə Azərbaycan ərazisi ilə bağlı yanlışlığa YOL VERİLDİ – FOTOFAKT
24 May 2025 Eks şöbə rəhbəri 3 il həbs cəzası aldı - 6,2 milyonluq humanitar yardımı mənimsədiyinə görə
23 May 2025 Müharibə veteranlarına verilən 80 manatla bağlı GÖZLƏNİLƏN XƏBƏR — YENİ MƏBLƏĞ
22 May 2025 "ƏƏSMN, övladlarımın sosial yardımını nə səbəbə kəsirsiz?" - Nazirlik qarşısında şikayətçi etirazı
21 May 2025 Xalqı 285 manata möhtac edən deputatlar düymə basmağa 5 min manat maaşı bəyənmir
21 May 2025 Kimlər əfvə düşə bilməz? - AKTUAL
21 May 2025 Aliment verməyənləri hamı tanıyacaq

Dünyapress TV

Xəbər lenti