Araz Musayev danışdı, adlar çəkdi - “Killer göndərib...”
"Antalya şəhərində dünya çempionatı keçirilir. Azər Həsənsoy və Elşən Abdulrəhimov ezam olunmuşdular ki, burada federasiyanı məndən alsınlar. Gəldilər, burada da mümkün olmadı. Əksinə, Kikboksinq Federasiyası dünya tərəfindən mənim nəzarətimə verildi. Ondan sonra istədilər dava salsınlar, gördülər alınmır. Ondan sonra killer göndərib məni vurdular".

Unikal xəbər verir ki, bunu açıqlamasında ötən gün Antalyada bıçaqlanan Muay-Tay Federasiyasının prezidenti, 9 qat dünya çempionu Araz Musayev deyib.

O bildirib ki, Gənclər və İdman Nazirliyinin şöbə müdiri Elnur Məmmədovun Kikboks və Muay-Tay idman növündən xəbəri olmadığı üçün verdiyi qeyri-qanuni qərarlar, Dünya Muay-Tay Fedarasiyası tərəfindən Kikboksinq Federasiyası idmançılarının Muay-Tay Fedarasiyasının tərkibinə daxil edilməsi ilə nəticələndi.

O qeyd edib ki, beşbarmaqla bir zərbə üzündən, başından və bədənindən iki yerdən bıçaqla vurublar: "Ötən gün axşam əməliyyat olunmuşam. Vəziyyətim orta-ağırdır. Ona da dəstək verən isə Gənclər və İdman Nazirliyinin şöbə müdiri Elnur Məmmədovdur. Türkiyə polisi Azər Həsənsoyla Elşən Abdulrəhimovu saxlayıb. Hadisəni törədənlər Rusiyadan göndərilən adamlardır. Mən də buna hazırlıqlı idim".

Azərbaycan Kikboksinq Federasiyasından saytımıza bildirilib ki, bu hadisəni törədən şəxsləri nə Azər Həsənsoy, nə də Elşən Abdulrəhimov tanıyır.

"Federasiya olaraq Araz Musayevin vurulmasını pisləyirik", - deyə qeyd edilib.
 

Bölmənin digər xəbərləri

31 May 2025 Dünya çempionatı: Azərbaycan millisinin finaldakı rəqibi müəyyənləşib
31 May 2025 "Real Madrid"in Klublararası Dünya Çempionatı üçün futbolçulara verəcəyi mükafat bəlli olub
30 May 2025 "Real" bu məbləğ ödənilsə, onunla vidalaşacaq
30 May 2025 Minifutbol üzrə dünya çempionatı: Yarımfinal cütləri müəyyənləşib
29 May 2025 “Çelsi” Konfrans Liqasının qalibi olub
29 May 2025 Azərbaycanın 6 cüdoçusu dünya çempionatında seçilmişlər ARASINDA
29 May 2025 Azərbaycanlı idmançı Türkiyədə vuruldu - VİDEO
28 May 2025 Minifutbol üzrə dünya çempionatı: 1/4 finala yüksələn 4 komanda müəyyənləşib
26 May 2025 “Krasnodar” ilk dəfə Rusiya çempionu tituluna yiyələndi
26 May 2025 “Real” yeni baş məşqçisini rəsmən açıqladı
26 May 2025 Luka Modriç və onu alqışlayan qızı...
25 May 2025 Mövsümün ən yaxşı oyunçusu seçildi
25 May 2025 Lebron Ceyms 40 yaşında simvolik komandaya düşən ilk basketbolçu oldu
25 May 2025 Ançelotti ağladı, Luka Modriç "Real Madrid"lə vidalaşdı
25 May 2025 "Qalatasaray"ın avtobusu hücuma məruz qaldı - FOTO
24 May 2025 Dünya çempionatı: Azərbaycanın yığması ilk qələbəsini qazandı - FOTOLAR
23 May 2025 Messi karyerasının ən sevimli qolunu açıqladı
23 May 2025 Toral Bayramov Avropa Liqasının ən yaxşı 10 qolundan birinin müəllifi oldu
23 May 2025 “Real” Modriçlə vidalaşdı
23 May 2025 Azərbaycanlı futbolçunun oyun zamanı dili qatlandı- VİDEO

Dünyapress TV

Xəbər lenti