b_400_300_16777215_00_https___cdn.musavat.com_news_thumbnails_d12767f7daa238192d21c17506f6f8c0.jpg
  

Mayın 29-da Xəzər Universitetində tələbələr arasında bıçaqlanma hadisəsi qeydə alınıb.

Hadisə universitetin 3-cü kurs tələbələri - 20 yaşlı Fərid Əliyev və Məhəmməd Vəlizadə arasında baş verib. Məlumata görə, iki gün əvvəl onların arasında yaranmış dava dostlarının müdaxiləsi ilə sakitləşdirilsə də, mübahisə sonradan telefon vasitəsilə davam edib.

Mayın 29-da Fərid Əliyev universitetə gələrək Məhəmməd Vəlizadəni gözləyib. Məhəmməd universitetə daxil olan zaman Fərid özü ilə gətirdiyi bıçaqla ona bel və ayaq nahiyəsindən xəsarətlər yetirib. Xəzər Universitetinin rəsmisi Əlövsət Əmirbəyli hadisə ilə bağlı bunları deyib:

"Hər ikisi universitetin ən yaxşı tələbələrindəndir. Mühəndislik fakültəsində oxuyurlar. İlk dəfədir eşidirəm ki, aralarında mübahisə olub. Əgər bu barədə məlumatımız olsaydı, valideynlərini xəbərdar edərdik. Universitetdə bütün tələbələr yoxlanılır, bıçağın necə keçirildiyini deyə bilmərik".

Yaralı Sabunçu Tibb Mərkəzinə yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən isə bildirilib ki, hadisə ilə bağlı polisə məlumat daxil olub və əməli törətməkdə şübhəli bilinən Fərid Əliyev saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Bölmənin digər xəbərləri

31 May 2025 Xocəsən qəsəbəsindəki yanğın söndürülüb
31 May 2025 Bu ərazilərdə 15 dayanacaq pavilyonu quraşdırılacaq
31 May 2025 Bakıda iş adamı tapançalı “lotuların” göstərişi ilə 550 minə qol çəkib - ŞOK TƏFƏRRÜAT
31 May 2025 Respublika ərazisində 2025-ci iliyun ayına olan hava proqnozu
31 May 2025 Oğul atasına görə cavabdeh deyil, amma..
30 May 2025 Həbs yerləri və cəzaçəkmə müəssisələrində qida təminatı problemi:
30 May 2025 Bakını ermənilərdən qoruyan qoçu - Qoçu Nəcəfqulu.
30 May 2025  Valideynlərin KÜLLİ MİQDARDA PUL ÖDƏYİRLƏR, üstəlik uşaqları da döyürlər - Özəl bağçaların aqibəti necə olacaq?
30 May 2025 Bakıda böyük söküntü işləri başladı, park salınacaq - TƏFƏRRÜAT
30 May 2025  Yavər Camalovun ailəsi onun mirasına sahib çıxa bilmir - TƏFƏRRÜAT
29 May 2025 Bakıda universitetdə qanlı hadisə - 20 yaşlı tələbə bıçaqlandı
29 May 2025 Antalyada bıçaqlanan Araz Musayevlə bağlı SON DƏQİQƏ - HADİSƏNİN ŞOK DETALLARI
29 May 2025 Hərbi hissə komandiri cinayət işini bağlamaq istədi - 150 minlik tələyə düşdü
29 May 2025 İstirahətə gedəndə bu rəng geyinməyin - Gənə yapışa bilər
29 May 2025 Hakerlər balları artıra bilir? - DİM-dən cəlbedici təkliflərə CAVAB
29 May 2025  Araz Musayev vurulmazdan öncə bu məmurla bağlı paylaşım edibmiş - ŞOK DETALLAR
28 May 2025 Aytən Səfərova DİM-i tənqid etdi
28 May 2025 İranda güclü zəlzələ baş verdi
28 May 2025 Lisey və gimnaziyalara qəbul prosesinə dəyişikliklərə aydınlıq gətirilib
27 May 2025 " İmtahana az qalmış verdiyiniz yanlış qərarı uşaqlara açıqlaya bilmirik."-

Dünyapress TV

Xəbər lenti