· Bakını ermənilərdən qoruyan qoçu, "O olmasın, bu olsun" filmindəki Qoçu Əsgər real həyatda bu şəxs olub - Qoçu Nəcəfqulu. 1918-ci ildə ermənilər Bakıya hücumdə öz vəsaiti hesabına aldığı silah-sursatı camaata paylayaraq müdafiə dəstələri yaradıb. Daşnaklarla mübarizədə göstərdiyi igidliyə görə türk ordusunun generalı Nuru Paşa, onu ordenlə təltif edib. Bununla belə Bakıda bir çox qanlı hadisələr onun əli ilə törədilmişdi. Sovet hakimiyyətinin ilk günlərində Əli Bayramovun qətlini araşdıran məhkəmənin hökmü ilə güllələnib. Özü ilə gəzdirdiyi keçisi olub. Keçini çəpişlik vaxtından bəsləyib. Qoçunun nəvəsi bildirib ki, filmdə rejissor təxəyyülünün məhsulu var: "Keçinin olması faktı həqiqətdir, amma babam o qədər cılız adam olmayıb ki, keçiyə görə həmin satıcını vursun, alçaltsın. Elə hallarda babam həmişə sahibkara dəyən ziyanı ödəyib, keçini oradan uzaqlaşdırarmış. Həmin keçi daha çox qonum-qonşunu incidirmiş. "Mən Bakıda bir sıra qanlı hadisələrin törədilməsinin iştirakçısı olmuşam, bizə hücum edən erməniləri öld*rmüş, bir sıra başqa cinayətlər törətmişəm. Əgər siz məni bu işlərimə görə mühakimə etsəydiniz, sizə minnətdar olardım. Ancaq mən nə Əli Bayramovu tanımışam, nə də onun öldürülməsində iştirak etmişəm. Mən Bakının yarısını erməni daşnaklarından qorumuşam. Ona görə də türklərdən mükafat və orden almışam. Bəs bunlar hara getdi?", - məhkəmə ifadəsindən. Bu gün onun anım günüdür. Anar Tağıyev TEREF