Ardını oxu...
Özəl klinikaların mühafizəçiləri də qarışıq bütün personalı gərək xəstələr və onların yaxınları ilə normal rəftar qaydalarını mənimsəsinlər. Bu yaxınlarda mən də əsəblərimi cilovlaya bilməsəydim gördüyüm münasibətə görə gərək klinikada kimisə döyəydim.

Tribunainfo.az xəbər verir ki, bu barədə jurnalist Nicat Dağlar yazıb. O bildirib ki, xalq artisti Ağadadaş Ağayevin üzləşsiyi hala klinikalar özləri şərait yaradır:

“İyulun 19-u gecə saatlarında təcili həkimə müraciət etmək zərurəti yarandı. Xırdalıqlara toxunmuram. Üz tutduq özəl klinikalardan birinə. Təcili yardım şöbəsinə müraciət etdik. Növbədəki işçilər kiminləsə telefonla danışandan sonra bildirdilər ki, həkim gələ bilməz, səhəri gözləməlisiz. Nə illah etdiksə, həkim gəlmədi təcili yardım şöbəsinə. Əsəblərimiz tarıma çəkilmişdi. Orta heyət tibb işçiləri, mühafizəçilərlə mübahisə getdikcə davaya da çevrilə bilərdi. Yaxşı ki, özümüzü ələ ala, emosiyaları idarə edə bildik. Bəlkə də başqası olsaydı həmin o təcili yardım şöbəsinin içindən canlı yayım açıb, baş verənləri ictimailəşdirərdi. Sadəcə biz o adam deyilik. Kor şeytanı lənətləyib birtəhər ötüşdürə bildik. Amma başqa cür də ola bilərdi və səni cinayət törətməyə təhrik edə bilərdilər. Bəzən buna bir söz belə səbəb ola bilir.
Təsəvvür edin, klinikadan ayrılanda bizə ödəniş vərəqi verdilər və orada HƏKİM XİDMƏTİNƏ görə ödəniş qeyd olunmuşdu. Niyə belə yazmısız deyə soruşanda, dedilər ki, həkimlə telefonla danışmışıq.

Belə olur ki, ortaya balta çıxır!
Allah yaralanan şəxsə də, Ağadadaş Ağayevə də kömək olsun.
Özəl klinikaların mühhafizəçiləri də qarışıq bütün personalı gərək xəstələr və onların yaxınları ilə normal rəftar qaydalarını mənimsəsinlər!”.


Ardını oxu...
Mühafizəçinin kimisə qanunla yol verilən üsullarla dayandırması bir şeydir, xəstə adamı, özü də bərk ağrıyan xəstəni ( hətta yerə yıxandan sonra da) təpikləməsi başqa şey! Həm də hərəkətlərindən görünür ki, adam heç peşəkar da deyil.

Dia-az.İnfo xəbər verir ki, bunu REAL TV-nin rəhbəri Mirşahin Ağayev bildirib.
“Ağadadaş Ağayevin hərəkətlərinə gəlincə isə onun ayaqyalın şəkildə xəstəxanaya yollanmasına yəqin ki ciddi səbəb olub. Axı məhz belə xəstəliyin doğurduyu ağrıya dözməyib intihar edən nə qədər insan tanıyırıq! Bəlkə dözə bilmirdi?! Bəlkə heç bir dərman təsir etmirmiş!? Niyə axı xəstəyə (Xalq Artisti və s. titulları bir kənara…) belə yanaşmalıdır qonşuluqdakı xəstəxana? Olmaz! Belə davranmaq olmaz!
Başqa təcrübələr də var: məsələn, mühafizəçiləri biz Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin qapısı ağzında qəzəbli qazilərin qabağına nə qədər çətin olsa da, sakit şəkildə çıxan, onları qardaş kimi qarşılayan, öpüb qucaqlayan, könlünü alan yerdə görmüşük. ASAN Xidmətdə işə götürülənlərə xüsusi həssas insanlarla necə rəftar etmək barədə mütəmadi kurslar keçirlər. Fazil, əzizim, məncə əsas işimiz indi kimisə müdafiə etmək yox, mədəniyyətimizə balta endirilməsini əks etdirən videonun sosial şəbəkələrdən yığışdırılması olmalıdır.
Ağadadaş Ağayev və balta hadisəsini araşdırmağı buraxaq hüquq-mühafizə orqanlarının ixtiyarına. Biabırçılıq millətin, mədəniyyətin adına yazılır. Kifayət qədər populyar bir mədəniyyət xadimini minimum müsəlman-türk dünyasında biabır etmək millətimizə şərəf gətirmir!” – deyə M.Ağayev qeyd edib.

Ardını oxu...
Ötən gün 6 nömrəli məktəbin şagirdlərinin “Son zəng” günü avtoxuliqanlıq hərəkətləri ilə bağlı sosial şəbəkələrdə görüntülər yayılıb. Lüks avtomobilləri idarə edən şagirdlərin məmur övladları olduğu iddia olunur. Videoda həmin avtomobillərin nömrə və markaları qeyd olunmaqla kimə, hansı məmura aid olduğu da açıqlanıb.

Dia-az.İnfo bakupost.az-a istinadla xəbər verir ki, onlar arasında Milli Məclisin deputatı Cavanşir Paşazadəyə məxsus olduğu deyilən 10 UH 700 Audi Q8 markalı maşın da var.

Bu markalı yeni avtomobilin qiyməti 70-80 min dollar arasındadır.

Məsələ ilə bağlı danışan C.Paşazadə yayılan məlumatlardan xəbərsiz olduğunu deyib.

“Həmin videonu görməmişəm, nə də bu xəbəri eşitmişəm. Mənim qohumum kimdir, bilmirəm. Nə belə uşağım, nə qohumum var. Heç kimim yoxdur. Həqiqətən, kişi kimi deyirəm ki, nə bu xəbəri oxumuşam, nə də məlumatım var. Mənim 10 UH 700 nömrəli maşınım yoxdur”.
 
Ardını oxu...
İyulun 23-də saat 19 radələrində Abşeron rayonu, Saray qəsəbəsi ərazisində 2 şəxsin ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Bu barədə Hurriyyet.az-a Abşeron rayon prokurorluğundan bildirilib.

Məlumata görə, araşdırma zamanı 1965-ci il təvəllüdlü Mərdan Bağırovun birgə yaşadıqları mənzildə qardaşı 1962-ci il təvəllüdlü Sərxan Bağırova bıçaqla xəsarət yetirərək onu qəsdən öldürməsi, daha sonra isə özünü binadan ataraq intihar etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Abşeron rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1 (qəsdən adam öldürmə) və 125-ci (özünü öldürmə həddinə çatdırma) maddələri ilə cinayət işi başlanaraq istintaq aparılır.
 
Ardını oxu...
Müəllimlərin işə qəbulu üzrə vakansiya seçimi mərhələsi başlayır.

Bu barədə Hurriyyet.Az-a Təhsil İnstitutundan məlumat verilib.

Bildirilib ki, müsabiqənin vakansiya seçimi mərhələsində əvvəlcə vakant yer seçmək imkanı müəllimlərin işə qəbulu üzrə müsabiqədə minimum tələbi ödəyən şəhid ailəsi üzvlərinə verilir.

Namizədlər 26 iyul saat 11:00-dan 28 iyul saat 11:00-dək şəxsi səhifələrinə daxil olaraq seçim edə biləcəklər.

"Nəzərinizə çatdırırıq ki, test imtahanı mərhələsində keçid balı toplamış namizədlər səkkiz vakant yer seçə bilərlər. Namizədlərin vakant yerlərə yerləşdirilməsi onların elektron ərizədə qeyd etdikləri seçim ardıcıllığı gözlənilməklə aparılır. Vakant yer tutduqdan sonra imtina edən namizədlərin növbəti vakansiya seçimlərində iştirakı təmin olunmayacaq", - deyə məlumatda qeyd edilib.
Ardını oxu...
Qazax sakininin külli miqdarda vəsaiti fırıldaqçı dəstə üzvləri tərəfindən mənimsənilib

“Həbsdən çıxıb, yenə insanları aldatmağa davam etdilər; Bu qədər insan dələduzluğa məruz qalıb, heç bir tədbir görülmür”

Qazax rayonunun Hüseynbəyli kənd sakini Mustafayeva Fatma Hüseyn qızı tərəfindən “Hürriyyət”in redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi iddia edir ki, kənddə hər kəsin tanıdığı qızıl dükanının sahibi Firdovsi, Gülara Abdullayeva və Xəyal Yaxyayev tərəfindən dələduzluğa məruz qalıb. Onun sözlərinə görə, adıçəkilən şəxslər tərəfindən aldadılaraq, 2040 manat məbləğində pulu OCOS şəbəkə biznesinə qurban gedib.

Məlumata əsasən, Gülara Abdullayeva, Xəyal Yaxyayev və qeyriləri ölkə daxilində “İnsuccess” adlı saxta şirkət yaradıblar. OCOS beynəlxalq dələduzluq piramidasını ölkəyə gətirərək, özlərini ciddi “investisiya şirkəti” kimi təqdim ediblər. Beləliklə, uydurulmuş “kriptovalyuta” yaratmaqla, vətəndaşları yüksək gəlir vədi ilə aldadıblar. Yəni yatırımın 50 faizini qazanc kimi əldə etməyi mümkün etdiklərini bildiriblər.

Rəsmi qurumlara müraciət edən Mustafayeva Fatma Hüseyn qızı ona dəyən zərərin qaytarılmasını, Firdovsi adlı həmyerlisi və digər şəxslər barəsində hüquqi tədbir görülməsini xahiş edir:

“Bildirirəm ki, Nizami küçəsində, bina 8, mənzil 7 ünvanında yaşayıram. Firdovsi qızıl dükanının sahibidir. OCOS adlı piramida sistemi ilə məni və bir çox adamı aldadıb. Külli miqdarda pul mənimsəyərək, aradan çıxıblar.

Daxili İşlər Nazirliyinin (DİN) “102” xidməti-zəng mərkəzi sisteminə müraciət etsək də, bir nəticə əldə edə bilmədik.

Firdovsinin Qazaxda, Bakıda və Türkiyədə bir neçə evi, bağları və s. var. Niyə müsadirə olunmur? Niyə bunlar sorğu edilmir, yoxlanılmır? Bu qədər insan dələduzluğa məruz qalıb, heç bir tədbir görülmür. Bu adam əlini-qolunu sallayaraq gəzir.

Gülarə və Xəyalın həbs olunması o demək deyil ki, məsələ həll olunub. Aldadılan camaat nə etsin? Bizə dəyən zərəri kim ödəyəcək? Əvəllər də tutulmuşdular. Sonra həbsdən çıxıb, yenə insanları aldatmağa davam etdilər”.

Xatırladaq ki, 2021-ci ildə Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin həyata keçirdiyi əməliyyat nəticəsində sosial şəbəkələrin imkanlarından istifadə edərək dələduzluq yolu ilə insanların etibarından sui-istifadə edərək zərərçəkənlərin külli miqdarda pul vəsaitini ələ keçirən mütəşəkkil cinayətkar dəstənin üzvləri saxlanılıb

DİN-ə bir qrup şəxsin investisiya şirkəti adı altında şəbəkə biznesi yaradaraq çoxsaylı vətəndaşları aldatmaları və pullarını ələ keçirmələri barədə əməliyyat məlumatları daxil olub. Baş İdarə əməkdaşlarının Azərbaycan Mərkəzi Bankının mütəxəssislərinin iştirakı ilə apardıqları araşdırmalar zamanı müəyyən olunub ki, Bakı şəhər sakinləri – Gülara Abdullayeva, Xəyal Yaxyayev və digərləri ölkə daxilində “İnsuccess” adlı fəaliyyət istiqaməti qeyri-müəyyən olan şirkət yaradıb və “OCOS” adı altında beynəlxalq dələduzluq piramidasını ölkəyə gətirərək sosial şəbəkələrdə reklamını təşkil ediblər. Bu şəxslər əslində mövcud olmayan kriptovalyuta yaradaraq, guya onun beynəlxalq valyuta bazarında satışını təşkil etdiklərini və şişirdilmiş yüksək gəlirlər vəd etməklə vətəndaşların pul vəsaitlərini aldatma yolu ilə ələ keçiriblər. Bu qayda ilə adı çəkilən şəxslər qurduqları şəbəkə biznesinə piramida şəklində çoxsaylı vətəndaşları cəlb edərək, onlara faktiki mövcud olmayan, uydurulmuş kriptovalyuta – OCOS satıblar. Araşdırma zamanı dəstə üzvlərinin investisiya paketi adı altında şişirdilmiş yüksək gəlirlər təklif edərək ümumilikdə 10 minə yaxın vətəndaşı aldatdıqları və təxminən külli miqdarda vəsaitlərini ələ keçirdikləri müəyyən edilib.

Əməliyyat tədbirlərinin davamı olaraq həmin şəxslərin paytaxtın Xətai rayonu, Sumqayıt şəhəri və digər məkanlarda icarəyə götürdükləri ofislərə baxış keçirilən zaman iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar aşkar edilərək götürülüb. Nəticədə dəstə üzvləri barəsində Cinayət Məcəlləsinin 178.3.1-ci (mütəşəkkil dəstə tərkibində dələduzluq), 178.3.2-ci (Dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) , 193-1.3.1 və 193-1.3.2-ci (mütəşəkkil dəstə tərəfindən cinayət yolu ilə əldə edilmiş külli miqdarda pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma) maddələri ilə cinayət işi başlanıb.

Bu ilin mart ayında verilən hökmə əsasən, təqsirləndirilən Xəyal Yaxyayev 15 il, Gülara Abdullayeva isə 12 il müddətinə azadlıqdan məhrum ediliblər.

Cinayət işi üzrə 217 nəfər zərərçəkmiş şəxs qismində tanınıb.

Cəmilə ƏZİMOVA
 
Ardını oxu...
Samux rayonunun Lək kəndinin sakinləri kəndarası yolların baxımsız olmasından şikayətlənirlər.

Onların sözlərinə görə, uzun müddətdir təmir edilməyən yollardan yayda toz-torpaq, qışda isə palçıq səbəbindən istifadə etmək günü-gündən müşkülə çevrilir.

Sakinlər deyirlər ki, kəndarası yolların baxımsız olması qəza riskini də artırır. Belə ki, sürücülərin maşınları yollardakı çalalara salmamaq üçün tez-tez hərəkət istiqamətini dəyişməsi bir-biriləri üçün təhlükə yaradır.

"Yolda maşın sürə bilmirik. Keçən gün az qala qarşıdan gələn avtomobillə toqquşmuşduq. Yolların hamısı oyuq-oyuqdur", - deyə kənd sakini söyləyib.

Məsələ ilə bağlı Lək bələdiyyəsinin sədri Cəsur Məmmədov açıqlama verib:

"Kəndimizdə əsas yol var, bu köhnə asfaltdır. Oraya mütəmadi olaraq çınqıl tökürük. Yaxın günlərdə yolu təmir etmək planımızdadır".

Daha ətraflı Baku TV-nin materialında:

 
 
 
Ardını oxu...
Paytaxt Bakıda yerləşən bəzi binalarda liftlərin vəziyyəti istismar üçün yaxşı olsa da, təəssüf ki, bu fikri bütövlükdə bütün liftlərə aid etmək mümkün deyil. Belə ki, çoxmərtəbəli yaşayış binalarının bir çoxunda artıq ciddi təhlükə mənbəyinə çevrilən liftlər ya qəzalı vəziyyətdədir, ya da ümumiyyətlə, işləmir. Hətta qəzalı liftlərlə bağlı problemin aradan qaldırılmaması bədbəxt hadisələrə də yol açır.

"Report"un əməkdaşı Bakı sakinlərinin istifadəsində olan liftlərin vəziyyətini yerində araşdırmaq üçün paytaxtdakı bir neçə ünvana baş çəkib.

Paytaxtın Yasamal, Nərimanov və Xətai rayonlarında yerləşən çoxmərtəbəli yaşayış binalarında müşahidə olunan vəziyyət eynidir, bu binaların sakinləri bildiriblər ki, liftlə bağlı davamlı problem yaşayırlar.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin əməkdaşı Tural Qocayevin sözlərinə görə, istismarda olan liftlərin sıradan çıxmasının səbəbi texniki nəzarətin düzgün təşkil edilməməsi, xidmət və təmir işlərinin vaxtında aparılmamasıdır

Vəkillər Kollegiyasının üzvü Rəşad Əliyev deyib ki, liftdən istifadə zamanı qəza baş verdikdə, hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır, müvafiq ekspertizalar təyin edilir.

Təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev bildirib ki, liftlər təhlükə potensiallı obyektlər siyahısındadır, ona görə də liftlərin təhlükəsiz istismarına mütləq ciddi nəzarət edilməlidir.

"Lifttəmir" İstehsalat Birliyindən isə bildirilib ki, qurumun balansında olan, istismar müddəti başa çatmış, 25 ildən artıq işləyən liftlər qrafikə uyğun olaraq dəyişdirilir. Ancaq o da qeyd olunub ki, birlik yalnız Dövlət Mənzil Fondunun balansında olan binalara xidmət göstərir, MTK-lar və ya sovet dövründə tikilmiş kooperativ evlər onların xidmət dairəsinə daxil deyil.

Daha ətraflı videomaterialı təqdim edirik:Ardını oxu...
Paytaxt Bakıda yerləşən bəzi binalarda liftlərin vəziyyəti istismar üçün yaxşı olsa da, təəssüf ki, bu fikri bütövlükdə bütün liftlərə aid etmək mümkün deyil. Belə ki, çoxmərtəbəli yaşayış binalarının bir çoxunda artıq ciddi təhlükə mənbəyinə çevrilən liftlər ya qəzalı vəziyyətdədir, ya da ümumiyyətlə, işləmir. Hətta qəzalı liftlərlə bağlı problemin aradan qaldırılmaması bədbəxt hadisələrə də yol açır.

"Report"un əməkdaşı Bakı sakinlərinin istifadəsində olan liftlərin vəziyyətini yerində araşdırmaq üçün paytaxtdakı bir neçə ünvana baş çəkib.

Paytaxtın Yasamal, Nərimanov və Xətai rayonlarında yerləşən çoxmərtəbəli yaşayış binalarında müşahidə olunan vəziyyət eynidir, bu binaların sakinləri bildiriblər ki, liftlə bağlı davamlı problem yaşayırlar.

Fövqəladə Hallar Nazirliyinin (FHN) Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyinin əməkdaşı Tural Qocayevin sözlərinə görə, istismarda olan liftlərin sıradan çıxmasının səbəbi texniki nəzarətin düzgün təşkil edilməməsi, xidmət və təmir işlərinin vaxtında aparılmamasıdır

Vəkillər Kollegiyasının üzvü Rəşad Əliyev deyib ki, liftdən istifadə zamanı qəza baş verdikdə, hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır, müvafiq ekspertizalar təyin edilir.

Təhlükəsizlik üzrə ekspert Elmar Nurəliyev bildirib ki, liftlər təhlükə potensiallı obyektlər siyahısındadır, ona görə də liftlərin təhlükəsiz istismarına mütləq ciddi nəzarət edilməlidir.

"Lifttəmir" İstehsalat Birliyindən isə bildirilib ki, qurumun balansında olan, istismar müddəti başa çatmış, 25 ildən artıq işləyən liftlər qrafikə uyğun olaraq dəyişdirilir. Ancaq o da qeyd olunub ki, birlik yalnız Dövlət Mənzil Fondunun balansında olan binalara xidmət göstərir, MTK-lar və ya sovet dövründə tikilmiş kooperativ evlər onların xidmət dairəsinə daxil deyil.

Daha ətraflı videomaterialı təqdim edirik:
Ardını oxu...
Bəlkə də ən vacib olmayan, amma hər halda aktual problemlərdən birinin təqdimatına keçməzdən əvvəl hörmətli oxucuya zahirən sadə, hətta uşaqcasına bir sual vermək istərdim: “Sizcə, donuzun neçə ayağı var?”. Hər hansı bir normal ağıl sahibi insan, hətta həyatında bu heyvanı görməsə belə, tərəddüd etmədən cavab verəcəkdir: "Dörd".

Bu həm doğru, həm də yanlış cavab olacaq. Fizioloji nöqteyi-nəzərdən hər şey düzdür, amma bu məsələyə əxlaqi dəyərlər, davranış və həyat tərzi prizmasından baxsaq, düzgün cavab “2” olacaq. Bəli, söhbət məxluqlardan gedir (onları adlandırmaq üçün başqa ad yoxdur), onlar insan doğulsalar da, homosapiens səviyyəsinə çata bilməyiblər.

Təəssüflə etiraf etməliyik ki, aramızda çoxlu məsuliyyətsiz vətəndaşlar var ki, onlar ətrafdakı zibil və çirkaba baxmaqdan inanılmaz, az qala maniyakal həzz alırlar. Təkcə baxmaqla kifayətlənsəydilər, dərd yarıydı, onlar sonradan “cücərtilərindən” həzz alacaqları “zibil toxumları” səpirlər. Bəs kim özünü zibil qabındakı suda balıq kimi hiss edir? Düzdür, donuzlar.

Belə ki, Bakının Səbail rayonunda yerləşən “jurnalistlərin evi”ndə “ikiayaqlı donuzlar” məskunlaşıb. Ola bilsin ki, bu, bəzilərini təəccübləndirəcək, digərlərini şoka salacaq və digəri bir anda "Şübhə edən Fomaya" çevriləcək. Ola bilməz ki, cəmiyyətdəki neqativ halları üzə çıxarmağa və pisləməyə çağrılan jurnalist mühitində özləri çirkab içində yaşayanlar elan edilsin. Üstəlik, sözün hərfi mənasında.
Ardını oxu...
Bu fotolara nəzər salın. Onlar Balaxanı zibilliyində yox, “jurnalistlərin evi”ndən hazırlanıb. Bu, su borularının keçdiyi bir havalandırma şaxtasıdır. Kadrlardan göründüyü kimi, mədənə atılan zibil, o cümlədən plastik butulkalar, bankalar, kolbalar və mənşəyi məlum olmayan sarğı və ya əski parçası həmin boruların üzərinə uğurla “düşüb”. Söz yox ki, “çeşid” zəifdir və özünə hörmət edən “bomj” ona yaxınlaşmayacaq.
Ardını oxu...
Üç il əvvəl biz “jurnalistlərin evi”ndəki zibil probleminə qısaca toxunmuşduq. Xüsusən də bu sətirlərin müəllifi səmimi olaraq başa düşmürdü ki, guya ziyalı adamlar nə üçün nəcisli uşaq bezlərini və boş butulkalarla balkondan atıblar, xüsusən də zibil qabları düz evin həyətində yerləşirsə. Binadan 10-20 metr aralıda. Görünür, həddindən artıq məşğul olmaq, vaxt azlığı və aşılmaz tənbəllik günahkar idi.

İndi isə bu problemə daha bir problem əlavə olunub. Bəzi sakinlər daha da məşğul və ya tənbəl və ya bəlkə də daha "mədəniyyətli" oldular. Şaxta giriş qapısından bir metr məsafədədirsə, niyə zibil pəncərədən atılmalıdır?

Beləliklə, hər cür xəstəliklər, qarışqaların, tarakanların, milçəklərin və digər canlılar onlara qayğı göstərdikləri üçün "ikiayaqlı donuzlara" səmimi minnətdardırlar. Ola bilsin ki, mən bir az şişirtmişəm, amma bu vəziyyətdə vəba, tif, ospa kimi çoxdan unudulmuş və məğlub olan xəstəliklərin geri dönməsini gözləmək olar.

Rus şairi Nekrasovun belə bir sözü var: “Sən şair olmaya bilərsən, amma vətəndaş olmalısan”. Bu halda vətəndaşlıq tələb olunmur, sadəcə olaraq insan olmaq lazımdır. Və heç də mütləq olaraq böyük hərflə deyil...
Ardını oxu...
Müəllif: Fed Bakinski - Mənbə: AYNA.az
 
Ardını oxu...
Xəbər verdiyimiz kimi, sentyabrın 1-də Milli Məclisə növbədənkənar seçkilərdə 65 sayılı Salyan-Biləsuvar-Neftçala seçki dairəsindən deputatlığa namizədliyini irəli sürən Ana Vətən Partiyasının (AVP) sədri Fəzail Ağamalının qızı Günay Ağamalının seçkilərdən öncə səsləndirdiyi fikirlər rayon ziyalılarının narazılığına səbəb olub. Belə ki, Günay Ağamalı Salyan camaatının ona olan etimadını yüksək qiymətləndirdiyini vurğulamışdı.

TEREF Demokrat.az-a istinadən xəbər verir ki, mövzu ilə bağlı açıqlamasında “Ədəbiyyat” qəzetinin baş redaktoru, Salyandan olan ədəbiyyatşünas alim Azər Turan bildirib ki, Azərbaycanda demokratik seçki olacaq:

“Hazırda seçki prosesi siyasi gündəmdir. Siyasi məsələlərə o qədər də dərindən fikir bildirmək istəmirəm. Lakin inanıram ki, Azərbaycanda demokratik seçki olacaq və salyanlılar öz seçimini edəcək. Mənim Fəzail Ağamalının qızının fəaliyyətindən xəbərim yoxdur, heç onu tanımıram. Ola bilər ki, Fəzail Ağamalının oğlu və ya qızı atasından daha layiqli namizəd olsun. Bu seçicilərin rəyindən asılıdır.

Bəlkə də Salyan camaatı Günay Ağamalını deyil, daha layiqli namizədini seçəcək. Kim seçiləcəksə, bu, xalqın seçimi olacaq.

Mən daha çox xalqın verəcəyi səsə inanıram. Son nəticəni gözləyək. Xalq namizədini özü seçəcək. Salyandan həmişə görkəmli şəxslər çıxıb. Qeyd edim ki, parlament tariximizdə Azərbaycandan Rusiya imperiyasının I Dövlət Dumasına seçilmiş 5 deputatdan biri də məhz salyanlı Əsədulla bəy Muradxanov olub”.
 

Dünyapress TV

Xəbər lenti