Ardını oxu...
Son zamanlar Azərbaycanın daxili bazarında rəqabət olmadığına görə “Trendyol” üzərindən Azərbaycana gətirilən məhsullar keyfiyyətsiz çıxır. Bununla bağlı vətəndaşların şikayətləri çoxalıb.

Bəs bu nəylə bağlıdır?

Vətəndaşlar belə olduqda nə etməlidir?

Məsələ ilə bağlı açıqlama verən Azad İstehlakçılar Birliyinin (AİB) sədri Eyyub Hüseynov bildirib ki, “Trendyol” bazarda üstün mövqeyindən istifadə edərək istehlakçıları aldadır:

““Trendyol” və başqa onlayn şirkətlərdən gələn mallarla bağlı Azad İstehlakçılar Birliyinə gələn şikayətlərin palitrası aşağıdakı kimidir. Mürəkkəb texniki vasitə, məsələn televizor və digər elektron məhsullar satış mənbələrindən qırıq gəlir. Bunu isə sübut eləmək olmur, həqiqətən də ordan qırıq göndərirlər, yoxsa burada baş verir.

İkincisi isə vətəndaşın istədiyi rənginə, ölçüsünə, formasına uyğun mal göndərilmir.

Üçüncüsü, vətəndaşın tələbatını ödəməyən malı geri qaytarmaq problemi yaranır. Baxmayaraq ki, bu vəziyyətdə də istehlakçı 14 gün müddətində malı dəyişmək, dəyişməyən malı qaytarmaq hüququ var və sanki “Trendyol”a baxıb, çoxlu sayda yerli internet üzərindən satışlar həyata keçirilir. Hər şey bir-birinə qarışıb və belə olduqda çox böyük istehlakçı hüquqlarının pozulması baş verir.

Düşünürəm ki, dövlət orqanı İqtisadiyyat Nazirliyi Antiinhisar və Bazara Nəzarət Dövlət Xidməti bu məsələləri həll etməlidir. Çox mürəkkəb vəziyyət yaranıb və malı dəyişmək, qaytarmaq məsələsi çox ciddi bir problemə çevrilib.

“Trendyol” isə bazarda öz üstün mövqeyindən istifadə edərək istehlakçılar necə gəldi aldadır. Hər həftə istehlakçıların hüququnu pozmaqla bağlı “Trendyol”-dan 2-3 telefon zəngi daxil olur. Vətəndaşları belə məslələrlə rastlaşdıqda, Atiinhisar və Bazara Dövlət Xidmətinin qaynar telefon xətti 195 -ə zəng edərək müraciət etməli çağırıram”.
 
Ardını oxu...
Bakıda küçədən keçən gənclər yumruq atıb qaz sayğacını sındırıblar.

Oxu.Az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yer alıb.

Belə ki, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Leyla Məmmədbəyova ünvanına aid qaz sayğacına səbəbsiz yerə, qəsdən zərər verən şəxslər təhlükəsizlik kameralarında aydın şəkildə görüntüləniblər.

Gənclər o küçədən keçərkən onlardan biri qaz sayğacına yumruqla zərbə vurub. Nəticədə qaz sayğacının üst qutusu sınıb və sayğacda da nasazlıq yaranıb.

Həmin görüntüləri təqdim edirik:
 
 
Ardını oxu...
Sabahdan növbədənkənar parlament seçkiləri ilə əlaqədar seçkiqabağı təşviqat başlayır.

APA-nın xəbərinə görə, Seçki Məcəlləsinin 72.3, 74.1.2, 74.1.4 və 75.2-ci maddələrinə əsasən, qeydə alınmış namizədlər, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri, namizədi qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları, onların səlahiyyətli nümayəndələri və vəkil edilmiş şəxsləri tərəfindən seçkiqabağı təşviqatın aparılmasına səsvermə gününə 23 gün qalmış başlanır və səsvermənin başlanmasına 24 saat qalmış dayandırılır.

Sentyabrın 1-nə təyin edilmiş Milli Məclisə növbədənkənar seçkilərlə əlaqədar seçkiqabağı təşviqat avqustun 9-da başlanır, avqustun 31-i saat 08:00-da dayandırılır.
 
 
 
Ardını oxu...
Qaçaqmalçılıq cinayətləri törətmiş ayrı-ayrı şəxslərin və həmin cinayətlərin törədilməsində iştirak etmiş vəzifəli şəxslərin qanunsuz əməlləri ilə bağlı Dövlət Gömrük Komitəsindən daxil olmuş cinayət işi üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində birgə istintaq qrupu yaradılmaqla ibtidai istintaq davam etdirilir.

Bu barədə Azərbaycan Respublikasının Baş Prokurorluğu və Dövlət Gömrük Komitəsinin birgə məlumatında deyilir.

İstintaqla Azərbaycan Respublikası vətəndaşları - “Karvan 313” Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi Telman İbrahimov, həmin MMC-nin direktor müavini olan sabiq gömrük əməkdaşı Arif Rzayev, sabiq gömrük əməkdaşı Təvəkgül Bayramov, Şahin Soltanov, Türkiyə Respublikasının vətəndaşı Şener Bilgi və qeyrilərinin 2023-2024-cü illər ərzində 60-dək yük nəqliyyat vasitəsi ilə ölkə ərazisindən ixrac olunması nəzərdə tutulan, habelə tranzit qaydada İran İslam Respublikasından gətirilən müxtəlif məhsulları gömrük sənədlərinə əsasən bəyan edilib təyinatı üzrə başqa ölkəyə aparılmalı olduqları halda, marşrutdan kənara çıxarılaraq qiymətli metal yükləri ilə əvəzləndikdən sonra Qırmızı-Körpü gömrük postundan Gürcüstan ərazisinə keçirmələrinə əsaslı şübhələr müəyyən edilib.

Eyni zamanda, qeyd edilən qaçaqmalçılıq cinayətlərinin törədilməsinə şərait yaradılması müqabilində Bakı Baş Gömrük İdarəsinin inspektoru Turab Nəsirov, Sumqayıt Gömrük İdarəsinin inspektoru Elmir Məmmədovun həmin şəxslərdən müxtəlif üsullarla rüşvət almalarına, Tovuz Gömrük İdarəsinin sabiq rəisi Elçin Şabanov və həmin idarənin Qırmızı-Körpü gömrük postunun sabiq rəisi Vasif Abıyevin isə xidməti işi düzgün təşkil etməməklə belə qanunsuz halların baş verməsinə laqeyd münasibət göstərmələrinə, bununla da 1.8 milyon manatdan artıq məbləğdə gömrük ödənişlərinin dövlət büdcəsinə ödəməkdən yayındırılmasına səbəb olmalarına əsaslı şübhələr müəyyən edilib.

Toplanmış ilkin sübutlar əsasında Elmir Məmmədov Cinayət Məcəlləsinin 311.3.4-cü (hədə-qorxu tətbiq olunmaqla rüşvət alma), Turab Nəsirov 311.2-ci (vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətlərə görə rüşvət alma), Vasif Abıyev və Elçin Şabanov 314.2-ci (səhlənkarlıq ağır nəticələrə səbəb olduqda) maddəsi, Telman İbrahimov, Arif Rzayev, Təvəkgül Bayramov, Şahin Soltanov və Şener Bilgi isə 206.3.2-ci (qaçaqmalçılıq qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib.

Turab Nəsirov, Elmir Məmmədov, Telman İbrahimov, Arif Rzayev, Rövşən İbrahimov, Təvəkgül Bayramov və Şahin Soltanov barəsində məhkəmə qərarı əsasında həbs, Vasif Abıyev və Elçin Şabanov barəsində isə polisin nəzarəti altına vermə (əsas) və vəzifədən kənarlaşdırma (əlavə) növündə qətimkan tədbiri seçilmiş, Şener Bilgi barəsində axtarış elan edilib.

Hazırda iş üzrə sözügedən qanunsuz hərəkətlərin törədilməsində iştirak etmiş digər şəxslərin müəyyən olunması istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.
 
 
 
Ardını oxu...
Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Ağdaş rayon İcra Hakimiyyətinin başçısı Tofiq Hüseyn oğlu İbrahimovu vəzifəsindən azad edib.
T.İbrahimovun vəzifədən azad olunması sosial şəbəkələrdə geniş müzakirələrə səbəb olub. Xüsusən də Ağdaş sakinləri onun vəzifədən azad edilməsinə sevindiklərini gizlətməyiblər.
Tribunainfo.az Bakupost.az-a istinadən xəbər verir ki, T.Hüseynovun Ağdaşdakı fəaliyyəti ilə bağlı qısa bir araşdırma aparılıb. Məlum olub ki, o, vəzifədə işlədiyi müddətdə xeyli obyekt və mülklər əldə edib.
Rayon sakinlərinin mətbuata ünvanladıqları şikayət məktublarından belə məlum olur ki, sahibkarlıq fəaliyyəti ilə məşğul olan T.Hüseynov əksər kəndlərdə torpaq sahələrinə əl qoyub. Kəndlərin örüş yerlərini zəbt edərək qanunsuz olaraq əkin işləri apartdırıb.
T.Hüseynovun vəzifədə işlədiyi dövrdə əldə etdiyi obyektlərin siyahısı ilə belədir:
– Ağdaşın Dəhnə kəndində 2000 başlıq camış ferması və 200 hektar torpaq sahəsi, həmin kənddə 10 hektar meyvə bağı;
– Şor Dəhnə kəndində 31 hektar meyvə bağı;
– Şəmsabad kəndində 200 hektar yonca sahəsi;
– Tofiqi kəndində 250 hetar arpa sahəsi, balıq vətəgələri;
– Mürsəl kəndində 200 hektar çəltik sahəsi;
– Türyançayın Ağdaş ərazisindən keçən hissəsində 4 yerdə daş-qum-çınqıl karxanası;
– Zeynəddin kəndində hər həftənin 6-cı günləri işləyən mal bazarı;
– Rayonun mərkəzində 2 yerdə böyük tikinti materialları ticarət mərkəzi, 80 ədəd yük maşını;
– Ağdaş şəhərində 2 yerdə möhtəşəm villa;
– Bakı şəhərində 21 yerdə villa və mənzillər;
– Qəbələ rayonunda 3 villa, 1 şadlıq evi, 3 restoran, 1 yanacaqdoldurma məntəqəsi, 2 istirahət güşəsi, 100 hektarlıq fındıq bağları,
– Londonda övladlarının adına sənədləşdirilmiş mülklər;
– Türkiyədə otel, villa və mənzillər…
T.Hüseynovun icra başçısı olduğu müddətdə sahibkarlıq fəaliyyəti ilə məşğul olan fermerlərə də gün verib, işıq vermədiyi deyilir. Sabiq icra başçısının onlara aylıq haqq qoyduğu iddia edilir.
Onun biznesini isə bələdiyyələr, idarə müdirləri və icra nümayəndələrinin idarə etdiyi bildirilir.
Qeyd edək ki, Tofiq İbrahimov 2004-2010-cu il illərdə Qəbələ, 2010-2012-ci illərdə isə Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışıb.
 
 
 

Bakı şəhərinin mərkəzində hərəkət zamanı mikroavtobusun qapısını açıb qeyri-adekvat "şou" göstərən sərnişin ətrafdakı insanların narahatlığına səbəb olub.

Oxu.Az xəbər verir ki, bununla bağlı videogörüntü sosial şəbəkələrdə paylaşılıb.
 Belə ki, şəhərin mərkəzində "Ford Tranzit" markalı 07-BH-637 dövlət nömrə nişanlı mikroavtobusda hərəkət zamanı sərnişin nəqliyyat vasitəsinin qapısını açaraq əlindəki "silah"ı sağa-sola tuşlayıb. Onun hansı səbəbdən belə bir hərəkət etdiyi və əlindəki "silah"ın həqiqi, yaxud oyuncaq olduğu məlum deyil. Əzizə İsmayılova
Ardını oxu...
Məğlubiyyət hər şeyin bitdiyi anlama gəlmir.

"Report" xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Bakıda Bolqarıstan təmsilçisi "Ludoqorets"ə (Bolqarıstan )qarşı keçirdikləri UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin ilk oyunundan sonra mətbuat konfransında deyib.

Mütəxəssis 1:2 hesabı ilə məğlub olduqları qarşılaşmanı dəyərləndirib: "Məğlub olmuşuq. O demək deyil ki hər şey bitib. Səfərdə daha səliqəli oynamaq lazımdır. "Ludoqorets"in keyfiyyətli oyunçuları var. Öz komandamı da zəif saymıram. İndi rəqibi daha yaxından tanıdıq".

Qeyd edək ki, "Ludoqorets" və "Qarabağ" arasındakı cavab görüşü avqustun 13-də "Ludoqorets Arena"da gerçəkləşəcək.
Ardını oxu...
Bakıda qanunsuz parklanma yerlərini təşkil edən şəxslər müəyyən olunaraq tədbirlər görülüb, qanunsuz fəaliyyətin qarşısı alınıb.

Bu barədə Daxili İşlər Nazirliyindən (DİN)məlumat verilib. Bildirilib ki, qanunsuz parklanma yerlərini təşkil edən, yaxud həmin xidmətlə bağlı ödəniş tələb edən şəxslərə qarşı polis əməkdaşları tərəfindən son iki gün ərzində paytaxtın müxtəlif ərazilərində 216 nöqtədə həyata keçirilən monitorinqlər və profilaktik tədbirlər zamanı bu qeyri-qanuni hallara yol verən 159 şəxs müəyyən olunaraq saxlanılıblar. Onlar barəsində qanunla nəzərdə tutulan qaydada tədbirlər görülüb.

Qeyd edək ki, dövlət avtomobil yollarında səlahiyyəti olmayan şəxslər tərəfindən parklanma yerlərinin təşkili, parklanma xidmətinin göstərilməsi, yaxud həmin xidmətlə bağlı ödənişin tələb edilməsinə görə fiziki şəxslər yüz manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilirlər.

Məsələ ilə bağlı nəqliyyat eksperti Elməddin Muradlı açıqlamasında deyib ki, qanunsuz parklanma xidmətinin göstərilməsi ilə bağlı indiyyə qədər hər hansısa bir inzibati məsuliyyət yox idi:

“Qanunsuz parklanma xidmətinin göstərilməsi, qanunsuz parklanma yerinin təşkili və digər məsələlərə görə əvvəllər “parkovşiklər”i cərimə etmək olmurdu. Maksimum 80 manat qanunsuz küçə ticarətinə görə cərimə etmək olurdu. Ancaq hazırda sözügedən şəxslərlə bağlı çox ciddi şəkildə mübarizə aparılır. Belə ki, qanunsuz parklanma yerinin təşkilinə görə fiziki şəxslər 100 manatdan 200 manatadək, vəzifəli şəxslər 300 manatdan 500 manatadək məbləğdə cərimə edilirlər”.

Onun sözlərinə görə, qanunsuz parklanma yerinin təşkilinə görə cərimələnmə üsülü özünü tam doğrulda bilməyəcək:

“Qanunsuz fəaliyyət göstərən “parkovşiklər”lə bağlı nə qədər mübarizə aparılsa da, onun sayının azalmasına zəmin yaratsa da, ancaq ümümilikdə sayının tamamən azaldılmasına nail olmaq qeyri-mümkündür. Buna səbəb qanunsuz fəaliyyət göstərən “parkovşiklər”ə qarşı polis və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) əməkdaşları nisbətən humanist davranmağa çalışmasıdır.

Buna görə də qanunsuz parklanma yerinin təşkil edənlərin kökünü kəsmək çox çətin məsələdir”.

Ekspert qeyd edib ki, bəzi “parkovşiklər” sarı jiletdən istifadə etmirlər:

“Qanunsuz parklanma yeri təşkil edən şəxslərə qarşı ciddi reydlər keçirildiyindən, onlar müxtəlif üsüllardan istifadə etməklə yenidən fəaliyyət göstərməyə çalışırlar. Belə ki, əvvəllər “parkovşiklər”in əlində qırmızı çubuq və sarı jilet var idisə, hazırda sıradan mülki şəxs geymində fəaliyyət göstərməyə çalışırlar. Ancaq bildirim ki, bu üsülla belə onlar fəaliyyət göstərə bilməyəcəklər. Çünki qanunlar sərtləşir. Hətta təkrar belə hallar baş verərsə, o zaman inzibati qaydada həbs qəti imkan tədbiri belə seçilə bilər”.

(cebheinfo)
 
Ardını oxu...
"İndiyə qədər 950 nəfərin deputatlığa namizədliyi qeydə alınıb".

Bu barədə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bildirib.

Bundan əlavə MSK sədri bugünki iclasda parlament seçkiləri ilə əlaqədar namizədliyi qeydə alınan partiya nümayəndələrinin sayını açıqlayıb.

"İndiyə qədər 24 partiyanın 287 nümayəndəsinin namizədliyi qeydə alınıb", o qeyd edib.

Pənahovun sözlərinə görə, sentyabrın 1-də keçiriləcək Milli Məclisə seçkilərlə əlaqədar 27 ölkə və 9 qurumdan 101 beynəlxalq müşahidəçi qeydə alınıb.

MSK sədri bildirib ki, seçkilərlə əlaqədar ümumilikdə 18 467 yerli müşahidəçi qeydə alınıb. Onlardan 5588 müşahidəçi MSK-da, 12879 DSK-larda qeydə alınıb.

Prezident İlham Əliyev sentyabrın 1-də növbədənkənar parlament seçkilərinin keçirilməsi barədə sərəncam imzalayıb.

Azərbaycanda Konstitusiyaya əsasən, 125 üzvü olan Milli Məclisə seçkilər beş ildən bir, parlamentin sonuncu səlahiyyət ilinin noyabr ayının ilk bazar günü keçirilir. Seçkilərin tarixi onların keçirilməsindən iki ay əvvəl elan edilir.

Bundan öncəki parlament seçkisi və son iki prezident seçkiləri növbədənkənar keçirilib.
 
 
 
Ardını oxu...
Bu il sentyabrın 1-də Azərbaycan Milli Məclisinə növbədənkənar seçkilər keçiriləcək. Artıq namizəd olmaq istəyənlərin müraciəti üçün nəzərdə tutulan müddət başa çatıb.

Gələn həftədən ölkədə seçkiqabağı təşviqat başlayır. Qanunvericilikdə seçkiqabağı təşviqata səsvermə gününə 23 gün qalmış icazə verilir. Seçkidən bir gün əvvəl və seçki günü isə təbliğat-təşviqat aparılması qadağandır.

Amma qeydə alınmış namizədlər içərisində Seçki Məcəlləsinin tələblərini pozaraq, vaxtından əvvəl təbliğat işlərinə başlayanlar var. Bununla bağlı Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov da xəbərdarlıq edib.

O bildirib ki, qeydə alınmış namizədlər belə hallara yol verməməli, təşviqata başlamalı deyillər: “Belə hallar olsa, MSK araşdıraraq hətta həmin şəxsin namizədliyini də ləğv edə bilər”.

Belə olan halda qanunu pozan namizədləri hansı cəza tədbirləri gözləyir? Onların namizədliyi ləğv oluna bilərmi?

Modern.az-ın məlumatına görə, cəza tədbirləri qanun pozuntusunun növündən asılı olaraq dəyişə bilər.

Təşviqat qaydalarının pozulması hər bir hala uyğun özünəməxsus cəza tədbiri ilə nəticələnə bilər. Namizəd bilmədən hansısa qanun pozuntusuna yol verdikdə Dairə Seçki Komissiyası ona xəbərdarlıq edə bilər.

Amma həmin namizəd və ya onun səlahiyyətli nümayəndələri pozuntulara əhəmiyyət verməyib yenidən davam edirsə, DSK onun namizədliyinin ləğvinə belə qərar verə bilər.

Qanunu pozan namizədlər cinayət məsuliyyətinə belə cəlb oluna bilər.

Təşviqat Konstitusiya və digər qanunvericilikdə, həmçinin Seçki Məcəlləsində göstərilən qanun pozuntularını özündə əhatə edirsə, yəni zorakılığa, hər hansı dini, cinsi, irqi ayrıseçkiliyə yol verirsə, bu cinayət məsuliyyətinə qədər gətirib çıxara bilər.
 

Dünyapress TV

Xəbər lenti