Ardını oxu...
"Mənim şikayətim Nizami rayonunda yerləşən "Boranı" restoranı ilə bağlıdır". Dia-az.İnfo bildirir ki, bu barədə Çinarə Əliyeva adlı istifadəıçi "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımında giley edir.

Narazı vətəndaş daha sonra yazır: "Restorana 2 gün bundan qabag getmişdim ailəmlə. Ilk öncə qeyd edim ki, içəri daxil olanda sizi heç kim yönləndirmir. Ortada boş-boş gəzəndən sonra axırda bir yer tapıb oturduq. Yeməklər gec və soyuq servis olundu. Ədviyyatı da o qədər bol idi ki yediyim yemək idi, ya sarıkök... bilinmirdi.

Nə isə... Əsas məsələ budur ki, yoldaşım su istədi ofisiantdan, gətirib verdilər. Üstündün 30 dəqiqə keçdi, gəlib hər ikimizin stəkanını götürdülər. Biz elə bildik ki, yenə su gətirəcəklər bizə... Amma gələn-gedən yox idi. Səbəb: stəkanin çatmamasi olubmuş digər müştərilərə...

Biz də müştəriyik, biz də ödəniş edirik. Gedib mağazadan əlavə stəkan almag əvəzinə, müştərinin qabağından aparmag nə deməkdir... və nə dərəcədə düzgündür?! Əvvəllər ən sevdiyim restoranın yanından indi keçmək belə istəmirəm..."

Ardını oxu...
 
Ardını oxu...
Azərbaycanda artıq sistemli hala gələn kadr və struktur islahatları öz tempi ilə davam edir. Xüsusən sentyabrın 1-i keçiriləcək parlament seçkilərindən əvvəl dəyişikliklərin geniş vüsət alacağı, əsasən icra hakimiyyəti orqanlarını əhatə edəcəyi bildirilir. Yenilənmə çərçivəsində bəzi icra başçılarının postunu tərk edəcəyi vurğulanır.

TEREF Globalinfo.az-a istinadən bildirir ki, vəzifəsindən getməsi gözlənilən məmurlardan biri də Qaradağ rayonunun icra başçısı Süleyman Mikayılovdur.

Qeyd edilir ki, onun işdən çıxarılmasının əsas səbəbi bu vəzifədə çoxdan fəaliyyət göstərməsidir. Deyilənə görə, onu bir başqa rayona icra başçısı göndərə bilərlər. S.Mikayılovun deputat kimi Milli Məclisdə təmsil olunacağı barədə də iddialar var. Nəsimi Rayon İcra hakimiyyətinin başçısı Asif Əsgərovun da bugünlərdə işdən çıxarılacağı, parlament seçkilərində mandat almaq uğrunda mübarizəyə qoşulacağı qeyd edilir.

Mənbə bildirir ki, S.Mikayılovun fəaliyyətindən xüsusi narazılıq yoxdur. Dövlətin ona tapşırdığı işlərin öhdəsindən müəyyən qədər gəldiyi deyilir. Vətən müharibəsindən sonra qazilərlə və şəhid ailələri ilə işi də qənaətbəxş sayılır. Onun eyni rayonda uzun müddət vəzifədə qalması istər-istəməz fəaliyyətində durğunluq yaradıb. Bu səbəbdən başçının yenisi ilə əvəzlənəcəyi deyilir.

Uzun müddətdir vəzifədə olan və artıq dövlətin yürütdüyü genişmiqyaslı daxili siyasətlə ayaqlaşa bilməyən icra başçılarının vəzifəsindən uzaqlaşdırılacağı haqda deyilənlər xeyli məntiqli görünür.

O da vurğulanır ki, dövlət bu qəbildən olan icra başçılarının illərlə müxtəlif yollarla mənimsədiyi milyonların şəhid ailələri və qazilərin qayğılarına yönəldilməsinə nail olub. İndiki mərhələdə praktiki olaraq “fəaliyyətini dayandırmış” bu başçıların daha savadlı, dövlətin siyasətini icra etmək gücündə olan uğurlu kadrlarla əvəz edilməsi nəzərdə tutulur.

Prosesləri ümumiləşdirəndə belə qənaətə gəlmək olar ki, ölkənin daxili siyasətində yeni və mühüm mərhələyə qədəm qoyulur.
 
Ardını oxu...
Parlament seçkisi ilə əlaqədar nаmizədin qeydə alınması üçün zəruri olan seçki sənədlərinin dairə seçki komissiyasına (DSK) təqdim edilməsinə başlanılır.

"Report"un xəbərinə görə, bu, Mərkəzi Seçki Komissiyasının "Milli Məclisə növbədənkənar seçkinin keçirilməsi üzrə əsas hərəkət və tədbirlərin Təqvim Planı"nda öz əksini tapıb.

Sənəddə qeyd edilib ki, bu proses iyulun 13-dən başlayır və avqustun 2-si saat 18:00-dək davam edir.

Qeyd edək ki, Seçki Məcəlləsinə əsasən, irəli sürülmüş namizədlərin qeydə alınması üçün namizəd və ya siyasi partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli nümayəndəsi səsvermə gününə ən çoxu 50 və ən azı 30 gün qalmış saat 18.00-dək müvafiq seçki komissiyasına aşağıdakı seçki sənədlərini təqdim etməlidir:

1. irəli sürülmüş namizədin müdafiəsi üçün toplanmış seçici imzaları olan imza vərəqələri;

2. seçici imzaları toplanmasının yekunu haqqında Mərkəzi Seçki Komissiyasının müəyyənləşdirdiyi formada tərtib edilmiş protokolun 2 nüsxəsi;

3. Məcəllənin 53.3-cü və 54.8-ci maddələrinə uyğun olaraq namizəd haqqında təqdim edilmiş məlumatlarda dəyişikliklər barədə bildiriş;

4. namizədin gəlirlərinin miqdarı və mənbələri barədə məlumat;

5. mülkiyyət hüququ əsasında namizədə məxsus əmlak barədə məlumat;

6. namizədin ilkin maliyyə hesabatı (seçici imzaları toplanmasının təşkilinə sərf edilən vəsait haqqında məlumatlar göstərilməklə).

Xatırladaq ki, Prezident İlham Əliyev iyunun 28-də altıncı çağırış Milli Məclisin buraxılması və Milli Məclisə növbədənkənar seçkinin təyin edilməsi haqqında Sərəncam imzalayıb. Sərəncamla altıncı çağırış Milli Məclis buraxılıb və sentyabrın 1-nə növbədənkənar seçki təyin edilib.
 
Ardını oxu...
Yaşı 70-i ötmüş deputatların yenidən namizəd olub-olmayacağı son günlər ən çox müzakirə olunan mövzulardandır.

Qocaman millət vəkillərinin yerlərini gənc və savadlı kadrlara verməsi ilə bağlı çağırış edənlərin sayının artması bu məsələni gündəmdən düşməyə qoymur.

Yenisabah.az xəbər verir ki, yaşlı deputatlarla bağlı problem son günlər ciddi xarakter almağa başlayıb. Yaşı 70-i haqlamış və ömrünün 8-ci onilliyinə qədəm qoymuş əksər parlament üzvlərinin yenidən namizəd olması şübhə altına düşüb.

Qeyd edək ki, Milli Məclisin yaşlı deputatları hər vəchlə bu mövzuda danışmaqdan yayınırlar.

Parlament seçkilərinə rəsmi qaydada start veriləndən sonra jurnalistlərin suallarını cavablandıran İsa Həbibbəyli, Sabir Rüstəmxanlı, Aqil Abbas, Asim Mollazadə, Eldar İbrahimov, Tahir Kərimli kimi qocaman deputatlar konkret mövqe bildirməkdən çəkiniblər. Hətta Milli Məclisin vitse-spikeri, tarixçi-professor Fəzail İbrahimli də seçki marafonuna qoşulub-qoşulmayacağını hələ dəqiqləşdirmədiyini deyib. Bu siyahının daha da genişlənəcəyinə, mübarizədən kənarda qalacaq millət vəkillərinin siyahısına yeni adların əlavə olunacağına şübhə yoxdur.

“Yeni Sabah”ın əldə etdiyi məlumata görə, tərəddüd içərisində olan deputatların bəziləri hakim Yeni Azərbaycan Partiyasının (YAP) qərarını gözləyir. Bəzilərinə isə birmənalı olaraq seçkiyə qatılmamaq tövsiyə olunub.

Görünən odur ki, Milli Məclisin budəfəki tərkibi təkcə yeni simalar deyil, həm də gənc deputatlarsın sayının çoxluğuna görə əvvəlkindən xeyli fərqlənəcək.
 
Ardını oxu...
"Qərb bölgəsindən olan abituriyentlərin də Qarabağ Universitetinə marağı böyükdür".

Bunu Qarabağ Universitetinin rektoru Şahin Bayramov "Report"a açıqlamasında bildirib.

"Biz bu günlərdə Qərb bölgəsində Qarabağ Universitetinin təqdimatı ilə bağlı görüşlər keçiririk. Görüşlər zamanı Universitetin hədəfləri, gələcək planları ilə bağlı geniş məlumatlar veririk, abituriyentlərin və valideynlərin suallarını cavablandırırıq. Biz onların Qarabağ Universitetinə böyük marağının olduğunu görürük. Abituriyentlər arasında Qarabağ Universitetində təhsil almaq istəyənlərin sayı çoxdur. Bu hal bizim üçün sevindiricidir", - rektor deyib.

O qeyd edib ki, bu abituriyentlərin əksəriyyəti imtahanlarda yüksək nəticə əldə edənlərdir:

"Düşünürəm ki, Qarabağ Universitetinin qurulmasında, ilk təhsil alan tələbələr sırasında bu bölgənin gəncləri də çoxluq təşkil edəcək".

Ş.Bayramov həmçinin vurğulayıb ki, digər bölgələrdə də Qarabağ Universitetinin təqdimatı keçiriləcək.
 
Ardını oxu...
Xəbər verdiyimiz kimi, Ermənistanın Gürcüstanla dövlətlərarası yolunun Tavuş vilayətinin Azərbaycanla sərhəddə yerləşən Kirants kəndindən keçən hissəsində sərhəd divarı inşa edilir.

Bu gün artıq Kirantsdakı körpüdən gediş-gəliş bağlanıb, 2 günə körpünü ölkəmizə təhvil verməyə hazırlaşırlar.

Bundan əlavə, bu gün Azərbaycan ərazisindən keçən beynəlxalq kabellər də dəyişdirilib.

Axar.az Kirantsdakı sərhəd divarının fotosunu təqdim edir:
Ardını oxu...
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti “Araz Supermarket MMC”nin İcraçı direktoru və İdarə Heyətinin rəhbəri Rəşad İbrahimova cərimə yazıb.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, Dövlət Xidməti marketlər şəbəkəsinin rəhbəri barəsində İnzibati Xətalar Məcəlləsinin 555.1-ci maddəsinə əsasən cərimə protokolu tərtib edib.

Buna səbəb isə R.İbrahimovun baş verən bədbəxt hadisə barədə müvafiq qurumu məlumatlandırmaması olub.

İdarə Heyətinin rəhbərinin barəsində protokol tərtib olunan maddədə deyilir ki, istehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması üçün hadisə baş verən gün işəgötürən tərəfindən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanına bu barədə məlumatın verilməməsinə görə min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir.

R.İbrahimov isə Dövlət Xidmətinin qərarından narazı olduğu üçün Nəsimi Rayon Məhkəməsinə ərizə ilə müraciət edib. Onun iddiası hakim Anar İbadzadənin sədrliyi ilə araşdırılacaq.

Qeyd edək ki, R.İbrahimov 2020-ci ilin dekabr ayından “Araz Supermarket MMC”nin İcraçı direktoru və İdarə Heyətinin rəhbəri vəzifəsində çalışır. 2014-2020-ci illərdə isə şirkətdə müxtəlif vəzifələrdə işləyib. Əmək fəaliyyətinə isə 2004–cü ildə “Veysəloğlu” şirkətində başlayıb.
 
Ardını oxu...
Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı Tofiq İbrahimovun səhhətində problem yaranıb.

“Unikal”ın əldə etdiyi məlumata görə, o, iki aydır ki, işə çıxmır.

Hazırda Tofiq İbrahimovu onun birinci müavini İsmayıl Yusifzadə əvəz edir. Onun nə vaxt işinə qayıdacağı bəlli deyil.
 
Ardını oxu...
55 yaşlı İlhamə Rəhimova Hacıqabul Mərkəzi Xəstəxanasında vəfat edib.

Onun inyeksiyadan şoka düşərək öldüyü bildirilib.

Mərhumun qızı Günel Rəhimova anasının xəstəxana işçilərinin səhlənkarlığı nəticəsində dünyasını dəyişdiyini bildirib:

"Anamın heç bir problemi yox idi, sadəcə sümükləri ağrıyırdı. Həkim antibiotik yazdı. "Prob" qoyulması üçün anamı xəstəxanaya apardıq. "Prob"dan sonra halı pisləşdi. Həkimləri çağırdım ki, heç kim yaxınlaşmadı. Nə həkimi, nə tibb bacısı. Hamısından şikayətçiyəm, anam qolumda qaldı".

Ətraflı Baku TV-nin süjetində:

 
 
 
Ardını oxu...
İnterpol tərəfindən qırmızı bülletenlə axtarışa verilən Belçika vətəndaşı Türkiyənin Yozqat şəhərində yaxalanıb.

AYNA Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu barədə yerli polis idarəsi açıqlama yayıb.

Bildirilib ki, narkotik və digər qeyri-qanuni cinayət fəaliyyətləri ilə bağlı axtarışda olan H.Ç. Yozqat-Çorum avtomobil yolunda saxlanılıb.

Həyata keçirilən əməliyyatlardan sonra o, deportasiya edilmək üçün miqrasiya idarəsinə təhvil verilib.
 

Dünyapress TV

Xəbər lenti