![]() |
![]() ![]() ![]() |
|
Alimlər, kainatın düşündüklərindən çox daha sürətlə pozulduğunu kəşf edərək, onun tam olaraq nə zaman yox olacağını hesablayıblar.
Niderlandın Radboud Universitetindən olan bir tədqiqat qrupu, kainatdakı bütün ulduzların bir “beşqontilyon il” sonra sönəcəyini müəyyən edib. Bu, ardınca 78 sıfır gələn bir rəqəm deməkdir.
Lakin bu, əvvəlki 10 üstü 1100 illik proqnozdan — yəni 1-dən sonra 1100 sıfır gələn bir rəqəmdən — xeyli qısa bir zaman intervalıdır.
Alimlərin kainatın ölümünə səbəb olduğunu düşündüyü proses isə qara dəliklərin tədricən buxarlanaraq radiasiya yayması ilə əlaqəli olan “Hawking radiasiyası” ilə bağlıdır.
Musavat.com bildirir ki, bu fenomenin yalnız qara dəliklərə aid olduğu düşünülürdü, lakin tədqiqatçılar neytron ulduzları və ağ cırtdanlar kimi göy cisimlərinin də qara dəliklərə bənzər şəkildə buxarlana bildiyini aşkara çıxarıblar.
Həm neytron ulduzları, həm də ağ cırtdanlar bir ulduzun həyat dövrünün son mərhələsidir. Böyük ulduzlar supernovaya çevrilərək neytron ulduzlarına kollaps edir, Günəşimiz kimi kiçik ulduzlar isə ağ cırtdanlara çevrilir.
Bu “ölü ulduzlar” son dərəcə uzun müddət var ola bilərlər. Ancaq alimlərin fikrincə, qeyri-sabit hala gəldikdə tədricən dağılır və partlayırlar.
Bir neytron ulduzunun və ya ağ cırtdanın ölməsinin nə qədər çəkdiyini bilmək alimlərə kainatın maksimum ömrünü başa düşməkdə kömək edir. Çünki onlar son öləcək ulduzlar olacaq.
Radboud Universitetindən professor və baş tədqiqatçı Heyno Falkenin fikrincə, əvvəlki tədqiqatlar kainatın maksimum ömrünü şişirtmişdi.
Falke və həmkarları, Hawking radiasiyasını da nəzərə alaraq kainatın sonunun bir beşqontilyon il sonra gələcəyini hesablayıblar.
Məşhur fizik Stiven Havking 1975-ci ildə hissəciklərin və radiasiyanın qara dəlikdən qaça biləcəyini irəli sürdü. Bu, heç bir şeyin bu nəhəng kütləli cisimlərin cazibə qüvvəsindən qaça bilməyəcəyi inancını təkzib etdi.
Lakin Havkingə görə, qara dəliyin kənarında iki müvəqqəti hissəcik yarana bilər. Onlar birləşmədən əvvəl, hissəciklərdən biri qara dəliyə geri çəkilir, digəri isə qaçır.
Zamanla bu hissəciklərdən daha çoxu qaçdıqca, qara dəlik tədricən pozulur. Bu həm də qara dəliklərin yalnız böyüyə biləcəyini deyən Albert Eynşteynin nisbilik nəzəriyyəsi ilə ziddiyyət təşkil edir.
Musavat.com