
Çinin Şərqi Türkistan sərhədləri daxilində, Xian şəhərindən 100 km
məsafədə, dağların ətrafında yerləşən irili-xırdalı 100 ədəd piramida ilə
yanaşı, 300 metr hündürlüyündə “Ağ piramida” adlandırılan nəhəng tikinti
var. Bunlar cox qədim türk piramidalarıdır. Çinin əsərlər boyu gizli
saxladığı, gizlətmək məqsədi ilə qəsdli şəkildə üstlərini torpaq ilə örtdüyü,
meşə, bağ və yaşıllıqlar saldığı, indi də üzərində kənd təsərrüfatı işləri
aparılan bu piramidalar dünya tarixinin ən əhəmiyyətli sirrlərindən birini
qoruyub saxlamaqdadır. Ön türklərə aid olduğu düşünülən nəhəng
piramidaların saxladığı sirr, Çinin bölgəyə girişi və tədqiqatları qadağan
etməsi səbəbilə hələ də tam olaraq tədqiq edilməmişdir. Qədim Çin
mətnlərinə görə, piramidaları e.ə. 5000–1500-cü illər arasında bölgədə
yaşayan uyğurlar tikib. Araşdırmaçılar Böyük Uyğur imperiyasının bu
piramidaları bəzi məlumatların gələcək nəsillərə ötürülməsi üçün inşa
etdiyini söyləyir.
Əslində onlar piramida yox, kurqanlardır. Kurqan qorunan yer mənasını
verməkdə olub, məzar tikililəridir. Quruluş etibarilə piramida olaraq qəbul
edilməkdədir. Bu piramidaların arasında ən məşhuru isə yuxarıda adını qeyd
etdiyimiz “Ağ Piramida”dır. Yüksəkliyi 300 metr olan “Ağ piramida” dünya
üzərindəki ən yüksək və ən böyük piramidadır. (“Ağ piramida”nın türklərin atası
Oğuz Xaqana aid olduğu deyilir.)
İddialara görə, Çindəki türk piramidalarının mövcudluğu Qərb elm
adamlarına öncədən də məlum olub. “Elm xəbərləri” (“Science News”) qəzeti
hələ II Dünya müharibəsi illərində piramidalar haqda məlumat yayıb. Deyilənə
görə, bu piramidaları ilk dəfə İkinci Dünya Müharibəsi zamanı Hindistandan
Çinə uçan ABŞ Hərbi Hava Qüvvələrinin pilotu James Gaussman görüb və
gördükləri barədə xəbər verib. Piramidalardan birinin şəkli 30 mart 1937-ci ildə
The New York Sunday News qəzetində yayımlanıb. (Ancaq sonradan bu
şəkildəki piramidanın Çin imperatoru Wuya aid bir məzar olduğu iddia edilib -
https://lent.az/index.php/xeber/medeniyyet/-38076)
Piramidaların varlığı haqqında məlumatın yayılmasının ardından alman
araşdırmaçı Hartwig Hausdorf 1994-cü ildə Şian şəhərinə gəlib, piramidaları
gəzərək ətraflı məlumat toplayıb, şəkillər çəkib. O, bu barədə “Ağ Piramida”
adlı kitab da yazıb. Hartvig Hausdofa görə, bu piramidalar ən azı eradan 2 min
500 il əvvəl tikilib.
Amerikalı alimlər bildirirlər ki, “Ağ piramida” Misir piramidalarından iki
dəfə ucadır. Türkiyəli alim Kazım Mirşanın fikrincə, Misir piramidaları Çindəki
türk piramidalarının görüntülərindən yararlanaraq hazırlanmışdır. Çindəki türk
piramidalarını Misir piramidalarından fərqləndirən bir cəhət də var. Misir
piramidalarında fironların cəsədləri piramidanın içərisində, türk piramidalarında
isə hökmdarların məzarları yerin altında basdırılıb.
K.Mirşan həmçinin mumiyalamanın da qədim türklərə aid olduğu sübut
etmişdir.
Türk piramidalarını bu qədər əhəmiyyətli edən başqa bir şey içərisində
olan mumiyalardır. (Çindəki piramidaların içindəki mumyalar, Misirdəki
mumyalara nisbətən daha yüksək texnologiya ilə hazırlanıb.) Mumiyalanmış
cəsədlər, təəssüf ki, yerli xalqın təxribatı nəticəsində deformasiya uğramışlar.
Yaxın dövrdə piramidaların içinə girməyi və fotosunu çəkməyi bacaran
tək türk insanı olan Oktan Kələş öz ifadəsində “Ağ Piramida”nın içərisində
nəhəng bir Oğuz Kağan heykəlinin olduğunu və mumiyaların ətrafında Canavar
və Ay ulduz simgələrinin gözə çarpdığını söyləmişdir. Ayrıca piramidaların
içərisində kitabələr, divarda yazılar və şəkillər var hansı ki, incələnməyi
gözləyən digər tarixi əsərlərdəndir. ötürülməsi üçün inşa etdiyini söyləyir. Ön
Türklər tərəfindən inşa edilən Türk piramidalarının Türklərin ilk qitəsinin Mu
olduğunu və dünya tarixinin Türklərdən başladığına dair əhəmiyyətli sirləri
saxladığı və bu səbəbdən xüsusilə Çin tərəfindən Türk piramidalarının olduğu
bölgənin qadağan bölgə elan edildiyi iddia olunur.
(https://sixieyyub.wordpress.com/2017/07/25/cinin-saxladigi-tarixi-sirli-turk-
piramidalari/)
Oktan Keleş səfər təəssüratlarında yazır: “Qoca çinli bələdçinin rəhbərliyi
altında zülmət içində təbii tunel boyu 40-50 metrə qədər getdik. Sonra şaquli
yerdən 7-8 metr aşağı endik. Geniş bir sahəyə gələndə qoca çinli astadan “Artıq
piramidanın içindəyik” dedi. Piramida olduqca təbii formada qurulmuşdu,
içəridə qəribə atmosfer vardı. Bir az irəlilədikdən sonra bir otağa çatdıq. Otaqda
yerə uzadılmış 2 metr uzunluğunda mumiya vardı. Başı üzərindəki qayada
müxtəlif işarələr və yazılar, eyni zamanda, “Ay, ulduz və qurd başlarının təsviri”
olduğunu gördük. Otağı yaxşı işıqlandıranda əməllicə heyrətə düşdük –
qarşımızda 3 metr uzunluğunda, ehtimal ki, qranitdən olan daş heykəl vardı.
Heykəlin üst tərəfində qoşa buynuzlu fiqur, başının ortasındasa Ay-ulduz
simvolu görünürdü. Həmin heykəlin yanında qucağında uşaq tutmuş qadın
heykəli də vardı. Bu məqamda qoca çinli dizlərini yerə qoyaraq nəsə
pıçıldamağa başladı. Bələdçimiz ayağa qalxandan sonra astadan dedi:
“Təxminən 30 il qabaq siması daha aydın bilinirdi, hətta ayaqlarında çəkməyə
bənzər nəsə vardı”. İçəridə təxminən 7-8 dəqiqə qalandan sonra qoca çinli
həyəcanla tez çıxmalı olduğumuzu işarə elədi. Biz isə bir az da qalmaq, ətrafa
baxmaq istəyirdik. Qoca çinli anidən əsəbiləşdi və təklifimizi kobudluqla rədd
etdi.
Sərdabə otağının yanında aşağı – qaranlıq boşluğa doğru enən daha bir
nərdivan vardı, onunla aşağı enmək istədiyimizi bildirdik, amma qoca çinli bu
arzumuza da özünəməxsus sakit aqressiya ilə etirazını bildirdi: “Ora enmək çox
çətin, oradan çıxmaq isə ondan da çətindir. Qayıtsaq yaxşıdır”. Onun etirazı
ucbatından aşağı düşə bilməsək də, əlimizdəki fənərlə sərdabə otağının
divarlarına tələsik baxmağa başladıq. Divarda yazı və şəkillərlə dolu müxtəlif
kitabələr vardı, daha artığını seçə bilmədik”.
Keleşin iddiasına görə, sonradan qoca çinli yerdəki mumiyanın yerli
sakinlər tərəfindən tələf edildiyini deyib. Qoşa buynuzlu qranit heykəlin nə ifadə
etdiyini soruşanda isə, çinlinin “O, sizin babanız Oğuz Kağanı təmsil edən
heykəldir” sözünə heyrətə düşdüklərindən yazır. Qoca çinli deyirmiş:
“Sərdabənin enmədiyimiz alt qatında daha bir mumiya var, o, yuxarıdakına
nisbətən xeyli salamatdır. Amma oradakı daş kitabələr də çoxdan qaldığına görə
bir-birinə yapışır və getdikcə oxunulması çətinləşir”.
(https://kalpoder.com/azerice-azerbeycan-dunya-medyasinda-oktan-keles-ve-
beyaz-piramitler/)
Piramidalara girməyi bacara bilən türk araşdırmaçı Oktan Keleşə görə, bu
piramidalar (kurqanlar) türk tarixi baxımından çox böyük əhəmiyyət kəsb
etməkdə olub, türk tarixini başdan-ayağa dəyişə biləcəyini deyib.
İmran Verdiyev,
Azərbaycan Respublikasının Əməkdar müəllimi.
“Ədəbiyyat və incəsənət” portalının Oğuz təmsilçisi