Ardını oxu...
Keçmiş iqtisadi inkişaf naziri Heydər Babayevə məxsus “BankStandard” Qapalı Səhmdar Cəmiyyəti (QSC) “Çudo Peçkan”ın sahibi Çingiz Cəlilovdan maddi ziyan tələb edir.
Qaynarinfo-nun əldə etdiyi məlumata görə, bank bununla bağlı məhkəmədə iddia qaldırıb.
İş hazırda apellyasiya mərhələsindədir. Məlumata görə, şikayəti “BankStandard” verib.İşə Bakı Apellyasiya Məhkəməsində hakim Raqib Qurbanovun sədrliyi ilə baxılacaq.
Çingiz Cəlilov 2017-ci ildə həbs edilib. Həmin vaxt Baş Prokurorluğun yaydığı məlumatda bildirilir ki, keçirilmiş istintaq-əməliyyat tədbirləri ilə müəyyən edilib ki, “Çudo Peçka” və “ÇP Aqro” MMC-lərinin təsisçisi Cəlilov Çingiz Asim oğlu “Bank Standard” QSC Kommersiya Bankının İdarə Heyətinin sədri olmuş Kriman Səlim Eldaroviçlə qabaqcadan razılaşmaqla əlbir olaraq, həmin dövrdə banka müxtəlif mənbələrdən, o cümlədən xarici və daxili investorlardan və depozitlərdən daxil olmuş külli miqdarda pul vəsaitləri hesabına 21 milyon 874 min manat məbləğində krediti bankın Müşahidə Şurasının razılığı olmadan dəyəri süni olaraq artıq qiymətləndirilmiş əmlakları girov qoymaqla özünün, yaxın qohumlarının və qohumluq münasibətində olduğu, eləcə də, rəhbərlik etdiyi cəmiyyətlərdə işləyən ayrı-ayrı şəxslərin adlarına guya bağ evinin alınması, mənzil təmiri, torpaq alınması və bu kimi digər təyinatlarla rəsmiləşdirilməsinə nail olub, daha sonra qeyd olunan kredit müqavilələri əsasında banka guya külli miqdarda kredit borcu olduğu görüntüsünü yaradaraq, bir neçə dəfə restrukturizasiya (kreditin və ya onun ödənilməsi şərtlərinin dəyişdirilməsi) etdirməklə mənimsədiyi 13 milyon 962 min manat pul vəsaitini Səlim Krimanla öz aralarında bölüb.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Çingiz Cəlilov azadlıqdan məhrum edilib.
Bundan sonra “BankStandard” dəymiş zərərin ödənilməsi üçün mülki iddia qaldırıb.
Çingiz Cəlilov müğənni Röyanın qayınatası olub. 2008-ci ildə müğənni onun oğlu Anar Cəlilovla ailə həyatı qurub. Cütlük 2014-cü ildə boşanıb.
Heydər Babayev 1999-cu ildən Azərbaycan Respublikası Prezidenti yanında Qiymətli Kağızlar Üzrə Dövlət Komitəsinin sədri vəzifəsində çalışıb. O, 2005-2008-ci illərdə iqtisadi inkişaf naziri olub.
 
Ardını oxu...
Ermənistanın işğalı altında olan, bu ölkəni Gürcüstanla birləşdirən körpü Azərbaycana qaytarılacaq.

"Report” xəbər verir ki, bu barədə "Sputnik-Armeniya” məlumat yayıb.

Bildirilib ki, Ermənistanın baş naziri Nikol Paşinyan Kirants (Güney) və Açarkut kəndlərində yeni yolun inşası işlərilə tanış olub.

Məlumata görə, yeni yol ona görə inşa edilir ki, Ermənistandan Gürcüstana gedən yolda yerləşən körpü delimitasiya nəticəsində Azərbaycana təhvil veriləcək: "Buraya Güney kəndində iki ev, yolun bir hissəsi daxildir”.
 

Ardını oxu...
Ev almaq istəyən sabiq baş həkimi aldadıb külli miqdarda pulunu ələ keçiriblər. “Qafqazinfo” xəbər verir ki, söhbət Nəsimi rayonunda yerləşən 1 saylı uşaq poliklinkasının əvvəlki baş həkimi Ceyran Məmmədovadan gedir. Hazırda təqaüddə olan 70 yaşlı həkimi “Azər-Ross İk” MTK-nın sədri işləmiş Rauf Kərimov aldadıb.

İstintaq materiallarında yazılıb ki, zərərçəkmiş şəxs baş həkim işlədiyi vaxtlarda şəhərin mərkəz hissəsində mənzil almaq məqsədi ilə MTK rəhbərinə 87 min manat pul verib. Razılaşmaya əsasən, şirkət həmin pulun qarşılığında eks-baş həkimə Nəsimi rayonu ərazisində inşa edilmiş hündürmərtəbəli ev verməli imiş. C.Məmmədova pulu verdikdən bir müddət sonra onun yaxında köçməli olduğu evin əslində illər əvvəl başqa şəxsə satıldığını öyrənib. Həmin şəxsin də evi satmaq kimi bir fikri olmayıb. Bundan sonra zərərçəkmiş MTK rəhbəri Rauf Kərimovdan şikayət edib. R.Kərimov əvvəl həbs edilsə də, sonradan azadlığa buraxılıb. Hazırda barsində həbslə bağlı olmayan qətimkan tədbiri seçilib.

İstintaq vaxtı zərərçəkmiş C.Məmmədovanın ifadəsi əsasında maraqlı məqam ortaya çıxıb. Məlum olub ki, şirkət rəhbərinin ona satacağını dediyi ev Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (ləğv edilib-red) keçmiş aparat rəhbəri Vidadi Zeynalovun olub.

Məlumat üçün deyək ki, V.Zeynalov 2015-ci ildə korrupsiya cinayətlərinə görə həbs edilib. Həmin vaxt onun özünün və ailə üzvlərinin 50 milyona yaxın qiymətləndirilən əmlakı üzərinə həbs qoyulmuşdu. Sonradan isə həmin əmlakların bir qismi sahiblərinə qaytarılıb.

MTK rəhbəri R.Kərimov zərərçəkmiş şəxsə özünü Vidadi Zeynalovun kirvəsi kimi təqdim edib. Deyib ki, V.Zeynalovun cinayət işinə görə, 2008-ci ildə mənzili onun adından çıxararaq yaxınının adına keçirib. Onun dediyinə görə, mənzilin əsl sahibi də evinin satıldığını bilmir.

İstintaq vaxtı mənzilin qanuni sahibi olan Vidadi Zeynalovun qızı Lalə Zeynalova da dindirilib. L.Zeynalova şahid qismində tanındığı və hələ ki məhkəmə başlamadığı üçün onun ifadəsində dediklərini təqdim edə bilmirik. R.Kərimov isə özünü təqsirli bilmir.

Buna baxmayaraq, zərərçəkmişdən 87 min manat aldığını etiraf edib. O, həmin pulun əksər hissəsinin xəstəliyi ilə bağlı xərcləndiyini, hazırda zərərçəkmişə 71 min manat borcu qaldığını deyib. İş üzrə ilkin istintaq artıq tamamlanıb. Yaxın vaxtlarda məhkəmə başlayacaq.
 
 
 
Ardını oxu...
Mərkəzi Seçki Komissiyası (MSK) 6 partiyanın sentyabrın 1-nə təyin edilmiş Milli Məclisə növbədənkənar seçkilərdə səlahiyyətli nümayəndələrini qeydə alıb.

Qayanrinfo xəbər verir ki, bu barədə MSK katibi Arifə Muxtarova məlumat verib.

MSK-nın qərarına əsasən, Yeni Azərbaycan Partiyasının, Ümid Partiyasının, Böyük Qurtuluş Partiyasının, Demokratik İslahatlar Partiyasının, Ana Vətən Partiyasının və Klassik Xalq Cəbhəsi Partiyasının səlahiyyətli nümayəndələrinin qeydə alınması ilə bağlı müraciətlərinə baxılıb.

Məsələ səsverməyə çıxarılaraq qəbul edilib.
 
Ardını oxu...
Deputat Ramil Həsənin yenidən parlamentə düşməsi ehtimalı az qiymətləndirilir.

Buna bir neçə amil təsir edir. İlk növbədə Ramil Həsən yaddaşlarda otellərdən birində karantin dövründə maska qalmaqalı ilə qalıb. Vəkil Muxtar Mustafayevlə deputat arasında bir mübahisə yaşanmış və videosu yayılmışdı. Həmin məkanda M.Mustafayev Moldova əsilli, britaniyalı biznesmen Almari Vael Süleymanın qanuni nümayəndəsi qismində iştirak edib.
Almari Vael Süleymanın keçmiş həyat yoldaşının hazırda deputat Ramil Həsənlə evli olduğu bildirilir. Yayılan məlumata görə, britaniyalı biznesmenin həmin evlilikdən olan qızı indi Bakıda deputatın evindədir. Vael Süleyman qızı ilə görüş hüququ almaq üçün məhkəməyə müraciət etmişdi.
Üstəlik, deputat Fəzail Ağamalı onun emosional davranışını qınamışdı. Yəni bu məsələ ilə reputasiyası zədələnib.
İkinci səbəb isə Ramil Həsənin deputat kimi aktiv fəaliyyətinin olmamasıdır. Onun parlamentdə, mətbuatda az sayda çıxışlarını görmək olar.

Tribunainfo.az

Ardını oxu...
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) təlim proqramı çərçivəsində əməkdaşlıq etdiyi şirkətlərin aylardır ödənişlərini vermir. Bu isə sahibkarların ciddi narazılığına çevrilib. İşlərini yekunlaşdıran 10-dan çox şirkət aylardır ki, ödənişlərini gözləyir.

Bu barədə Bizim.Media-ya ödənişlərini ala bilməyən təlim mərkəzlərindən müraciət olunub.

Bildirdiklərinə görə göstərdikləri xidmət qarşılığında Agentlik onların ödənişlərini səbəbsiz yerə gecikdirir. İddialarına görə sözügedən ödənişlərlə bağlı sənədlər imzalanması üçün İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədri İnarə Vəliyevadadır. O, isə məlum olmayan səbəbdən sənədi imzalamır.

Şikayətçi şirkətlərin iddiasına görə Agentlikdə kağızla bağlı bürokratik əngəllər yaradılır. Hansı ki, sənədləşmə Agentlik sədrinin masasının üzərində olsa da, hansısa səbəbdən təsdiqlənmir.

Məsələ ilə bağlı İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinə müraciət etdik. Agentlikdən Bizim.Media-nın sorğusuna isə belə cavab verilib:

“Ödənişlərlə bağlı heç bir bürokratik əngəllər yoxdur. Hazırda ödəniş prosesi üzrə işlər aktiv şəkildə davam edir. İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin müvafiq şöbələri lazımi sənədləri və aktları yoxlayır. Bu yoxlama dəqiqliyi və uyğunluğu təmin etmək üçün nəzərdə tutulmuş standart maliyyə prosedurudur. Qeyd edildiyi kimi, bu prosesə təsir edən əlavə prosedurlar və ya əngəllər yoxdur”.

Kağızdan istifadə ilə bağlı məsələyə gəlincə Agentlikdən qeyd edilib ki, kağızdan istifadəni minimuma endirmək qurum üçün prioritet məsələdir:

“Davamlı olaraq daha çox rəqəmsal həlləri iş axınımıza inteqrasiya etməyə çalışırıq. Bununla belə, bəzi normativ tələblər və tənzimləmələr var ki, kağız sənədlərdən istifadəni və mərhələli addımları zəruri edir. Onu da qeyd edək ki, Technest yarandığı gündən etibarən (2021-ci il,oktyabr) 8 mindən çox şəxsi İKT üzrə təqaüdlü təlimlərə cəlb edib. Əmək bazarına uyğun olan məzunlarımızın 91%-i uğurla işlə təmin olunub. İKT sahəsində istedadların inkişaf etdirilməsi və işçi qüvvəsi ehtiyaclarının qarşılanması missiyası hər zaman bizim üçün prioritetdir. Mövcud proseslər missiyamıza mane olmaq yox, keyfiyyət göstəricilərinin artırılması məqsədilə həyata keçirilir. Biz iştirakçılarımıza yüksək keyfiyyətli təlim və karyera təmin etməyə çalışırıq”, – deyə Agentlikdən bildirilib.

Qeyd edək ki, İRİA təsis etdiyi Technest təqaüd proqramı çərçivəsində ölkədə rəqəmsal texnalogiyaları sahəsində mütəxəsislərin yetişdirilməsi üçün çoxlu sayda təlim mərkəzləriylə tərəfdaşlıq edir. Hansı ki, bu günə kimi bu təqaüd proqramıyla çoxlu sayda vətəndaşlarımız müasir peşə bacarıqlarına yiyələnərək ölkəmizin inkişafına öz töhfəsini vermək üçün çalışır.

Məlumat üçün onu da bildirək ki, yazı dərc olunan müddətə qədər İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi tərəfindən şikayətçi şirkətlərə ödəniş edilməyib.
Ardını oxu...
Sentyabrın 1-də gözlənilən parlament seçkiləri ilə bağlı bu günlərdə cəmiyyətin ictimai-siyasi proseslərlə maraqlanan müəyyən bir hissəsini düşündürən suallardan biri də Milli Məclisin dəfələrlə deputat seçilmiş, xüsusən də ahıl yaşlı üzvlərinin namizədliklərini yenidən irəli sürüb-sürməməkləridir.

Qeyd edək ki, ümumi qəbul olunmuş yaş təsnifatına görə 60-74 yaş intervalında olan şəxslər ahıl, 75-89-yaş intervalında olanlar qoca, yaşı 90-dan çox olanlar isə uzunömürlü hesab edilir...

Mövzu ilə maraqlananda bəlli oldu ki, deyəsən, bəzi qoca deputatlar yenidən namizədliklərini irəli sürüb-sürməmək haqda qərar verə bilmirlər. Odur ki, inzivaya, yəni xəlvətə çəkilib dərin-dərin düşünürlər...

Məsələn, parlamentin ən yaşlı və stajlı deputatı – 85 yaşlı Ziyad Səmədzadə telefon zənglərinə cavab vermir. Ancaq, çox güman ki, sovet dövrünü də hesablasaq, artıq 8 dəfə deputat olmuş Ziyad müəllim 9-cu dəfə namizədliyini irəli sürmək qərarından çəkinəcək.

Parlament üzvlərindən biri olan və 2020-ci ildə 7-ci dəfə deputat ola bilmiş 79 yaşlı Eldar İbrahimov telefon zənglərini açıq şəkildə rədd edir.

77 yaşlı Əhliman Əmiraslanov da zənglərə cavab vermir. Hər 2 deputatın bəhs edilən mövzuda mediaya heç bir açqlamasına rast gəlmədik...

Vətəndaş Həmrəyliyi partiyasının 78 yaşlı sədri Sabir Rüstəmxanlının isə telefonuna zəng çatmır. Lakin “Ömür karvanı”nın müəllifi hələ iyunun 4-də mediaya açıqlamasında bildirib ki, onun seçkilərdə iştirak edib-etməyəcəyi məlum deyil. Amma...

“Hələ ki, deputat seçkiləri ilə bağlı rəsmi qərar yoxdur. Məhz bu səbəbdən seçkilərdə iştirak edib-etməyəcəyim məlum deyil. Amma namizədliyimin irəli sürülməsi ilə bağlı Vətəndaş Həmrəyliyi partiyasının qərarı olarsa, daha əvvəl deputat seçildiyim 61 saylı Neftçala seçki dairəsindən seçkilərə qatıla bilərəm”- deyə şair-yazıçı deputat bildirib.

7 dəfə parlament üzvü ola bilmiş Ana Vətən partiyasının 77 yaşlı Fəzail Ağamalı Moderator.az-a açıqlamasında mövzu ilə bağlı qısa danışdı:

“Bu mövzu ilə bağlı bir neçə dəfə açıqlama vermişəm. Dediklərimizi təkrarlamayaq...”

“Milli Məclis üzvlüyünə namizədliyinizi yenidən irəli sürməyi qətiləşdirmisinizmi?” sualını isə deputat belə cavablandırdı:

“Gələn həftə Ana Vətən partiyası İdarə Heyətinin hansı dairələrdən kimlərin namizədliklərini irəli sürməklə bağlı qərarı olacaq. Həmin qərardan sonra açıqlama verəcəyik. Necə ki, bu gün Yeni Azərbaycan partiyası və başqa partiyalar edir, biz də elə edirik...”

Xatırladaq ki, bundan əvvəl, iyunun 13-də F. Ağamalı mediaya belə bir açıqlama verib:

"Hələ ki, müzakirələr gedir. Güman edirəm ki, yenə həmin dairədən namizədliyimi irəli sürəcəyəm".

21 iyundakı növbəti açıqlamasında isə partiya sədri qərarını bir az da qətiləşdirib:

“İlkin müzakirələrdə Ana Vətən Partiyasının sədri kimi mənim seçkilərdə iştirakım vacib hesab edilib. Təbii ki, mən partiya üzvlərinin fikri ilə razılaşmışam, bu seçkilərdə iştirak etmək niyyətindəyəm”.

77 yaşlı Vahid Əhmədov Moderator.az-a açıqlamasında məsələ ilə bağlı bunları söylədi:

“Demək olar ki, namizədliyimi irəli sürmüşəm. Yəni ərizəmi MSK-ya göndərmişəm. Amma qalan məsələlər, təbii ki, sonra bilinəcək. Yenə də 52 saylı Quba-Qusar seçki dairəsindən namizədliyimi vermişəm”.

74 yaşlı Tahir Rzayev də telefon zənglərinə cavab vermir. Lakin o mayın əvvəlində mediaya verdiyi açıqlamada seçkilərdə yenidən iştirak etmək niyyətini ifadə edib:

“Mən Yeni Azərbaycan Partiyasının üzvüyəm. İlk gündən Partiyanın sıralarında olmuşam, onun təşkilatlanmasında müəyyən qədər iştirak etmişəm. Bu gün YAP-ın bir əsgəriyəm. YAP məsləhət bilərsə, sözsüz ki, namizədliyimi müdafiə etməyə hazıram".

71 yaşlı Aqil Abbas Moderator.az-a açıqlamasında daha konkret cavab verdi:

“Mən gedecəyəm Qarabağa, camaatımızla məsləhət edib, sonra qərarımı açıqlayacağam...”

Mayın 16-da mediaya verdiyi açıqlamada isə yazıçı-deputat belə deyib:

“2020-ci ildə keçirilən parlament seçkilərində Qarabağ regionundan seçilmişdim. Növbəti seçkilərdə isə hansı seçki dairəsindən qatılacağım dəqiq deyil. Çünki seçkilərdə iştirak edib-etməyəcəyim hələ ki, məlum deyil”...
 
Ardını oxu...
Azərbaycan Demokrat Partiyası (ADP) növbədənkənar parlament seçkilərində iştirak edəcək.

Bu qərarı Yenisabah.az-a ADP sədri Sərdar Cəlaloğlu açıqlayıb. Onun sözlərinə görə, Azərbaycan Demokrat Partiyasının növbədənkənar parlament seçkilərində iştirak edəcək namizədlərinin siyahısını hazırdır:

“Ötən gün Azərbaycan Demokrat Partiyası növbədənkənar parlament seçkilərində iştirak edəcək namizədlərinin siyahısını açıqladı. Biz 25-dən artıq namizədimizi müəyyən etmişik. Konkret olaraq, mən özüm Babək, Şahbuz, Kəngərli seçki dairələrindən birindən namizəd olacağam, digər yoldaşlar da Azərbaycanın digər bölgələrindən namizədliklərini irəli sürəcəklər. Biz artıq partiya olaraq qərarımızı vermişik, namizədlərimizi irəli sürmüşük, hazırda məsələ rəsmiləşdirilmə mərhələsindədir”.

Yaşlı şəxslərin deputat seçilməsinə qarşı çıxanlar barədə danışan Cəlaloğlu bu fikri səsləndirənləri sərt şəkildə tənqid edib:

“Dövlət idarəçiliyində bu cür uydurma sözlərdən istifadə etmək müəyyən dairələrin öz maraqlarını həyata keçirməsi məqsədi güdür. Elə cavan var ki, onu heç adam içinə buraxmaq olmaz, elə yaşlılar da var ki, bəşəriyyətin taleyini həll edə bilər. Yaşın məsələyə nə dəxli var?!

Ho Şi Min 95 yaşında Vyetnam Prezidenti idi, Nelson Mandela 80 yaşında Cənubi Afrikanın prezidenti oldu, Mahatma Qandi 70 yaşlarında Hindistanı azad etdi, Mao Tszedun 80 yaşında Çin Xalq Respublikasının lideri olub, o boyda ölkəni idarə edib.

Bu gün dünyanın aparıcı ölkəsi - Amerikada iki prezident çıxış edir, onların ən kiçiyinin yaşı 70-dən yuxarıdır.

Azərbaycanda isə hərdən bir söz uydurub atırlar ki, “yaşlılar getməlidir”. Məqsəd müəyyən qüvvələri siyasətdən kənarda saxlamaq üçün bəhanə əldə etməkdir. Şəxsin 80 yaşı olsun, əgər onun ağlı, vicdanı varsa, xalqı üçün əlləşirsə, bu kifayətdir.

Elə adam var ki, cavan oğlandır, 6 dəfə parlamentdə təmsil olunub, bir dəfə ağzını açıb “A”, “B” hərflərini belə deməyib. Bax, belə adamları millət vəkili seçmək olmaz. Yadda saxlayın ki, demokratiya yalançı sözlərlə inkişaf etməz!”
 
 
 
Ardını oxu...
Yəmənin “Ənsar Allah” hərəkatı (husilər) ötən ilin noyabrından bəri Qırmızı və Ərəb dənizlərində ümumilikdə 162 gəmiyə zərbələr endirib.

"Aznews.az" xəbər verir ki, bu barədə "Al Masirah" telekanalı məlumat yayıb.

Hərəkatın lideri Abdel Malek əl-Husinin sözlərinə görə, cəmi bir həftə ərzində 6 gəmi hücuma məruz qalıb, bu müddət ərzində ballistik və qanadlı raketlərdən, pilotsuz uçuş aparatlarından istifadə edilib.

Qeyd edək ki, Qəzza zolağında münaqişənin alovlanmasından sonra “Ənsar Allah” İsrail ərazisinə hücum etməklə Qəzzada əməliyyat dayandırılanadək İsraillə əlaqəli gəmilərin Qırmızı dəniz və Bab-əl-Məndəb boğazı sularından keçməsinə icazə verməyəcəyi ilə hədələyib.
 
Ardını oxu...
Azərbaycanın bir çox müxtəlif ərazilərində, istər kənd, istər şəhərdə ətraf mühitin kobud şəkildə çirklənməsi halları mövcuddur.

Əhali hara gəldi məişət və digər tullantıları atır təbiətə ciddi ziyan vururlar. Tullantıların miqdarı artdıqca, xüsusilə təhlükəli tullantıların idarə edilməsində strategiyaların hazırlanması getdikcə daha vacib məsələyə çevrilir. Bu barədə də yerli İH-nin cavabdeh şəxsləri hadisələri görməzdən gəlir.

Beləki, oxşar hadisə Azərbaycanın gözəl guşəsi sayılan Şəki şəhərində də müşahidə olunur. Təhlükəli tullantıların yandırılmasından yaranan tüstü şəhər ərazisində biabırçı mənzərə yaradıb.

Zibil tullantılarının yandırılması nəticəsində yaranan ciddi fəsadlar, ətraf mühitin kobud şəkildə çirklənməsinə səbəb olub.

Ətraflı videoda:

Bildiraək ki, Ekologiya.az-ın əməkdaşları hadisə barədə ETSN –nin 7 Saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsini məlumatlandırıblar. Dərhal hərəkətə keçən 7 Saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsini əməkdaşları hadisəni yerində araşdırmağa başlayıblar.
 

Dünyapress TV

Xəbər lenti