Ardını oxu...
“Bir ildən çoxdur ki, Taleh Məmmədovun yaşadığımız ərazidə tikdiyi fermanın əzabını çəkirik. Evlərin arasında tikilən fermada 40 baş civarında iribuynuzlu heyvan saxlayır. Həyətin 7 sotu fermadır, 3 sotuna da heyvanların peynini tökür. Pəncərəni aça bilmirik, həyətdə otura bilmirik”.

Masallının Şərəfə kənd sakini Musa İmanov Meydan TV-yə danışır ki, evinin bir neçə metrliyində bir ildən çoxdur fəaliyyət göstərən ferma onu və ərazidə yaşayan digər ailələri narahat edir. Deyir ki, qonşuların şikayət etmədiyi qurum qalmayıb, heç kəs bu adamla bacarmır:

“Deyir, pulumu verib tikmişəm, əcəb edirəm, mənə heç kim heç nə edə bilməz. Bunun polis şöbəsində müstəntiq işləyən bir sinif yoldaşı var, hər yerdə onu verir qabağa, ona güvənir”.

“Deyir, xoşunuza gəlmir, köçün, gedin”

Sakinin iddiasına görə, ferma sahibi təmizliyə riayət etmir, əksinə, şikayətçi olduqları üçün qonşulara daha çox əziyyət verir:

“Heyvanın peynini, sidiyini həyətə buraxır, pəncərəm fermaya açılır. Üfunət evlərimizə, həyətlərimizə dolur. Bir ildən çoxdur ki, pəncərəni açmıram. Özünə də deyirik. Ora-bura şikayət etdiyimiz üçün bizə gözdağı verir, deyir, öz həyətimdir, istəyərəm təmizləyərəm, istəyərəm peyin yığaram. Pulumu verib, ferma tikdirmişəm, xoşunuz gəlmir, peyin qoxusunu çəkə bilmirsiz, köçün, gedin, başqa yerdə yaşayın”.

Masallı rayon İcra Hakimiyyətindən Meydan TV-yə bildirilib ki, Şərəfə kəndində qonşular arasındakı ferma mübahisəsindən xəbərdardılar. Hətta qurumun rəhbərliyinin tapşırığıyla əməkdaşlar ferma sahibinə xəbərdarlıq da ediblər. Ərazidə yaşayan vətəndaşlar buna görə aidiyyəti üzrə Ekologioya və Təbii Sərvətlər Nazirliyinə, polisə, məhkəməyə müraciət etməlidilər.

“Bu adamla icra hakimiyyəti də bacarmadı”

Musa İmanov icra başçısına şikayət etdiyini, qurumun əməkdaşlarının əraziyə gəldiyini, ancaq bunun dəyişikliyə səbəb olmadığını deyir:

“İcra başçısı yanındakı əməkdaşlara dedi ki, sizin bu məsələdən niyə xəbəriniz yoxdur? Göstəriş verdi, 3-4 ay əvvəl əməkdaşlar da, kəndin icra nümayəndəsi də gəldi, fermanın sahibiylə söhbət etdilər, tapşırdılar ki, təmizlik işləri görsün, qonşuları narahat eləməsin. Dedilər, təmizliyə riayət elə, işini davam elə. Ancaq heç bir nəticəsi olmadı. Bu adamla icra hakimiyyəti də bacarmadı. Deyir, hara istəyirsiz şikayət edin, öz yerimdir, öz fermamdır, heç kim qarışa bilməz”.

Şikayətçi əraziyə dəfələrlə icra nümayəndəsinin, sahə polisinin gəlib ferma sahibiylə danışıqlar apardığını, ancaq faydasız olduğunu vurğulayır.

“Fərdi ev tikintisi üçün verilən torpaqda ferma tikib”

Uzun illərdir ərazidə yaşayan Rəhim Rəhimli, İmran Omanov və başqa qonşular da fermanın fəaliyyətindən narazıdır. Onlar bu ərazidəki torpaqların vətəndaşlara fərdi ev tikintisi üçün satıldığını bildirirlər:

“Burdakı evlər 90-cı illərin əvvəllərindən tikilib. Yüzlərlə ailə yaşayır. Ona da yer ev tikmək üçün verilib. Ancaq o, ev əvəzinə ferma tikib. Fermanın dörd tərəfi də fərdi yaşayış evləridir. Buna kim, necə icazə verib, bilmirik. Kimsə pul alıb, fermanın tikintisini görməzdən gəlib, əvəzində bu qədər əhali günün 24 saatı ciyərlərinə peyin iyi çəkir”.

Meydan TV Taleh Məmmədov ilə əlaqə saxlaya bilməyib.

1 saylı Lənkəran Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən bildirilib ki, məsələ ilə bağlı Şərəfə kənd sakini Musa İmanovun şikayəti daxil olub. Şikayət əsasında əraziyə baxış keçiriləcək, vəziyyətə uyğun olaraq qərar qəbul olunacaq.

Hüquqşünas Namizəd Səfərov deyir, əgər fermanın yaradılması zamanı təsərrüfatla fərdi yaşayış evləri arasındakı qanunvericilikdə nəzərdə tutulan məsafə saxlanılmayıbsa, aidiyyəti qurumlar fermanın yaradılmasına imkan veriblərsə, sakinlər həm ferma sahibinə, həm də aidiyyəti qurumlara qarşı məhkəmə mübahisəsi aça bilərlər.
 
Ardını oxu...
Məlum olduğu kimi, Ədliyyə Nazirliyinin Xaçmaz Regional Ədliyyə İdarəsinin sabiq rəisi Cavanşir Əvəzovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb. Hökmə əsasən, Cavanşir Əvəzovla 9 il 6 ay azadlıqdan məhrumetmə cəzası təyin edilib. Lakin məhkəmə müttəhimin cəzanı real çəkməsini məqsədəuyğun hesab etməyib. Əvəzova münasibətdə Cinayət Məcəlləsinin 70-ci (şərti məhkümetmə) maddəsi tətbiq edilib.

Məlumat üçün qeyd edək ki, ittihama görə, Cavanşir Əvəzov qanunvericiliyin ona verdiyi səlahiyyətlərdən yararlanıb etibardan sui-istifadə etmə və aldatma yolu ilə bələdiyyə və dövlət mülkiyyətində olan torpaq sahələrinin rəsmi sənədlərini saxtalaşdırıb başqa-başqa adamların adına rəsmiləşdirib. İddia olunur ki, o, qanunsuz əldə etdiyi gəlirin həqiqi mənbəyini gizlətmək məqsədilə qazandığı pulları leqallaşdırıb. Məhz bu səbəbdən də Cavanşir Əvəzov 9 il 6 ay müddətinbdə azadlıqdan məhrum edilib. Lakin bu cəzanın qısa müddət ərzində şərti cəza ilə əvəzlənməsi baş verib ki, bu da tamamilə anlaşılmazdır.

Sabiq rəisə şərti cəza hansı əsasla verilib?

Hər şeydən öncə qeyd edək ki, Cavanşir Əvəzovun törətdiyi iddia olunan saysız-hesabsız qanunsuzluqlardan sonra şərti cəza alması ölkənin ədalət sisteminə inamsızlıq formalaşdırır.

Xatırladaq ki, Cavanşir Əvəzov xüsusilə külli miqdarda dələduzluğa cəhd etməkdə, külli miqdarda dələduzluqda, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini leqallaşdırmaqda, rəsmi sənədləri saxtalaşdırmaqda və başqa cinayətlərin törədilməsində ittiham olunub. Onun barəsində ilkin və məhkəmə istintaqı dövründə "başqa yerə getməmək haqqında" iltizam qətimkan tədbiri seçilib. Bildirilir ki, Cavanşir Əvəzovla bağlı ittihamlar məhkəmə prosesində də sübut olunub və nəticə olaraq 9 il 6 ay müddətində həbsə məhkum edilib. Lakin sonradan bu qərar dəyişdirilərək şərti cəza ilə əvəzlənib və o, azadlıqda qalmağa nail olub.

Bala Əvəzovun başgicəlləndirən sərvəti

Cavanşir Əvəzovla bağlı maraqlı məqamlardan biri onun Məhərrəm Əvəzovun oğlu olması faktıdır. Bilməyənlər üçün deyək ki, uzun müddət Novxanı bələdiyyəsinin sədri vəzifəsində çalışan Məhərrəm Əvəzovun adı da kənd torpaqlarını dədə-baba mülki kimi sataraq külli miqdarda sərvət qazanmaqda hallanıb. Bu gün Məhərrəm Əvəzovun Novxanıdakı evinin həyətində dəyəri 100 min manatlarla ölçülən bir neçə avtomobil, kənddə bir neçə böyük ticarət və ictimai iaşə obyekti, çoxlu sayda kirayə və satış məqsədli ikimərtəbəli və üçmərtəbəli evləri mövcuddur.

Üstəlik, Məhərrəm Əvəzovun yalnız Abşeron rayonunda deyil, respublikanın bir çox bölgələrində böyük torpaq sahələri, mal-qara sürüləri, fermaları mövcuddur. Deyilənə görə, övladı Cavanşir Əvəzovun şöhrət və vəzifə pilləllərində sürətlə irəliləməsində də Məhərrəm Əvəzovun sahib olduğu pulların çox böyük rolu olmuşdur. Bu gün Cavanşir Əvəzovun ölkənin şimal zonası ilə yanaşı, Oğuz, İsmayıllı, Şəki, Zaqatala ərazisində də hektarlara torpaq sahəsi, qoyun və mal-qara sürüləri, nəhəng malikanələr, ticarət obyektləri mövcuddur. Hansı ki, bu sərvətlərin çoxu nə istintaq, nə də məhkəmə prosesində aşkara çıxarılmayıb. Halbuki, qanun və ədalət Cavanşir Əvəzovdan bunca qanunsuz sərvətin hesabını sormağı zəruri edir.

Ümid edirik ki, dövlət əmlakını külli miqdarda talamaqda ittiham olunan Cavanşir Əvəzovla bağlı qərar bir daha gözdən keçiriləcək, qanunlara qarşı sayğısızlıq aradan qaldırılacaqdır.

Hurriyyet.Az
 
 
 
Ardını oxu...
Bakı şəhəri Pirallahı Rayon İcra Hakimiyyətinin başçısı İmanov Vasif Həsən oğlunun vəzifəsindən azad ediləcəyi bildirilir.

XALQ.AZ -a verilən məlumatda qeyd olunub ki, V.İmanovun fəaliyyəti qənaətbəxş hesab olunmur.

İddia olunur ki, “YAP”ın namizədi olmayan deputart icra başçısı vəzifəsi təyin olunacağı gözlənirlir.

Qeyd: V.İmanov “Azərsu” ASC-nin sabiq sədri Qorxmaz Hüseynovun qudasıdır.

O, əvvəllər ARDNŞ-də Sosial İnkişaf İdarəsinin rəis müavini işləyib, SOCAR-ın sabiq prezidenti Rövnəq Abdullayevin kadrı kimi tanınır.

Mətbuatda icra başçısının şirkətinin, xaricdə və ölkədə dəyəri milyonlarla ölçülən əmlaklarının olduğu barədə məlumatlar yer alıb, bu faktlar təkzib olunmayıb.
Oğlu Turan Həsənzadə “Mercedes GLS” markalı 90 AA 575 dövlət nömrə nişanlı avtomobili ilə sərxoş vəziyyətdə qəza törətməsi ilə gündəmə gələn qalmaqallı icra başçısının bir müddət əvvəl qaziyə “süpürgəçilik işi” təklif etməsi də ciddi narazılığa səbəb olmuşdu.
Ardını oxu...
Məlum olduğu kimi, hakim Yeni Azərbaycan Partiyası (YAP) ötən gün 1 sentyabr tarixində keçiriləcək növbədənkənar parlament seçkilərində mübarizə aparacaq bütün namizədlərinin adlarını açıqlayıb.

YAP-ın budəfəki siyahısında 12 deputatın – Vasif Talıbov, İsa Həbibbəyli, Oqtay Əsədov, Aqiyə Naxçıvanlı, Sədaqət Vəliyeva, Elşad Mirbəşir, Bəxtiyar Sadıqov, Nizami Cəfərov, Elnur Allahverdiyev, Cavid Osmanov, Əliabbas Salahzadə və İqbal Məmmədovun adları yer almayıb.

İlk baxışda hakim partiyanın siyahısının müəyyən qədər “gəncləşdiyi” görünsə də, YAP yaşı 70-i ötmüş və seçiləcəyi təqdirdə növbəti 5 il ərzində parlament fəaliyyəti sual doğuran bəzi deputatlarla yollarını ayıra bilməyib.

Məsələn, YAP 79 yaşlı Eldar İbrahimovun namizədliyini yenidən irəli sürüb. YAP-ın siyahısındakı ən yaşlı namizəd olan E. İbrahimov hazırkı parlamentdə yaşca yalnız Ziyad Səmədzadədən kiçikdir. I, II,III, IV, V, VI Milli Məclisin deputatı olmuş E. İbrahimov bu dəfə də 4 saylı Naxçıvan şəhər seçki dairəsində mübarizə aparacaq.

YAP-ın ikinci, hazırkı MM-in ən yaşlı üçüncü deputatı olan Mixail Zabelinin isə 78 yaşı var. O da E. İbrahimov kimi Milli Məclisin bütün çağırışlarının deputatı olub. YAP bu dəfə Mixail Zabelinin namizədliyini 34 saylı Xətai ikinci seçki dairəsindən irəli sürüb.

YAP-ın ən yaşlı üçüncü namizədi isə Əhliman Əmiraslanov olub. 77 yaşlı Ə. Əmiraslanov Milli Məclisin IV, V və VI çağırışlarının deputatı olub. Onun namizədliyi 67 saylı Sabirabad seçki dairəsindən irəli sürülüb.

74 yaşlı Tahir Rzayev ikinci dəfə YAP-ın siyahısına düşməyi bacarıb. Milli Məclisdə ilk dəfə təmsil olunan T. Rzayev 86 saylı Ağcəbədi seçki dairəsindən deputatlıq yarışına qatılacaq.

Yaşı 70-i ötmüş digər YAP namizədi isə Elman Məmmədovdur. 73 yaşlı E. Məmmədov 118 saylı Ağdam-Xocalı seçki dairəsində mübarizə aparacaq. Qeyd edək ki, E. Məmmədov Milli Məclisin II,III, IV, V və VI çağırışlarının deputatı olub.

YAP Milli Məclisin III, IV, V və VI çağırışlarının deputatı olmuş Cavanşir Paşazadənin namizədliyini də yenə irəli sürüb. 76 saylı Lənkəran-Masallı seçki dairəsində mübarizə aparacaq Cavanşir Paşazadənin isə 71 yaşı var.

“AzPolitika.info”
 

Ardını oxu...
Yeni Azərbaycan Partiyasının deputatlığa namizədlər siyahısında yeni adlar var.

Gununsesi.info həmin şəxslərin kimliyi ilə bağlı araşdırmalar aparır.

İlk araşdırmamız 59 saylı Quba Seçki Dairəsindən deputatlığa namizəd Məhərrəmzadə Əlibala Səttar oğludur.

Hazırda rayonda iş adamı kimi tanınan Əlibala Məhərrəmzadə Qubadakı “Şahdağ Turuskavets” Sanatoriyasının sahibidir.

Araşdırmamız zamanı onun iş adamı olmasına baxmayaraq, külli miqdarda borcunun olduğu da üzə çıxıb.

Məlum olub ki, Əlibala Məhərrəmzadənin toplam 10 milyona yaxın borcu var.

İddialarla bağlı Əlibala Məhərrəmzadənin mövqeyini öyrənmək cəhdimiz baş tutmadı.

Qeyd edək ki, Əlibala Məhərrəmzadənin hazırda rəqibi deputat Vahid Əhmədov və onun əmisioğlu olduğu bildirilən Əliabbas Məhərrəmovdur.
Ardını oxu...
Bakıda maneə ilə üzləşən sürücü qeydə aldığı videonu sosial şəbəkə hesabında paylaşıb. Avtosfer.az xəbər verir ki, hadisə Badamdar qəsəbəsində baş verib. Belə ki, sürücü Abbasqulu Abbaszadə küçəsindən ("Badam" klinikasının yanından) sola dönərək hərəkət edib. Lakin qarşıda şlaqbaum quraşdırıldığı üçün sürücü yoluna davam edə bilməyib. Yaxınlıqda olan şəxsdən yolun olub-olmadığını soruşan zaman, həmin şəxs orada milyonerlərin yaşadığını və şlaqbaumun pultunun onlarda olduğunu bildirib.

Qeyd edək ki, ümumi istifadədə olan yola şalqbaumların, sədlərin, maneələrin quraşdırılması və hərəkətin məhudlaşdırılması qanunla qadağandır. Bu əməlin törədilməsinə görə, İnzibati Xətalar Məcəlləsinin 354.0.4-cü maddəsində cərimə nəzərdə tutulub. Belə ki, fiziki şəxslər 80 manatdan 100 manatadək, vəzifəli şəxslər 400 manatdan 500 manatadək, hüquqi şəxslər 3000 manatdan 4000 manatadək cərimə edilə bilər.

 
 

 


Ardını oxu...
Cari ilin aprelin 29-da istifadəyə verilən Qəbələ Rayon Mərkəzi Xəstəxanasının yeni binası müasir tələblərə cavab vermə baxımından seçilir.

Yenicag.az xəbər verir ki, bununla belə, Qəbələ sakinlərinin şikayətçi olduğu bir sıra məqamlar var.

Bunlardan birincisi, xəstəxana binasının mərkəzdən çox uzaqda yerləşməsidir. Vətəndaşlar xəstəxanaya gediş-gəlişin özəl avtomobili olmayan şəxslər üçün çətin olduğunu qeyd edirlər. Uzaq kəndlərdən xəstəxanaya gələnlər bildirirlər ki, sadəcə 10-15 manat yola xərcləmək məcburiyyətində qalırlar.

İkinci çətinlik isə həm xəstələrin, həm də həkimlərin ortaq probleminə çevrilib. Belə ki, xəstəxənada mətbəx olsa da, kafe yoxdur. Buna görə də hər bir həkim yeməyini evdən gətirmək məcburiyyətində qalır, bütün günü xəstəxanada keçən xəstələr isə ac qalırlar.

Xəstəxandakı yeni növbə cihazlarının işləməməsi də şikayətlər arasındadır. Buna görə də növbələr zamanı basabas yaranır, vətəndaşlara xidmət göstərilməsi axsayır.
 
Ardını oxu...
“Yeni Azərbaycan Partiyası oturuşmuş bir siyasi təşkilatdır. Biz onların daxili işlərinə qarışa bilmərik. Partiyada Tahir Budaqov, Əli Əhmədov kimi ağıllı adamlar var. O cümlədən, cənab Prezidentimiz partiyanın sədridir. Hər halda, onlar nə məsləhət görüblərsə, o da olacaq”.

Bu sözləri Yenicag.az-a açıqlamasında Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyev deyib.

YAP-ın builki seçki siyahısında adı olmayan sabiq millət vəkillərindən söz açan partiya sədri deyib ki, sözügedən şəxslər etimadı doğrulda bilməyiblər.

““Mürdəşiroğlu” və digərləri seçilməyibsə, yəqin ki, YAP-ın bir bildiyi var. Çünki YAP müstəqil bir partiyadır və nəyisə bilirsə, elə də edir. Mən həmin siyahıda Elnur Allahverdiyevin də adını gördüm. İndiyə qədər belə bir deputatın varlığından xəbərsiz idim. Mən bu adamı “Kontakt Home”un yiyəsi kimi tanımışam. Bu adam deputat olmaqdansa, gedib paltaryuyan maşınlarını, televizorlarını satsın, daha yaxşı. Onun parlamentdə nə işi var?! Görünür, bu adamlar yüz dənə yerə işləyirlər deyə onlara təzədən etimad göstərilmədi. Həssas dövrdə gərək belə şeylərə fikir verəsən”.

Partiyasının parlament seçkilərində iştirak edib-etməyəcəyi sualına isə siyasətçi belə cavab verib:
“Hələlik mənim namizədliyim bilinmir. Lakin biz Nizami Rayon İcra Hakimiyyətində çalışan nümayəndəmizin namizədliyini irəli sürmüşdük. Həmin şəxs Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında təhsil alır. O şəxs bizim ideoloji sahəyə baxan keçmiş müavindir”.
Ardını oxu...
Külli miqdarda dələduzluqda ittiham olunan iş adamı, "Elite Travel" MMC-nin təsisçisi Sadıxov Xalıq Faiz oğlu ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Antiterror Mərkəzinin sabiq rəisi, general-mayor Elçin Quliyev və həmin Mərkəzin əməkdaşı, polkovnik Azər Mehdiyevə qarşı məhkəmədə iddia qaldırıb.

İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, Nəsimi Rayon Məhkəməsinə müraciət edən iş adamı maddi və mənəvi ziyanın ödənilməsini istəyir.

İddia hakim Nail Abbasovun icraatına verilib.

İttihama görə, "Elite Travel" MMC-nin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində cinayət işi başlanıb. İstintaq zamanı cəmiyyətin təsisçisi Xalıq Sadıxov, direktoru Fariz Sadıxov və baş mühasibi Sevda Nuriyevanın xidməti vəzifələrinin icrası ilə əlaqədar qulluq mövqeyindən istifadə etməklə "Azər Türk Bank" ASC ilə bağlanmış kredit müqaviləsi əsasında bankdan götürülmüş 575 min manat məbləğində pul vəsaitinin 320 min manatını qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alınmadan və xüsusi razılıq tələb edildiyi halda belə razılıq olmadan "Elite Travel" MMC-nin adından bank kimi qanunsuz fəaliyyət göstərərək kredit şəklində ayrı-ayrı Bakı və Sumqayıt şəhər sakinlərinə vermələrində, eyni zamanda həmin şəxslərdən əsas və faiz borcunun ödənişi adı ilə qəbul etdikləri 109 min 810 manat məbləğində pulu etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmələrində, habelə Bakı şəhər sakininin qeyri-yaşayış sahəsini "Azər Türk Bank" ASC-də ipoteka ilə yüklü edərək mülkiyyət hüquqları ilə bağlı vətəndaşın mənafeyinə mühüm zərər vurmalarında şübhələr üçün əsaslar olduğundan Xaliq Sadıxov və Fariz Sadıxova Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq), 192.2.1 (qanunsuz sahibkarlıq), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui-istifadə) və 313-cü (vəzifə saxtakarlığı), Sevda Nuriyevaya isə 32.5, 178.3.2, 192.2.1, 308.2 və 313-cü maddələri ilə ittiham elan edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə X.Sadıxov və F.Sadıxovun hər biri 12 il, şirkətin mühasibi Sevda Nuriyeva isə 3 il müddətinə azadlıqdan məhrum edilib.

Bakı Apellyasiya Məhkəməsi isə X.Sadıxov və F.Sadıxovun hər birinin cəzasını 9 ilə endirib.

Xatırladaq ki, həbsdə olan X.Sadıxov aMtb-in Antiterror Mərkəzinin sabiq rəisi, general-mayor Elçin Quliyev və həmin Mərkəzin əməkdaşı, polkovnik Azər Mehdiyevin cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınıb.

Bakı Hərbi Məhkəməsinin hökmü ilə Elçin Quliyev 10 il 6 ay, Azər Mehdiyev isə 8 il azadlıqdan məhrum edilib. Prezident İlham Əliyevin 2023-cü il may ayının 8-də imzaladığı sərəncamla Azər Mehdiyev əfv edilib.

Ardını oxu...
1 sentyabr VII çağırış Azərbaycan Respublikası Milli Məclisinə seçkilərin yaxınlaşması deputat seçilmək istəyən bir sıra şəxsləri hərəkətə keçirib. Artıq mediada bir sıra nüfuzlu şəxslərin, iş adamlarının millət vəkilliyinə iddia etməsi ilə bağlı məlumatlar dərc olunmaqdadır.

Dia-az.İnfo bildirir ki, bu xüsusda editor.az-ın redaksiyasına daha bir tanınmış və qalmaqallı iş adamının deputat seçilməyə çalışdığı barədə maraqlı informasiya daxil olub.Məlumata görə, “Xaliq Faiqoğlu” MMC-nin rəhbəri Faiq Seyidov millət vəkili seçilmək üçün bütün imkan və əlaqələrini səfərbər edib. İddiaya görə, Faiq Seyidov hazırda deputat, ölkənin əsas dərman monopolistlərindən hesab edilən Kamaləddin Qafarovun seçildiyi 9 saylı Binəqədi ikinci seçki dairəsindən millət vəkili seçilməyə çalışır. F.Seyidovun bütün yaxın ətrafına deputat seçilmək üçün siyasi xeyir-dua aldığını və hakim Yeni Azərbaycan Partiyasının seçkilərdə onun namizədliyi üçün güzəştə gedəcəyini elaan etdiyi qeyd olunur.

Editor.az xatırladır ki, Faiq Seyidov ölkənin ən qalmaqallı iş adamlarından biri hesab edilir. Uzun illər paytaxt Bakının ictimai nəqliyyat sektorunu monopoliyada saxlayan F.Seyidov oğlunun maşınla adam vuraraq öldürməsi xəbəri ilə uzun müddət medianın diqqət mərkəzində olub.

Editor.az mediada yazılanlara istinadən xəbər verir ki, “Xaliq Faiqoğlu” MMC-nin faktiki sahibi Faiq Seyidovun oğlu Xaliq Seyidov 2014-cü ildə ağır qəza törədib.

Yerli KİV-də “Xaliq Faiqoğlu” şirkətinin rəhbəri Faiq Seyidovun oğlu Xaliqin 2014-cü ildə ağır yol qəzası törədərək adam öldürməsi və məsuliyyətdən yayınması ilə bağlı məlumatlar yayılıb.

Sözügedən hadisə 2014-cü ildə “Memar Əcəmi” metro stansiyasının yaxınlığında baş verib. Belə ki, həmin ilin mayın 18-də Nəsimi rayonu, “3-cü mikrorayon dairəsi” kimi tanınan ərazidə 10-LU-090 dövlət nömrə nişanlı “Mercedes GL” markalı avtomobillə Müdafiə Nazirliyinin zabiti polkovnik-leytenant Eldar Vəli oğlu Məmmədovu vurub. E.Məmmədov aldığı xəsarətlərdən xəstəxanada dünyasını dəyişib.

E.Məmmədov 2005-ci ilin oktyabr ayından etibarən Müdafiə Nazirliyinin Əməliyyat Baş İdarəsində baş zabit vəzifəsində polkovnik-leytenant olaraq işləyirdi.

Bundan başqa millət vəkili olmaq istəyən Faiq Seyidov yerli KİV-də aralarında yaranan mübahisə zəminində sahibkar Azadxan Xanməmmədovu qanunsuz həbs etdirməkdə ittiham olunur.

Dünyapress TV

Xəbər lenti