“Deyir, xoşunuza gəlmir, köçün, gedin”
“Bir ildən çoxdur ki, Taleh Məmmədovun yaşadığımız ərazidə tikdiyi fermanın əzabını çəkirik. Evlərin arasında tikilən fermada 40 baş civarında iribuynuzlu heyvan saxlayır. Həyətin 7 sotu fermadır, 3 sotuna da heyvanların peynini tökür. Pəncərəni aça bilmirik, həyətdə otura bilmirik”.

Masallının Şərəfə kənd sakini Musa İmanov Meydan TV-yə danışır ki, evinin bir neçə metrliyində bir ildən çoxdur fəaliyyət göstərən ferma onu və ərazidə yaşayan digər ailələri narahat edir. Deyir ki, qonşuların şikayət etmədiyi qurum qalmayıb, heç kəs bu adamla bacarmır:

“Deyir, pulumu verib tikmişəm, əcəb edirəm, mənə heç kim heç nə edə bilməz. Bunun polis şöbəsində müstəntiq işləyən bir sinif yoldaşı var, hər yerdə onu verir qabağa, ona güvənir”.

“Deyir, xoşunuza gəlmir, köçün, gedin”

Sakinin iddiasına görə, ferma sahibi təmizliyə riayət etmir, əksinə, şikayətçi olduqları üçün qonşulara daha çox əziyyət verir:

“Heyvanın peynini, sidiyini həyətə buraxır, pəncərəm fermaya açılır. Üfunət evlərimizə, həyətlərimizə dolur. Bir ildən çoxdur ki, pəncərəni açmıram. Özünə də deyirik. Ora-bura şikayət etdiyimiz üçün bizə gözdağı verir, deyir, öz həyətimdir, istəyərəm təmizləyərəm, istəyərəm peyin yığaram. Pulumu verib, ferma tikdirmişəm, xoşunuz gəlmir, peyin qoxusunu çəkə bilmirsiz, köçün, gedin, başqa yerdə yaşayın”.

Masallı rayon İcra Hakimiyyətindən Meydan TV-yə bildirilib ki, Şərəfə kəndində qonşular arasındakı ferma mübahisəsindən xəbərdardılar. Hətta qurumun rəhbərliyinin tapşırığıyla əməkdaşlar ferma sahibinə xəbərdarlıq da ediblər. Ərazidə yaşayan vətəndaşlar buna görə aidiyyəti üzrə Ekologioya və Təbii Sərvətlər Nazirliyinə, polisə, məhkəməyə müraciət etməlidilər.

“Bu adamla icra hakimiyyəti də bacarmadı”

Musa İmanov icra başçısına şikayət etdiyini, qurumun əməkdaşlarının əraziyə gəldiyini, ancaq bunun dəyişikliyə səbəb olmadığını deyir:

“İcra başçısı yanındakı əməkdaşlara dedi ki, sizin bu məsələdən niyə xəbəriniz yoxdur? Göstəriş verdi, 3-4 ay əvvəl əməkdaşlar da, kəndin icra nümayəndəsi də gəldi, fermanın sahibiylə söhbət etdilər, tapşırdılar ki, təmizlik işləri görsün, qonşuları narahat eləməsin. Dedilər, təmizliyə riayət elə, işini davam elə. Ancaq heç bir nəticəsi olmadı. Bu adamla icra hakimiyyəti də bacarmadı. Deyir, hara istəyirsiz şikayət edin, öz yerimdir, öz fermamdır, heç kim qarışa bilməz”.

Şikayətçi əraziyə dəfələrlə icra nümayəndəsinin, sahə polisinin gəlib ferma sahibiylə danışıqlar apardığını, ancaq faydasız olduğunu vurğulayır.

“Fərdi ev tikintisi üçün verilən torpaqda ferma tikib”

Uzun illərdir ərazidə yaşayan Rəhim Rəhimli, İmran Omanov və başqa qonşular da fermanın fəaliyyətindən narazıdır. Onlar bu ərazidəki torpaqların vətəndaşlara fərdi ev tikintisi üçün satıldığını bildirirlər:

“Burdakı evlər 90-cı illərin əvvəllərindən tikilib. Yüzlərlə ailə yaşayır. Ona da yer ev tikmək üçün verilib. Ancaq o, ev əvəzinə ferma tikib. Fermanın dörd tərəfi də fərdi yaşayış evləridir. Buna kim, necə icazə verib, bilmirik. Kimsə pul alıb, fermanın tikintisini görməzdən gəlib, əvəzində bu qədər əhali günün 24 saatı ciyərlərinə peyin iyi çəkir”.

Meydan TV Taleh Məmmədov ilə əlaqə saxlaya bilməyib.

1 saylı Lənkəran Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən bildirilib ki, məsələ ilə bağlı Şərəfə kənd sakini Musa İmanovun şikayəti daxil olub. Şikayət əsasında əraziyə baxış keçiriləcək, vəziyyətə uyğun olaraq qərar qəbul olunacaq.

Hüquqşünas Namizəd Səfərov deyir, əgər fermanın yaradılması zamanı təsərrüfatla fərdi yaşayış evləri arasındakı qanunvericilikdə nəzərdə tutulan məsafə saxlanılmayıbsa, aidiyyəti qurumlar fermanın yaradılmasına imkan veriblərsə, sakinlər həm ferma sahibinə, həm də aidiyyəti qurumlara qarşı məhkəmə mübahisəsi aça bilərlər.
 

Bölmənin digər xəbərləri

14 May 2025 "ŞİRVANŞAH" camaatı BOĞAZA YIĞIB... - Düz 6 ildir ki...
14 May 2025 "TikTok"da məşhurlaşan ata: "Günortaya qədər qadın işləri görürəm"
14 May 2025 Agentlik rəhbəri nalayiq hərəkətə görə işdən çıxarıldı
14 May 2025 Kamran Ağabalayev taksi sürücülərindən gileyləndi
14 May 2025 “Georgi lenti” taxan İmişli Ağsaqqallar Şurasının sədri vəzifəsindən azad edilib
14 May 2025 "Qələt edir" - SSRİ bayrağını qaldıran sədrə reaksiya
14 May 2025 İmişlidəki EYBƏCƏRLİYİN MEMARI HƏYASIZCASINA DANIŞDI - XAİNİN BUYNUZU OLMUR Kİ...
13 May 2025 İmişlidə SSRİ bayrağı qaldırıldı: "Georgi lenti" taxıldı - VİDEO
13 May 2025 "Bu tikinti yığıb bizi boğaza..." - Başçının NƏZƏRİNƏ...
13 May 2025 “İnvestAz“da pulu artırmaq istəyən şəxslərin məhkəməsi keçirilib
12 May 2025 Tamaşa bitib, aktyor səhnədə qalıb: Əli Kərimlinin pafoslu monoloqu
12 May 2025 Yakutiyada təyyarədən 9 ton qızıl yerə səpələnib
12 May 2025 DSX: Xudafərin körpüsünün sütun hissəsində qazıntı aparan İran vətəndaşları aşkarlanıb
11 May 2025 Yatmazdan əvvəl bu 2 sözü de – sevgi, bolluq və firəvanlıq sənin olsun
11 May 2025 Goranboyda 64 baş iribuynuzlu heyvan zəhərlənib öldü
11 May 2025 "Prezident Tofiq Yaqublunu əfv edə bilər" - Qüdrət Həsənquliyev
10 May 2025 “Yağlı” müştərilərin soyulması - Kart məlumatları oğrulara satılır? – Problemin izi ilə
10 May 2025 Vəzifəli şəxslərin həbsinin TƏFƏRRÜATI: Gömrükdəki süründürməçilik, süni maneələr - FOTOFAKT
09 May 2025 Bakının bu ərazisində evlər söküləcək
09 May 2025  “TikTok”-da ajiotaj yaradan xəbər: Təhsil haqqı artırıldı?

Dünyapress TV

Xəbər lenti