Ardını oxu...
Azərbaycan Autizm Assosiyasının sədri Elnur Məmmədli deputatlığa namizədliyini irəli sürüb.

Bakupost.az xəbər verir ki, o, 81 saylı İmişli Seçki Dairəsidən millət vəkili seçilmək istəyir. E.Məmmədli artıq imza vərəqələrini Dairə Seçki Komissiyasına təqdim edib və onun namizədliyi təsdiqlənib.

O, bu dairədə çox güman ki, Razi Nurullayevlə mübarizə aparacaq.

Qeyd edək ki, E.Məmmədli 2018-ci ildə keçmiş millət vəkili Hüseyn Abdullayevlə aralarındakı qalmaqalla gündəmə gəlmişdi. Onun şikayəti əsasında H.Abdullayevə cinayət işi açılmışdı. Keçmiş millət vəkili vergi cinayətləri ilə yanaşı, bu şikayətə görə də ittiham olundu.
Bununla bağlı istintaq materallarında yazılır:
"H.Abdullayevin dəfələrlə N.Babayev vasitəsilə, daha sonra isə Almaniyadan istifadəsində olan telefondan “Autist Uşaqların Reablitasiyasına Kömək” İctimai Birliyinin sədri Elnur Məmmədova zəng edərək onun və ailə üzvlərinin ünvanına nalayiq ifadələr işlədib, tələblərinə əməl etməyəcəyi halda onları məhv edəcəyi ilə hədələyərək icarə müqaviləsi şərtlərinə görə hər ay ödəməli olduğu 3 min manat icarə haqqı əvəzinə onun nümayəndələrinə 6 min manat pul ödəməsini hədə-qorxu ilə tələb etməsinə əsaslı şübhələr müəyyən edildiyindən o, Cinayət Məcəlləsinin 178.2.1 (dələduzluq), 178.2.2, 178.2.4, 182.2.1 (hədə-qorxu ilə tələb etmə), 182.2.2 və 182.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə həmin maddələrdə nəzərdə tutulmuş ittiham elan edilib.
Təqsirləndirilən şəxs H.Abdullayev Türkiyə Respublikası ərazisində tutularaq 22 aprel 2018-ci il tarixdə Azərbaycan Respublikasının hüquq mühafizə orqanlarına təhvil verilib".

Ardını oxu...



Ardını oxu...
Ardını oxu...
Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun maraqlı görüntüləri yayılıb.

Bakupost.az xəbər verir ki, videodan nazirin kənddə keçirilən mağar toyunda iştirak etməsi görünür.

Nazirin qəfildən mağara girdiyini görən masabəyi toyu dayandırır. Məclis əhli onu alqışlarla qarşılayırlar.

Videonun nə zaman, harda çəkildiyi məlum olmasa da, saytımız onun maraqla qarşılanacağını nəzərə alıb, görüntüləri təqdim edir:


Ardını oxu...
HƏMAS siyasi bürosunun rəhbəri İsmayıl Haniyənin öldürüldüyünü təsdiqləyib.

Qruplaşmanın yaydığı məlumatda qeyd olunur ki, İ.Haniyə İranın yeni seçilmiş Prezidenti Məsud Pezeşkianın andiçmə mərasimindən sonra iqamətgahına qayıdıb. İsrailin raket zərbəsi nəticəsində Haniyə və bir mühafizəçisi ölüblər.

Mənbə: TASS
 
Ardını oxu...
İyulun 26-da Bakı şəhəri üzrə məktəbəqədər təhsil müəssisələrinə qəbul başlanıb.
Qaynarinfo-nun məlumatına görə, məktəbəqədər təhsil müəssisələrinə uşaqların qəbulu elektron qaydada www.bq.edu.az elektron sənəd qəbulu sistemi vasitəsilə aparılsa da, 4 gün ərzində bütün yerlər dolub.
Xeyli sayda uşaq bağçalara qəbul olmaq hüququndan məhrum edilib. Bunlar arasında jurnalistlərin övladları da var.
Elm və Təhsil Nazirliyi isə bağçada oxumaq hüququndan məhrum olan uşaqlarla bağlı heç bir tədbir görmür.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi bağçalara qəbul oluna bilməyən uşaqların valideynlərinə “yer yoxdur” deməklə kifayətlənir.
2021-ci ildən yerli icra hakimiyyəti orqanlarının tabeliyində olan dövlət məktəbəqədər təhsil müəssisələri Elm və Təhsil Nazirliyinin tabeliyinə verildikdən sonra paytaxtda bağçalara qəbul planı bir qədər də artıb.
Bağçalarda valideynlərdən əlavə “aylıq ödənişlər” tələbi ləğv edilməsə də, nədənsə qəbulda problemlər yaradılır.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi hər bağçada qəbul proseduruna uyğun olaraq say müəyyən edib. Həmin saydan bir nəfər də artıq şagird qəbul edilmir.
Nəticədə 180 nəfər şagirdin təhsil almaq imkanı olan bağçalarda qəbul sayı kəskin azaldılıb. Valideynlər övladlarını daha çox özəl bağçalara yönəltməyə məcbur edilir.
İllərdir Yeni Yasamalda yerləşən 98 saylı bağçada 150 nəfərdən çox şagird təhsil alırdısa, hazırda bu say həddi azaldılıb. Səbəbi isə guya bir sinifdə 30-32 uşaqdan artıq təhsil vermək imkanının olmamasıdır.
Ardını oxu...
Aylar əvvəl məktəbəqədər təhsil müəssisələrinə uşaqların qəbulu elektron qaydada www.bq.edu.az elektron sənəd qəbulu sistemi vasitəsilə aparan valideynlərin hesabları silinib. Hər kəsdən Elm və Təhsil Nazirliyinin nəzdində Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin “finiş fitini” gözləmək tələb edilib.
İyulun 26-da Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi “finiş fitini” çalan kimi bağçalarda qəbul başlanılıb. Üzərindən 4 gün keçməsinə baxmayaraq, nədənsə bağçalarda qəbul planı dolub.
Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi silinən valideyn sorğuları ilə bağlı tələbləri isə rədd edir.
20 noyabr 1989-cu ildə “Uşaq hüquqları haqqında” Konvensiya BMT tərəfindən qəbul edilib və dünyanın hər bir yerində yaşayan uşaqlara konvensiya ilə müəyyən edilmiş hüquqları təmin edən birinci universal kodeksdir. Bu kodeksə görə hər bir uşağın təhsil almaq hüququ var!
 
Ardını oxu...
Şəki Ağır Cinayətlər Məhkəməsində ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olmaqda təqsirləndirilən Elçin Mirzəzadənin cinayət işi üzrə məhkəmə iclası başa çatıb. Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Tural Əfəndizadənin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə Elçin Mirzəzadə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 9 il müddətinə azadlıqdan məhrum edilib. Qeyd edək ki, 2023-cü il sentyabrın 30-da İsmayıllı şəhər sakini 1958-ci il təvəllüdlü Füzuli Ağamalıyevin müalicə aldığı xəstəxanada ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub. İlkin araşdırma zamanı 1979-cu il təvəllüdlü Elçin Mirzəzadənin şəhər ərazisində yerləşən ictimai-iaşə obyektlərindən birində kəsici-deşici alətlə Füzuli Ağamalıyevə xəsarət yetirməsi və sonuncunun həmin xəsarət nəticəsində ölməsinə əsaslı şübhələr müəyyən edilib. Faktla bağlı İsmayıllı Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılıb. Elçin Mirzəzadə iş üzrə şübhəli şəxs qismində tutulub.
Son zamanlar belə cinayyət hadisələrinin kiçik kafelərdə baş verdiyini görürük. Maraqlıdır, buna səbəb nədir?

Məsələ ilə bağlı fikirlərini bölüşən sosioloq Elçin Bayramlı “Sherg.az”a bildirib ki, bu kimi obyektlərdə daha çox kriminal ünsürlər, normal ailə tərbiyyəsi almayan, qanun sevməyən insanlar toplaşır:

''Beləki, həmin yerlərdə limitsiz içkilər verilir. Onların içərisi kimyəvi tərkibli olduğuna görə də insanda güclü aqressiya, qıcıq yaradır. Belə yerlərdə mənəvi dəyərlərin olmadığı hallar, məsələn, qızlara, ofsiant qadınlaraa sataşmalar üstündə davalar baş verir. Nəticə isə faciəvi sonluqla bitir. Doğrudur, iri obyektlərdən fərqli olaraq belə məkanlarda nəzarət yoxdur. Şəhərin mərkəzində yerləşən səviyyəli məkanların yaxınlığında polislər olduğu üçün xoşagəlməz hadisələrə anında müdaxilə edirlər. Lakin gözdən uzaq kiçik kafelərdə nəzarət yoxdur deyə, bu kimi hadisələrin olması qaçınılmazdır. Çünki minlərlə belə obyektə polis nəzarətini davamlı təşkil etmək mümkün deyil. Həmçinin, kafenin də əlavə olaraq nazərətçini işlətməyə imkanı yoxdur. Bu durum artıq cəmiyyətin mənəvi-psixoloji vəziyyəti ilə bağlıdır. Məsələn, keçmişdə də bu tip çayxana və kafelər var idi. Ancaq ölümlə nəticələnən davalar olmurdu. Nadir hallarda yüngül mübahisələr yaranırdı. Çünki həmin vaxtda cəmiyyətdə stress, gərginlik, psixoloji problemlər, narkomaniya bu səviyyədə deyildi. Əslində, bunların hamısında indiki qidaların da rolu var. Hətta, sübut olunub ki, bir çox məhsullar insanda aqressivlik yaradır. Həmçinin, buna işsizlik də təsir edir. Çünki insanlar enerjilərini işdə sərf edirlər. Bu kimi halların qarşısını almaq istəyiriksə, sosial-iqtisadi vəziyyət yaxşılaşdırılmalı, hüquqi-sosial dövlət qurulmalıdır, mənəvi seqreqasiyanın qarşısı alınmalıdır''.
 
 
 

Ardını oxu...

"Bakı Avrasiya Universitetinin prorektoru Günhan Hüseynli 1 sentyabr Milli Məclisə seçkilərdə iştirak etmək niyyətindədir. O namizədliyini 18 saylı Nərimanov-Nizami-Binəqədi seçki dairəsindən irəli sürməyi planlaşdırır”.

Bu barədə informasiya Editor.az-a məlumatlı mənbələrdən daxil olub. Qeyd olunur ki, Günhan Hüseynli hazırda YAP Nərimanov rayon təşkilatı İdarə heyətinin üzvüdür. YAP isə 18 saylı Nərimanov-Nizami-Binəqədi seçki dairəsindən Babaşov Nizami Babaş oğlunu vahid namizəd kimi irəli sürüb. İddiaya görə, Günhan Hüseynli buna baxmayaraq,qeyd olunan dairədən bitərəf namizəd kimi seçkilərə qatılmaq və qalib gəlmək iddiasındadır. Onun bu qərarının partiya tərəfindən necə qarşılacağı xeyli maraq doğurur.

İddialarla bağlı Editor.az-a danışan Bakı Avrasiya Universitetinin rektorunun köməkçisi Şəfayət Avılbəyli məlumatı təkzib edib: "Ümumiyyətlə, belə bir məsələ yoxdur. Günhan Hüseynli hazırda YAP Nərimanov rayon təşkilatı İdarə heyətinin üzvüdür və seçkilərdə iştirak etməyəcək. Biz seçkilərdə YAP-ın vahid namizədini dəstəkləyirik”.

Qeyd edək ki, gənc prorektor Günhan Hüseynli bir müddət əvvəl medianın gündəminə Gürcüstanda kazinoda böyük miqdarda pul uduzması iddiaları ilə gəlmişdi. O zaman da Bakı Avrasiya Universitetinin rektorunun köməkçisi Şəfayət Avılbəyli Günhan Hüseylinin Gürcüstanda kazinoda külli miqdarda pul uduzması ilə bağlı iddiaları rədd etmişdi: "Bu məlumatların heç birinin əsası yoxdur. Günhan Hüseynli 2012-ci ildən Bakı Avrasiya Universitetində ümumi işlər üzrə prorektordur. O, bayram günlərində Gürcüstanda olmayıb. Onun nənəsi ötən günlərdə əməliyyat olunub. Dünən bütün günü Günhan müəllim də orada olublar. Yayılan məlumatlar təxribat xarakterlidir”.
Ardını oxu...
Noyabrda Azərbaycanda COP29 (Tərəflər Konfransı) keçirilməsi ilə əlaqədar müəyyən məhdudiyyətlərin tətbiqi nəzərədə tutulur. İnfrastruktur, nəqliyyat, təhlükəsizlik və digər məhdudiyyətlərin tətbiq olunacağı söylənilir.
Teleqraf.com məsələyə Milli Məclisin deputatı Fazil Mustafanın münasibətini öyrənib.
O deyib ki, COP29-da nəqliyyatla bağlı məhdudiyyətlər olacaq: “Müəyyən müəssisələrin fəaliyyəti 10 gün ərzində dayandırıla bilər. Belə məhdudiyyətlər tədbirin daha sakit şəraitdə keçirilməsi, effektiv olması üçün vacibdir. Nəzərdə tutula bilər ki, insanların müəyyən dərəcədə şəhərdən başqa bölgələrə tətilə getməsi kimi stimullaşdırıcı addımlar atılsın. Məqsəd gələn qonaqlar üçün hansısa sıxlıq yaradılmasını önləməkdir. Bu istiqamətlərdə gözləntilərim var. Başqa daha sərt məhdudiyyətlərin olacağını düşünmürəm”.
 
Ardını oxu...
“SOCAR-AQŞ” MMC-nin 54 milyonluq mənimsəmədə ittiham olunan keçmiş baş direktoru Ramin İsayevin məhkəməsi başlayıb.

“Qafqazinfo”nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Faiq Qəniyevin sədrliyi ilə keçirilən hazırlıq iclasına jurnalistlər buraxılmayıb.

Məhkəmədən prosesin qapalı keçirildiyi bildirilsə də, səbəbi açıqlanmayıb.

Yalnız onu əldə etdik ki, hazırlıq iclasının predmetinə uyğun olaraq təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib, təqsirləndirilən şəxsin ev dustaqlığına buraxılması ilə bağlı vəsatət təmin edilməyib.

Elektron məhkəmə sistemindən görünür ki, iş üzrə baxış iclası avqustun 2-nə təyin edilib.

Qeyd edək ki, Ramin İsayev 2020-ci ildə “SOCAR-AQŞ” MMC-nin baş direktoru vəzifəsindən azad edilib.

Ötən ilin iyulunda həbs edilib. İş üzrə “SOCAR-AQŞ”dən başqa, “Abşeron Qazma” MMC və “Aqrarkredit” QSC Bank olmayan Kredit Təşkilatı da zərərçəkmiş qismində tanınıb.
 

Ardını oxu...
2013-cü ildən bəri Pirallahı rayonunun icra başçısı vəzifəsini tutan Vasif İmanov və onun sevimli oğlu adanı “işğal” edib. JAMAZ.İNFO xəbər verir ki, bunu rayon sakinləri deyirlər. Və bildirirlər ki, İmanovlar rayonda kənar şəxslərin kiçik biznes qurmasına belə imkan vermilər.

Həmin məlumatda deyilir ki, icra başçısının oğlu Zöhrab İmanov rayonda sahibkarlardan qanunsuz pul yığımında adı hallanır. İddia olunur ki, o, istədiyi vaxt sahibkarlardan istədiyi qədər pul alır. “Narazılıq edən sahibkarların isə obyektlərini sökdürür».

Zöhrab İmanovun adı «Əjdakan LTD» MMC məsələsində də hallanır. Yerli mediada yayılan xəbərlərdən belə məlıum olur ki, icra başçısının oğlu şirkətin yerləşdiyi 33 hektar ərazini yerlə yeksan etdirib. Bu azmış kimi, şirkətin inzibati binaları və həyətindəki bahalı ağacları yoxa çıxarıb. Binanın daşları və digər materialları ilə isə rayon ərazisində özü üçün bir neçə avtoyuma məntəqəsi və digər ticarət obyektləri inşa etdirib.

JAMAZ.İNFO xəbər verir ki, Pirallahı icra başçısı Vasif İmanovun sərvəti də az deyil. Bununla bağlı aparılan araşdırma zamanı məlum olub ki, sözügedən şəxs kiçik bir adadan milyonlara sahib olub. Şabranın Gilavar kəndindəki 5 milyon manat dəyəri olan villanın mövcudluğu bunu təsdiq edən faktlardan biridir.

Bizneslə də məşğul olan Vasif İmanov öz adına uyğun VAST MMC şirkəti yaradıb. Həmin şirkət isə Pirallahı rayonunda görülən yenidənqurma və təmir işlərinin hamısında iştirak edir. Onun digər şirkəti isə Tariyel adılı qudası ilə birlikdə yaratdığı “Azərsüvinir” MMC–dir.

Onu da bildirək ki, icra başçısı Pirallahıda “Pirallahi Fihs House” və “Balıq Bazarı” adlı restoranların da sahibidir.

Bundan başqa, icra başçısının böyük oğlunun Çexiyada, Polşada və digər ölkələrdə əmlakları olmasına daier məlumatlar var.

Vasif İmanov bu posta qudasının sayəsində sahiblənib. Belə ki, Vasif İmanovun oğlu Turan Həsənzadə Qorxmaz Hüseynovun qızının həyat yoldaşıdır. Qudası, “Azərsu”nun sabiq rəhbəri Qorxmaz Hüseynov sayəsində Pirallahıya icra başçısı təyin olunan İmanov, indi günlərini saymağa başlayıb.

Həm Qorxmaz Hüseynov yoxdur, durumunun da yaxşı olmadığım bildirilir. Həm də İmanovun bəzi əməlləri haqqında mənfi rəyin yaranmasına səbəb olub.
Ardını oxu...
Daxili İşlər Nazirliyi (DİN) vəkil Toğrul Rzayevin peşə fəaliyyətini yerinə yetirərkən polis tərəfindən təzyiqə məruz qalması iddialarına aydınlıq gətirib.

DİN-in Mətbuat Xidmətinin media və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Qafarov bildirib ki, vəkil Toğrul Rzayevin Nəsimi Rayon Polis İdarəsinin İstintaq şöbəsində cinayət işi üzrə hüquqlarını müdafiə etdiyi şəxslə görüşməsinə şərait yaradılmadığına dair iddiaları şəxsi mülahizələridir.

"Vətəndaş N.İsrəfilov 23.07.2024-cü il tarixdə Nəsimi Rayon Polis İdarəsinə müraciət edərək Cavadxan küçəsi 30 ünvanında yerləşən iş otağından ona məxsus qızıl-zinət əşyalarının tanışı Zəkiyev Asif Şükür oğlu tərəfindən oğurlandığını bildirməklə tədbir görülməsini xahiş edib.

Fakta görə Cinayət Məcəlləsinin oğurluq maddəsi ilə cinayət işi başlanılaraq A.Zəkiyev şübhəli şəxs qismində tutulub. Elə həmin gün 23.07.2024-cü il tarixdə vəkil Toğrul Rzayev şübhəli şəxs A.Zəkiyevin hüquqlarının müdafiə olunması məqsədi ilə order təqdim edib və ona şübhəli şəxslə konfidensial şəraitdə görüş üçün şərait yaradılıb. Buna baxmayaraq iyulun 25-də A.Zəkiyev ibtidai araşdırmaya qoşulan digər vəkilin iştirakı ilə ərizə ilə müraciət edərək T.Rzayev tərəfindən hüquqlarının müdafiə olunmasından könüllü imtina edib. Buna görə həmin tarixdə vəkil T.Rzayevin cinayət prosesində iştirakına xitam verilib", - Anar Qafarov deyib.

Nazirlik rəsmisi qeyd edib ki, A.Zəkiyevin ifadəsi yerində yoxlanılıb və yaşadığı ünvandan oğurluq yolu ilə ələ keçirdiyi 2 700 manat dəyərində 1 ədəd qızıl üzük, 8.000 manat dəyərində 1 ədəd qızıl qolbağ və 4 500 manat dəyərində 1 ədəd qızıl qol saatı götürülüb:

"İfadənin yerində yoxlanılması zamanı cinayət prosesində iştirakına xitam verilməsinə baxmayaraq vəkil T. Rzayev hadisə yerinə gələrək istintaq hərəkətinin keçirilməsinə qəsdən müdaxilə etməklə maneçilik göstərib.

Qeyd olunub ki, təqsirləndirilən şəxsin ondan imtina etməsinə baxmayaraq T.Rzayev məqsədli şəkildə əsassız olaraq səs-küy salıb, vəkillik fəaliyyəti ilə bir araya sığmayan hərəkətlərə yol verib.

Vəkil T. Rzayevin fəaliyyətinə polis əməkdaşları tərəfindən müdaxilə edilməyib, təqsirləndirilən şəxsin başqa vəkilə müraciəti nəzərə alınaraq o, prosesdən kənarlaşdırılıb".

Hazırda cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.
 

Dünyapress TV

Xəbər lenti