Ardını oxu...
Hazırda onlara zəruri tibbi xidmətlər göstərilir

Gəncədə yas mərasimində zəhərlənənlərin sayı artıb. AYNA-nın "Report"a istinadən məlumatına görə, Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına Xəstəxanaya 83 nəfər, Z.Məmmədov adına 3 nömrəli Xəstəxanaya isə 13 nəfər yerləşdirilib. Digər doqquz zərərçəkən isə Göygöl Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Hazırda onlara zəruri tibbi xidmətlər göstərilir.

Əlavə məlumat veriləcək.

Faktla bağlı araşdırma davam etdirilir.
 
Ardını oxu...
Maştağa ərazisini gəzərkən gördüm ki, bu ərazinin illərdir həll olmayan problemləri çoxdur. Sakinlərlə söhbət zamanı məlum oldu ki, illərlə yığılıb qalan sosial məsələlər-işsizlik, yol, işıq, qaz, su, kanalizasiya problemləri Maştağanın əzəli çətinliklərinə çevrilib. Maştağanın bəzi yerində həyat şəraiti heç də ürəkaçan deyil. Sakinlərin çoxu quyu suyundan istifadə edir. Bakının bir çox kəndləri kimi Maştağanın da böyük bir hissəsində kanalizasiya xətti yoxdur. Kəndin bəzi yerində ötən əsrin 50-60-ci illərində çəkilən xətlər isə çoxdan sıradan çıxıb. Kəndin mərkəzində yollar asfalt olsa da, qıraq məhəllələrin küçələri bərbad vəziyyətdədir.

Pravda.az-ın xəbərinə görə, bunu Gələcək Azərbaycan Partiyasının (GAP) 28 saylı Sabunçu üçüncü seçki dairəsindən deputatlığa namizədi Aslan Həmidli bildirib.
Ardını oxu...
O qeyd edib ki, ərazinin deputatı hazırda Eldar Quliyevdir: “Eldar Quliyevi Azərbaycan cəmiyyətinə tanıtmağa zənnimizcə ehtiyac yoxdur. Quliyevi deputatdan çox Azərbaycan Kooperasiya Universitetinin rektoru olaraq tanıyırlar. Bilirsiniz, Eldar Quliyevin daha çox tanınmasına bir səbəb də, Fransada gördüyü fahişələrdir. Görün Maştağa, Savalan və Bilgəh sakinlərinin vəkili kimdir. Görün onlara vəkillik kim edir. Eldar Quliyevin artıq 73 yaşı var. 2000-ci ildən bəri parlamentdə oturan və seçiciləri üçün heç bir xidmət göstərə bilməyən bir deputat bundan sonra millətə, seçicilərinə nə xidmət edə bilərki?!”
 
 
 
Ardını oxu...
Avqustun 10-da Məzahir Pənahovun sədrliyi ilə Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib.

TEREF Modern.az-a istinadən xəbər verir ki, əvvəlcə Komissiyanın avqustun 8-də keçirilən iclasının protokolu təsdiq edilib. Sonra 2024-cü il sentyabrın 1-nə təyin edilmiş Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərlə əlaqədar Mərkəzi Seçki Komissiyasına daxil olmuş müraciətlərə baxılıb. Seçki qanunvericiliyi ilə müəyyən olunmuş müddətdə və qaydada iclasa çıxarılan müraciətlər, beynəlxalq müşahidə missiyası təmsilçiləri, media mənsubları və maraqlı subyektlərin də iştirakı ilə Komissiya üzvləri tərəfindən geniş müzakirə edildikdən sonra müvafiq qərarlar qəbul olunub.

İclasın sonunda avqustun 9-dan start götürən seçkiqabağı təşviqatla bağlı proseslərin gedişi, təşviqat subyektləri üçün yaradılmış hərtərəfli geniş imkanlar və Mərkəzi Seçki Komissiyası tərəfindən ardıcıl, sistemli şəkildə reallaşdırılan layihələr diqqətə çatdırılıb, deputatlığa namizədlər və müşahidəçilərə dair statistik göstəricilər elan olunub, həmçinin cari məsələlərə baxılıb.
 
Ardını oxu...
51 saylı Şirvan seçki dairəsindən deputatlığa namizəd olan sabiq kənd təsərrüfatı naziri Heydər Əsədovun bu seçimlərdə önü açıq buraxılıb və rahatlıqla parlamentə üzvlük mandatı əldə edəcək.
Tribunainfo.az xəbər verir ki, onun rəqibləri fəhlə, işsiz, işıqçı kimi statuslara malik şəxslərdir.
Bəzi namizədlər isə neft-qaz idarələrinin sıravi işçiləridir. Siyahı ilə MSK-nın saytında tanış olmaq mümkündür.
 
Ardını oxu...
Dövlət Əmək Müfəttişliyi Xidməti ilə Gəncə Şəhər Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi (MKTİB) arasında qalmaqal yaranıb.
Qaynarinfo-nun məlumatına görə, qalmaqala səbəb Dövlət Əmək Müfəttişliyi Xidmətinin MKTİB-ni cərimələməsidir.
Xidmət MKTİB-yə İnzibati Xətalar Məcəlləsinin 198.1.5-ci maddəsi ilə cərimə yazıb. Bu maddə normal əmək və istirahət rejiminə riayət edilməməsi ilə bağlıdır. Maddədə inzibati cəza növü kimi 500 manatdan 1000 manatdək cərimə nəzərdə tutulur.
MKTİB Xidmətin qərarı ilə razılaşmayaraq məhkəməyə şikayət verib.
Şikayətə Gəncə Şəhər Məhkəməsində baxılacaq. Xəqani Tağıyev iş üzrə hakim təyin edilib.
Gəncə şəhər MKTİB Gəncə Şəhər İcra Hakimiyyətinə tabeli qurumdur. MKTİB-in rəisi Nurəhməd Əhmədovdur. O, bu vəzifəyə 2022-ci ildə təyin edilib.
Gəncə Şəhər İcra Hakimiyyətinin başçısı Niyazi Bayramovdur. Niyazi Bayramov 2018-ci ildən Gəncəyə rəhbərlik edir.
 
 


 
Ardını oxu...
Bakıda fantastik qiymətə villalar satışa çıxarılır.

Yay mövsümü ilə əlaqəli isə hazırda daha çox Bakıətrafı və dənizə yaxın ərazilərdə bağ evlərinə maraq daha böyükdür.Bununla bağlı müxtəlif elan saytlarında məlumatlara rast gəlmək olar.

Son günlər bu cür elanların sayı daha da artıb. Xüsusən də torpaq sahəsi daha geniş olan villaların qiyməti bahadır. Sözügedən villaların qiymətinin baha olmasına baxmayaraq, alıcıların olduğu iddia edilir. Bəs reallıqda bu evlərə tələbat necədir?

Məsələ ilə bağlı əmlak eksperti Elnur Azadov “Cebheinfo.az”-a açıqlamasında deyib ki, dəbdəbəli evlərin müxtəlif satış səbəbi olur:

“Bir çox hallarda dəbdəli villaları tikən şəxslər o evdə demək olar ki, yaşamırlar. Yaşamaq üçün hər bir imkan və lazımı şərait olsa da, o evdə yaşayış olmur, ev boş qalır. Evin mühafizəçisi, xadiməçisi və digər xərcləri çəkilir. Bildirim ki, həmin əmlaklarda daimi yaşayış olmadığına görə satışa çıxarılır. Satışa çıxarılma səbəbi müxtəlif olsa da, amma əsasən yatırım məqsədi ilə dəbdəbəli evlər tikilir və lazım olduqda satışa çıxarılır”.

İqtisadçı-alim Vüqar Qocayev isə hesab edir ki, ölkədə tikilən bir çox villalar mövcud kapitalın devalivasiyadan sığortalanması üçün tikilir:

“Bakı və ətraf ərazilərdə bağ evləri villalar tikilir. O evlər olduqca fantastik qiymətə təklif edilir. Əlbəttə, ölkəmizdə villalara təklif çox tələb isə azdır.

Düzdür, iş adamları, yüksək maaşla çalışan məmurlar o evləri ala bilirlər. Ancaq ümumilikdə götürsək, tələb az təklif isə çoxdur. Məhz bu səbəbdən o evlərin satışda çox olduğunu görsək də, lakin alıcı sayında kəskin azalma müşahidə edə bilərik. O evi alanlar əsasən gələcək yatırım və yaxud əllərində olan kapıtalı sığortalamaq üçün alırlar ki, inflyasiya olanda, o evi mövcüd dəyərindən daha baha qiymətə təklif edə bilsinlər”.
 
Ardını oxu...
"Jetour" Azərbaycanın təqdimatı ilə sürücülərə qaranlıq qalan daha bir məsələyə aydınlıq gətirəcəyik. Son zamanlar avtomobillərin əsassız şəkildə cərimə meydançasına aparılması ilə bağlı redaksiyamıza çoxsaylı şikayətlər ünvanlayırlar. Avtosfer.az-a müraciət edən sürücülər bildirirlər ki, avtomobildə palçıq fartuklarının olmamasına görə, alın şüşəsində çatın olmasına və dəm qazının normadan artıq çıxmasına görə avtomobillər mühafizə olunan duracağa aparılır. Yol polisi əməkdaşları tərəfindən aşkar edilən belə nasazlıqlara görə avtomobil duracağa yerləşdirilə bilərmi?

Qeyd edək ki, sürücünün nəqliyyat vasitəsindən kənarlaşdırılması və avtomobilin mühafizə olunan duracağa yerləşdirilməsi İnzibati Xətalar Məcəlləsinin 96-cı maddəsi ilə tənzimlənir. Həmin maddədə nasazlığa görə avtomobilin mühafizə olunan duracağa aparılması nəzərdə tutulmayıb. Ona görə də avtomobildə olan istənilən nasazlığa görə sürücünün sükan arxasından kənarlaşdırılması və avtomobilin mühafizə olunan duracağa aparılması yolverilməzdir. Belə nasazlıqlar aşkar edilən zaman İnzibati Xətalar Məcəlləsinin 342.5-ci maddəsilə 50 manat məbləğində cərimə yazılmalıdır və həmin nasazlığın aradan qaldırılması ilə bağlı sürücüyə xəbərdarlıq edilməlidir. Qanunvericilikdə siyahısı verilmiş nasazlıqları duracaqda aradan qaldırmaq mümkün deyil. Bunlar yalnız təmir sexlərində xüsusi avadanlıqların köməyi ilə aradan qaldırıla bilər. Bu səbəbdən nasaz avtomobillərin duracağa aparılması nə məntiqlə, nə də qanunvericiliklə düzgün deyil.

Nəqliyyat üzrə ekspert Elməddin Muradlının bu məsələ ilə bağlı ətraflı video izahını təqdim edirik:
Ardını oxu...
YAP-ın 51 saylı Şirvan seçki dairəsindən deputatlığa namizədi sabiq kənd təsərrüfatı naziri Heydər Əsədovdur. H.Əsədov buna qədər Dövlət Dəniz Akademiyasının rektoru olub. Anaxeber.info məlumat verir ki, H. Əsədov sabiq nəqliyyat naziri Ziya Məmmədovun qudasıdır. Keçmiş nəqliyyat nazirinin qardaşı Elton Məmmədov da yenidən deputatlıq həvəsinə düşmüşdü, lakin siyasi qərar müsbət olmadı və geri çəkildi. Müşahidəçilərin fikrincə, bu ailədən yalnız Heydər Əsədova etimad göstərilməsi ilə mesaj verilib ki, bir mandat kifayətinizdir. Əsədova gəlincə, ilk növbədə onun Şirvan şəhərindən namizədliyi qəribə qarşılanıb. Çünki Şirvan əhalisi onu yaxından tanımır, heç zaman bu şəhərlə sıx təmasları olmayıb. Ona görə şirvanlı seçicilər sual verirlər ki, Heydər Əsədov hara, onlar hara... İndiyə qədər bir şirvanlı qaziyə, bir şirvanlı şəhid ailəsinə və yaxud sadə şirvanlının hər hansı sosial probleminin həllinə dəstəyi olmayan Heydər Əsədov birdən-birə Şirvandan namizəd olur. Çünki Heydər Əsədov Qərbi azərbaycanlıdır, indiki Sisyan (Qarakilsə) rayonunda dünyaya gəlib və Şirvanla yaxından-uzaqdan əlaqəsi olmayıb. Adətən millət vəkilləri öz doğma yurdundan, ən azı daimi yaşadıqları ünvandan namizədliyi irəli sürürlər. Lakin Heydər Əsədov ona aid olmayan yerdən namizəd göstərilib. Hərçənd, bu faktın özü də Əsədova çətinlik yaradır. O, yaxşı tanımadığı bir yerdə təbliğat-təşviqat aparmalı, şirvanlı seçiciləri necəsə inandırmalıdır ki, ona səs versinlər. Şirvan əhli isə sosial şəbəkələrdə və ümumi müzakirələrdə soruşurlar ki, axı bugünədək üzünü görmədiyimiz Heydər Əsədovu hansı yaxşı cəhətlərinə görə deputat seçməliyik?!
Ona görə də bu gündən etibarən Şirvanda təbliğat kampaniyasına başlayan Heydər Əsədovun özü də bilmir ki, hardan start götürsün, seçicilərə hansı vədləri versin, onların problemlərini necə həll etsin...
Ümumiyyətlə, Şirvan şəhər seçiciləri qeyd edirlər ki, Heydər Əsədov kənd təsərrüfatı naziri işlədiyi 2013-2018-ci illərdə ölkənin aqrar sektorunun gününü "göy əskiyə bükmüş" məmur olub, indi deputat kimi camaatın hansı qara gününə ağlayacaq?! Axı nazir olduğu dövrdə inhisarçılıq, korrupsiya kimi hallarla ad çıxarmış, milyonlar mənimsəmiş H. Əsədov deputat kimi 180 dərəcə dəyişərək mələyə çevrilə bilməz. O baxımdan şirvanlı seçicilər hakim partiyanın namizədinə ümidli deyil.
Onu da demək lazımdır ki, artıq sosial şəbəkələrdə və mətbuatda H. Əsədovun topladığı sərvət, əldə etdiyi biznes açıqlanır, qudası Ziya Məmmədovla işbirliyi, büdcə vəsaitlərini talan etmək və digər neqativ əməllər gündəmə gətirilir.
Misal üçün araşdırmalara görə, H.Əsədovun oğlu Asif Əsədzadə atasının hesabına Londonda xeyli mülkə, ən bahalı avtomobillərə sahibdir Xarici mətbuat vaxtilə onun London küçələrində Azərbaycana məxsus dövlət nömrə nişanlı bahalı avtomobillə şütüməsindən yazırdı.
Digər oğlu Vaqif Əsədzadə Türkiyədə iri turizm şirkətinin sahibidir, otel alıb.
Yeri gəlmişkən, ölkə rəhbərliyinin xüsusi önəm verdiyi bir sahəyə rəhbərlik etmiş Heydər Əsədovun o zaman vəziyyəti heç də pis deyildi: hansı təkliflə çıxış etdisə, dəstək görürdü. Məsələn, rayon şöbələrinin yaradılmasını istədi, yaradıldı. Hansı ki, artıq on ilə yaxın idi Kənd Təsərrüfatı Nazirliyinin bu istəyi reallaşmırdı. Daha sonra nazir şöbələrin əksəriyyətinə xüsusi inzibati bina istədi – tikildi. Heydər Əsədov 52 rayon şöbəsi üçün inzibati bina tikilməsini istəyirdi ki, buna da nail oldu. Eyni zamanda, sabiq nazir Hökumət Evindəki ofisindən də narazıydı. Buna görə də KTN-in mərkəzi aparatına yeni binanın tikintisi üçün fəaliyyətlərə başlamışdı.
Çoxsaylı binaların tikintisi ilə yanaşı, Heydər Əsədov nazir olduğu dövrdə kənd təsərrüfatı sahəsinə külli miqdarda vəsait ayrıldı. Bura yalnız müxtəlif bitkilərin əkini üçün dövlətin verdiyi dotasiyalar deyil, maşın və texnikanın, damazlıq heyvanların, hətta tinglərin alınmasına, çoxsaylı laboratoriyaların qurulmasına sərf olunan milyardlarla manatı aşan büdcə vəsaiti aiddir.

Lakin nə baş verdi? Nazirliyin kənd təsərrüfatının idarə olunmasındakı rolunun artırılmasına, səlahiyyətlərinin genişlənməsinə rəğmən, Heydər Əsədov heç zaman kəndlinin, fermerin yanında olmadı, bunu özünə rəva bilmədi. Bir neçə il əvvəl bəzi yerli icra hakimiyyətləri maldar fermerləri kütləvi şəkildə otlaq-qışlaq yerlərindən məhrum edəndə nazir nəinki onları müdafiə etmədi, hətta yüz əziyyətlə qəbuluna düşən fermerlərə “mənim yanıma niyə gəlmisiniz, gedin məhkəməyə" deməkdən çəkinmədi. İndi kəndçnin yanında olmayan sabiq nazir, deputat kimi Şirvan şəhər camaatının yanında olacaq?
Heydər Əsədovun nazirliyi dövründə əksər fermerlərin yazda ASC-dən gübrə, payızda texnika əldə etmək arzusu gözlərində qalırdı. Gübrə və texnika “dost-tanış” prinsipi əsasında verilirdi. Heydər Əsədovun kənd təsərrüfatı naziri olduğu dönəmdə büdcədən bu sahəyə ayrılan vəsaitlərin təxminən yarısının ələ keçirilməsi haqda xəbərlər var.
Hətta Arıçılar Assosiasiyasının prezidenti Bədrəddin Həsrətov bildirmişdi ki,
Azərbaycanda keçirilən arıçılıq məhsullarının sərgi satış yarmarkalarında çox böyük maxinasiyalar gedirdi. O demişdi ki, eks-nazir Heydər Əsədov bu maxinasiyaların idarəçisi idi. Həmçinin, sabiq nazirin ərəblərlə ət biznesinə girişdiyi iddiaları səslənirdi. Bir sözlə, belə əməllərin sahibi olmuş milyonçu keçmiş nazir indi Şirvan camaatının deputatı olmaq həvəsindədir. Görünür ki, biznesinin toxunulmazlığı üçün ona mandat lazımdır.

Anaxeber.info
 
Ardını oxu...
Yaponiyada 6,9 və 7,1 bal gücündə ard-arda zəlzələ baş verib, Yaponiyanın cənubunda sunami xəbərdarlığı qüvvəyə minib.

Tribunainfo.az Yaponiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Yaponiya Meteorologiya Agentliyi məlumat yayıb.

Meteorologiya Agentliyinin məlumatına görə, sunami xəbərdarlığı Yaponiyanın cənubundakı Kyuşu və Sikoku adalarının sahilyanı rayonları üçün verilib. Yaponiyanın ictimai kanalı NHK bildirib ki, Miyazaki, Koçi və yaxınlıqdakı digər prefekturalarda dalğalarn hündürlüyünün bir metrə çatması gözlənilir.

Amerika Birləşmiş Ştatları Geoloji Xidmətinin məlumatına görə, 6.9 bal gücündə ilk zəlzələ Kyuşu adasında Miyazaki sahillərindən 20 mildən az məsafədə baş verib, bir dəqiqədən az müddət sonra 7,1 bal gücündə daha güclü zəlzələ baş verib.
 
Ardını oxu...
Şikayətim “Azərbaycan Beynəlxalq Bankı”ndandır. Bir ilə yaxındır mənim hesabıma 2 müştəri kodu açıblar – CİF kod. Bank və əməkdaşları bir ildir ki, bu müştəri kodunu birləşdirə bilmirlər.

Tribunainfo.az xəbər verir ki, bu problemlə bank müştərisi Cavid Məmmədov üzləşib. Şikayətçi bildirib ki, dəfərlərlə filiallarda olub, amma problemi həll edilmir:

“6-7 dəfə müştəri filialında olmuşam. Problemi deyirəm, müştəri kod birləşməsi üçün ərizəyə qol çəkdirirlər, deyirlər kodu birləşdirdik, problem aradan qaldırıldı. Deyirlər, mobil tətbiqdən çıxış edib təzədən daxil olun və yaxud silin təzədən yükləyin, düzələcək. Elə edirəm, bu səfər ya hansısa kartım itir mobil tətbiqdə və ya müştəri kodum görsənmir. 937 ilə əlaqə saxlayıram, deyirəm, kartım və ya müştəri kodum görsənmir, deyir sizin adınıza 2 müştəri kodu var. Deyirəm, axı indi filialdan gəlirəm, ordan mənə dedilər düzəldi. Operator cavab verir ki, xeyir, düzəltməyiblər”.

Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.
 

Dünyapress TV

Xəbər lenti