Ardını oxu...
Naxçıvanda fəaliyyət göstərən bütün xəstəxanalarda tibb işçilərinin maaşı kəsilir. Buna səbəb Hesablama Palatasının yerli Səhiyyə Nazirliyində milyonlarla manat yeyinti aşkarlamasıdır. Yəni, nazirlik üzə çıxan yeyintinin yerini işçilərin maaşı ilə doldurmaq istəyir. Bu haqda „Gündəlik Naxçıvan“a bir qrup tibb işçisi məlumat verib.
Təhlükəsizlik səbəbindən adının çəkilməsini istəməyən Naxçıvan MR Mərkəzi Uşaq Xəstəxanasının həkimlərindən biri deyir ki, göstəriş nazirlikdən gəldiyindən heç yerə şikayət edə bilmirlər:
“Maaşları kəsilməsini Hesablama Palatasının üstünə atırlar. Güya palata deyib ki, bizə yazılan mükafat və bayram pulları qanuni deyil. Biz buna inanmırıq. Bu necə ola bilər? Azərbaycanın hər yerində bütün işçilərə mükafat və bayram pulları yazılır. Hesablama Palatası bunu niyə qeyri-qanuni hesab etsin. Bizdə olan məlumata görə, palata başqa qanunsuz yeyintilər üzə çıxarıb, həm də milyonlarla manat dəyərində. Həmin pulun yerini doldurmaq üçün tibb heyətinin maaşından kəsəcəklər. Aidiyyəti qurumlara müraciət edirik, onlardan tələb edirik ki, bu qanunsuzluq dayandırılsın”.
Naxçıvan MR Mərkəzi Xəstəxanasında tibb bacısı işləyən D.M. (ad şərtidir) da maaşların kəsilməsindən narazıdır:
“Biz kasıb adamlarıq. Onsuz da artıq saatlar işlətməklə bizi istismar edirlər. İndi də kimsə milyonlar yeyib deyə, bizim maaşımız kəsilir. Bu qədər haqsızlıq olmaz axı, biz də insanıq. İlk dəfə olaraq, bu ildən bizə mükafat və bayram pulu verməyə başlamışdılar, onu da burnumuzdan gətirdilər. Cəmi 400 manat maaş alıram, onu 120 manatı kəsiləcək. Bu pul neçə ay kəsiləcək ki, yeyintinin yeri dolsun, bilmirik. Naxıvandakı tibb işçilərinə qarşı bu haqsızlıqlar nə vaxt bitəcək?”
 
Ardını oxu...
"Bu vaxtı keçmiş cirələri (mənşəyi də bəlli deyil!) "Bazar store" NİYƏ satışdan çıxarmır?!" Dia-az.İnfo bildirir ki, bu barədə "Müştəriyəm Şikayətim Var" sosial qrupundakı paylaşımında Əfəndi Abdullrəhim adlı istifadəçi giley edir.

Narazı vətəndaş daha sonra əlavə edir: "Üstündə güclə görüləcək şəkildə 13.07.22 istehsal tarixi yazılıb, saxlama müddəti 18 ay...

Belə çıxır ki 13.01.24 tarixində bu məhsulun vaxtı bitib.

Hazırda 05.08.24-dür!!! Piştaxtalarda niyə vaxtı keçmiş məhsullar var?!"

Ardını oxu...
 
Ardını oxu...
Avqustun 4-də Qaradağ rayonu Qobu qəsəbəsi ərazisində 1989-cu il təvəllüdlü Bəhruz Məmmədov öldürülüb.

Oxu.Az xəbər verir ki, bu barədə Qaradağ Rayon Prokurorluğunun məlumatında deyilir.

Bildirilir ki, 1990-cı il təvəllüdlü Nahid Həsənovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı qonşusu Bəhruz Məmmədova kəsici-deşici alətlə xəsarət yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adamöldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.

Nahid Həsənov iş üzrə şübhəli şəxs qismində tutulub.
 
Ardını oxu...
Bakının Yeni Yasamal adlanan ərazisində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Oxu.Az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə yayılıb.

Belə ki, sürücü anidən idarəetməni itirərək avtobusu hərəkətdə olan və yol kənarında dayanan maşınlara çırpıb.

Hadisə şahidlərinin sözlərinə görə, qəza nəticəsində iki avtomobil yanıb və 10-dan çox maşına ciddi ziyan dəyib.

Əraziyə Dövlət Yol Polisi (DYP) əməkdaşları, Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğınsöndürənləri və təcili yardım briqadası cəlb olunub.

Yaralıların olduğu ehtimal edilir.

Həmin görüntüləri təqdim edirik:
Ardını oxu...
Fransanın Marsel şəhərində taksi sürücüsü İsveçrə Yelkənli İdman Federasiyasının prezidenti Lukas Landoltu qarət edib.

Bu barədə İqtisadiyyat.az xarici mediaya istinadən xəbər verir.

Məlumata görə, Marselə İsveçrə yığmasına azarkeşlik etmək üçün gedən Landolt axşam saatlarında kirayə götürdüyü mənzilə getmək üçün taksi çağırıb. Sürücü onu mənzil başına çatdırdıqdan sonra dəyənək çıxarıb və Federasiya pezidentini hədələyərək ondan pul tələb edib. Landolt hücumçunun əlindən qaçıb, daha sonra polis bölməsinə gedərək şikayət ərizəsi yazıb.

Taksi sürücüsü səhər saatlarında saxlanılıb və məhkəmə qarşısına çıxarılıb. Onun Landolta vurduğu zərərin miqdarı göstərilmir.
Ardını oxu...
Bakıda qazanxana borularının yararsız vəziyyətə düşməsi sakinlər üçün təhlükəyə çevrilib.

Xezerxeber.az-ın məlumatına görə, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Deputat küçəsi 19-21 ünvanlarında yaşayan sakinlər bildiriblər ki, istismar müddətini illər əvvəl başa vurmuş qazanxananın tüstü borusu yararsızdır və hər an aşa bilər.

Sakinlər qeyd ediblər ki, artıq bu köhnə tüstü borusuna ehtiyac da yoxdur.

Qazanxanaya nəzarət edən şəxslər isə bildiriblər ki, təhlükəli vəziyyət yoxdur, sözügedən boru nəzarətdədir.

"Azəristiliktəchizat" ASC-nin rəsmisi Elvin Basqallı isə açıqlamasında tüstü borusunun sökülməməsinin səbəbini açıqlayıb və əlavə edib ki, qazanxana ilə birlikdə tüstü borusunun da 2028-ci ildə yenidən istifadəyə verilməsi planlaşdırılır.

Ətraflı süjetdə:

 
Ardını oxu...
Mərkəzi Seçki Komissiyasının (MSK) bu gün keçirilən iclasında 2024-cü il sentyabrın 1-nə təyin edilmiş seçkilərlə əlaqədar Komissiyaya daxil olmuş müraciətlərə baxılıb.

"Cebheinfo.az" xəbər verir ki, beynəlxalq müşahidə missiyası təmsilçilərinin, media subyektləri nümayəndələrinin, eləcə də maraqlı subyektlərin bilavasitə iştirakı ilə keçirilən iclasda müraciətlər geniş müzakirə edilib.

Ümumilikdə 5 müraciət barədə qərar qəbul edilib. Onlardan biri namizədliyi Respublikaçı Alternativ (REAL) Partiyası tərəfindən irəli sürülmüş Zöhrab Əliyevdir. O, namizədliyinin qeydə alınmaması barədə qərarın ləğv olunmasını və namizədliyinin qeydə alınması barədə qərar qəbul edilməsini xahiş edib. Komissiya qərarı ləğv etməyib.

25 saylı Nizami ikinci seçki dairəsi üzrə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş İsmayılov Nəriman İlqar oğlunun, eyni dairədən namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş Mehdi Əliş Vəli oğlunun, 32 saylı Suraxanı üçüncü seçki dairəsi üzrə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş Cəfərli Fikrət Novruz oğlunun da namizədliyi qeydə alınmayıb və MSK qərarları qüvvədə saxlayıb.

46 saylı Sumqayıt beşinci seçki dairəsi üzrə namizədliyi öz təşəbbüsü ilə irəli sürülmüş İbrahimov Əzimağa Fəxrəddin oğlunun müraciətinə isə müsbət cavab verilib. Dairə seçki komissiyası onun namizədliyinə yenidən baxacaq.
 
Ardını oxu...
Azərbaycanın Milli Qəhrəmanı, Azərbaycan Silahlı Qüvvələrinin general-mayoru Polad Həşimovun oğlu Davud Həşimov dörd ölkədən, yeddi universitetdən qəbul alıb.

"Cebheinfo.az" xəbər verir ki, bu barədə "Facebook" sosial şəbəkəsində "Azərbaycan Universitetləri" səhifəsi məlumat yayıb.

Bildirilib ki, o, növbəti tədris ilindən etibarən təhsilini universitetlərin reytinq sıralamasında TOP 100-ə daxil olan ABŞ-nin "Purdue" universitetində davam etdirəcək.

Qeyd edilib ki, Davudun kompüter sahəsində kompüter mühəndisliyi üzrə təhsil alması generalımızın arzusu olub.
 
Ardını oxu...
Qazaxıstanın seysmik stansiyalar şəbəkəsi avqustun 2-də saat 23:15-də (Bakı vaxtı ilə 22:15) Şərqi Qazaxıstan vilayətində 5,8 bal gücündə zəlzələ qeydə alıb.

AYNA xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, zəlzələnin episentri Almatıdan 859 km şimal-şərqdə Qazaxıstan ərazisində (Şərqi Qazaxıstan vilayəti) yerləşib.

Yeraltı təkanlar Ust-Kamenoqorskda iki-üç bal gücündə hiss olunub. Tələfat və dağıntılar barədə məlumat yoxdur.
Ardını oxu...
İctimai nəqliyyatda gedişhaqqının 50 qəpik olmasından sonra vətəndaşlar istifadə etdikləri avtobusların keyfiyyətindən daha çox şikayət edirlər. Ötən yazımızda "Koroğlu" metrosundan Bakı kəndlərinə getmək üçün bəzən avtobus, taksi tapılmadığı, tapılan avtobusların divarlarında isə natəmizlikdən ot göyərdiyi barədə vətəndaşlar narazılıq etmişdilər. Problem hələ də həll olunmamış qalır.
İndi isə ölkənin bir nömrəli avtomobil zavodunun (Gəncə Avtomobil Zavodu-red) yerləşdiyi Gəncə şəhərində ciddi avtobus problemi yaşanır. Gəncədən Nicat Xudat AYNA-ya və Gəncə Şəhər İcra Hakimiyyətinə səslənərək, qeyd edir ki, Gəncədəki bütün avtobuslar öz istismar müddətini başa vurub və üfunət qoxurlar: "Mən anlaya bilmirəm, bu ölkə tək Bakıdan ibarətdir? Siz ancaq Bakıda fəaliyyət göstərirsiniz, yoxsa bütün ölkənin agentliyisiniz? Gəncədə normal ictimai nəqliyyat nə zaman olacaq? Avtobuslar hamısı istismar müddətini başa vurub, sınıq-salxaq avtobuslardan üfunət iyi gəlir. Gediş haqqı da qalxıb, olub 50 qəpik. Gəncədə nəinki 50 qəpik, heç beş qəpiklik ictimai nəqliyyat yoxdur. Gəncə camaatı adam deyil?" - deyə, vətəndaş aidiyyəti qurumlara narazılığını bildirir.

Digər şikayətlər də keyfiyyətsiz yol keçidi xətlərindəndir. Sosial şəbəkə istifadəçiləri bu haqda AYNA-nın rəsmi "facebook" səhifəsində qeyd edirlər ki, bir çox yerdə yol keçidi xətləri yoxdur, olanlar da keyfiyyətsizlikdən heç bir ay çəkmir ki, silinir.

Elnur Əliyev piyada keçidləri barədə yazır: "O piyada keçidlərində insanlar ölür və nə qədər ölsə də, xeyri yoxdur - AYNA piyada keçidlərini rəngləməyəcək. Bu səbəbdən də ölən adamların məsuliyyətini bu ölkədə heç kim daşımır. Burda qanun yoxdur".

Məlumat üçün qeyd edək ki, yazılan bu şərhlərin hər biri məhz elə aidiyyəti qurumun rəsmi "facebook" səhifəsinə yazılıb. Onların bir qismi isə cavablandırılmayıb.

Gəncə şəhərinin avtomobil zavoduna malik olmasına baxmayaraq, burada niyə hələ də gərəkli avtobusların hazırlanıb, şəhər sakinlərinin istifadəsinə verilməməsi isə maraq doğurur.
Bizimyol.info
 

Dünyapress TV

Xəbər lenti