Milli Məclisin ən yaşlı deputatları - Onlar yenidən seçiləcəkmi?
Sentyabrın 1-də gözlənilən parlament seçkiləri ilə bağlı bu günlərdə cəmiyyətin ictimai-siyasi proseslərlə maraqlanan müəyyən bir hissəsini düşündürən suallardan biri də Milli Məclisin dəfələrlə deputat seçilmiş, xüsusən də ahıl yaşlı üzvlərinin namizədliklərini yenidən irəli sürüb-sürməməkləridir.

Qeyd edək ki, ümumi qəbul olunmuş yaş təsnifatına görə 60-74 yaş intervalında olan şəxslər ahıl, 75-89-yaş intervalında olanlar qoca, yaşı 90-dan çox olanlar isə uzunömürlü hesab edilir...

Mövzu ilə maraqlananda bəlli oldu ki, deyəsən, bəzi qoca deputatlar yenidən namizədliklərini irəli sürüb-sürməmək haqda qərar verə bilmirlər. Odur ki, inzivaya, yəni xəlvətə çəkilib dərin-dərin düşünürlər...

Məsələn, parlamentin ən yaşlı və stajlı deputatı – 85 yaşlı Ziyad Səmədzadə telefon zənglərinə cavab vermir. Ancaq, çox güman ki, sovet dövrünü də hesablasaq, artıq 8 dəfə deputat olmuş Ziyad müəllim 9-cu dəfə namizədliyini irəli sürmək qərarından çəkinəcək.

Parlament üzvlərindən biri olan və 2020-ci ildə 7-ci dəfə deputat ola bilmiş 79 yaşlı Eldar İbrahimov telefon zənglərini açıq şəkildə rədd edir.

77 yaşlı Əhliman Əmiraslanov da zənglərə cavab vermir. Hər 2 deputatın bəhs edilən mövzuda mediaya heç bir açqlamasına rast gəlmədik...

Vətəndaş Həmrəyliyi partiyasının 78 yaşlı sədri Sabir Rüstəmxanlının isə telefonuna zəng çatmır. Lakin “Ömür karvanı”nın müəllifi hələ iyunun 4-də mediaya açıqlamasında bildirib ki, onun seçkilərdə iştirak edib-etməyəcəyi məlum deyil. Amma...

“Hələ ki, deputat seçkiləri ilə bağlı rəsmi qərar yoxdur. Məhz bu səbəbdən seçkilərdə iştirak edib-etməyəcəyim məlum deyil. Amma namizədliyimin irəli sürülməsi ilə bağlı Vətəndaş Həmrəyliyi partiyasının qərarı olarsa, daha əvvəl deputat seçildiyim 61 saylı Neftçala seçki dairəsindən seçkilərə qatıla bilərəm”- deyə şair-yazıçı deputat bildirib.

7 dəfə parlament üzvü ola bilmiş Ana Vətən partiyasının 77 yaşlı Fəzail Ağamalı Moderator.az-a açıqlamasında mövzu ilə bağlı qısa danışdı:

“Bu mövzu ilə bağlı bir neçə dəfə açıqlama vermişəm. Dediklərimizi təkrarlamayaq...”

“Milli Məclis üzvlüyünə namizədliyinizi yenidən irəli sürməyi qətiləşdirmisinizmi?” sualını isə deputat belə cavablandırdı:

“Gələn həftə Ana Vətən partiyası İdarə Heyətinin hansı dairələrdən kimlərin namizədliklərini irəli sürməklə bağlı qərarı olacaq. Həmin qərardan sonra açıqlama verəcəyik. Necə ki, bu gün Yeni Azərbaycan partiyası və başqa partiyalar edir, biz də elə edirik...”

Xatırladaq ki, bundan əvvəl, iyunun 13-də F. Ağamalı mediaya belə bir açıqlama verib:

"Hələ ki, müzakirələr gedir. Güman edirəm ki, yenə həmin dairədən namizədliyimi irəli sürəcəyəm".

21 iyundakı növbəti açıqlamasında isə partiya sədri qərarını bir az da qətiləşdirib:

“İlkin müzakirələrdə Ana Vətən Partiyasının sədri kimi mənim seçkilərdə iştirakım vacib hesab edilib. Təbii ki, mən partiya üzvlərinin fikri ilə razılaşmışam, bu seçkilərdə iştirak etmək niyyətindəyəm”.

77 yaşlı Vahid Əhmədov Moderator.az-a açıqlamasında məsələ ilə bağlı bunları söylədi:

“Demək olar ki, namizədliyimi irəli sürmüşəm. Yəni ərizəmi MSK-ya göndərmişəm. Amma qalan məsələlər, təbii ki, sonra bilinəcək. Yenə də 52 saylı Quba-Qusar seçki dairəsindən namizədliyimi vermişəm”.

74 yaşlı Tahir Rzayev də telefon zənglərinə cavab vermir. Lakin o mayın əvvəlində mediaya verdiyi açıqlamada seçkilərdə yenidən iştirak etmək niyyətini ifadə edib:

“Mən Yeni Azərbaycan Partiyasının üzvüyəm. İlk gündən Partiyanın sıralarında olmuşam, onun təşkilatlanmasında müəyyən qədər iştirak etmişəm. Bu gün YAP-ın bir əsgəriyəm. YAP məsləhət bilərsə, sözsüz ki, namizədliyimi müdafiə etməyə hazıram".

71 yaşlı Aqil Abbas Moderator.az-a açıqlamasında daha konkret cavab verdi:

“Mən gedecəyəm Qarabağa, camaatımızla məsləhət edib, sonra qərarımı açıqlayacağam...”

Mayın 16-da mediaya verdiyi açıqlamada isə yazıçı-deputat belə deyib:

“2020-ci ildə keçirilən parlament seçkilərində Qarabağ regionundan seçilmişdim. Növbəti seçkilərdə isə hansı seçki dairəsindən qatılacağım dəqiq deyil. Çünki seçkilərdə iştirak edib-etməyəcəyim hələ ki, məlum deyil”...
 

Bölmənin digər xəbərləri

14 May 2025 "ŞİRVANŞAH" camaatı BOĞAZA YIĞIB... - Düz 6 ildir ki...
14 May 2025 "TikTok"da məşhurlaşan ata: "Günortaya qədər qadın işləri görürəm"
14 May 2025 Agentlik rəhbəri nalayiq hərəkətə görə işdən çıxarıldı
14 May 2025 Kamran Ağabalayev taksi sürücülərindən gileyləndi
14 May 2025 “Georgi lenti” taxan İmişli Ağsaqqallar Şurasının sədri vəzifəsindən azad edilib
14 May 2025 "Qələt edir" - SSRİ bayrağını qaldıran sədrə reaksiya
14 May 2025 İmişlidəki EYBƏCƏRLİYİN MEMARI HƏYASIZCASINA DANIŞDI - XAİNİN BUYNUZU OLMUR Kİ...
13 May 2025 İmişlidə SSRİ bayrağı qaldırıldı: "Georgi lenti" taxıldı - VİDEO
13 May 2025 "Bu tikinti yığıb bizi boğaza..." - Başçının NƏZƏRİNƏ...
13 May 2025 “İnvestAz“da pulu artırmaq istəyən şəxslərin məhkəməsi keçirilib
12 May 2025 Tamaşa bitib, aktyor səhnədə qalıb: Əli Kərimlinin pafoslu monoloqu
12 May 2025 Yakutiyada təyyarədən 9 ton qızıl yerə səpələnib
12 May 2025 DSX: Xudafərin körpüsünün sütun hissəsində qazıntı aparan İran vətəndaşları aşkarlanıb
11 May 2025 Yatmazdan əvvəl bu 2 sözü de – sevgi, bolluq və firəvanlıq sənin olsun
11 May 2025 Goranboyda 64 baş iribuynuzlu heyvan zəhərlənib öldü
11 May 2025 "Prezident Tofiq Yaqublunu əfv edə bilər" - Qüdrət Həsənquliyev
10 May 2025 “Yağlı” müştərilərin soyulması - Kart məlumatları oğrulara satılır? – Problemin izi ilə
10 May 2025 Vəzifəli şəxslərin həbsinin TƏFƏRRÜATI: Gömrükdəki süründürməçilik, süni maneələr - FOTOFAKT
09 May 2025 Bakının bu ərazisində evlər söküləcək
09 May 2025  “TikTok”-da ajiotaj yaradan xəbər: Təhsil haqqı artırıldı?

Dünyapress TV

Xəbər lenti