Qazaxıstan sahillərində Xəzər dənizinin suyunun qırmızı rəngdə olmasını əks etdirən kadrlar yayılıb.
Yeniavaz.com "Kazinform”a istinadla xəbər verir ki, sakinlər qeyri-adi vəziyyətdən narahat olub və ekoloqlara məlumat veriblər.
Lakin Mangistau Regional Ekologiya Departamentinin məlumatına görə, narahatlığa əsas yoxdur, bu təbii hadisədir. Departamentinin mütəxəssisləri dəniz suyunun tərkibində kimyəvi maddələrin və neft məhsullarının olub-olmamasını müəyyən etmək üçün analizlər aparıblar.
"Təhlillərin nəticələrinə görə, heç bir çirkləndirici maddə aşkar edilməyib. Hər şeyin normal olduğu ortaya çıxıb. Yosunlar suya tünd qəhvəyi və qırmızı rəng verir. Qar yağan zaman bu hal daha da qabarıq formada üzə çıxıb. Yosunlar dayaz sularda, xüsusən də sahilimiz boyu böyüyür. Suyun rəngi onların mövcud olduğu yerlərdə dəyişir”, - departamentdən təhlillərin nəticələrinə dair verilən açıqlamada deyilir.
Mangistau Regional Ekologiya Departamentinin rəhbəri Kaysar Nadirbek deyib ki, onlar bu haldan xəbərdar olduqları halda, məsəələni dəqiqləşdirmək üçün suyun vəziyyətini bir daha yoxlayıblar.
Aktaulu ekoloq Kirill Osinin sözlərinə görə, bu hadisə hər il qışda baş verir:
"Çünki bu zaman yosunlar çoxalır və çiçək açır. Qırmızı rəng qar yağanda xüsusilə qorxulu görünür. Bu, əsasən qəhvəyi yosunlardır”.
Bu gün ali təhsil müəssisələrinin magistraturalarına qəbul imtahanında (1-ci cəhd) 3 nəfərdə mobil telefon, 1 nəfərdə isə qanunla istifadəsi və satışı qadağan olunan mini kameralı eynək, xüsusi ötürücü qurğu və qulaqlıq aşkar olunub.
TEREF bildirir ki, bu barədə Redaktor.az - a Dövlət İmtahan Mərkəzindən xəbər verilib.
Müvafiq hallar protokollaşdırılaraq həmin şəxslər imtahandan xaric olunublar. Hazırda qeyd olunan qayda pozuntuları ilə bağlı araşdırma aparılır. DİM bir daha imtahan iştirakçılarını bu cür hərəkətlərdən çəkinməyə çağırır və bu hərəkətlərə yol vermiş şəxslər, onları bu işə təhrik edənlərlə bağlı hüquq-mühafizə orqanlarına müraciət ediləcəyini nəzərə çatdırır.
Əmlak Məsələləri Dövlət Xidmətinin məlumatına görə, 2024-cü ildə xarici ölkə vətəndaşlarının əldə etdikləri daşınmaz əmlakların 197-si fərdi yaşayış və bağ evi, 214-ü isə mənzil olub.
Azərbaycanda mülk almağa ən çox Rusiya, Türkiyə, Gürcüstan, Ukrayna və Qazaxıstan vətəndaşları maraq göstərirlər. Mütəxəssislər isə deyirlər ki, əcnəbilər daha çox dənizkənarı ərazilərdə əmlak almağa üstünlük verirlər.
"Onlara dənizimiz, şəhərimizin mərkəzi daha maraqlı gəlir. Bu şəxslər əsasən Ağ Şəhər, Səməd Vurğun küçəsində olan mənzillərə, Mərdəkan ərazisində yerləşən bağ evlərinə üstünlük verirlər. Onların əksəriyyəti Bakıda ailə həyatı qurduğu üçün ev alırlar. Lakin iş məqsədilə paytaxta gələrək burada ev alan əcnəbilər də az deyil", - deyə əmlakçı Tural Əfəndi bildirib.
Həmçinin hesab olunur ki, xarici ölkə vətəndaşları Azərbaycanda evi müvəqqəti yaşamağa icazə məqsədilə alırlar. Bununla belə, əcnəbilərin 2024-cü ildə Azərbaycanda aldıqları evlərin sayı əvvəlki illə müqayisədə azalıb.
Belə ki, 2024-cü ildə xarici ölkə vətəndaşları tərəfindən əldə olunmuş cəmi 824 əmlakın mülkiyyət hüququnun qeydiyyatı aparılıb. Halbuki 2023-cü ilin təkcə birinci yarısında bu göstərici 909 olub.
"Vətəndaşların bir çoxu sual verir ki, məni təhqir edən şəxsi cinayət məsuliyyətə cəlb etmək olar?
Təhqir dedikdə kütləvi çıxışlarda, kütləvi nümayiş etdirilən əsərdə, kütləvi informasiya vasitələrində, sosial şəbəkələrdə şəxsiyyətin şərəf və ləyaqətinin qəsdən nalayiq formada alçaldılması nəzərdə tutulur".
Bu sözləri Demokrat.az-a açılamasında vəkil Turan Abdullazadə deyib.
"Şəxsin şərəf və ləyaqətini iki və daha çox şəxsin görə biləcəyi formada alçaltmaq təhqir hesab edilir. Mesajda, şəxsi "e-mail" vasitəsi ilə, üzbəüz formada şəxsiyyətin alçaldılması təhqir hesab olunmur, buna görə cinayət məsuliyyəti nəzərdə tutulmur.
Sübut oluna bildiyi halda şəxsə mənəvi ziyan vuran, sarsıntı yaşadan, şərəf və ləyaqətini ləkələyən şəxslər mülki məhkəmə icraatı qaydasında məhkəməyə verilə bilər. Məhkəmədə vurulan zərərin əvəzinin ödənilməsi tələbi irəli sürülə bilər".
Uzun müddətdir axtarışda olan tanınmış iş adamı Müqayis Verdiyev həbs olunub.
TEREF Avtosfer.az – a istinadən xəbər verir ki, Xətai rayon Polis İdarəsinin Cinayət Axtarış şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlər nəticəsində onun gizləndiyi yer müəyyən olunub.
Müqayis Verdiyev təqsirləndirilən şəxs qismində saxlanılıb. Onun barəsində toplanmış materiallar aidiyyəti üzrə Xətai rayon məhkəməsinə təqdim olunub.
Hakim Bəxtiyar Məmmədovun sədrliyi ilə keçirilən prosesdə iş adamına Cinayət Məcəlləsinin 178.3.2-ci maddəsi ilə ittiham irəli sürülüb. O, məhkəmənin qərarı ilə 1 ay 24 gün müddətində istintaq hərəkətlərinin davam etdirilməsi üçün həbs olunaraq Bakı İstintaq Təcridxanasına göndərilib.
Qeyd edək ki, Müqayis Verdiyev dəfələrlə dələduzluq cinayətinə görə məhkum olunub.
Bu saatlarda Bakıda narkoşəbəkəyə qarşı böyük əməliyyat keçirilir.
“AzPolitika”ya daxil olan məlumata görə, bir neçə ünvanda keçirilən əməliyyat zamanı narkomafiyanın üzvləri külli miqdarda narkotik maddə ilə birlikdə ələ keçiriliblər.
Məlumata görə, polis əvvəlcə Sabunçu rayonunun Zabrat qəsəbəsində içində külli miqdarda narkotik olan “Range Rover” avtomobilini saxlayıb. Əməliyyatın davamı Nizami rayonu ərazisində keçirilib. Metronun Qara Qarayev metrostansiyası yaxınlığında 10-JP-042 dövlət nömrə nişanlı BMV saxlanılıb. Maşına baxış zamanı külli miqdarda narkotik aşkarlanıb.
Türkiyəli məşhur seysmoloq Naci Görür Çanaqqalanın zəlzələyə davamlı şəhər olmadığını və bölgənin ciddi təhlükə altında olduğunu bildirib.
O, bu barədə Çanaqqala Ticarət və Sənaye Palatası tərəfindən təşkil edilən “Çanaqqalanın Zəlzələyə Davamlılığı” adlı konfransda çıxışı zamanı danışıb.
“Çanaqqala zəlzələyə davamlı şəhər deyil. Onun yerləşdiyi ərazi seysmik cəhətdən aktivdir. Özünüzü aldatmayın. Buradakı hər bir qırılma xətti 7 və daha çox bal gücündə zəlzələyə səbəb ola bilər”, – deyə Görür bildirib.
O əlavə edib ki, Çanaqqalanın möhkəm yerləri şimal və cənubdakı dağlıq ərazilərdir. “Şimali Anadolu və Marmara bölgələrində zəlzələ gözlənilir. Siz bu iki aktiv qırılma xəttinin ortasında, üstəlik seysmik baxımdan riskli ərazidə yerləşirsiniz”, – deyə seysmoloq xəbərdarlıq edib.
2023-cü ilin yanvar ayından keçmiş məcburi köçkünlər üçün tikilmiş və istifadəsiz mənzillərin onlayn satışına başlanılıb. Mənzillər Bakının Ramana, Ümid, Kürdəxanı qəsəbələrində, Abşeron və Samux rayonlarındakı yeni yaşayış binalarındadır.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilən satış prosesi ümumilikdə 5 kompleks üzrə 1662 mənzili əhatə edir. Satış prosesinin 2023-cü il iyulun 1-dək davam edəcəyi gözlənilsə də hazırda nazirliyin müvafiq portalında satılmayan mənzillərə rast gəlinir. Eyni zamanda, xeyli sayda bron edilən mənzillər də var.
"DogruXeber.az" xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyindən Bizim.Media-ya keçmiş məcburi köçkünlər üçün tikilmiş, ancaq istifadəsiz qalan mənzillərin nazirlik tərəfindən satış prosesinin davam etdirildiyi bildirilib.
Qeyd olunub ki, nazirlik tərəfindən satışı həyata keçirilən mənzillərlə bağlı məlumat (ünvanı, binanın mərtəbə sayı, mənzilin nömrəsi və qiyməti, sahəsi, yerləşdiyi mərtəbə, otaqlarının sayı, təmir vəziyyəti və s.) ms.sosial.gov.az portalında təqdim olunur:
“Mənzillərdən maksimum 3 mənzili bron etmək mümkündür. Mənzil almaq istəyənlər öz şəxsi kabinetinə daxil olmaq və mənzilləri bron etmək üçün əvvəlcədən ASAN Loginin autentifikasiya vasitələrindən (identifikasiya nömrəsi, SİMA rəqəmsal imza, ASAN imza, SİMA Token (elektron imza), BSXM Elektron imza) birinə malik olmalıdır. Bron prosesinin ardından isə vətəndaşlar mənzilə baxış keçirmək və qərarlarına əsasən alqı-satqı prosesini yekunlaşdırmaq üçün dəvət olunurlar. Mənzilləri alan şəxslər tərəfindən mənzillərin dəyəri tam ödənilməklə onlarla notariat qaydasında təsdiq edilmiş alqı-satqı müqaviləsi bağlanır və mənzillər sahiblərinə təqdim olunur”.
Bildirilib ki, hazırda 1194 mənzil satışdadır:
“Yeni binalarda yerləşən həmin mənzillər tam təmirlidir, istifadə olunmayıb. Hazırda Qaradağ rayonundakı Ümid qəsəbəsindəki kompleksdə 44 ədədi üç otaqlı, 14 ədədi dördotaqlı olmaqla ümumi 58 mənzil, Abşeron rayonundakı kompleksdə 821 ədədi üçotaqlı, 197 ədədi dördotaqlı olmaqla ümumi 1018 mənzil, Sabuçu rayonu, Ramana qəsəbəsindəki kompleksdə 102 ədəd dördotaqlı, Samux rayonunda yerləşən kompleksdə isə 16 ədəd dördotaqlı mənzil satışdadır. Mənzillər çıxarışla təmin olunduğu üçün ipoteka və kredit predmeti hesab oluna bilər. Bunun üçün vətəndaşlarımız müvafiq banklara müraciət edə bilərlər”.
Məlumat üçün bildirək ki, satışdan əldə olunan vəsait ölkəmizin digər bölgələrində şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin mənzil
"Azəriqaz" İstehsalat Birliyi qaz təchizatı ilə bağlı təhlükəsizliyi təmin etmək məqsədilə texniki müayinələrə start verib.
"Azəriqaz" İstehsalat Birliyindən bildirilib ki, bu müayinələr texniki şərtlərdən kənara çıxan hallar və standartlara uyğun olmayan qaz cihazlarının istifadəsini və quraşdırılmasını yoxlayır.
Texniki müayinələr abonentlərin təhlükəsizliyini təmin etmək və onları gələcəkdə dəm qazından boğulma və digər təhlükələrdən qorumaq məqsədi daşıyır.
Ani mesajlaşma tətbiqləri üzərindən Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə məxsus “Azərpoçt” MMC-nin adından dələduzluqlar həyata keçirilir.
Demokrat.az xəbər verir ki, bu barədə nazirlik yanında Elektron Təhlükəsizlik Xidməti (ETX) məlumat yayıb.
Qeyd olunub ki, müxtəlif elan platformalarında məhsul paylaşan vətəndaşların nömrələrinə məhsulu almaq barədə mesajlar göndərilərək onlar saxta keçidlərə yönləndirilir: “Həmin keçidlər vasitəsilə məhsulun ödənişini almaq üçün vətəndaşlardan bank kartı və digər fərdi məlumatlarını daxil etmək tələb olunur.
ETX vətəndaşlara belə hallara qarşı diqqətli olmağı, hər hansı qurum adından kampaniya tipli məlumatlarla rastlaşdıqda həmin məlumatı qurumun özündən dəqiqləşdirməyi, şübhəli keçidlər vasitəsilə bank kartı və digər fərdi məlumatlarını qarşı tərəfə ötürməməyi tövsiyə edir".
Xatırladaq ki, daha əvvəl də “Azərpoçt”un adından vətəndaşlara qarşı dələduzluq hallarına yol verilib.