Ardını oxu...
Sankt-Peterburqda (Rusiya) azyaşlı yeni dostunun xahişi ilə yüzlərlə məktəbi "minalayıb".

Bu barədə TEREF Oxu.Az-a istinadən xəbər verir.

Ötən gün naməlum şəxs üç nömrədən polisə zəng edib və uşaq səsi ilə şəhər daxilində 709 məktəbin minalanmış olduğunu bildirib.

Təhsil müəssisələrinə əməkdaşlar göndərilib və onlar heç bir yerdə partlayıcı qurğu aşkar etməyiblər.

Əvəzində polis zəng vuran şəxsin kimliyini müəyyən edib və o, Kronştadtdan olan 10 yaşlı Vladislav adlı məktəbli olub.

Uşaq etiraf edib ki, bu yaxınlarda "Telegram"da həmyaşıdı ilə tanış olub və sonuncu ondan bir xahişi yerinə yetirməsini istəyib. Dostluq naminə uşaq terror aktı təhlükəsi barədə məlumat verib.

Hazırda iş üzrə istintaq materialları İstintaq Komitəsinə təhvil verilib.
Ardını oxu...
“Taliban” BMT-nin Əfqanıstandakı əməkdaşlarından saqqal saxlamağı tələb edib.

Bu barədə “Amu TV” məlumat yayıb.

Məlumata görə, Əxlaq və Fəzilət Nazirliyinin nümayəndələri BMT-nin Əfqanıstandakı əməkdaşlarına xəbərdarlıq ediblər ki, saqqalını qırxan şəxslər həbs ediləcək.

Qeyd edək ki, bu, “Taliban”ın ölkələrindəki BMT nümayəndələrinə qarşı gördüyü ilk tədbirlər deyil. Belə ki, 2023-cü ilin aprelində qadınların təşkilatda işləməsini qadağan ediblər.
 
Ardını oxu...
Polisə müraciət edən G.K. dini nikahlı əri Serdar Arslanın yoxa çıxdığını deyərək, itkin düşdüyünü bildirib.

Sonxeber.az xarici mediaya istinadən xəbər verir ki, polis əməkdaşları hadisə ilə bağlı araşdırma başlatarkən, şübhəlinin evindən çıxan zaman stifadə etdiyi avtomobilinin Ümraniyedə qapıları açıq tərk edilmiş halda tapılması ilə istintaqın gedişi dəyişib.

İstanbul İtkin Şəxslər Bürosu tərəfindən aparılan araşdırmada avtomobilin başqa bir şəxs tərəfindən Kocaeli, Başiskeleyə gətirildiyi müəyyən edilib. Təhlükəsizlik kamerası görüntülərini araşdıran polislər , avtomobili İstanbula gətirən şəxsin Ümraniyedə avtomobili tərk edərək taksi ilə Kavacığa getdiyini, daha sonra isə onu gözləyən başqa avtomobilə minərək Sefaköyə getdiyini müəyyən edib.

Polis əməkdaşları, avtomobili idarə edən şəxsin Ö.Mahsun olduğunu təyin etdi. Həmin şəxsin itkin düşdüyü üçün axtarışda olan Serdar Arslanın iş ortağı və alabalıq restoranını birlikdə işlətdiyi Ö.Habil qardaşı olduğu müəyyən edilib.

Məlum olub ki, iki şərik bir müddətdir ki, borc üstündə dava ediblər.
 
 
Ardını oxu...
Saat 9:00-a olan məlumata əsasən ölkə ərazisində yağıntılı və küləkli hava şəraiti müşahidə olunur.

Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, dağlıq rayonlara qar yağır.

Yağan qarın hündürlüyü Lerikdə 79, Yardımlıda 23, Qubada (Qrız) 19, Kəlbəcərdə 17, Şahdağda 14, Şuşada 12, Laçında 7, Xaltanda 6, Xankəndində 4, Qusar, Şahbuzda 1 sm-dir.

Bəzi yerlərdə isə yağış yağır. Belə ki, düşən yağıntının miqdarı Astara, Lənkəranda 13 mm, Daşkəsən, Şəmkir, Gəncə, Zaqatala, Neftçala, Biləsuvar, Tərtər, Zaqatala, Cəlilabadda eyni zamanda Bakıda və Abşeron yarımadasında 1 mm-dək qeydə alınıb.

Ölkənin bəzi ərazilərində güclü şimal-qərb küləyi əsir. Küləyin sürəti arabir Bakıda və Abşeron yarımadasında arabir 30 m/s, sarı xəbərdarlığa uyğun olaraq isə Neftçalada 20 m/s, Şirvanda 16 m/s-dək güclənib. Bu narıncı xəbərdarlığa uyğundur.

Neft Daşları stansiyasının məlumatına əsasən, dənizdə dalğanın hündürlüyü 5.8 metrə çatıb.

Daşkəsən, Göygöl, Qax, Şəki, Qəbələ, Şamaxı, Quba, Qusar, Qrız, Bərdə, Tərtər, Gəncə, Naftalan, Şəmkirdə duman müşahidə olunur. Dumanda görünüş 50-200 metrədək məhdudlaşıb.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında eləcə də Aran rayonlarında 3 dərəcəyədək isti, Naxçıvan MR-da və dağlıq rayonlarda 8, yüksək dağlıq ərazilərdə isə 17 dərəcəyədək şaxta qeydə alınıb.
Ardını oxu...
Gəncə şəhərində uşaq-inkişaf mərkəzi və özəl bağça kimi fəaliyyət göstərən mərkəzlərdən birində müəllim uşaqların ağzını yapışdırıcı lentlə bağlayıb.

Olay "Kiçik dahilər" Uşaq İnkişaf Mərkəzində baş verib və müşahidə kameralarına düşüb.

Görüntülərdən məlum olur ki, azyaşlıların təlim-tərbiyəsi ilə məşğul olan qadın müəllim onların ağzını yapışdırıcı lentlə bağlayır. Hadisə otaqda sakitlik olan və uşaqlar bir-biri ilə oynadığı zaman baş verir. Lakin bunun cəza yoxsa, oyun xarakterli olduğu aydınlaşmır.

"Kiçik dahilər" Uşaq-İnkişaf Mərkəzinin nümayəndəsi Pərvanə Muradova açıqlamasında faktı təsdiqləyib.
Ardını oxu...
O bildirib ki, hadisə yanvarın 30-da qeydə alınıb və müəllim artıq işdən çıxarılıb:

“Müəllim oyun niyyəti ilə, uşaqların öz istəyi əsasında onların ağızlarına "skoç" vurub. Lakin bizimlə şəxsi problemləri olan bir valideyn bundan istifadə edərək, şikayətləndi və bizim üçün problem yarandı. Məhz bu səbəbdən 2-3 gün sonra həmin müəllimi işdən azad etməli olduq. O, düzgün hərəkət etməsə də, bunu sadəcə, oyun niyyəti ilə edib”.

Mərkəzin rəhbəri Əfsanə Kazımova isə bildirib ki, məsələdən bir neçə gün sonra xəbər tutub və həmin müəllim işdən azad olunub:

"Müəllim bunu uşaqların öz istəyi ilə edib və pis bir niyyəti olmayıb. Lakin bizimlə şəxsi problemləri olan bir valideyn bu məsələni qabardıb, digər valideynlərin isə şikayəti olmayıb".

Mərkəz özəl sahibkarlıq subyekti kimi fəaliyyət göstərdiyi üçün Elm və Təhsil Nazirliyindən məsələyə münasibət bildirilməyib:

"Mərkəz heç bir qurumun tabeliyində olmadığından nazirlik məsələyə qarışa bilmir".

Qeyd edək ki, "Kiçik dahilər" Uşaq İnkişaf Mərkəzi ötən ilin sentyabrından fəaliyyət göstərir.
 
 
Ardını oxu...
Çinin Sıçuan əyalətində torpaq sürüşməsi baş verib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, hadisə İbin şəhərinin Cinpin kəndində qeydə alınıb.

Təbii fəlakət nəticəsində 30 nəfərin dağıntılar altında qaldığı bildirilir.

Hazırda ərazidə axtarış-xilasetmə işləri aparılır.
 
Ardını oxu...
Hacıqabulda 3.1 maqnitudada zəlzələ olub.

Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən bildirilib.

Təbiət hadisəsi Bakı vaxtı ilə 18:31-də Şirvan stansiyasından 20 kilometr şimalda qeydə alınıb.

Yeraltı təkanların ocağı 38 kilometr dərinlikdə olub.
 
 
 
Ardını oxu...
Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Mehdi Hüseyinzade 3 ünvanında yaşayan Ema Rəfiyeva "Saloğlu" şirkətindən narazıdır.
AFN.az-a müaricət edən şikayətçi bildirir ki, təxminən 8 ay əvvəl "Saloğlu"dan stullar alıb: "Ondan əvvəl o firmanın divanını, çarpayısını almışdım, razı qalmışdım. Amma stullar deffektli çıxdı. Belə ki, 4-5 ay istifadədən sonra stulların ayağında olan rəng tökülməyə başladı. Stullar qaradır, rəng töküldükcə yeri ağarırdı. Zəng etdim firmaya, gəldilər evdə stulların ayağına lak kimi kley çəkdi, yamaq vurdu, bir sözlə. Usta getdikdən 2-3 ay sonra yenə eyni proses təkrarlandı. İki dəfə zəng etdim usta göndərmədilər, sonra gördülər ki, təkidlə tələb edirəm, usta gəldi stulları apardı. Hətta stulların birinin oturacağı da laxlayırdı. 6 stul almışdım, 4-nü apardı, 2-si qaldı, dedi gəlib evdə düzəldəcəm. İndi gətirib yenidən həmin stulları vermək istəyirlər, birinci halda olduğu kimi rəngləyib geri gətiriblər. Halbuki mən stulların dəyişdirilməsini tələb edirəm. Hansı ki, mənə verdikləri zəmanət haqqında sənəddə də göstərilir ki, zavod tərəfindən yol verilən deffekt aşkarlanarsa, məhsul dəyişdiriləcək".
Şikayətçinin sözlərinə görə, alınan stullar bu müddət ərzində çox işlənməyib də: “Evimdə 6 dənə də əvvəldən stul var. Hər bir azərbaycanlı kimi, mən də köhnəni qoyub, təzəni işlətmədim. Təzələri saxladım qonaq-qara üçün, köhnələri işlətdim. Usta özü də gələndə gördü ki, çox işlədilməyib, təptəzə qalıb”.
E.Rəfiyeva qeyd edib ki, firma tərəfindən verilən zəmanət müddəti bir neçə aydan sonra bitəcək, ona görə də müvəqqəti rənglənmiş stulları götürmək fikri yoxdur: "İstehsaldan problemli olan stulları rəngləyib mənə qaytarırlar. Mən stulları götürmürəm, təkid edirlər ki, götür, bax, narazı qalsan həll edərik. Amma mən bilirəm ki, sonra götürməyəcəklər, heç gəlib təmir də etməyəcəklər. Zəmanət bitəndən sonra ümumiyyətlə, şikayətimizə baxmayacaqlar".
Qeyd edilənlərlə bağlı "Saloğlu" şirkətinin servis müdiri Xəyyam Mikayılzadə AFN.az-a bildirdi ki, satılan məhsulda deffekt olmayıb: "Saxlanma şəraiti ilə əlaqədar müəyyən problemlər yaranıb. Ema xanım bizim daimi müştərimiz olduğu üçün müştəri məmnuniyyətini təmin etmək məqsədilə stulların hansından şikayətçidirsə, onu da götürüb təmir etmişik. İndi müştəri stulları nəinki qəbul etmir, heç baxmaq da istəmir ki, vəziyyət necədir. Müştəriyə təklif edirik ki, evdə qalan stulları harda istəyir aparıb yoxlatsın, görsün ki, keyfiyyəti necədir, sonra hara istəsə şikayət edə bilər. Stul bir-birinə dəyib cızıla da bilər, bu o demək deyil ki, deffektlidir".
Ardını oxu...
Türkiyənin Egey dənizi sahillərində 4,8 gücündə zəlzələ baş verib.

Bu barədə AFAD məlumat yayıb.

Məlumata görə, yeraltı təkan 7 km dərinlikdə qeydə alınıb.
 

Dünyapress TV

Xəbər lenti