Ardını oxu...
Hazırda ölkədə xarici dildə olan məktəblərin sırasında rusdilli məktəblərin sayı daha çoxdur.

Hətta bir müddət öncə Rusiya Prezidenti Vladimir Putin Azərbaycan-Rusiya Universitetinin yaradılmasının planlaşdırıldığını açıqlamışdı. Bu gün ölkədə 300-ə qədər məktəbin Azərbaycan və rus dili bölməsində tədris aparılır, 17 məktəbdə isə ancaq rus bölməsi var. Həmin rusdilli məktəblər dövlət büdcəsindən maliyyələşir. Ölkəmizdə fəaliyyət göstərən digər dildə olan məktəblər isə əsasən ödənişlidir.

Məlumata görə, hazırda ümumilikdə orta məktəblərin 7,6 %-də təhsil rus dilindədir. Ümumilikdə təhsil alan uşaqların 6,3 %-i rus dilində oxuyur.

Doğrudur, orta məktəblərdə 450 min uşağa rus dili xarici dil kimi tədris edilir. Bu isə ümumi şagirdlərin 32 %-i deməkdir.

Bunlarla yanaşı, ölkə üzrə ümumtəhsil müəssisələrində təhsil alan şagirdlərin bölmələr üzrə sayı belədir:

Azərbaycan bölməsi üzrə respublikada 1 428 608 nəfər şagird, rus bölməsində 131 412 nəfər, gürcü dili bölməsi üzrə 1 114 nəfər, ingilis dili bölməsi üzrə 5 457, fransız dili bölməsi üzrə 130, türk dili bölməsi üzrə isə 295 nəfər şagird təhsil alır. Ümumilikdə respublika ümumtəhsil məktəblərində 1 567 016 nəfər şagird qeydə alınıb.

Sinif sıxlığına görə ən böyük göstərici hər sinifdə ortalama 27 şagirdlə türk dili bölməsindədir. Ölkədə şagird sayının çoxluğu müşahidə olunan Azərbaycan və rus dili bölmələrində sinifdə şagird sıxlığı müvafiq olaraq 18 və 24 nəfər təşkil edir.

Bu gün dövlət büdcəsindən maliyyələşən belə məktəblərin sayının artırılmasına ehtiyac varmı?

Təhsil üzrə ekspert Kamran Əsədov “Cümhuriyət”-ə bildirib ki, hazırda rus bölməsində təhsil verən məktəb və universitet kifayət qədərdir:

“Bu şəraitdə ayrıca bir rusdilli universitetin təsis edilməsi nə dərəcədə vacibdir və təhsil siyasətinə necə təsir edəcək?

Digər tərəfdən, niyə ingilis dilində dövlət hesabına təhsil almaq imkanları məhduddur? Azərbaycanın təhsil sistemində rus dilində tədrisin mövcudluğu tarixi köklərə malikdir. Ölkədə 300-dən çox məktəbdə rus bölməsi fəaliyyət göstərir, onlardan 17-si yalnız rus dili əsasında təhsil verən məktəbdir.

Rusdilli məktəblərin sayının artması ilə yanaşı, tələbələr üçün rus dilində təhsil verən ali təhsil müəssisələri də var.

Bakı Slavyan Universiteti bu sahədə əsas ali təhsil müəssisələrindən biridir, rus dili və ədəbiyyatı üzrə ixtisaslaşıb. Bundan əlavə, Bakı Dövlət Universitetində, Azərbaycan Dillər Universitetində və digər ali təhsil müəssisələrində rus bölmələri fəaliyyət göstərir. Belə olan halda, yeni bir Azərbaycan-Rusiya Universitetinin yaradılmasına ehtiyacın nə dərəcədə olduğu mübahisəlidir”.

Ekspert bildirib ki, rusdilli təhsilin geniş yayılması fonunda ingilis dilində dövlət hesabına təhsil almaq imkanlarının məhdud olması diqqət çəkir:

“Hazırda Azərbaycanda ingilisdilli məktəblərin əksəriyyəti özəl sektorun nəzarətindədir və burada təhsil almaq üçün yüksək ödəniş tələb olunur. Bir çox valideyn övladlarını ingilisdilli məktəblərə göndərmək istəyir, lakin ödənişli sistem bu imkanı məhdudlaşdırır. Əgər məqsəd gənclərin beynəlxalq əmək bazarında daha rəqabətli olmasını təmin etməkdirsə, ingilisdilli məktəblərin dövlət tərəfindən dəstəklənməsi və pulsuz təhsil verən məktəblərin açılması məqsədəuyğun olardı”.

Azərbaycan-Rusiya Universitetinin yaradılmasının əsas məqsədi nədir?

Ekspertin sözlərinə görə, əgər bu universitet Rusiya ilə akademik əməkdaşlığı inkişaf etdirmək və kadr hazırlığını gücləndirmək üçün nəzərdə tutulursa, mövcud ali təhsil müəssisələrində rus bölmələrinin genişləndirilməsi daha effektiv həll yolu ola bilərdi:

“Əgər universitet yalnız Rusiya təhsil modelinə əsaslanacaq və yerli təhsil prioritetlərini nəzərə almayacaqsa, bu, Azərbaycanın təhsil strategiyasına nə dərəcədə fayda verəcək? Bu sual açıq qalır. Dünyanın inkişaf etmiş ölkələrində çoxdilli təhsil sistemi geniş yayılıb. Avropa ölkələrində dövlət tərəfindən maliyyələşdirilən müxtəlif dillərdə təhsil verən məktəblər mövcuddur. Məsələn, Almaniyada fransız, ingilis, rus və türk dillərində təhsil verən dövlət məktəbləri fəaliyyət göstərir.

İsveçdə məktəblərin böyük bir hissəsində şagirdlərə əlavə dil seçimləri təqdim edilir. Finlandiyada isə təhsil sistemi çoxdilliliyi təşviq edir və burada dövlət hesabına müxtəlif dillərdə təhsil almaq mümkündür. Azərbaycanda da eyni model tətbiq edilərsə, yalnız rus dili deyil, ingilis, fransız, alman və digər beynəlxalq dillərdə də dövlət tərəfindən dəstəklənən məktəblərin yaradılması gənclərin gələcəkdə qlobal bazarda daha uğurlu olmasına şərait yarada bilər.

Təhsil siyasətində tarazlıq vacibdir. Əgər Azərbaycan hökuməti rus dilində təhsil almaq istəyənlər üçün dövlət hesabına məktəblər və ali təhsil müəssisələri yaradırsa, eyni yanaşma ingilis dili üçün də tətbiq edilməlidir.

İngilis dili qlobal ünsiyyət vasitəsi olduğu üçün bu dildə təhsil almaq istəyənlər üçün də dövlətin pulsuz imkanlar təqdim etməsi zəruridir. Hazırda ingilis dilli məktəblərin yalnız ödənişli olması və dövlət tərəfindən dəstəklənməməsi bir çox valideynlər üçün ciddi maneə yaradır. Əgər rus dilində təhsilə ayrılan maliyyə resursları ingilis dilində təhsilin inkişafına da yönəldilsə, ölkə daha rəqabətədavamlı bir təhsil modelinə keçid edə bilər”.

Məsələnin digər tərəfi isə Azərbaycanın ali təhsil sisteminin ümumi vəziyyəti ilə bağlıdır:

“Hazırda ölkədə fəaliyyət göstərən universitetlərdə infrastruktur problemləri, elmi tədqiqat bazasının zəif olması və dünya reytinqlərində geridə qalmaq kimi məsələlər mövcuddur. Bu baxımdan, yeni universitet yaratmaqdan daha vacib olan mövcud ali təhsil müəssisələrinin inkişaf etdirilməsi, onların beynəlxalq standartlara uyğunlaşdırılmasıdır.

Əgər Azərbaycanın təhsil sistemi qlobal reytinqlərdə irəliləmək istəyirsə, ilk növbədə yerli universitetlərin elmi potensialını gücləndirmək, onların tədqiqat və akademik imkanlarını artırmaq lazımdır. Əks halda, yeni universitetlərin yaradılması köhnə problemlərin həll edilmədən sadəcə say artırmağa yönəlmiş bir addım kimi görünə bilər.

Azərbaycan-Rusiya Universitetinin yaradılması təhsil siyasətində yeni bir istiqamət kimi təqdim edilsə də, onun real ehtiyac olub-olmadığı mübahisəlidir.

Hazırda ölkədə kifayət qədər rusdilli məktəb və universitet olduğu halda, bu resursların daha səmərəli istifadəsi mümkündürmü? Eyni zamanda, niyə dövlət yalnız rusdilli təhsili maliyyələşdirir, lakin ingilisdilli məktəblər ödənişlidir?”

Əgər məqsəd qlobal bazarda rəqabət qabiliyyətli kadr hazırlamaqdırsa, o zaman ingilis dilli təhsilin pulsuz olması üçün də mexanizmlər yaradılmalıdır. Təhsil siyasəti strateji baxımdan düşünülməli, təkcə siyasi maraqlara deyil, ölkənin gələcək inkişafına xidmət etməlidir. Hazırkı yanaşma yenidən nəzərdən keçirilməlidir”.
 
Ardını oxu...
Samux rayonu, Poylu kənd sakini İsmayılov Akif İsmayıl oğlu tərəfindən Hurriyyet.az saytının redaksiyasına şikayət məktubu daxil olub. Şikayətçi bildirir ki, “Retems Group” şirkəti 3 ay əvvəl, o da daxil olmaqla, ümumilikdə 16 nəfərdən xurma alsa da, hələ də pulunu ödəmir. A.İsmayılov bu məsələdə şirkətin baş direktoru Orxan Musayevi şirkətin Ruslan, Natiq, Seyfəddin və Bəşir adlı işçilərini ittiham edir:

“Mən, İsmayılov Akif İsmayıl oğlu, yazaraq bildirirəm ki, “Retems Group” şirkətinin baş direktoru Musayev Orxan və işçiləri Ruslan, Natiq, Seyfəddin və Bəşir dələduzluqla məşğuldurlar. Belə ki, onlar məndən və tanıdığım digər 16 nəfərdən xurma alaraq, pulumuzu mənimsəmişdir.

Şirkət rəhbəri tək bizim kənddən yox, başqa rayonlardan olan sakinləri də bu cür aldadıb. Onlardan İbrahimov Samir Azər oğlu, Əhmədov Ramazan Məhərrəm oğlu, İsmayılov Hüseyn Qasım oğlu, Alıyev Tural Elşad oğlu, Vəliyev Fariz Mübariz oğlu, Bağırov Nəsrəddin Sadəddin oğlu və daha çox sayda aldadılan insanlar var.

Biz halal zəhmətlə qazanmaq üçün həyətimizdəki meyvələri satmaq istəmişik. Biz nə biləydik ki, bu şirkət fırıldaqçılıqla məşğuldur?!

Səlahiyyətli qurumlardan xahiş edirəm ki, məsələ ilə bağlı bizə kömək etsinlər. Polisə hələ müraciət etməmişik. Amma bu hərəkətləri ilə bizi məcbur edirlər ki, onları polisə şikayət edək”.

“Retems Group” şirkətinin baş direktoru Orxan Musayev “Hürriyyət”ə bildirdi ki, sakinlərin pulunun ödənilməməsinə görə rəhbərlik etdiyi şirkət məsuliyyət daşımır:

“Bəli, biz şirkət olaraq xurma alışı ilə məşğuluq. Ola bilsin ki, adlarını çəkdiyiniz 16 nəfərin malı da bilavasitə bizə satılıb. Lakin biz bütün tədarükçülərimizin ödənişlərini etmişik. Yəni şirkətin heç bir tədarükçüsünə borcu yoxdur. Hansısa bir tədarükçümüz bu sakinlərin ödənişlərini çatdırmayıbsa, bu barədə xəbərimiz yoxdur”.

Şikayətçinin qeyd etdiyi Ruslan adlı şəxs isə dedi ki, o, şirkətin nümayəndəsi deyil, fərdi çalışır, məhsulu alır və satır.

P.S. Redaksiyamıza şikayət edən şəxslərdən biri isə vurğuladı ki, şirkətdən ona yaxın günlərdə ödəniş ediləcəyi bildirilib: “Dedilər ki, Bakıya gəlmə, səbrli ol, yaxında pulun veriləcək”. Maraqlıdır ki, “Retems Group” şirkətinin baş direktoru Orxan Musayev isə bütün iddiaları rədd edərək, şirkətin kimsəyə borcu olmadığını deyir.

Onu da qeyd edim ki, yuxarıda adları çəkilən hər bir şəxslə əlaqə saxlamağa çalışdıq, lakin zənglərimiz cavabsız qaldı. Şikayətçilərin redaksiyamıza göndərdiyi səs yazılarından isə aydın olur ki, Orxan Musayev bu işi Ruslanın boynuna atır, qarşı tərəf isə “Orxan niyə belə deyir, başa düşmürəm”, - deyə təccübünü bildirir.

Maraqlıdır, əgər belədirsə, bu insanların mənimsənilən pullarını kim qaytaracaq?
 
 
 
Ardını oxu...
Son günlər ölkədə fəaliyyət göstərən “Xaricdə Təhsil Şirkətləri” haqqında gəzən söz-söhbətlər heç də xoş məqamlardan xəbər vermir.

DogruXeber.az: - Doğrudur, elə şirkətlər var ki, işlərini mükəmməl həyata keçirir və tələbələrin diqqətini cəlb edir. Gələcəyimiz olan gənclərin bir qismi arzu edir ki, ölkə xaricində təhsillərini davam etsinlər, Vətənə layiqli vətəndaş kimi xidmət etsinlər. Əfsüslər olsun ki, “Xaricdə Təhsil Şirkətləri” adı altında xoşagəlməz hallara yol verilir, vətəndaşların etibarından sui-istifadə edib onların pullarını mənimsəyirlər. Qeyd etdiyim nöqsanlarla bağlı kifayət qədər arqument, dəlil göstərmək olar.

Bir qurup gənc media vasitəsi ilə dövlət qurumlarına, bir sözlə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Xanım Əliyevaya müraciət etmək fikrindədir. Belə ki, Bakı şəhərində fəaliyyət göstərən “Pilgrim Education” şirkətinin rəhbəri Aslanova Aisa Nəbi qızı bir neçə tələbədən şirkətə ödəniş etdirərək onları güya xarici ölkələrin universitetlərinə təhsil almaq üçün şərait yaradacaq.

Redaksiyamıza şikayət edən Qurbanova Türkan Seymur qızı, Soltanova Rəna Pərviz qızı, Hacıyeva Firuzə Namiq qızı, Hüseynova Tahirə Rəhmaz qızı və digərləri iddia edirlər ki, Aisa Aslanova onları aldadıb və götürdüyü öhtəliklərin heç birini yerinə yetirməyib.

Əksinə, A. Aslanovanın mobil telefonuna zəng edən gənc şikayətçilər gözlənilmədən müəyyən qurumların adları ilə hədələnib. Məsələ ilə bağlı qarşı tərəf kimi Aisa Aslanova ilə telefon əlaqəsi yaratdıq.

Qarşı tərəf isə bir qurup gəncin iddialarını qəbul etmədi, onları şantajçı adlandırdı. Onu da qeyd edək ki, ödənişlər kart vasitəsi ilə həyata keçirilib.

Maraqlı məqam ondan ibarətdir ki, bu cür çirkətlər daha çox reklam qazanır, universitetlərlə əməkdaşlıq edir, tədbirlərə dəvət edilir. Məhz bundan sonra tələbələr həmən şirkəti ciddi qəbul edərək sövdələşməyə imza atır.

Digər gənclərə tösiyyə olunur ki, “Xaricdə Təhsil Şirkətləri” ilə əlaqə qurduqda diqqətli olsunlar. Heç bir halda razılaşmarıq ki, gələcəyimiz olan gənclər bir qurup arzuolunmaz şəxslərin qurbanına çevrilsin. Ələxsüsdə, “Pilgrim Education” şirkəti ilə qəti təmas qurmasınlar. Əks halda yuxarıda adı hallanan gənclərin aqibətini sizlərdə yaşayacaqsınız. Bütün hallarda haqları tapdalanan gənclərin müdafiə edəcəyik və bu barədə daha yuxarı dairələrə məlumat veriləcək.//azinforum.az

Adıyamanda keçirilən 6 Fevral zəlzələsini anma proqramında bölgənin bərpasına dəstək verən şirkətlərin nümayəndələrini mükafatlandıran Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Cengiz Holdinq İdarə Heyətinin sədri Mehmet Cengizi danlayıb.

TNS xəbər verir ki, Türkiyə lideri Cengiz Holdinqin etdiyi yardımı bəyənmədiyini bildirib.

“Başda AFAD olmaqla Cengiz Holdinqi küncə sıxışdırmaq lazımdır. Verən əl alandan üstündür”,- Ərdoğan irad tutub.

Qeyd edək ki, bu gün əsrin fəlakəti kimi tarixə düşən 6 fevral zəlzələsindən 2 il ötür. Adıyamanda tamamlanmış evlərin açarlarını zəlzələdən zərərçəkənlərə təhvil verən Türkiyə prezidenti daha sonra bölgənin bərpasına dəstək verən şirkətlərin nümayəndələrini bir-bir səhnəyə çağırıb və onlara plaket təqdim edib.
 
Ardını oxu...
İranda Sirç-Kerman avtomobil yolunda tələbə qızları daşıyan mikroavtobus aşıb, ən azı altı nəfər ölüb.

"Azad İran" "Telegram" kanal xəbər verir ki, bu barədə İranın Kerman əyalətinin Fövqəladə Hallar Xidməti məlumat verib.

Kermanın təcili yardım şöbəsinin rəhbəri bildirib ki, mikroavtobusda 40 nəfər olub.

Onlardan 15 nəfəri ağır yaralanıb, vəziyyətləri kritik hesab olunur.
 
Ardını oxu...
"İcra hakimiyyətləri ləğv olunmalı, xüsusi nümayəndəliklər yaradılmalı, parlament buraxılmalıdır, çünki..."
Son vaxtlar müxtəlif platformalarda Azərbaycanda aprel ayında referendumun keçiriləcəyi, icra hakimiyyətlərinin ləğv olunacağı və Prezidentin xüsusi nümayəndəliklərinin yaradılacağı ilə bağlı xəbərlər dolaşır. Aydındır ki, ölkə başçısı həm siyasi, həm iqtisadi, həm də sosial sahələrdə bir sıra ciddi islahatlar həyata keçirir və bu, yalnız dövlətin inkişafına və xalqın rifahının yüksəldilməsinə xidmət edir. Ölkədə infrastrukturla bağlı da islahatların həyata keçirildiyinin şahidi oluruq. Modern idarəçilik sisteminin yaradılması istiqamətində atılan addımlar, bəzi dövlət qurumlarının bir srukturda birləşdirilməsi həm büdcəyə qənaət etməyə, həm də daha çevik və asan idarəçilik formasına keçməyə imkan verir. Bəs görəsən, icra hakimiyyətlərinin ləğvi reallaşsa, bu, dövlətin gələcək inkişafına nə kimitöhfə verə bilər?

Mövzu ilə bağlı “Müasir Müsavat”partiyasının sədri KONKRET.az-a açıqlamasında bildirib ki, onun təmsil olunduğu partiya bu kimi məlumatlardan xəbərdardır:

“Cənab Prezident neçə illərdir yerlərdə öz səlajiyyətli nümayəndələrini təyin edib. Bu da öz müsbət effektini verir. Hal hazırda həm rayonun icra başçısı, həm də prezidentin səlahiyyətli nümayəndəsi strukturu mövcuddur. Bu, bir qarışıqlıq yaradır. Düşünürəm ki, icra hakimiyyətlərinin ləğvi və nümayəndəliklərin yaradılması çox yüksək səviyyəli bir iş ola bilər. Çünki əksər icra başçıları bir iş görə bilmir. Xalqı incidir, rüşvətə meyl göstərirlər. Bu əməllərinə görə icra başçıları arasında həbs edilənlərin olması heç kimə sirr deyil. Odur ki, icra hakimiyyətlərinin ləğvi və nümayəndəliklərin yaradılması çox yaxşı fikirdir. Ancaq hesab edirəm ki, bələdiyyələrin səlahiyyətləri artırılmalıdır. Elə işlər var ki, onlarla bələdiyyələr məşğul olmalıdır. Cənab Prezident bu xətti tutubsa, bu, çox müsbət haldır. Bütün bunlarla yanaşı proporsional seçki sistemi bərpa edilməlidir, parlament buraxılmalıdır. Son vaxtlar Rusiya mediasında və ayrı-ayrı siyasi dairələrində Azərbaycanın əleyhinə xoşagəlməz fikirlər səsləndirir. Ancaq hazırki parlament buna heç biri cavab vermir. Ona görə də, çox istəyirik ki, referendumda proporsional seçki sistemi ləğv edilsin”.

Mövzu ilə bağlı KONKRET.az-ın suallarını cavablandıran sabiq deputat, siayi ekspert Elşad Mirbəşiroğlu bildirib ki, referendumun keçirilməsi ölkənin yeni tarixi mərhələsi üçün normal hal ola bilər:

Gözəgörünməz bir qatil var, cəmiyyətimizi qorumalıyıq - Elşad Mirbəşiroğlu - 28.06.2024, Sputnik Azərbaycan

“Zaman, reallıqlar və ölkənin inkişaf səviyyəsi dəyişir. Həm də Azərbaycanın obrazı tamamilə yenilənib. İdarəetmə sisteminin təkmilləşdirilməsi fonunda yeni dövrün reallıqlarına uyğun, yeni tarixi proses baş verə bilər. Amma referendum məsələsi rəsmi olmadığına görə qəti fikir bildirmək çətindir”.
 
Ardını oxu...
Şabran rayon sakini Ənvər Gülməmməd oğlu Müslümovun itkin düşməsindən 2 ilə yaxın vaxt keçir. Rayonun Qələgah kəndinin sakini olan 1958-ci il təvəllüdlü Ənvər Müslümov 2023-cü il mayın 21-i səhər saat 4 radələrində yaşadığı ünvandan çıxıb və bir daha geri qayıtmayıb.

Məlum olan budur ki, ferma sahibi olan Ənvər Müslümov həmin sübh tezdən yaşadığı evdən onu çağıran şəxslə birgə özünün idarə etdiyi “Mercedes”lə naməlum istiqamətə gedib. Bundan sonra Ənvər Müslümovu gördüm deyən olmayıb. Ailə üzvləri onu xeyli axtarandan sonra kənd ərazisində avtomobilini aşkar ediblər.

O zaman Ənvər Müslümovun oğlu mətbuata atasının itkin düşməsi ilə bağlı bunları demişdi:

“Maşını kəndin giriş hissəsində, yolun kənarında qapıları açıq və işıqları yanılı halda tapıldı. Telefonuna zənglər çatmır. Polisə və aidiyyəti qurumlara müraciət edilib. Atamın heç kimlə ədavəti və problemi olmayıb, ona görə də baş verənlər bizdə şok effekti yaradıb. Bir oğul və vətəndaş kimi aidiyyəti qurumlardan bizə kömək olmağı xahiş edirəm”.

Ənvər Müslümov itkin düşəndən sonra yaxınları hüquq mühafizə orqanlarına müraciət etmişdilər. Daxili İşlər Nazirliyi Ənvər Müslümovun fotosunu yayaraq onu tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102” Xidməti Zəng Mərkəzinə, eləcə də Şabran Rayon Polis Şöbəsinin (+994) 70 233 27 23 mobil nömrəsinə zəng edərək məlumat vermələri istənilirdi. Lakin Ənvər Müslümovdan hələ ki, hər hansı bir xəbər yoxdur.

Maraqlıdır ki, Ənvər Müslümovun müəmmalı şəkildə itkin düşməsindən illər əvvəl onun yaşadığı kəndin qonşuluğundakı Dağbilici kəndində də oxşar müəmmalı olay baş vermişdi. O zaman 14 yaşlı Nailə və 7 yaşlı Reyhanə Məcidova bacıları itkin düşüblər.

2007-ci ildə ölkə gündəmini silkələyən bu tükürpərdici olayla bağlı bu gün də ziddiyyətli məlumatlar var. Ortada olan məlumatlardan bilinən odur ki, bacılar 2007-ci ilin avqustunda yaşadıqları kəndin ərazisində itkin düşüblər. Bundan sonra, həmin il avqustun 9-da Samur-Abşeron kanalında meyit tapılıb.

İstintaq belə qənaətə gəlib ki, aşkarlanan Nailə Məcidovanın meyitidir. Lakin Məcidovaların atası Zamir Məcidov aşkar olunan meyitin onun qızı olmadığını iddia edib.

Onun dediklərindən sitat:

“Yazıblar ki, guya Nailənin meyiti tapılanda barmağında üzük olub. Amma həmin meyit çıxarılanda atam orada olub, deyir ki, onun əlində üzük yox idi. Meyitin boyu və çəkisi Nailəyə uyğun gəlmir. Dedilər ki, suda qalıb, şişib və meyit uzanıb. Biz də deyirik ki, şişibsə, dediyiniz üzüyü barmağından necə çıxarmısınız? Deyirlər ki, barmağını kəsib çıxarmışıq. Amma meyit basdırılanda da, ekshumasiya olunanda da gördük ki, barmaq kəsilməyib. O meyit tapılanda tanınmaya təqdim olunmadı, fikrimiz soruşulmadı”.

Məcidovlar ailəsi həmin meyitin Nailəyə məxsus olduğuna inanmır. O ki qaldı 7 yaşlı Reyhanəyə, indiyədək onun nə ölüsündən, nə də dirisindən xəbər var.

Şabranda isə bu işlər arasında əlaqənin olmasına inananlar az deyil. Rayon sakinlərində belə bir fikir var ki, Ənvər Müslümov Məcidova bacılarının itkin düşməsi ilə bağlı hansısa məlumatlara, bilgilərə sahib olub. Müəmmalı şəkildə itkin düşməsini də bununla əlaqələndirirlər.

Hər halda bu versiyanın yoxlanması zərurəti ortadadır. Şabran dağlarında yerləşən kəndlərdən insanların izsiz-tozsuz itməsinin bu istiqamətdə araşdırılması müəyyən ipuclarını ortaya çıxara bilər.

Xatırladaq ki, Məcidova bacılarının oğurlanması epizodu Təvəkkül, Elnur, Elçin İsmayılov qardaşlarının cinayət işində vardı. İsmayılovların cinayət işi üzrə 11 zərərçəkmiş şəxs müəyyən edilsə də, Məcidova bacılarının valideynləri məhkəməyə gəlmirdilər. İttiham aktına əsasən, İsmayılov qardaşları Məcidova bacılarından başqa digər qızları da zorlayaraq qətlə yetiriblər.

Yada salaq ki, Elnur İsmayılov ilə qardaşları Təvəkkül və Elçinə 2009-cu ildə Ağır Cinayətlərə Dair İşlər üzrə Məhkəmədə hökm oxunub. Nailə və Reyhanə Məcidova bacılarını qətlə yetirməkdə təqsirli bilinən Təvəkkül İsmayılov qəsdən adam öldürmə, zorlama, adam oğurluğu və digər maddələrlə təqsirli bilinərək ömürlük, Elnur İsmayılov 144.3 (adam oğurluğu), 29, 149.3.3 (zorlama), 178.2.4 (dələduzluq) maddələri ilə bəraət alaraq, 221.2.1 (xuliqanlıq) maddəsi ilə 6 il həbs cəzası, Elçin İsmayılov isə 149.2.3 (zorlama), 221.2.1 (xuliqanlıq) maddələri ilə bəraət alaraq 221.2.2 (xuliqanlıq) maddəsi ilə 4 il azadlıqdan məhrum edilmişdilər.

Musavat.com
Ardını oxu...
Xaricdə bəzi universitetlərdə təhsil alan tələbələrin ölkədə diplomlarını tanıtdıra bilməmələri ilə bağlı məlumatlara tez-tez rast gəlirik. Ən böyük çətinliyi isə distant təhsil alan tələbələr çəkirlər. Onların sözlərinə görə, bu üsulla təhsil aldıqları üçün diplomları Azərbaycanda tanınmır və buna görə də iş tapa bilmirlər.

Maraqlıdır, ən çox hansı ölkələrdə təhsil alan tələbələrimiz belə problemlərlə qarşılaşırlar.

Diplomları tanınmayan universitetlər hansılardır?

Mövzu ilə bağlı Musavat.com-a danışan təhsil eksperti Kamran Əsədov deyir ki, Azərbaycanda xarici ali təhsil müəssisələrinin diplomlarının tanınması prosesi bir sıra meyarlar əsasında həyata keçirilir. Bu meyarlar arasında təhsil müəssisəsinin akkreditasiyası, tədris proqramlarının keyfiyyəti və təhsil formasının uyğunluğu kimi amillər mühüm rol oynayır.

“Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) məlumatına görə, bəzi xarici ali təhsil müəssisələrinin diplomları ölkəmizdə tanınmır. Bu, əsasən həmin universitetlərin yerli akkreditasiyasının olmaması ilə əlaqədardır. Məsələn, Amerika Birləşmiş Ştatlarında yerləşən Beynəlxalq Atlantik Universiteti, Avstriya Respublikasındakı Beynəlxalq Xristian Universiteti və Çex Respublikasındakı Beynəlxalq Praqa Universiteti kimi ali təhsil müəssisələrinin diplomları tanınmayanlar sırasındadır. Bu siyahı mütəmadi olaraq yenilənir və TKTA-nın rəsmi saytında dərc olunur.

Təhsil formalarına gəldikdə, Azərbaycan Respublikasının “Təhsil haqqında” Qanununun 13-cü maddəsində əyani, qiyabi, sərbəst (eksternat) və distant (məsafədən) təhsil formaları nəzərdə tutulur. Lakin distant təhsilin ölkəmizdə tam tətbiqi və tanınması üçün zəruri prosedurlar hələ də tam formalaşmayıb. Elm və Təhsil Nazirliyinin məlumatına görə, hazırda Azərbaycanda keyfiyyət təminatı almış distant tədris proqramı mövcud deyil. Bu istiqamətdə qanunvericilik bazasının formalaşması üçün işlər aparılır.

Bu səbəbdən xaricdə distant formada təhsil almış şəxslərin diplomlarının tanınmasında çətinliklər yaranır. Məsələn, 2024-cü ildə distant təhsil səbəbindən 94 nəfərin müraciətinə mənfi cavab verilib. Bu vəziyyət distant təhsilin tanınması üçün müvafiq mexanizmlərin və standartların hələ tam formalaşmaması ilə əlaqədardır”.

Ekspertin sözlərinə görə, xaricdə təhsil almağı planlaşdıran şəxslər seçdikləri universitetin akkreditasiyasına və təhsil formasına diqqət yetirməlidirlər. Xüsusilə, distant təhsil proqramlarına yazılarkən, həmin proqramların və diplomların Azərbaycanda tanınıb-tanınmayacağını əvvəlcədən araşdırmaq vacibdir.

“2009-cu ildə qəbul edilmiş “Təhsil haqqında” Qanunda distant təhsil nəzərdə tutulsa da, onun tətbiqi mexanizmləri hələ də tam işlənib hazırlanmayıb. Bu səbəbdən, xaricdə distant formada təhsil almış şəxslərin diplomlarının tanınmasında çətinliklər yaranır.

Distant təhsilin tanınmamasının digər bir səbəbi isə bu təhsil formasının keyfiyyətinin təminatı ilə bağlıdır. Pandemiya dövründə tətbiq edilən distant təhsil təcrübəsi göstərdi ki, tələbələrin bir çoxu dərslərə formal olaraq qoşulur və bu, təhsilin keyfiyyətinə mənfi təsir göstərir. Bundan əlavə, bəzi ixtisaslar, xüsusilə tibb və mühəndislik sahələri, praktiki bacarıqlar tələb etdiyindən, distant təhsil bu sahələr üçün uyğun hesab edilmir.

Dünya təcrübəsinə nəzər salsaq, distant təhsilin müxtəlif ölkələrdə fərqli şəkildə qəbul edildiyini görərik.

Məsələn, ABŞ və Avropa ölkələrində distant təhsil geniş yayılıb və bu təhsil formasının keyfiyyətinin təminatı üçün xüsusi mexanizmlər mövcuddur. Bu ölkələrdə distant təhsil proqramları akkreditasiya olunur və diplomları tanınır. Lakin, bəzi ölkələrdə distant təhsilin keyfiyyətinə dair narahatlıqlar səbəbindən bu təhsil formasına ehtiyatla yanaşılır və diplomların tanınması məhdudlaşdırılır.

Azərbaycanda distant təhsilin diplomlarının tanınması üçün müvafiq hüquqi və metodoloji bazanın yaradılması, keyfiyyət təminatı mexanizmlərinin tətbiqi və bu sahədə beynəlxalq təcrübənin öyrənilməsi vacibdir. Bu istiqamətdə atılacaq addımlar distant təhsilin inkişafına və onun diplomlarının tanınmasına töhfə verə bilər”.
 
Ardını oxu...
Nəsimi Rayon Məhkəməsində “Med Corporation” MMC-yə yazılan inzibati protokola baxılıb.

XALQ.AZ -ın məlumatına görə, hakim Babək Pənahovun sədrliyi ilə keçirilən iclasda qərar qəbul olunub.

Qərara əsasən, “Med Corporation” MMC cərimələnib.

Məlumat üçün bildirir ki, Azərbaycan Mərkəzi Bankı protokolu İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib edib.

Qeyd edək ki, “Med Corporation” MMC-nin nəzdində “Avrasiya” Hospitalı fəaliyyət göstərir.
 
 
 
Ardını oxu...
Son illər xaricdə, xüsusilə Türkiyədə təhsil alan azərbaycanlı tələbələrin sayı artıb. Bunun əsas səbəbləri sırasında bəzi ixtisaslara asan qəbul şərtləri və təhsilhaqqının bir çox Avropa ölkəsi ilə müqayisədə daha münasib olması göstərilir. Lakin bu məqsədlə xaricə üz tutanlar ciddi problemlə qarşılaşırlar: Diplomları Azərbaycanda tanınmır.

Türkiyədə təhsil almış, lakin diplomunu ölkəmizdə tanıda bilməyən bir neçə məzun “Qafqazinfo”ya müraciət edib.

Onlar bildirirlər ki, indi nə təhsillərinə davam edə bilirlər, nə də işləyə: “Təhsilimizi Türkiyənin mövcud təhsil sisteminə uyğun olaraq “açık öğretim” (red. - distant təhsil) təhsilalma formasında bitirmiş və diplom əldə etmişik. Lakin indi diplomlarımızı tanıda bilmirik. Bunun üçün Təhsildə Keyfiyyət Təminatı Agentliyinə müraciət etmişik. Agentlik “açık öğretim” təhsilalma formasının ənənəvi təlim metodlarına əsaslanan təhsilalma formasına aid olmadığını bildirərək diplom tanınmasından imtina qərarı verib”.

Məzunların sözlərinə görə, agentliyin saytında yayımlanan tanınmayan universitetlərin sırasında onların təhsil aldıqları Atatürk və Anadolu universitetlərinin adı yoxdur:

“Oxuduğumuz dövrdə və hətta bu günün özündə belə, agentliyin internet səhifəsində tanınmayan universitetlər və diplomlar siyahısı var ki, orada “açık öğretim”lə bağlı heç bir məlumat əks olunmayıb. Biz məcbur qalaraq Azərbaycan məhkəmələrinə üz tutmuşuq. Hazırda məhkəmələrin icraatında xeyli belə iş var.

Son dövrə qədər Azərbaycan məhkəmələri tərəfindən məsələyə düzgün qiymət verilərək Türkiyədə “açıq öğretim” növündə təhsil almış tələbələrin diplomlarının tanınması ilə bağlı səlahiyyətli qurum olan TKTA-nın üzərinə öhdəlik qoyulmuşdu. Bununla bağlı Ali Məhkəmənin internet saytında yerləşdirilmiş bir çox nümunə qərarlar da mövcuddur. Həmin qərarlarda Ali Məhkəmənin hakimləri düzgün mövqedən çıxış edərək “açık öğretim” təhsil növünün Azərbaycanda mövcud “distant” təhsil forması ilə uzlaşdığını qeyd edib və bildiriblər ki, distant (“uzaktan öğretim”) təhsil tələbələrə kommunikasiya texnologiyalarından istifadə edərək öyrənməyə imkan verən müasir təcrübədir. Həmçinin bir çox inkişaf etmiş və ya inkişaf etməkdə olan ölkələrdə həyata keçirilən distant təhsil vasitəsilə yaşı, gəliri və ya peşəsindən asılı olmadan insanların öz imkanlarına uyğun şəkildə öz təhsillərini nizamlayaraq, məhsuldarlığını itirmədən təhsillərini davam etdirdikləri bir sistemdir. Eyni zamanda vurğulanıb ki, Azərbaycan qanunvericiliyində mövcud olan distant təhsilalma formasının təşkili qaydaları və müddəti ilə bağlı aktların qəbul olunmaması səlahiyyətli qurumun diplomların tanınmasından imtinası üçün əsas ola bilməz”.

Onlar qeyd edirlər ki, 2024-cü ilin oktyabr ayından etibarən məhkəmələr əvvəlki qərarların əksinə, diplomların tanınmamasına dair bir neçə qərar qəbul edib:

“Bunun nəticəsində ölkəmizdə magistratura səviyyəsində təhsilimizi davam etdirə, eləcə də bəzi qurumlarda öz ixtisasımız üzrə fəaliyyət göstərə bilmirik. Habelə, 4-5 il ərzində müəyyən xərclər çəkməklə, əziyyətli təhsil alma hesabına başa gələn diplomlarımız əhəmiyyətsiz olur.

Diplomların tanınmasından imtinaya əsas kimi “açık öğretim” təhsilalma formasının Azərbaycan Respublikasının qanunlarında nəzərdə tutulmadığı göstərilir. Lakin “Təhsil haqqında” Qanuna əsasən, ölkəmizdə təhsilalmanın əyani, qiyabi, distant (məsafədən) və sərbəst (eksternat) formaları müəyyən edilib. Həmin qanuna əsasən, zəruri hallarda, müasir təhsil texnologiyalarından istifadə etməklə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada digər təhsilalma formaları da tətbiq edilə bilər. Göründüyü kimi, “açık öğretim” təhsilalma forması qanunvericiliyimizdə mövcud distant təhsil forması ilə uzlaşır, həm də qanunda qeyd edildiyi kimi müasir təhsil texnologiyalarından istifadə etməklə təşkil olunmuş təhsilalma formasıdır”.

Məsələ ilə bağlı Təhsildə Keyfiyyət Təminatı Agentliyinə (TKTA) sorğu ünvanladıq. Qurumdan müraciətimizə belə cavab verildi:

“Azərbaycan Prezidentinin 2023-cü il 18 avqust tarixli, 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın 1.4-cü bəndinə əsasən tanınma Azərbaycan Konstitusiyası, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələr, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanunu, Azərbaycan Respublikasının digər qanunları, bu Qaydalar, Azərbaycan Respublikası Prezidentinin digər fərmanları, həmçinin sərəncamları, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamları, habelə Azərbaycan Respublikasının digər normativ hüquqi aktlarının tələbləri nəzərə alınmaqla həyata keçirilir.

Buna qarşılıq, “Təhsil haqqında” Azərbaycan Respublikası Qanunu, 13.1-ci bəndində əks olunmuş təhsilalma formaları arasında “açıköğretim” forması yer almır və Azərbaycan Respublikasında bu formada tədrisin təşkili ümumiyyətlə nəzərdə tutulmayıb”.

Qurumdan əlavə olaraq qeyd edilib ki, Türkiyə qanunvericiliyində bu təhsil forması müəllim və tələbə arasında qarşılıqlı əlaqənin olmadığı bir sistem kimi qəbul edilir:

“İnzibati icraat zamanı araşdırma əsasında məlum olub ki, Türkiyə Respublikasının “Xarici dövlətlərin ali təhsil diplomlarının tanınması və ekvivalentliyinin müəyyən olunması Qaydası”nın 3-cü maddəsinin “a” bəndinə əsasən “açıköğretim” təhsilalma forması təhsilalanlarla təhsilverənlərin qarşılıqlı ünsiyyətinə və qarşılıqlı fəaliyyətinə əsaslanmayan təhsilalma növüdür.

Buna qarşılıq, “Təhsil haqqında” Qanunun 31-ci maddəsinə əsasən təhsilverənlər və təhsilalanlar təhsil prosesinin mütləq iştirakçıları kimi nəzərdə tutulub. Beləliklə, “açıköğretim” təhsilalma forması üzrə tədrisin təşkilinin Azərbaycan təhsil qanunvericiliyinə əsasən təhsil prosesinin təşkili üçün nəzərdə tutulan tələblərlə uyğunsuzluq təşkil etdiyi müəyyən olunub.

Nəticə etibarilə, bu forma Azərbaycanda təhsilin təşkili və tədris prosesini tənzimləyən normalara əsasən müəyyən olunmuş zəruri elementləri özündə ehtiva etmir və ənənəvi təlim metodlarına əsaslanan formal təhsil hesab oluna bilməz.

Azərbaycan Prezidentinin 2023-cü il 18 avqust tarixli, 2306 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması Qaydaları”nın 4.1.5-ci bəndinə əsasən Milli Kvalifikasiyalar Çərçivəsi üzrə bakalavriat səviyyəsinə uyğun kvalifikasiyalara münasibətdə tədris müddətinin ən azı üçdə ikisində ənənəvi təlim metodlarına əsaslanan formal qaydada təhsilin əldə olunması tanınmaya dair ümumi tələblərə aid edilib.

Yuxarıda qeyd olunanlar nəzərə alınaraq, bu forma üzrə tədrisin təşkilinin Azərbaycan təhsil qanunvericiliyinə əsasən təhsilin təşkili prosesinin zəruri tələblərinə uyğun olmadığı üçün ənənəvi təlim metodlarına əsaslanan formal təhsil hesab oluna bilməz”.

Mövzu ilə bağlı saytımıza danışan təhsil eksperti Elşən Qafarov isə bildirir ki, distant təhsil alma forması Azərbaycanda mövcud olmadığı üçün tanınmır:

“Ümumiyyətlə, xaricdə verilmiş diplomların, yəni dərəcələrin, kvalifikasiyaların tanınması Lissabon Konvensiyasına uyğun olaraq aparılır. Bununla da dövlətlər arasında vətəndaşların bir-birinin ölkəsində təhsil alması, həmin ölkədə əldə etdikləri təhsil sənədlərinin, dərəcələrinin tanınması prosedurunu təsdiq edəcəklər.

2001-ci ildə nostrifikasiya qaydaları təsdiq edilmişdi və həmin qaydalar Lissabon Konvensiyasına zidd idi. Lakin 2023-cü ildə ölkə Prezidentinin Sərəncamı ilə xaricdə verilmiş kvalifikasiyaların tanınması qaydaları təsdiq olunduqdan sonra yeni qaydalar tam şəkildə Lissabon Konvensiyasına uyğunlaşdırıldı. Bu məsələ isə tələbələrin distant təhsil formasında xaricdə təhsil almasıdır. Problem xaricdə verilmiş təhsilin keyfiyyəti ilə bağlı deyil.

Sadəcə Azərbaycan Respublikası distant təhsili tanımır. Halbuki keçmiş post-sovet məkanına daxil olan bir çox respublikalar artıq distant təhsil formasını tanıyır. Lakin biz bu məsələdə çox gecikirik. Halbuki “Təhsil haqqında” Qanunun 14-cü maddəsində distant təhsil forması qeyd olunub. Ancaq bunun icra mexanizmi yoxdur, yəni qəbul edilməyib. Buna görə də distant təhsil alan şəxslərin diplomları tanınmır. Bu da ayrı-ayrı insanların narazılığına səbəb olur”.

Ekspertin sözlərinə görə, dünyada distant təhsilə keçid artır və biz də bu sistemi qəbul etməli olacağıq:

“Problemin kökü ondadır ki, məsul qurumlar distant təhsili tanımaq istəmirlər. Bunun səbəbi isə Azərbaycanın ali təhsil sisteminin bugünkü vəziyyətinin kifayət qədər bərbad olmasıdır. Əgər Təhsil Nazirliyi distant təhsil formasını tanısa, o zaman Azərbaycan universitetlərində yüksək ödənişlər etməklə təhsil alan, amma yetərli bilik və bacarıqlara yiyələnməyən şəxslər, daha aşağı qiymətə xarici universitetlərdə təhsil alaraq lazımi bilik və bacarıqları qazana bilərlər. Nəticədə Azərbaycan universitetlərinə müraciət edənlərin sayı azalacaq, universitetlər boş qalacaq və ya çox az sayda tələbə cəlb edə biləcəklər”.

Vəkil Orxan Əhmədov isə deyir ki, Nazirlər Kabineti 2010-cu il 24 iyun tarixli 117 nömrəli Qərarında bakalavr təhsili məzmunu və təşkili qaydalarında distant və eksternat formada bakalavr hazırlığı müəyyən olunsa da, bu günə qədər həmin əsasnamələr təsdiq edilməyib:

“Nəticə etibarilə məsləhət görülərdi ki, tələbələr nəinki universitetlərinin dövlət tərəfindən tanınmasına, həm də həmin təhsil formasına da fikir versinlər. Xaricdə təhsil almaq istəyən tələbələr universitetlərin dövlət tərəfindən tanınıb-tanınmadığını yoxlayırlar, amma təhsil formasına xüsusi diqqət yetirmirlər. Əgər tələbə xaricdə qiyabi və ya distant formatda təhsil alırsa, lakin Azərbaycanda bu ixtisas yalnız əyani formada mövcuddursa, diplom tanınmaya bilər. Tələbələr ixtisas və təhsil formatı barədə öncədən araşdırma aparmalıdırlar ki, diplomlarını tanıtmaqda çətinliklə qarşılaşmasınlar”.

O. Əhmədov bunun iki həll yolu olduğunu sözlərinə əlavə edib:

“Təhsil haqqında” Qanunun 13-cü maddəsində distant və eksternat təhsil forması nəzərdə tutulsa da, Nazirlər Kabineti tərəfindən distant təhsilin aparılması ilə bağlı əsasnamələr bu günə qədər təsdiq edilməyib. Nəticədə təhsilini tamamlayan məzunlar öz diplomlarını tanıtmaqda əziyyət çəkirlər. Əgər bu təhsil formaları qanunda olsa da, icrası mümkün deyilsə, o zaman qanundan çıxarılmalıdır ki, tələbələr də bu formatlarda təhsil alıb sonradan diplom problemi yaşamasınlar. Əgər qanunda distant və eksternat təhsili nəzərdə tutulubsa, o zaman Nazirlər Kabineti onların icra mexanizmini müəyyən edən əsasnamələri təsdiq etməlidir”.
 

Dünyapress TV

Xəbər lenti