Ardını oxu...
Kanalizasiya qurğusundan çıxan sular kanala axıdılır, kanalın ətrafı da tullantılarla doludur.

Xezerxeber.az xəbər verir ki, vətəndaşlar video çəkərək sosial şəbəkədə paylaşıblar.

Görüntülər Göyçay rayonundandır. Rayon ərazisində çirkab suların təmizlənməsi üçün qurğular quraşdırılıb.

Vətəndaşlar iddia edir ki, qurguda çirkab sular təmizlənməmiş su kanalına axıdılır. Kanaldan isə heyvandarlıqda və suvarmada istifadə olunur.

Məsələ ilə bağlı aidiyyəti qurumdan münasibət öyrəndik. Vətəndaşlar həqiqətənmi çirklənmiş sudan istifadə edirmi?

O da bildirildi ki, iddialar araşdırılacaq.



 
Ardını oxu...
 
 
 
 
 
Ad - 00:12


 
 
Ardını oxu... Ardını oxu... Myspace Stumbleupon 
Ardını oxu...
Hava Nəqliyyatında Polis İdarəsinin keçmiş rəis müavini polkovnik Rasim İldırım, onunla birgə ittiham olunan sayt rəhbəri Zaur Mirzəzadə və Qoşqar Məmmədovun məhkəmə araşdırması davam edir.

TEREF “Qafqazinfo”ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən bugünkü iclasda zərərçəkmiş Qurban Piriyev ifadə verib.

Bu iş üzrə zərərçəkən Piriyev iş adamıdır. O, əvvəllər dövlət qurumlarında da işləyib. Təqsirləndirilən şəxslərlə onu istintaqın əvvəlində intihar edən həmyerlisi Hürü Əmiraslanova tanış edib.

Zərərçəkmiş hakim qarşısında da təsdiq edib ki, o, Bakıdaxili rayonlardan birinə icra başçısı düzəlməsi üçün pul verib. Amma təklif ondan deyil, qarşı tərəfdən gəlib:

“Hürü dedi ki, mənim yüksək vəzifələrdə əlim çatan adamlar var. Vəzifəli şəxslərin adını çəkirdilər. Sonradan gördüm ki, hamısı qurama imiş… Açığı, mən heç icra başçısı olmaq istəmirdim. Çünki səhhətim buna imkan vermirdi.

Bütün bu işlərin başında duran Qoşqardır. Məni o yola gətirdi. Onun göstərişi ilə Rasimə pul vermişəm”.

Piriyev icra başçısı düzəlmək üçün R.İldırımın adamlarına ümumilikdə 510 min manat pul və 34 min manatlıq qızıl-zinət əşyaları verib:

“544 min manatlıq ziyanın bu günə kimi bir hissəsini geri qaytarıblar. Şikayətçiyəm, qalan hissənin də tam ödənilməsini tələb edirəm”.

Proses martın 18-i davam edəcək.

Qeyd edək ki, bu işə görə təqsirləndirilən şəxslər üçü də əvvəl həbs olunublar, sonradan nəzarət şərti ilə sərbəst buraxılıblar.
 
Ardını oxu...
“Son 15 gün ərzində dağlıq ərazilərdə belə sürətli qarın yağması su ehtiyatımızı artırıb”.

Bunu Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində fəaliyyət göstərən İri Şəhərlərin Su Təchizatı Xidmətinin İdarə Heyətinin sədrinin müşaviri Aydın Abbasov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Mingəçevir , Şəmkir və Araz su anbarlarında 75 faizdən çox su ehtiyatı artırılıb.

“Son 10 ildə ilk dəfə su ehtiyatlarımızın artırılmasına nail olduq. Tam əminliklə deyə bilərəm ki, yay mövsümündə istər aran rayonlarında, istərsə də paytaxtda su ehtiyatımız əhalini təmin etməyə imkan verəcək.

Lakin bu o demək deyil ki, qar və yağış yağanda sudan qeyri-səmərəli istifadə edirik. Mərkəzi şəhərlərimizdə yol infrastrukturunda və digər ərazilərdə yağış sularının axıdılması, təkrar mexaniki təmizləmə və digər sahələrə qaytarılması istiqamətində işlər icra olunur. Bakı şəhərinin bəzi küçələrində artıq yağış kollektorlarının qoyulması və genişlənməsi davam edəcək.Bakı ətrafında təbii göllərin təmizlənməsi və ekoloji zonaya çevrilməsi, yağış sularının həmin mənbələrə ötürülməsi istiqamətində müəyyən layihələr icra olunur. Yaxın illərdə bu layihələr yaxşı müstəvidə həllini tapıb ictimaiyyətə təqdim olunacaq”.
 
Ardını oxu...
Bakıda bəzi küçələrdə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.

Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.

Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar təşkil ediləcək anım mərasimi ilə bağlı Xocalı prospekti ilə kəsişən, birləşən və paralel olan Mehdi Mehdizadə, Ayaz İsmayılov, Süleyman Vəzirov və İzzət Orucov küçələrində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək.

Məhdudiyyətlə əlaqədar 4, 10, 21, 30, 32, 46, 49 və 120 nömrəli müntəzəm avtobusların hərəkəti alternativ küçələrdən təşkil ediləcək.
 
Ardını oxu...
Bakı Asiya Universiteti ləğv olunduğunu elan edib.

Qanuni təmsilçisi Cəlil Nağıyev olan universitet 2015-ci ildə fəaliyyətini dayandırıb.

Qeyd edək ki, Bakı Asiya Universiteti 1995-ci ildə dövlət qeydiyyatına alınıb. Universitetin bağlanmasının əsas səbəbi tələbələrin sayının çox az olması olub. Universitetdən bildirilib ki, “Çətinlik çəkirdik, qruplar kiçik idi, Boloniya sistemi ilə ayaqlaşmaq mümkün olmurdu. Bəzi problemlər oldu, nə tələbələr, nə də biz əziyyət çəkməyək deyə bu qərara gəldik”.

Universitet 372 687 manat nizamnamə kapitalına malik olub. (Valyuta.az)
 
Ardını oxu...
Azərbaycan Prezidentinin Təhlükəsizlik Xidmətinin rəisi general-polkovnik Bəylər Əyyubova müavin təyin edilib. TEREF "Unikal”a istinadən xəbər verir ki, bu vəzifəyə polkovnik Fərid Əsgərov təyin olunub.

Qeyd edək ki, Fərid Əsgərov uzun müddətdir Azərbaycan Prezidentinin Təhlükəsizlik Xidmətində çalışır.
 
Ardını oxu...
Sumqayıtda magistral yolda təhlükəli anlar yaşanıb.

Bizim.Media xəbər verir ki, bununla bağlı hadisə şahidləri tərəfindən lentə alınan video görüntülər sosial şəbəkələrdə yayılıb.

Görüntülərə görə, gənc oğlan buzlu yolda hərəkətdə olan sərnişin avtobusunun arxasından yapışaraq sürüşüb.

Sözügedən görüntüləri təqdim edirik:

 
Ardını oxu...
Nazirlər Kabineti 30 dekabr 2007-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinə verilmiş elektron qaimə-faktura üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi, ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi Qaydaları”nda dəyişiklik edib.

Cumhuriyyet.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

Qərara əsasən, mal (iş, xidmət) təqdim edən satıcı tərəfindən alıcıya təqdim olunan elektron qaimə-fakturalarda ƏDV məbləğinin köçürülməsi üçün nəzərdə tutulan ƏDV-nin depozit hesabının rekvizitlərinin göstərilməsi, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxs tərəfindən alıcıya təqdim olunan elektron qaimə-fakturada, müqavilədə, qəbzdə və ya çekdə ƏDV məbləğinin köçürülməsi üçün nəzərdə tutulan ƏDV-nin depozit hesabının rekvizitlərinin göstərilməsi, ölkə ərazisində istehsal olunan kənd təsərrüfatı məhsullarının pərakəndə ticarət fəaliyyəti ilə məşğul olan şəxs tərəfindən alıcıya təqdim olunan elektron vergi hesab-fakturasında, qəbzdə, çekdə, elektron qaimə-fakturada ƏDV-nin məbləğinin köçürülməsi üçün nəzərdə tutulan ƏDV-nin depozit hesabının rekvizitlərinin göstərilməsi, nəmin məhsulların alıcılarının elektron vergi hesab-fakturasında, qəbzdə, çekdə, elektron qaimə-fakturada göstərilən kənd təsərrüfatı məhsullarının ƏDV-siz dəyərini onları təqdim edən şəxsin bank və digər ödəniş hesabına, ticarət əlavəsindən hesablanan ƏDV-nin məbləğini isə ƏDV-nin depozit hesabına köçürməsi tələbləri ləğv edilib.
 
 
 
Ardını oxu...
“Bakının ictimai nəqliyyatı bütün parametrlər üzrə qarlı hava şəraiti sınağından üzü qara çıxdı. Ağ qar ictimai nəqliyyatın ömrünü qara etdi”

Pravda.az xəbər verir ki, bu sözləri nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov “103 FM”də yayımlanan “Düzgün hərəkət” verilişində deyib.

Ərşad Hüseynov: “BNA-nın dayanma-durmaya görə məsuliyyətə cəlbetmə səlahiyyəti ləğv olunmalıdır” Pravda.az

“Quruma sual verirlər ki, qış təkərləriniz var idi? Düz əməlli cavab vermirlər. Deyin görək, qış təkərləriniz var idi, ya yox idi? Mən onların əvəzinə deyə bilərəm ki, yox idi. Məlumat veriblər ki, 40 avtobusumuz qəzaya düşüb. Deyirlər ki, sınaq şərtinə uyğun təkərlərdən istifadə edirik. Hə, belə təkər var, amma nə təkərdir? Hər halda nəsə fikirləşmək olardı. İnsanlar küçələrdə qaldılar. Üstə gəl, bu gün də dayanacaqların hamısı su, palçıqdır...”, - o bildirib.

Qeyd: Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) İdarə Heyətinin sədri Anar Rzayevdir.
 
Ardını oxu...
Bərdənin Cəyirli kəndində yaşayan 17 uşaqlı İsgəndərovlar ailəsinin iki oğlu yol qəzasına düşüb.

“Qafqazinfo”nun məlumatına görə, hadisə onların məskunlaşdığı Cəyirli kəndində qeydə alınıb.

Belə ki, sürücü İsgəndərov Binnət Taleh oğlunun idarə etdiyi “Lada Priora” markalı avtomobil idarəetmədən çıxaraq yol kənarına aşıb.

Nəticədə sürücü, ailənin 22 yaşlı oğlu həlak olub. Sərnişinlər İsgəndərov Davud (ailənin digər oğlu) və Allahverdiyev Elmir imüxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Yaralılar Bərdə rayon mərkəzi xəstəxanasına aparılıb. Onların vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Fotoda:İsgəndərov Binnət Taleh oğlu
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 

Dünyapress TV

Xəbər lenti