Ardını oxu...
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin keçmiş sədri Vasif Talıbovun tutduğu vəzifədən azad edilməsindən sonra onun yaxın çevrəsinin də neytrallaşdırılmasına start verilib.

Teref.az Qaynarinfo-ya istinadla xəbər verir ki, Vasif Talıbovun oğlu Seymur Talıbov Naxçıvan Dövlət Universitetindən tutduğu prorektor vəzifəsindən uzaqlaşdırıldı, qızı Baharxanım Talıbova “Naxçıvanbank” ASC-nin Müşahidə Şurasının üzvlüyündən çıxarıldı və s.

Bundan başqa, keçmiş Ali Məclis sədrinə yaxın bəzi vəzifəli şəxslərin, o cümlədən Sədərək Gömrük Postunun rəisi Nicat Mahmudovun karyerasına son qoyuldu.

Nicat Mahmudovdan sonra belə təəssürat yaranmışdı ki, prosesə ara verilib. Lakin Ordubad rayonunun icra başçısı Elşad Məmmədovun işdən çıxarılması göstərdi ki, Muxtar Respublikanın Talıbov və onun adamlarından təmizlənməsi davam edir.

Məlumat üçün deyək ki, Elşad Məmmədov 2013-cü ildə Ordubadın icra başçısı təyin olunmuşdu. Ondan əvvəl bu vəzifəni Elşad Əliyev tutub. O, 2013-cü ildə Vasif Talıbovun sərəncamı ilə Muxtar Respublikanın kənd təsərrüfatı naziri təyin edilib. Bu təyinatdan sonra Elşad Məmmədov Ordubadın rəhbərliyinə gətirilib və bunda Vasif Talıbovun xüsusi rolub olub.

Ümumiyyətlə, Naxçıvanla bağlı məlumatlı olan şəxslər deyir ki, Muxtar Respublikada yüksək vəzifə daşıyanlar Vasif Talıbova yaxın ətrafına daxil olan kadrlar olub. Bu baxımdan, Naxçıvanda təmizləmələrin davam edəcəyi şübhəsizdir.

İddialara görə, paralel olaraq Talıbovun 27 illik fəaliyyəti də araşdırılır. Naxçıvanda onun adamları vəzifələrdən uzaqlaşdırıldıqdan sonra keçmiş Ali Məclis sədrinin fəaliyyətinə hüquqi qiymət verilməsi məsələsi gündəmə gələ bilər.
Ardını oxu...
Dövlət Gömrük Komitəsinin gömrük orqanına bəyan edilməyən brend geyim əşyalarının aşkar olunması ilə bağlı yaydığı məlumat müzakirələrə səbəb olub.
Kommersant.az-ın xəbərinə görə, məlumatda bildirilib ki, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşı Heydər Əliyev Beynəlxalq Hava Limanının “CİP” zalından gömrük nəzarət zonasını tərk etmək istəyərkən ona məxsus əl yükləri gömrük yoxlamasına cəlb edilib. Yoxlama zamanı əl yüklərindən gömrük orqanına şifahi, yazılı və ya elektron qaydada bəyan edilməyən xeyli miqdarda müxtəlif markalı brend geyim əşyaları, 1 ədəd “Cartier” markalı qol saatı, 175 qram zərgərlik məmulatları və digər mallar aşkar olunub. Faktla bağlı araşdırma aparılır.

Bu addıma görə sosial şəbəkə istifadəçiləri Gömrük Komitəsini sərt tənqid ediblər.

Tənqidi və ironik şərhlərin bəzilərini təqdim edirik: “Burada nə var ki? Şəxsi əşyalardır. Sadəcə, brend məhsullara oxşayır, bahalı görünür, vergi tutmaq istəyirler, amma belə sərgiləmək doğru deyil”, “Yaxşı, deyək ki, bəyan olmalıdır. Bu adam milyardları gizlətmir ki, orada uzağı 400-500 manatın söhbəti gedir. Onu müsadirə edib, şəklini çəkib paylaşırsınız. Elə bil böyük qəhrəmanlıq etmisiniz”, “Hörmətli Gömrük Komitəsi, DİN-in hər gün müsadirə etdiyi narkotik vasitələr gömrüyün nəzarətindən kənar necə keçir? Onları görmürsüz,bunu necə görürsüz?”, “Təbriklər, DGK! Tarix yazmısınız...”, “Müharibə vaxtı əsgərə göndəriləcək siqareti oğurlayan generallarınızı da paylaşın. Baxaq görək hansı daha böyük qəbahət işlədib? Bu etdiyiniz biabırçılıqdır”, “Ölkəyə gətirilən “şəpit”ləri aşkar edən gömrükçülər Azərbaycan iqtisadiyyatına vurulacaq külli miqdarda ziyanın qarşısın alıblar ki...”, “Burada qeyri qanuni nə var ki? Narkotik yox, silah yox”, “Bəlkə hər ay istifadə etmirəm 800 dollarlıq balansımı. İl ərzində bir dəfə istifadə etmək istəyirəm. İl ərzində 9600 dollarlıq icazəm yoxdur? Olmazmı bir dəfəyə istifadə edim?”, “Bu paylaşıma görə utanmalı və həmin vətəndaşdan qurum olaraq üzr istəməlisiniz!”, “Deməli, xaricə gedəndə özümüzə nəsə alıb gətirməyək? Bunu demək istəyirsiz? Biabrçılıqdır!”, “O qərarda yazılıb ki məhsullar gömrük orqanına bəyan olunmayanda camaatın şəxsi əşyalarının şəkilin çəkib internetdə paylaşmaq lazımdır?”, “Oturdunuz hesabladınız ki, 800 dollardır? 800 dollara o qədər şey olur? Bu vətəndaş gedib sizi məhkəməyə versə, Avropa məhkəməsinə qədər getsə, udacaq axı. Camaatın şəxsi əşyasını sərgiləyirsiz! Ar olsun sizə! Dərhal üzr istəyin!”, “Sayənizdə evimizdə rahat yatırıq”, “Ölkədən kənara hara gedirsən get, belə mənzərə yalnız burda ola bilər. Naxçıvanda baqajımı necə açdılarsa bütün geyimlərim (köhnə, yəni özümə məxsus) töküldü millətin ortasına. Ordakı utancımı anlatmağa kəlimələr yetməz”, “Çox böyük iş görmüsünüz”, “Utanmırlar, çəkib qoyurlar, nə güclü əməliyyat olub...”, “İmkan vermək olmaz vətəndaş rahat yaşasın. Halal olsun gömrük xidmətinə, bu milyonluq malı aşkar etdi”, “Çox operativsiniz, “qürurlandım””, “Sizə də bu yaraşır, belə də davam edin”, “Bu gün də Gömrük Komitəsinin yerinə utandıq”, “DGK, yaxşı etmisiniz, həmin vətəndaş gətirdiyi malları bəyan etməmiş satıb varlanacaqdı, sonra da, yəqin ki, bahalı maşın alardı özünə, varlı məmurlardan seçilməzdi. Axı sən sadə vətəndaşsan, niyə bəyan etmirsən?”, “Bu, o deməkdir ki, xaricə gediriksə, "shopping"dən uzaq qalaq. Əks halda aldıqlarımız bizə qismət olmayacaq”, “Məncə, bu paylaşımı silsəniz yaxşıdır, camaat sizə gülür”, “İnana bilmirəm ki, bu, Gömrük Komitəsinin paylaşımıdır. Yəqin, səhifə “hack” olunub”, “Gömrük köhnə rekordları yeniləyir”, “Mütləq içində alt paltarı da olub, sadəcə, paylaşmağa üzünüz gəlməyib, afərin!”, “Utanmaq yoxdur, dövlət qurumunun məşğul olduğu işə baxın”, “Halal olsun gömrüyümüzün keşiyində duran əməkdaşlara, siz olmasaydınız, inanın ki, bu ölkə ağ günə çıxardı...”, “Dövlət Gömrük Komitəsi, NK-nın 305 saylı qərarı çox absurddur. Daxildə istehsalı olmayan məhsulun idxalından rüsum götürmək, hər hansı ekvivalent müəyyənləşdirmək ondan da absurddur. NK-nın qurum olaraq fəaliyyəti dubl absurddur”, “Bəyan olunmayanda şəxsi əşyaların şəklin çəkib nümayiş edirlər? Hansı əsasla? Üzr videosu da çəkdirin, siz Allah”, “Ekvivalent çoxdur, məncə, 800 yox, 150 edin, dincələk”

Komitənin cavabı isə belə olub: “Nazirlər kabinetinin 305 saylı qərarına əsasən şəxsi istehlak üçün hər bir şəxs Azərbaycan Respublikasının gömrük ərazisinə hər təqvim ayı ərzində bir dəfə, ümumi gömrük dəyəri 800 ABŞ dolları ekvivalenti məbləğində mal gətirə bilər. Həmin məbləğdən artıq olduqda isə məhsullar mütləq şəkildə gömrük orqanına bəyan olunmalıdır”.

Qeyd olunub ki, mövcud qanunvericiliyə görə hər bir şəxs bir təqvim ayı ərzində 20 qram qızılı, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatlarını, emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş 0,5 karat almazı güzəştli qaydada, yəni gömrük ödənişləri ödəmədən gömrük ərazisinə gətirə bilər.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
Bakıda bahalı avtomobilin dövlət qeydiyyat nişanını oğurlayan şəxs saxlanılıb.

Xezerxeber.az-ın məlumatına görə, hadisə ötən ay paytaxt sakini Şahin Rəhimovun başına gəlib.

O, avtomobili park etdiyi yerdən götürmək istəyəndə 10-RE-999 dövlət qeydiyyat nişanının açıldığını, nəqliyyat vasitəsinin alın şüşəsinə isə əlaqə saxlamaq üçün mobil nömrə yazıldığını görüb. Nömrəni qaytarmaq qarşılığında ondan 1000 manat tələb edilib.

Müsahibimiz növbəti dəfə belə hadisənin yaşanmayacağına ümid edir.
Qeyd edək ki, dünən Daxili İşlər Nazirliyi məsələ ilə bağlı məlumat yayıb. Bildirilib ki, fevralın 25-dən 28-dək olan müddətdə paytaxt ərazisində naməlum şəxsin Şahin Rəhimova məxsus “Mercedes” markalı avtomobilin qeydiyyat nişanını oğurlayaraq geri qaytarmaq müqabilində 1000 manat pul tələb etməsi barədə polisə məlumat daxil olub. Həyata keçirilmiş əməliyyat tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən Bakı şəhər sakini müəyyən edilərək saxlanıb.

Daha ətraflı süjetdə:

 
Ardını oxu...
“Bravo” hipermarketindəki inkassatora silahlı hücumla əlaqədar Fəvvarələr meydanındakı mənzillərdən birində keçirilən əməliyyatla əlaqədar adı hallanan daha bir nəfər həbs olunub.

Teref.az “Azadlıq Radiosu”na istinadən xəbər verir ki, söhbət əməliyyat keçirilən mənzildə yaşayan İsmayıl Hacızadədən gedir.

Lakin ona qarşı irəli sürülən ittihamın “Bravo”dakı silahlı hücumla əlaqəsi yoxdur. 24 yaşlı Hacızadə CM-in 234.1-1 (satış məqsədi olmadan külli miqdarda narkotik əldə etmə, daşıma, saxlama) maddəsi ilə ittiham olunur. İddia edilir ki, onun üstündən 2,2 qram heroin tapılıb.

Səbail Rayon Məhkəməsində onun haqqında ilkin istintaq dövrü üçün 4 aylıq həbs-qətimkan tədbiri seçilib. Bu qərardan apellyasiya şikayəti verilsə də, təmin olunmayıb.

İsmayıl Hacızadə narkotik ittihamının saxta olduğunu, heç bir cinayət törətmədiyi halda, həbs edildiyini bildirib. O, Bakı Apellyasiya Məhkəməsində də deyib ki, həbsinin səbəbi “Bravo”ya silahlı hücumu törətməkdə şübhəli sayılan Ruhlan İsmayılovun onun yanına gəlməsidir.

Homoseksual olduğunu və mərhum İsmayılovun da şəxsi münasibətlərə görə həmin gün onun yaşadığı evə gəldiyini deyən Hacızadənin sözlərinə görə, onun “Bravo”dakı hadisədə iştirakından da xəbərsizdir.

Əhmədli qəsəbəsindəki “Bravo” hipermarketində silahlı hücum martın 4-də günorta saat 12:00 radələrində baş verib. İnkassator Rüfət Həşimov qətlə yetirilib, daha bir nəfər yaralanıb.

Hadisəni törətməkdə şübhəli bilinən Ruhlan İsmayılovun saxlanması üçün həmin gün axşam saatlarında paytaxtın mərkəzində – Fəvvarələr meydanı yaxınlığındakı mənzillərdən birində əməliyyat keçirilib.

Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun yaydığı birgə məlumatda iddia olunur ki, İsmayılov saat 21:00 radələrində əməliyyat zamanı polis əməkdaşlarına silahlı müqavimət göstərdiyi üçün zərərsizləşdirilib.

“Ruhlan İsmayılovun gizləndiyi mənzilə istintaq-əməliyyat qrupu tərəfindən baxış keçirilərkən cinayət nəticəsində əldə olunan 16 min 835 manat və 20 min 100 ABŞ dolları pul, “AKS Lancaster-03” markalı odlu silah, 1 ədəd “Makarov” və 1 ədəd “Colt” tipli tapançalar, çoxsaylı döyüş sursatları tapılıb”, – rəsmi məlumatda belə yazılıb.

Baş Prokurorluq və DİN-in məlumatına görə, “Bravo”ya silahlı hücumla əlaqədar üç nəfər – Dəyanət Qüdrətov, Azər Məmmədov və Səbuhi Qurbanov həbs olunub. Onlara qarşı qəsdən adam öldürmə, adam öldürməyə cəhd kimi ittihamlar irəli sürülüb. Lakin adları çəkilən şəxslərdən Azər Məmmədov özünü təqsirli bilmir, həbs qərarından şikayət verib.
Digər təqsirləndirilən şəxslərin, yaxud vəkillərinin, eləcə də mərhum Ruhlan İsmayılovun yaxınlarının ittihamlara münasibəti bəlli deyil.
 
Ardını oxu...
Trampın məhkəməsi öncəsi bomba təhlükəsi
Nyu-Yorkun baş prokuroru Letisia Ceymsin ABŞ-nin keçmiş Prezidenti Donald Trampa qarşı qaldırdığı iddia üzrə dinləmədən bir qədər əvvəl Manhetten məhkəməsində (Lower Manhattan) bomba təhlükəsi xəbəri yayılıb.

Polis əməkdaşları binanı müvəqqəti bağlayıb və axtarış aparıblar. Məlumatın yalan olduğu təsdiqlənib.

Məhkəmə qarşısına Donald Trampın tərəfdarlarının da toplaşdığı qeyd olunur. Hüquq-mühafizə orqanları qarşıdurma zamanı yüksək hazırlıq vəziyyətinə gətiriliblər. \\Gundem.Az
 
Ardını oxu...
Şotlandiyada 75 metr hündürlüyündə gəminin Edinburqun quru limanında yan aşması nəticəsində 15 nəfər xəstəxanaya yerləşdirilib.

“Report” xəbər verir ki, bu barədə “The Daily Telegraph” Şotlandiyanın təcili yardım xidmətinə istinadən məlumat yayıb.

Belə ki, ümumilikdə 25 nəfər tibbi yardım üçün müraciət edib, onlardan 10 nəfərə hadisə yerində köməklik göstərilib. Xəstəxanaya yerləşdirilənlərin xəsarətlərinin nə qədər ağır olduğu məlum deyil.

Gəmi 2016-cı ildə amerikalı sahibkar, Microsoft-un həmtəsisçisi Pol Allen (1953-2017) tərəfindən alınıb. Qeyd olunub ki, qəza yerinə ümumilikdə beş təcili yardım avtomobili və bir tibbi helikopter cəlb edilib.
 
Ardını oxu...
Hindistanın cənubundakı Tamilnad ştatında pirotexnika fabrikində baş vermiş partlayış nəticəsində azı 8 nəfər ölüb, 16 nəfər yaralanıb.

“Report” xəbər verir ki, bu barədə “Sinxua” agentliyi məlumat yayıb.

Qeyd olunub ki, partlayış ştatın paytaxtı Çennayi şəhərindən 80 km cənub-qərbdə, Kuruvimalay rayonundakı zavodda baş verib.

Qeyd olunub ki, 5 nəfər hadisə yerində, daha 3 nəfər xəstəxanada dünyasını dəyişib. 16 yaralı xəstəxanaya yerləşdirilib, onlardan bir neçəsinin vəziyyəti ağırdır.

Fabrikdəki partlayış yanğın nəticəsində baş verib. Hadisənin səbəbləri araşdırılır.
Ardını oxu...
Doğum ilinizin son rəqəmi həyatınız və şəxsiyyətiniz haqqında vacib ipuçları verir.

Azmedia.Az xəbər verir ki, doğulduğunuz ilin son rəqəminə baxaraq od, su, torpaq və hava kimi elementlərdən hansı olduğunuzu da öyrənə bilərsiniz.

Doğum ilinizin son rəqəmi 0 və 1-dirsə, elementiniz metaldır. Bu, güclü və davamlı bir xarakterə sahib olduğunuzu göstərir. Onlar da müstəqil insanlardır və öz iradələri ilə hərəkət edirlər. Həyatda ən vacib şey sevgi. Bu qrupdakılar kifayət qədər inadkardırlar. İnsanlara kömək etməyi sevirlər, amma bunu özləri üçün heç vaxt istəmirlər. Ən pis xüsusiyyətləri isə gücü, dəbdəbəni və pulu sevmələridir.

Doğum ilinizin son rəqəmi 2 və 3-dürsə, elementiniz sudur. Bu elementi olan insanların ən fərqli xüsusiyyətləri nəzakətli, anlayışlı və cazibədar olmasıdır. Bu insanların çox geniş yaradıcılıq və təxəyyül dünyası var. Kifayət qədər yaradıcı olan su qrupu daha çox sənət adamlarından ibarətdir. Bu yüksək intuitiv insanlar gələcəyi proqnozlaşdıra bilirlər.

Doğum ilinizin son rəqəmi 4 və 5-dirsə, elementiniz ağacdır. Bu, özünə inam və yüksək heysiyyət gətirir. Bütün gözlər onların üzərindədir. Yeni şeyləri sınamağı sevirlər. Girdikləri hər mühitdə diqqət mərkəzinə çevrilir və diqqəti özlərinə çəkirlər.

Doğum ilinizin son rəqəmi 6 və 7-dirsə, elementiniz oddur. Bu elementlərdəki insanlar olduqca macəralıdırlar. Bunlar əla liderləri olan çox aktiv və enerjili insanlardır, rəqabət aparmağı və qalib gəlməyi sevirlər. Odlu insanlar cazibədar və cəlbedici olmağa meyllidirlər, tək qalmağa dözə bilmirlər, özlərini insanlarla və daimi hərəkətlərlə əhatə etməyə üstünlük verirlər.

Doğum ilinizin son rəqəmləri 8 və 9-dursa, elementiniz yerdir. Dünyanın qüvvələri onlara sevdikləri üçün məsuliyyət verir. Çoxlu ambisiyaları var, eyni zamanda idealistdirlər. Onlar əsaslandırılır, problemlər tədricən və ayıq düşüncə ilə həll olunur. Onlar yaxşı inkişaf etmiş intuisiyaya malikdirlər.
Ardını oxu...
Jurnalist cəmiyyəti obyektiv şəkildə məlumatlandırmaq, ictimai rəyi düzgün istiqamətləndirmək missiyasını heç zaman unutmamalı, soyuq davranaraq hər hansı kənar təsirə məruz qalmamalı, səsləndirdiyi fikirlərin insanlar tərəfindən birmənalı qarşılanmamaq riskini nəzərə almalıdır.

Bu barədə Mətbuat Şurasının yaydığı bəyanatda bildirilir.

Qeyd olunur ki, bu mənada jurnalist Fərdin İsazadənin “NoyanTapan” adlı erməni YouTube kanalında yayımlanmış “Yumşaq güc” verilişində Azərbaycanın Novruz adətlərinin qeyri-insani tərzdə təqdimatına cavab mahiyyəti daşıyan satirik video hazırlayıb yayması da yolverilməzdir.

"F.İsazadə zorakılığa çağırış kimi qələmə verilə biləcək mübahisəli fikirlər səsləndirməkdənsə, Novruz bayramının gerçək bəşəri mahiyyətini izah etməli, "NoyanTapan" erməni YouTube kanalının materialının cəfəng xarakter daşıdığını göstərməli, bildirməli idi ki, medianın bu sayaq davranışları region xalqları arasında dayanıqlı sülhün əldə olunmasına maneçilik törədir.

F.İzazadənin fikirləri jurnalistin şəxsi yumoristik yanaşmasıdır. Azərbaycan mediası bu videonu paylaşmayıb və ona informasiya məzmunu qazandırmaqdan uzaqdır. Belə təmayüllər ölkəmizin qanunvericiliyinə, konkret olaraq, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” Qanunun 13-2.3.2-ci maddəsinin zorakılığın və dini ekstremizmin təbliğinə dair məlumatların, milli, irqi və ya dini nifrət və düşmənçiliyin salınmasına yönələn açıq çağırışların informasiya ehtiyatında (informasiya-telekommunikasiya şəbəkəsində) yayılmasının qadağan olunmasına dair tələbinə ziddir. Bu kimi hallar, eyni zamanda, Azərbaycan Jurnalistlərinin Etik Davranış Qaydalarındakı “jurnalist adamları millətinə, irqinə, cinsinə, dilinə, peşəsinə, dininə, yaşadığı və ya anadan olduğu yerinə görə pisləməməli, onlar haqqında bu qəbildən olan bilgiləri qabartmamalıdır” müddəası baxımından da yolverilməzdir.

Mətbuat Şurası Azərbaycanın media təmsilçilərinə müraciət edərək hər bir təqdimatın həssaslıq dərəcəsi barədə ciddi şəkildə düşünməyə çağırır. Şura ayrı-ayrı vətəndaşlara da müxtəlif sosial şəbəkə profillərindəki paylaşımlarında yuxarıda qeyd edilən məqamları nəzərə almağı, ehtiyatlı olmağı tövsiyə edir.

Azərbaycan Mətbuat Şurası, həmçinin, bildirir ki, azərbaycanlılara qarşı zorakılıq hallarının təbliği Ermənistan jurnalistləri arasında dəfələrlə müşahidə olunub. Onlar da bir çox hallarda milli ayrıseçkiliyə, nifrət məzmunlu çağırışlara üstünlük veriblər. Təəssüf ki, eyni xoşagəlməz hallar indi də yaşanmaqdadır. Ümid edirik ki, Ermənistan Kütləvi İnformasiya Vasitələrində Etika üzrə Müşahidə Şurası da məsələyə diqqət yetirəcək, Ermənistan mediasında Azərbaycan dövləti və xalqına qarşı aşağılayıcı rəftarın, hiddətin, qəzəbin aradan qalxmasına dəstəyini göstərəcək, bununla bağlı prinsipial mövqeyini ortaya qoyacaqdır", - bəyanatda vurğulanır.
Ardını oxu...
“Biz sevinirik ki, pensiyalarda qənaət etmişik. 2009-cu ilə nisbətən pensiya alanların sayı 160 min nəfər azalıb. Belə çıxır ki, gücümüz ancaq pensiya alanlara çatır. Sonra da deyirik ki, gəlirlərimiz artıb”.

Teref.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, bu fikirləri millət vəkili Tahir Kərimli parlamentin iclasında hökumətin hesabatının müzakirəsi zamanı deyib.

T.Kərimli bildirib ki, xalqa hər şey Avropa qiymətləri ilə satılır: “Bəs niyə pensiyanı həmin standartlarla vermirik? Nə vaxta kimi insanlara “qara camaat” kimi yanaşacağıq?! Mən “qara camaat”ın nümayəndəsiyəm”.
 

Dünyapress TV

Xəbər lenti