Ardını oxu...
Yaşı 10 ildən çox olan minik avtomobillərinin Azərbaycan ərazisinə gətirilməsi ilə bağlı qərar qəbul edilib.
Nazirlər Kabinetinin 94 №-li Qərarına dair İzahına əsasən, istismar olunan minik avtomobillərinin Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilməsinin məhdudlaşdırılması haqqında Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 94 №-li qərarının əsas məqsədi insanların həyat və sağlamlığının, ətraf mühitin qorunması, avtonəqliyyat vasitələrindən atmosfer havasına atılan zərərli maddələrin miqdarının azaldılması və ekoloji vəziyyətin yaxşılaşdırılmasına dəstək olmaqdır. Qərara əsasən zavod buraxılış tarixinə görə yaşı 10 ildən çox olan minik avtomobillərinin Azərbaycan Respublikası ərazisinə gətirilməsi məhdudlaşdırılacaq.
Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən ölkədə 1,4 milyondan çox minik avtomobili mövcuddur. Bunun 1,3 milyondan çoxu şəxsi minik avtomobillərinin payına düşür.
Azərbaycanda minik avtomobillərinin yaş strukturu belədir:
2 ilə qədər olan minik avtomobilləri 2 faiz; 2 ildən 5 ilə qədər olan minik avtomobilləri 3 faiz; 5 ildən 10 ilə qədər olan minik avtomobilləri 11,9 faiz.
Beləliklə, yaşı 10 ildən artıq olan minik avtomobillərinin payı 80%-dən çoxdur.

TEREF.AZ-ın məlumatına görə, qərara müsbət yanaşdığını deyən yol-nəqliyyat məsələləri üzrə ekspert Fərhad Eyyubov "Sherg.az"a bildirib ki, müəyyən bir vaxtdan sonra bunu 5 ilə də sala bilərlər:

"Çünki ölkədə hazırda istismar müddətini tamamlamış çox sayda avtomobil var. Bu isə ekoloji cəhətdən havanı zəhərləndirir və atmosferə mənfi təsir göstərir. Həmçinin 30-40 il bundan öncə istehsal olunan nəqliyyat vasitələri yol hərəkətinin təhlükəsizliyinə böyük maneə təşkil edir. Ona görə de belə nəqliyyat vasitələrini nizamlamaq lazımdır.

Bunun birinci yolu isə ölkəyə gələn köhnə avtomobillərin axınını dayandırmaqdır. Hətta 5-6 il öncə Avro-4 standartına uyğun qərar qəbul edilmişdi. Biz bu standartın yalnız havanın ekoloji zəhərlənməsinə qarşı olduğunu başa düşürük.

Ancaq nəqliyyat vasitələri köhnəldikcə, onların müəyyən konstruktiv elementləri həm aktiv, həm passiv, həm də ekoloji təhlükəsizliyin elementləri, öz resurslarını itirmiş olur. Buna görə də ölkədəki nəqliyyat vasitələrini yeniləmək lazımdır. Mən hətta arzu edərdim ki, qərar 5 il öncə istehsal edilmiş avtomobillərə şamil edilsin. Yəni kimin imkanı varsa, maşınlarını yeniləməli, köhnələr isə istismardan çıxarılmalıdır. Ümumiyyətlə Nazirlər Kabinetinin yaxın zamanda çıxdaş məsələsinə baxılması barəsində də qərar verməsini təklif edərdim. Yol hərəkətinin təhlükəsizliyi barəsindəki proqramın müddətinə az qalıb. Yeni proqramda çıxdaş məsələsinin icra mexanizmi də işlənilsə yaxşı olardı".
Ardını oxu...
Mart ayının 30-u gündüz saatlarından aprel ayının 1-i günün 2-ci yarısına qədər Xəzər Dəniz Akvatoriyasında Şimal-Qərb-Şimal küləyinin 18-23 m\s,arabir 25-28 m\s,acıq dənizdə arabir 30-35 m/s qədər güclənəcəyi gözlənilir. Dalganın hündürlüyünün 2-4 metr, sonrakı inkişafda 5.5-7.5 metr olacagı gözlənilir. Bununla əlaqədar “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC (ASCO) Xəzərdə üzən gəmilərinə xəbərdarlıq göndərib.

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-dən (ASCO) Manset.az-a verilən məlumata görə, ASCO gözlənilən küləkli hava şəraiti ilə əlaqədar Xəzərdə üzən bütün gəmilərinə xəbərdarlıq göndərib.

Xəbərdarlıqda bildirilib ki, gözlənilən hava şəraiti ilə əlaqədar gəmilərdə qabaqlayıcı təhlükəsizlik tədbirləri görülsün, gəmilərin qeyd edilən tarixdə təhlükəsiz sığınacaqlara getməsi təmin olunsun.

"Həmçinin, səfərə çıxacaq və dənizdə hərəkətdə olan gəmilər gözlənilən hava şəraitini nəzərə alaraq sığınacaqlara getmələrini qabaqcadan planlaşdırsınlar.

Bundan başqa, külək gözlənilən tarixlərdə limanlarda və lövbərlərdə dayanan gəmilərin kapitanları gəmilərin təhlükəsiz dayanmalarını təmin etsinlər", - məlumatda deyilir.
Ardını oxu...
Dünən terror hücumuna məruz qalan millət vəkili Fazil Mustafa hadisə ilə bağlı ilk açıqlama verib.

O, "Haqqın.az" saytının rəhbəri Eynulla Fətullayev ilə əlaqə saxlayıb.

TEREF.AZ xəbər verir ki, F. Mustafa jurnalistə açıqlamasında bunları deyib:

"Evə qədər sürdüm. Maşını qaraja daxil etmək istəyəndə birdən nə olduğunu başa düşmədim. Pultun düyməsini sıxıb qaraja daxil olmağa hazırlaşırdım. Birdən maşının “podpres”i silkələndi. Çiynimdə dəhşətli ağrı hiss eləyirdim. Ağrılardan sonra bunun atəş zərbəsi olduğunu anladım, çünki atəş səslərini eşitdim. Qapını açıb düşdüm. Darvazaya tərəf bir neçə addım atanda artıq ikinci güllə mənə dəydi. Ayağımdan yaralandım. Evə gedərək tez qapını bağladım".

Millət vəkilinin sözlərinə görə, sonra qapını bağlayaraq Təcili yardım və hüquq mühafizə orqanlarına məlumat veriblər: "Təcili yardım maşınında özümü təhlükəsiz hiss edəcəyim xəstəxanaya aparılmağı xahiş etdim. Amma çox qan itirmişdim. Bədənim əsirdi. Daha heç nə xatırlamıram".
Danışıq zamanı F. Mustafanın həyat yoldaşı və oğlu da yanında imiş. Həyat yoldaşı əlavə edib ki, atışma qorxulu olub. Fazil Mustafa isə möcüzə baş verdiyini əlavə edir: “Özüm də başa düşmədim ki, necə sağ qaldım. Allah saxladı. Möcüzə oldu”.

Xatırladaq ki, dünən Zabrat qəsəbəsində yerləşən evinin qarşısında silahlı hücuma məruz qalan millət vəkilinə avtomat silahdan çoxsaylı atəş açılıb. F.Mustafa iki güllə yarası alıb. Çiyin nayihəsindən və ayağından yaralanan millət vəkilinə ilk olaraq Kliniki Tibbi Mərkəzdə (Semaşko) həkim müdaxiləsi edilib. Sonra isə deputatın təhlükəsizliyinin daha yaxşı təşkil olunması məqsədilə o, hüquq-mühafizə qurumlarından birinin hospitalına aparılıb.
 
Ardını oxu...
Mustafa Fazil Qəzənfər oğluna qarşı törədilmiş terror aktı ilə bağlı cinayət işi başlanılıb.

28 mart 2023-cü il tarixdə saat 21:51-də Azərbaycan Respublikası Milli Məclisinin deputatı Mustafa Fazil Qəzənfər oğluna yaşadığı evin qarşısında - Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-1 qəsəbəsi, Babək küçəsi ev 2 “Z” ünvanında “Kalaşnikov” konstruksiyalı avtomat silahından atəş açılaraq terror aktı törədilmişdir.

Terror aktı nəticəsində Fazil Mustafa bədənin sağ çiyin qurşağını və sağ budun aşağı üçdə birini dəlib keçən güllə yarası almışdır. Ona zəruri tibbi xidmətlər göstərilir və vəziyyəti stabil olaraq qiymətləndirilir. Həyati təhlükəsi yoxdur.

Faktla bağlı Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində Cinayət Məcəlləsinin 277 (dövlət xadiminin və ya ictimai xadimin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq və ya bu fəaliyyətə görə qisas almaq məqsədilə onun həyatına sui-qəsd etmə) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanılmışdır. Terror aktını törətmiş şəxsin və cinayət hadisəsi ilə əlaqəsi olan digər şəxslərin müəyyən olunaraq cinayət məsuliyyətinə cəlb olunması istiqamətində kompleks təxirəsalınmaz əməliyyat-istintaq tədbirləri həyata keçirilir.
 
Ardını oxu...
“Həkimlərin dediyinə görə, vəziyyəti qənaətbəxşdir və hər hansı həyati təhlükəsi yoxdur. Özünü yaxşı hiss edir”.

“Report” xəbər verir ki, bu sözləri Milli Məclisin (MM) sədr müavini Adil Əliyev Fazil Mustafaya qarşı silahlı hücuma münasibət bildirərkən deyib.

Onun sözlərinə görə, dövlətin aidiyyəti qurumları faktla bağlı araşdırmalara başlayıblar:

“Hesab edirəm ki, bu ağır terror hadisəsidir. Deputata qarşı bu cür hadisənin baş verməsi dövlət təhlükəsizliyi məsələsidir. Tam arxayın ola bilərsiniz ki, bu hadisə ilə bağlı dövlət tərəfindən ciddi tədbirlər həyata keçiriləcək”.

O qeyd edib ki, daxili nizamnaməyə əsasən millət vəkilləri mühafizəçilərlə təmin olunmurlar:

“Millət vəkilləri əgər istəyirlərsə, silahla təmin oluna bilərlər. Hesab edirəm ki, Azərbaycanda ciddi olaylar olmadığı üçün deputatlar silahdan istifadə üçün müraciət etməyiblər. Ölkəmizdə sabitlik tam bərqərar olunub və bu sabitliyi pozmaq istəyən qüvvələr bilməlidirlər ki, hadisələrin qarşısı qətiyyətlə alınır.

Hadisə yeni baş verib, istintaq qrupu yaradılıb, hadisə araşdırılır. Cinayətkarlar yaxalanmadan hər hansı bir iddia irəli sürmək yalnış fikir olardı. Yaxın zamanlarda aidiyyati qurumlar tərəfindən ictimaiyyətə açıqlanacaq. Əvvəlcədən kimin və ya hansı qüvvələrin törətdiyini demək yanlışdır”.
Ardını oxu...
“Fazil əmim zəng etdi, ilk sözü bu oldu ki, “məni vurublar, tez gəl, evə daxil ola bilərlər”. Mən özümü çatdıranda artıq cinayətkarlar qaçmışdı”.

Bunu Gununsesi.info-ya açıqlamasında sui-qəsdə məruz qalan deputat Fazil Mustafanın qardaşı oğlu Toğrul Mustafayev deyib.

O bildirib ki, qan itirməməsi üçün əmisinin ayağını və qolunu kəmərlə sıxıb:

“Ağlıma ilk gələn yer “Semaşko” oldu. Gətirdim, buraya. Təmkinini itirməmişdi”.
 
Ardını oxu...
“Millət vəkili Fazil Mustafaya qarşı törədilən cinayət faktı ilə bağlı rəsmi olaraq təsdiq olunmayan və dəqiqləşdirilməyən məlumatları yaymayın”.

Bunu Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin KİV və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Elşad Hacıyev sosial şəbəkə hesabında yazıb.

O qeyd edib ki, cinayəti törətməkdə şübhəli bilinən şəxsin, yaxud şəxslərin tutulması istiqamətində tədbirlər görülür.

 
Ardını oxu...
“Fazil Mustafa qarajın qapısını açıb həyətə girmək istəyəndə cinayətkar evin sağ tərəfində yerləşən daş hasarın arxasında gizlənərək gözləyib”.

Bu sözləri Musavat.com-a açıqlamasında millət vəkili Fazil Mustafanın yaxın dostlarından biri deyib.

O bildirib ki, hadisəni törətmiş şəxs hasarın arxasından "Kalaşnikov" avtomatı ilə deputata atəş açmağa başlayıb:

“Cinayətkarın atəş açmasında məqsəd Fazil Mustafanı öldürmək olub. Deputat cəld tərpənərək yenidən maşına minib və tez qapını örtüb. Nəticədə o, çiynindən və ayağından 2 güllə yarası alıb, həmçinin avtomobilə ciddi zərər dəyib”.

Deputatın dostunun sözlərinə görə, hadisə Fazil Mustafanın kiçik qızının gözü önündə baş verib.

Qeyd edək ki, Zabrat qəsəbəsində yerləşən evinin qarşısında silahlı hücuma məruz qalan millət vəkilinə avtomat silahdan çoxsaylı atəş açılıb. F.Mustafa iki güllə yarası alıb. Çiyin nayihəsindən və ayağından yaralanan millət vəkilinə 1 saylı Şəhər Kliniki Xəstəxanasında (Semaşko) əməliyyat olunub, daha sonra TƏBİB-in tabeliyindəki Kliniki Tibbi Mərkəzə (KTM) gətirilib. Cinayəti törətməkdə şübhəli bilinən şəxsin, yaxud şəxslərin tutulması istiqamətində tədbirlər görülür.

***

Deputat Fazil Mustafa evinin qarşısında güllələnib.

APA-nın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, hazırda Daxili İşlər Nazirliyinin və Baş Prokurorluğun yüksək rütbəli əməkdaşları deputatın güllələndiyi ərazidədir.

İlkin məlumata görə, deputat evinin qarşısında avtomobilindən düşərkən güllələnib. O sağ dizindən və sağ çiyin nahiyəsindən güllə yarası alıb.

***

Bakının Sabunçu rayonunda yaşadığı evin qarşısında odlu silahdan açılmış atəş nəticəsində xəsarət alan Milli Məclisin deputatı Fazil Mustafa TƏBİB-in tabeliyindəki Kliniki Tibbi Mərkəzə (KTM) gətirilib.

“Report”un hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, deputat hazırda əməliyyat olunur.

Qeyd edək ki, Fazil Mustafaya sağ çiynin, sağ budun yuxarı üçdə birinin güllə yarası diaqnozu qoyulub.

Hazırda Kliniki Tibbi Mərkəzin qarşısında Milli Məclisin deputatları və ictimaiyyət nümayəndələri toplaşıb.
Ətraflı

***

Bu gün Bakıda yaşadığı evinin qarşısında güllələnən Milli Məclisin deputatı Fazil Mustafanın vəziyyəti stabil olaraq qiymətləndirilir.

Bu barədə "Report"a TƏBİB-dən bildirilib.

"TƏBİB-in tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına Milli Məclisin deputatı Fazil Mustafanın xəsarət alması barədə saat 21:55 radələrində çağırış daxil olub, dərhal həkim briqadası cəlb edilib.

Sağ çiynin, sağ budun yuxarı üçdə birinin güllə yarası diaqnozu ilə hazırda ona zəruri tibbi xidmətlərin göstərilməsi davam edir. Vəziyyəti stabil olaraq qiymətləndirilir. Həyati təhlükəsi yoxdur", - məlumatda deyilir.

***

Bu gün Bakıda yaşadığı evinin qarşısında güllələnən Milli Məclisin deputatı Fazil Mustafa sağ çiyin və sağ bud nahiyəsindən güllə yarası alıb.

“Report”un əldə etdiyi məlumata görə, deputata evində təcili tibbi yardım briqadası tərəfindən yardım edilir.

Qeyd olunub ki, deputatın həyati təhlükəsi yoxdur, vəziyyəti qənaətbəxşdir.

***

Milli Məclisin deputatı Fazil Mustafa Bakıda yaşadığı evinin qarşısında güllələnib.

Musavat.com xəbər verir ki, Zabrat qəsəbəsində yerləşən evinin qarşısında silahlı hücuma məruz qalan millət vəkilinə avtomat silahdan çoxsaylı atəş açılıb. F.Mustafa iki güllə yarası alıb. Çiyin nayihəsindən və ayağından yaralanan millət vəkilinə hazırda öz evində həkim müdaxiləsi edilir.

Polis hadisə yerindədir.

Fazil Mustafanın yaxınlarından biri Musavat.com-a bildirib ki, deputat evə gələn zaman öz maşınını evinin qarşısında saxlayıb düşərkən avtomat silahdan önun üzərinə atəş yağdırılıb.

Millət vəkilini öldürmək istəsələr də, xoş təsadüfdən güllələrdən ikisi həyatı təhlükə təşkil etməyən orqanlarına dəyib.

DİN Mətbuat Xidmətindən "Report"a bildirilib ki, hazırda əməliyyat-istintaq qrupu hadisə yerindədir. Hücumu törətməkdə şübhəli bilinən şəxsin axtarışı davam edir.
 
Ardını oxu...
Bu gün axşam saatlarında Milli Məclisin deputatı Fazil Mustafa paytaxtın Sabunçu rayonunda yaşadığı evin qarşısında odlu silahdan açılmış atəş nəticəsində xəsarət alıb. Faktla bağlı hüquq - mühafizə orqanları tərəfindən cinayət işi açılıb.

Bu barədə Milli Məclisdən bildirilib.

TƏBİB-dən verilən məlumata görə, Fazil Mustafaya sağ çiynin, sağ budun yuxarı üçdə birinin güllə yarası diaqnozu ilə hazırda zəruri tibbi xidmətlərin göstərilməsi davam edir. Onun vəziyyəti stabil olaraq qiymətləndirilir və həyati təhlükəsinin olmadığı bildirilir.

Qeyd edək ki, hazırda BMT Baş Assambleyasında keçiriləcək yüksək səviyyəli iclasda iştirak etmək məqsədilə Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərində işgüzar səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova hadisə ilə bağlı məlumat aldıqdan sonra Fazil Mustafanın ailəsi ilə əlaqə saxlamış, onun vəziyyəti ilə maraqlanmışdır.
 
 
 
Ardını oxu...
"Millət vəkilinə atəş açılması ağır hadisədir".

Bunu "Report"a Milli Məclisin deputatı Qüdrət Həsənquliyev Fazil Mustafaya qarşı silahlı hücuma münasibət bildirərkən deyib.


"Hüquq-mühafizə orqanları tez bir zamanda cinayətkarın tapılması istiqamətində tədbirlər həyata keçirəcək. Bu cinayətin üstü açılacaq və layiqli cəzasın alacaq. Görünür, Azərbaycanın ictimai-siyasi həyatında qorxu mühiti yaratmaq istəyən qüvvələr var. Bu yolla nə millət vəkilini, nə dövlət adamını, nə də jurnalisti qorxutmaq olmaz. Bu, iyrənc bir terror aktıdır", - millət vəkili qeyd edib.

Dünyapress TV

Xəbər lenti