Ardını oxu...
Rusiya təhlükəsizlik xidmətləri ölkənin yüksək rütbəli məmurlarının xaricə çıxmasının qarşısını almaq üçün onların pasportlarını müsadirə edir.

Tribunainfo.az xəbər verir ki, bu barədə “Financial Time” nəşri məqalə dərc edib.

Qəzetin fikrincə, bürokratlara artan təzyiq Kreml və FSB-nin elitanın sədaqətinə şübhələrini əks etdirir, onların çoxu şəxsi olaraq müharibəyə qarşı çıxır və onun həyat tərzinə təsirindən narazıdır.

Öz növbəsində, Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov Financial Times-ın sorğusuna cavab olaraq, xarici səfərlərin “həssas” sahələrdə çalışanlar üçün məhdudlaşdırıldığını təsdiqləyib.

Onun sözlərinə görə, diferensiallaşdırılmış yanaşma var və Ukraynada xüsusi hərbi əməliyyatın başlaması ilə bu məsələyə daha çox diqqət yetirilib.
Ardını oxu...
Ukrayna prezidentinin müşaviri Mixail Podolyak hərbi müxbir Vladlen Tatarskinin qətlində Ukraynanın əli olmadığını bəyan edib.

Bu barədə o, özünün “Twitter“ səhifəsində yazıb.

“Daxili terrorizmin nə vaxt daxili siyasi mübarizə alətinə çevriləcəyi məsələsi zaman məsələsi idi”, o yazıb.

Xatırladaq ki, Sankt-Peterburqda kafedə müharibə müxbiri Vladlen Tatarskinin yaradıcılıq gecəsi zamanı partlayış baş verib. Hadisə nəticəsində jurnalistin özü ölüb, daha 25 nəfər yaralanıb.
 
Ardını oxu...
"Qaradağ rayonunda polisin atəş açması ilə bağlı məlumatlar yayılıb. Bakının bir neçə istiqamətində polis postları quraşdırılması və nəzarət yoxlama tədbirləri keçirilir".

TEREF.AZ yazır ki, bu barədə Qaynarinfo-nun sorğusuna cavab olaraq, Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin şöbə rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev bildirib.

Onun sözlərinə görə, millət vəkili Fazil Mustafaya qarşı cinayət hadisəsi ilə əlaqədər Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizlik Xidməti və Baş Prokurorluğun birgə keçirdiyi əməliyyat-axtarış, əməliyyat-istintaq tədbirləri çərçivəsində 4 nəfər müəyyən olunaraq saxlanılıb.

Əlavə məlumat veriləcək.

Qeyd edək ki, martın 28-də saat 21:51-də Azərbaycan Respublikası Milli Məclisinin deputatı Mustafa Fazil Qəzənfər oğluna yaşadığı evin qarşısında - Bakı şəhəri, Sabunçu rayonu, Zabrat-1 qəsəbəsi, Babək küçəsi ev 2 "Z” ünvanında "Kalaşnikov” konstruksiyalı avtomat silahından atəş açılaraq terror aktı törədilib.

Terror aktı nəticəsində Fazil Mustafa bədənin sağ çiyin qurşağını və sağ budun aşağı üçdə birini dəlib keçən güllə yarası alıb.

Faktla bağlı Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq baş idarəsində Cinayət Məcəlləsinin 277 (dövlət xadiminin və ya ictimai xadimin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq və ya bu fəaliyyətə görə qisas almaq məqsədilə onun həyatına sui-qəsd etmə) və 228.2.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə) maddələri ilə cinayət işi başlanılıb.
TEREF.az yazır ki, bəzi teleqram kanalllarının verdiyi məlumata görə, Fazil bəyə suiqəsdlə əlaqədar bir nəfərdə Qaradağ rayonunda saxlanılıb!

Ardını oxu...İranın Azərbaycan siyasəti ilə bağlı danışan və fikirlərini açıq şəkildə çəkinmədən söyləyən bir neçə deputat var. Onlardan biri də dünən evinin qarşısında güllələnən Fazil Mustafadır. Fazil Mustafa İranın Azərbaycan siyasətini kəskin tənqid edən deputatdır. Ötən gün yerli TV-lərin birində çıxış edən deputat Fazil Mustafa və Vüqar İskəndərov İranın mövcud siyasəti ilə bağlı fikirlərini söyləmişlər. Fazil Mustafa açıqlamasında İranın bu günki siyasəti Molla zeyhniyyət ilə düşünülmüş, primitiv və bəs it və İranın özünə zərər verə biləcək siyasət adlandırıb. O, qeyd edib ki, İran bu proseslərdən özü zərərli çıxacaq.
Vüqar İskəndərov müsahibəsində bildirib ki, “İranının siyasi rəhbərliyi ilə Ermənistan Təhlükəsizlik Şurasının katibinin görüşündə İran tərəfi Ermənistan və İranı “bir millət iki dövlət” kimi elan etmiş və qeyd etmişdi ki, bu ölkələri çox dərin köklər bağlayır”...

Görünür Fazil Mustafanın İrandakı Molla rejiminin siyasətinin fikirləri ilə bağlı düşüncələri Azərbaycandakı “mollaların” xoşuna gəlməyib. Azərbaycandakı İran molla rejiminin törtöküntülərinin növbəti hədəf kimdir?

Deputat Vüqar İskəndərov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Fazil Mustafaya qarşı törədilmiş bu hərəkət terrordur, Azərbaycana qarşı uzanan xain əldir.

“Belə təhdidlər bizi öz yolumuzdan çəkindirə bilməz. Görünür, bu hadisənin sifarişçilərinin, törədənlərin gözü Azərbaycanın rifahını götürmür. Əminəm ki, qısa zaman ərzində bu hadisəni törədənlər aşkar edilərək, layiqli cəzalarını aıacaqlar”,- deyə deputat bildirib.

P.S. Haqqı danışan dili xaincəsinə susdurmaq ancaq xain xislətlilərin işidir. Bundan sonra vəziyyət necə olmalıdır? Deputatlara xidməti silahmı verilsin, yoxsa xüsusi mühafizəçilərmi?Onsuz da haqqı deyən, seçicisinin yanında olanda, mətbuata açıq olan, bizdən biri olan barmaqla sayılacaq qədər deputat var. Onları da belə susdursalar?! Növbəti hədəfin növbəti danışan dil olmayacağına kim zəmanət verə bilər?

Deputat Vüqar İskəndərov da, belə təhdidlər alır... Bunu o mətbuata açıqlamasa da, dostları, tanışları bundan xəbərdardır... Gəlin, növbəti hədəflərin seçilməsinə izin verməyək. Hamımız rejimin riyakar, ikiüzlü, satqın, molla zehniyyətli siyasətini tənqid edək.

Azərbaycanda olan iranpərəst, “mollabaşları” aralarımızdan təmizləyək.. Susmayaq... Allah danışan dilləri, haqqı deyənlər özü molla rejiminin qalıntılarından hifz etsin.
Ardını oxu...
Rusiyanın Zabaykal diyarının paytaxtı Çita şəhərində güclü külək və yanğın səbəbindən fövqəladə vəziyyət rejimi elan edilib.

Bununla bağlı əmri şəhər meri səlahiyyətlərini icra edən Andrey Qrenişin imzalayıb.

Şəhər hakimiyyətinin məlumatına görə, küləyin sürəti saniyədə 22 metrə çata bilər ki, bu da ciddi təhlükə yaradır. Belə ki, otların od tutması nəticəsində çöl yanğını daha geniş sahəyə yayıla bilər.
 
Ardını oxu...
Məlum olduğu kimi, aprelin 9-da Bakı şəhərinin Nəsimi, Nərimanov, Sabunçu, Səbail, Xətai rayonlarında, Gəncə (I hissə), Lənkəran, Şəki şəhərlərində, Astara, Ağdam, Ağcabədi, Ağsu, Biləsuvar, Daşkəsən, Xızı, İmişli, Kürdəmir, Qusar, Saatlı, Şabran, Samux, Şəmkir, Siyəzən və Zərdab rayonlarında Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi (9 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçiriləcək.

Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, buraxılış imtahanında iştirak edəcək şagirdlər https://eservices.dim.gov.az/sagirdbv/ linkindən istifadə etməklə özlərinin imtahana buraxılış vərəqəsini, təhsil müəssisələri isə bütün şagirdlərin imtahana buraxılış vərəqələrini çap edə bilərlər.

Şagirdlər iş nömrəsiniburadanöyrənə bilərlər.

Buraxılış vərəqəsini çap etmək üçün kompüterə Adobe Reader proqramı quraşdırılmalıdır və brauzerin “Pop-up blocked” sahəsindən qeyd işarəsi götürülməlidir. Şəxsiyyəti təsdiq edən sənədində şəkli olmayan şagirdlər buraxılış imtahanı üçün təhsil müəssisəsi tərəfindən verilməli olan arayışı DİM-in saytından yükləyə bilərlər.

Şagirdlər bitirdikləri məktəbin yerləşdiyi yerə uyğun rayonda (şəhərdə) imtahan verirlər. Məcburi köçkün rayonlarının məktəblərində təhsil alan şagirdlər bitirdikləri təhsil müəssisəsinin yerləşdiyi şəhər və rayonların imtahan gününə uyğun tarixdə imtahan verirlər.

Gəncədə yerləşən məktəblərin şagirdlərinin imtahanı 2 imtahan gününə bölünüb. Bu hal yuxarıda müvafiq olaraq, “hissə” adlandırılıb və hiperlink qoyulub. Linkin üzərinə basdıqda qeyd olunan tarixdə hansı məktəblərin şagirdlərinin imtahan verməsi haqqında məlumat açılır. Digər məktəblərin şagirdləri aprelin 16-da imtahan verəcəklər.
 
Ardını oxu...
Tanınmış bloger Mehman Hüseynov “Poz, qazan” mərc oyunun bir kələk olduğunu ifşa edən material hazırlayıb. Tribunainfo.az xəbər verir ki, bloger “Azərlotereya” ASC-nin xalqın cibinə necə girməsini təsdiqləyən video süjet təqdim edib. O, əhalini bu qumara inanmamağa çağırıb. Həmin video materialı təqdim edirik:

 
Ardını oxu...
Bakı Apelyasiya Məhkəməsində hakim İlqar Murquzovun sədrliyi ilə ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) İstintaq Baş İdarəsinin sabiq rəisi general-mayor Mövlam Şıxəliyev, 2-ci şöbənin rəisi Vüsal Ələkbərov, İbtidai İstintaq İdarəsinin rəis müavini Yasin Məmmədov və şöbə rəisinin müavini olmuş Sahib Ələkbərovun apellyasiya şikayəti üzrə proses davam edir.

Artıq proses yekunlaşmaq üzrədir. İş üzrə zərərçəkənlər yekun çıxışlar edirlər. Sonuncu prosesdə zərərçəkən Hüseyn Səfərov çıxış edib.

Deyib ki, müttəhimlər məhkəmə dövründə yalan danışıb, dövlətə, istintaq orqanına, məhkəmələrə, zərərçəkənlərə iftira, şər atıblar:

"Mövlam Şıxəliyev Hərbi Məhkəmədə də, burada da deyir ki, guya məni tanımır, mənimlə kabinetində dəfələrlə görüşməyib. Mən Qurana and içirəm ki, saxlandığım günün səhərisi Mövlam Şıxəliyev məni müstəntiq və Vüsal Ələkbərovla birgə qəbul edib. Məni məcbur edib 1 milyon sözünü aldılar. Gördülüər ki, 1 milyon söz verirəm, qaldırdılar 3 milyona. Bizi 2008-ci ilin oktyabrında saxlayıblar, Mövlam Şıxəliyev həmin ilin martında MTN İstintaq Baş İdarəsinə rəis təyin olunub. Ona görə də yalan danışır ki, guya mən saxlanılanda ümumiyyətlə rəis olmayıb. Guya məni ümumiyyətlə görməyib. Saxlanıldığım müddətdə 3 dəfə Mövlam Şıxəliyevlə görüşmüşəm. Bir dəfə saxlanılan günün səhəri, bir dəfə buraxılmağıma 10 gün qalmış Vüqar Əliyevin otağında, bir də buraxıldığım gün Vüsal Ələkbərov aparıb sənədlərimi təcridxanaya qol çəkdirib və gəlib deyib ki, Mövlam Şıxəliyev səni çağırır. Onun yanına getmişik. Dedi ki, 1 milyon 650 min çatıb, 350 mini nə vaxt gətirirsən? Hədə ilə danışırdı. Dedi ki, pulu verməsən, məsələ başqa cür olacaq. Bir yerdə bu haqda danışsan, bizdən incimə. 30 il əvvəl videokamera, mobil telefon yox idi, istintaq gedib gizli şəkildə törədilən cinayətlərin üstünü açmırdı? Bunlar deyirlər ki, telefon danışığı yoxdur, video yoxdur, belə şey də olmayıb. Boş-boş danışırlar. Vüsal Ələkbərovun otağında oturmuşdum, 3 nəfər ora gəldi. Böyük-böyük "klyok”lar götürüb getdilər ki, oğlun gəlib, pul gətirib.

Düşüblər aşağı, gedib 7-10 dəqiqə sonra pulu oğlumdan alıb gəldilər. Əllərindəki "klyok”lar boş idi. Oğlum pulu idman çantasında gətirmişdi. Gəlib kabinetdə çantanı açdı, sevindiyindən sifəti gülürdü. Öz otağından Mövlama zəng edib dedi ki, Hüseynin oğlu gəlib. O da yanına çağırdı. Vüsal Ələkbərov pulu aparıb onun kabinetinə qoyub qayıtmağı 2-3 dəqiqə çəkdi. Ailəm o pulu yığmaq üçün Naxçıvandakı evimi satıb, 3 uşağımın evləri banka girov qoyulmaqla kredit götürülüb. Məni həbsdən buraxandan sonra Vüsal gəlib qalan 350 mini istəyirdi. Dedim ki, 1 evim var, onun da üzərinə həbs qoymusuz. Dedi ki, məktub verim, get həbsdən çıxar, sat. Nətər oldu, elə bunların hamısı bir vaxta düşdü? Müstəntiq də Mamed Musayevin oğlu idi. Onu da Vüsal qoşdu yanıma, getdik Səbail məhkəməsinə. Hakim Rauf Hüseynov idi. Getməyimizlə 5 dəqiqəyə qərar verdi, evi həbsdən çıxardı. Mən də evi 300 minə satdım. Bu gün də evimin əşyalarını kirayədən-kirayəyə daşıyıram. Bunu Allah götürər? Vüsal da, Mövlam da bunları çox yaxşı bilirlər. Bu cinayətlərin başında Mövlam Şıxəliyev durur. Dövlətə, dövlətçiliyə xəyanət edib”.

Hüseyn Səfərov deyib ki, həbsdən azad ediləndən sonra da ondan əl çəkməyiblər:

"Vüsal zəng edib deyirdi ki, Mövlam Şıxəliyevin ad günüdür. Mən də məcbur olub iki ədəd "Vertu” telefon almışdım. Üstündən bir müddət keçəndən sonra dedi ki, Mövlam Şıxəliyev general rütbəsi alıb, hədiyyə gətir. Mən də 21 min dollara saat alıb aparıb otağında özünə verdim. Onun otağını "su yolu”na döndərmişdim. İndi də deyir ki, guya mən onun otağında olmamışam. Halbuki mən dəfələrlə orada olmuşam”.

Hüseyn Səfərov Mövlam Şıxəliyevin cinayətləri barədə film çəkdirdiyini bildirib:

"Sovet dövrü olsaydı, bunlara birbaşa güllələnmə hökmü çıxarılardı. Bunlar prezidentin sözlərindən belə nəticə çıxarıb cinayətərini etiraf etmirlər. Məhkəmə gedən dövrdə Mövlam Şıxəliyev mən də daxil olmaqla bir neçə zərərçəkənin pulunu ödəməyə cəhd edib. Vəkili Arzu Cavadov vasitəsi ilə belə təklif edib. Deyib ki, pulunuzu Eldar Mahmudov verəcək. Məndə səs yazısı da var. Məhkəmədə Mövlam Şıxəliyevə yaxınlaşmışam, soruşmuşam ki, vəkilin deyir pulumuzu Eldar Mahmudov ödəyəcək. Bu düzdürmü? Mövlam da cavab verib ki, kişinin sözü bir olar. 2 dəfə Eldar Mahmudovunla görüşmək üçün onun bağına getmişəm. Yanımda zərərçəkən Əfsəl Həsənəliyev də olub. Eldar Mahmudov da xəbər göndərib ki, mənimlə tək görüşə bilər. Görüşmüşük, deyib ki, bu işlərdə onun əli yoxdur, bu işləri görən Mövlam Şıxəliyevdir”.

Hüseyn Səfərov çıxışının sonunda müttəhimlərə ittiam üzrə ən ağır cəzanın verilməsini, xüsusi müsadirə üçün istintaq zamanı üzərinə həbs qoyulan bütün əmlakların müsadirə edilməsini xahiş edib.

Hakim zərərçəkəni dayandıraraq iş üzrə konkret danışmasını istəyib.

Əfsəl Həsənəliyev qanunsuz həbs olunuduğunu deyib. Bildirib ki, əlində Gömrük Komitəsi sədrinin müavini Əsgər Abdullayevin məktubu var:

"Həmin məktubu o, Mövlam Şıxəliyevə yazıb. Yazır ki, mal gömrük nəzarəti altında tranzit olaraq Azərbaycan ərazisindən keçməklə İrana gedir. Bu məktub işin içində də var, sizə də təqdim edəcəyəm. Bunların bizim malı qaçaqmal kimi saxlamaları qanunsuz idi. Ona görə də gömrük nəzarəti altında Azərbaycan ərazisindən keçən malı zorla gömrükçülərin əlindən alıblar. İlk gündən də bizdən pul tələb ediblər”.

Bundan sonra proses aprelin 3-nə qədər təxirə salınıb. \\Qaynarinfo.Az
 
Ardını oxu...
Bu gün ermənilərin azərbaycanlılara qarşı etnik təmizləmə siyasətinin növbəti genişmiqyaslı aktı – 31 mart soyqırımından 105 il keçir.

Bolşeviklərin xeyir-duası və dəstəyi ilə həyata keçirilən terrorlarda on minlərlə azərbaycanlı qətlə yetirilib.

1918-ci il martın 31-də Bakı şəhərində azərbaycanlıların kütləvi qırğınına başlanılıb. 3 aprel tarixinə qədər Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Qarabağ, Naxçıvan, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Salyan, Zəngəzur və digər ərazilərdə Bakı Soveti qoşunlarının və daşnak erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı soyqırımı nəticəsində rəsmi mənbələrə əsasən on minlərlə soydaşımız məhz etnik və dini mənsubiyyətinə görə öldürülüb.

Yaşayış məntəqələri, tarixi abidələr, məscid və qəbiristanlıqlar viran edilib.

Dinc azərbaycanlıların qırğınında Bakı Sovetinin 6 min silahlı əsgəri, eyni zamanda “Daşnaksütyun” partiyasının 4 minlik silahlı dəstəsi iştirak edib.

Həmin dəhşətli günlərin şahidi olmuş alman A.Y.Kluqe 1925-ci ildə Bakı hadisələri barədə yazıb: “Ermənilər müsəlman (azərbaycanlı) məhəllələrinə soxularaq hər kəsi öldürür, qılıncla parçalayır, süngü ilə dəlmə-deşik edirlər. Qırğından bir neçə gün sonra bir çuxurdan çıxarılan 87 azərbaycanlının cəsədinin qulaqları və burunları kəsilib, qarınları yırtılıb, cinsiyyət orqanları doğranıb. Ermənilər uşaqlara acımadıqları kimi, yaşlılara da rəhm etməmişdilər”.
Ardını oxu...
AXC yarandıqdan sonra 1918-ci ilin mart hadisələrinin araşdırılmasına xüsusi diqqət yetirilib. Nazirlər Şurası tərəfindən 1918-ci il iyulun 15-də bu faciənin tədqiqi məqsədi ilə Fövqəladə İstintaq Komissiyası yaradılıb.

Həmin Fövqəladə İstintaq Komissiyasının materiallarına əsasən, azərbaycanlılara qarşı soyqırımı törədən erməni quldurları Şamaxıda 8 minədək dinc sakini öldürüblər. Cavanşir qəzasının 28 kəndi, Cəbrayıl qəzasının 17 kəndi tamamilə əhalisi ilə birgə məhv edilib. Gümrü yaxınlığında əsasən qadınlardan, uşaqlardan və qocalardan ibarət 3 min nəfərlik azərbaycanlı köçü pusquya salınaraq, son nəfərinədək qətlə yetirilib.

Erməni silahlı dəstələri Naxçıvan qəzasının bir neçə kəndini yandırıb, Zəngəzur qəzasında 115 azərbaycanlı kəndi məhv edilib, 3257 kişi, 2276 qadın və 2196 uşaq öldürülüb.

Bütövlükdə Zəngəzur qəzası üzrə 10 068 azərbaycanlı öldürülüb və ya şikəst edilib, 50 000 azərbaycanlı isə qaçqın düşüb. İrəvan quberniyasının 199 kəndində yaşayan 135 min azərbaycanlı qətlə yetirilib, kəndlər isə yerlə bir edilib. Erməni silahlı dəstələri daha sonra Qarabağa yürüş edib, 1918-1920-ci illər arasında Qarabağın dağlıq hissəsində 150 kəndi dağıdıb və əhalisini məhv ediblər.

Britaniya briqada generalı R.Qortonun Londona göndərdiyi 1918-ci il 8 dekabr tarixli sənəddə 20 min, Fövqəladə İstintaq Komissiyasının sənədlərində 30 min, Milli Məclisin nəşr etdiyi kitabda isə 50 mindən çox müsəlmanın soyqırımına məruz qaldığı göstərilir. Yəqin ki, bu da son rəqəm deyil.

Paris Sülh konfransında Azərbaycan nümayəndə heyətinin rəhbəri Əlimərdan bəy Topçubaşov ABŞ Prezidenti Vudro Vilsona 1919-cu il 28 may tarixli müraciətində ona digər sənədlərlə yanaşı, Fövqəladə İstintaq Komissiyasının materiallarını da təqdim etmişdi. Bundan sonra obyektiv informasiya toplamaq üçün Cənubi Qafqaza ABŞ nümayəndə heyətinin göndərilməsi məqsədəuyğun sayılmışdı. Həmin ilin yayında Bakıya göndərilən general Harbord hadisələr barədə obyektiv məlumat toplamaq üçün müxtəlif şəxslərlə görüşmüşdü.

Ümumiyyətlə, Bakıda fəaliyyət göstərən rus və erməni təşkilatları Fövqəladə İstintaq Komissiyasının normal işinə maneələr törədir, təzyiq kampaniyaları təşkil edirdilər. Lakin bütün çətinliklərə baxmayaraq, komissiya qısa müddətdə çox böyük işlər görə bildi.

Bu hadisələrə onların bilavasitə təşkilatçısı olan Stepan Şaumyan özünəməxsus don geyindirməyə çalışırdı. 1918-ci il aprelin 13-də o, Moskvaya Xalq Komissarları Sovetinə yazdığı məktubda həmin ilin martında Bakıda ermənilərin azərbaycanlıların başına açdıqları müsibətlərə siyasi məna yükləmək üçün dəridən-qabıqdan çıxırdı.

Guya ki, bu hərəkətlər azərbaycanlılara qarşı ermənilərin milli ədavətindən yox, Sovet hakimiyyətinə sədaqətindən doğub. 1919-cu və 1920-ci illərdə martın 31-i Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ümummilli matəm günü kimi qeyd edilib.
Ardını oxu...
31 Mart soyqırımı faciəsinin araşdırılması və həqiqətlərin dünyaya yayılması işi ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə başlanılıb.

1998-ci il martın 26-da Heydər Əliyevin imzaladığı və böyük tarixi əhəmiyyət daşıyan “Azərbaycanlıların soyqırımı haqqında” fərmanla 1918-ci il martın 31-i “Azərbaycanlıların soyqırımı günü” elan edilib. Bundan sonra həmin tarixin öyrənilməsi istiqamətində mühüm işlər görülüb, çoxlu əsərlər yazılıb və əcnəbi dillərə tərcümə olunub.

Son illər bu sahədə aparılmış araşdırmalar sayəsində çoxlu sayda yeni faktlar və sənədlər toplanılıb. Quba şəhərində tapılan kütləvi məzarlıq isə erməni vəhşiliyinin miqyası barədə təsəvvürləri aydınlaşdırıb.
 
Ardını oxu...
Tovuzda 10 yaşlı Nərminin itkin düşməsi, 47 gün sonra kənddə yanmış meyitin tapılmasıyla bağlı cinayət işində üzə çıxan bir sıra yeni saxtakarlıqlardan danışım.
Məhkəməyə Ədliyyə Nazirliyinin Aysel adlı eksperti gəlib. Deyir ki, meyit yanan gün (6 yanvar) oradan götürülən paltarlar və başqa predmetlər yanvarın 17-dən fevralın 17-nə qədər məndə olub, onları tədqiq eləmişəm, rəy vermişəm. Rəydə də göstərib ki, hadisə yerindən tapılan bəzi paltarlarda İlkinin gödəkçəsinin lifi tapılıb.

Vəkillər Ayselə işin içində olan, Səhiyyə Nazirliyinin ekspertiza rəyini göstərdilər. O rəydə göstərilib ki, həmin paltar və predmetlər yanvarın 13-dən fevralın 21-nə qədər Səhiyyə Nazirliyinin ekspertlərində olub.
Yəni eyni paltarların, əşyaların faktiki eyni müddətdə müxtəlif yerlərdə olması mümkün deyil. Deməli, ya Aysel yalan danışır, ya da Səhiyyə Nazirliyinin ekspertləri…
O da məlum olub ki, Aysel hadisə yerindən tapılmayan, protokollarda olmayan parça, paltarlarla bağlı rəy verib. Məsələn, Ayselin əlinə necə gəlib çıxdığı bəlli olmayan bir cins şalvar qalığıyla bağlı rəy verib ki, bu, meyitin əynində olub, üstündən də İlkinin gödəkçəsinin lifi tapılıb.
Vəkillər də deyir ki, ay Aysel xanım, meyitin üstündə olubsa, bəs niyə müstəntiq onu hadisə yerində görməyib, oradan paltarları toplayanda bunu da protokollaşdırmayıb, orada tapılan hər şeyin fotosu çəkilib, arasında bu şalvarın şəkli yoxdur…
Aysel xanım deyir ki, mənə yanğın yerindən tapılan kisə gətirilib verilmişdi, onun içini açanda orada gördüm…

Vəkillər də deyir ki, Aysel xanım, həmin kisənin şəkli açıq şəkildə iş materialında var, orada cins şalvar-filan görünmür, olsaydı, müstəntiq də görərdi. İkincisi, ekspertiza mərkəzində Zemfira adlı ekspert də o kisəni açıb, bu haqda rəyi var, sizdən fərqli olaraq, onun içində cins parça-filan görməyib…
Aysel xanım o torbanın içindən hadisə yerində olmayan, başqalarının görmədiyi, üstündə qan ləkəsi olan qırmızı əski parçası da “tapıb”. Və rəy də verib ki, o parça ilə İlkin Süleymanovgilin evindən götürülən yorğan üzü eyni parçadandı…
Məsələ burasındadır ki, cinayət işində İlkin Süleymanovun Nərmini başından daşla vurduğu, qan axmasın deyə başına qırmızı parça bağladığı yazılıb…
Məhkəmədə sübutlara baxış keçiriləndə vəkillər etiraz etdi ki, maddi sübutlar saxlanılan torbaların ağzı möhürlü, bağlı olmalıydı. Bunlar isə açıqdır, sübutlara müdaxilə olunub, nələrinsə dəyişdirilmə ehtimalı var…
Süleymanovlar evlərindən götürülmüş yorğan üzünə baxanda göründü ki, onun bir hissəsi kəsilib. Və kəsilmiş hissə də üzərində qan ləkəsi olan, yanmış parçanın ölçüsünə uyğun gəlirdi…
Vəkillər iddia edir ki, Süleymanovların evlərindən yorğan üzü götürüləndən sonra onun bir hissəsi kəsilib və yandırılıb, saxta sübut düzəldilib. Onlar hesab edir ki, əgər doğrudan da əvvəldən belə bir əski parçası olsaydı, o zaman hadisə yerində olardı, oradan tapılıb, protokola da daxil edilərdi…

Yada salım ki, bundan öncə telefonla bağlı ekspert rəyində bənzər ziddiyyətlər ortaya çıxmışdı. Məsələn, ekspert rəy vermişdi ki, yanvarın 8-də səhər saat 10.30 radələrində İlkin Süleymanov telefonunda çılpaq qadın fotosuna baxıb.

İşin faktiki hallarından, məhkəmədə dindirilən çoxsaylı şahid ifadələrindən, hətta Nərminin öz valideynləri və digər qohumlarının dediklərindən məlum olur ki, İlkin yanvarın 6-da axşamdan artıq polis şöbəsində olub. Faktiki telefon artıq özündə yox, polislərdə olub. Ən asası, cinayət işinin materiallarında dindirmə protokolu var. Oradan görünür ki, həmin gün – yanvarın 8-də həmin saatda İlkin Süleymanov müstəntiqin yanında dindirmədə olub. Bu üzdən vəkillər də deyir ki, ya ekspert saxtakarlıq edib, ya da İlkin Süleymanov o çılpaq qadın şəklinə müstəntiqlə birlikdə baxıb – iki variantdan biridir…
Bir işdə nə qədər saxtakarlıq olar?!
Aytən Məmmədova
gununsesi.info

Dünyapress TV

Xəbər lenti