Ardını oxu...
Milli Məclisin deputatı Fazil Mustafanın paytaxtın Sabunçu rayonunda yaşadığı evin qarşısında odlu silahdan açılmış atəş nəticəsində xəsarət alması faktı ilə bağlı cinayət işi başlanılıb.

Bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Hazırda Baş prokurorun birinci müavini, III dərəcəli dövlət ədliyyə müşaviri Elçin Məmmədov, Bakı şəhər prokuroru Elşən Abbasov və istintaq-əməliyyat qrupu hadisə yerindədir.

Media nümayəndələrindən rəsmi qurumla dəqiqləşdirmədən hadisə barədə məlumatların yayılmaması xahiş olunur.
Ardını oxu...
Sosial şəbəkələrdə Bakı Bulvarında icazəsiz çəkiliş aparılmasının qadağan edilməsi ilə bağlı iddialar yayımlanıb.
Baku TV yayılan iddialara aydınlıq gətirmək üçün Bakı Bulvarına yollanıb.

Aydın olub ki, artıq Bulvarda çəkiliş etmək qadağası aradan qalxıb.
Qeyd edək ki, daha əvvəllər Bakı bulvarında çəkiliş etmək üçün Dənizkənarı Bulvar İdarəsindən icazə almaq lazım idi. Çəkiliş zamanı məlum olub ki, vətəndaşların istirahət məkanı olan Bulvarda sökülüb dağılan yerləri nə təmir edən var, nə də bu haqda düşünən.

 
 



Ardını oxu...
Rusiya paytaxtı Moskvanın Stroqino rayonunun sakinləri atmosferdə izaholunmaz hadisənin şahidi olublar.

Onlar səmada qara halqanın peyda olduğunu görüblər.

Bu barədə “Readovka” “Telegram” kanalı məlumat verib. Kanaldan bildirilib ki, halqa daha çox “Arrival” (“Gəliş”) filmindəki yadplanetlilərin ünsiyyət vasitəsinə bənzəməsi ilə diqqət çəkib.
Bunun nə olduğu hələlik aydınlaşdırılmayıb. Yerli sakinlər müəmmalı halqanın peyda olmasından əvvəl qəribə səs eşitdiklərini deyiblər. Sakinlər hadisəni bacadan qəfil tüstünün çıxması ilə də izah edirlər.

Fövqəladə hallar xidməti isə hələ hadisə ilə bağlı açıqlama verməyib.


Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...

 
Ardını oxu...
Koroğlu Rəhimov küçəsində icazəsiz tikilən yerüstü piyada keçidi sökülür.

Yeniavaz.com xəbər verir ki, sosial şəbəkələrdə söküntü prosesini əks etdirən görüntülər yayılıb.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli “Report”un sorğusuna cavab olaraq, bildirib ki, sözügedən piyada keçidi sökülərək zəruri olan başqa ərazidə quraşdırılacaq.

“Bakının Nərimanov rayonunun Koroğlu Rəhimov küçəsində işıqforla tənzimlənən piyada zolağı yaradıldığı üçün yerüstü piyada keçidinin inşası məqsədəuyğun hesab edilməyib”.

Yayılan kadrlardan da göründüyü kimi, sökülməsi barədə qərar verilənədək piyada keçidində xeyli iş görülüb. Bəs görəsən bu müddətdə aidiyyəti qurumlar məsələyə niyə müdaxilə etməyib?

Suallarımıza Agentliyin aidiyyəti şöbəsindən cavab ala bilmədik.

Digər tərəfdən bu məsələ ilə bağlı məsuliyyət daşıyanlar barədə müvafiq hüquqi tədbirlərin görülüb-görülmədiyi ilə bağlı məlumat almaq istəsək də, Baş Prokurorluğun aidiyyəti bölməsindən zənglərimizə cavab verilmədi
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
Ölkəmizdə koronavirusa yoluxma halları azaldıqca tətbiq edilən karantin rejimi ilə bağlı ardıcıl qərarlar verilərək bəzi məhdudiyyətlər aradan qaldırılıb.

Bu gün də Nazirlər Kabineti tərəfindən xüsusi karantin rejimi ilə bağlı bəzi qərarlar verilib. Azərbaycanda bir sıra yerlərə, o cümlədən iri ticarət mərkəzləri, mehmanxana və şadlıq saraylarına girişdə COVID-19 pasportu tələbi ləğv edilib. Bununla bağlı “Xüsusi karantin rejimində bəzi məhdudiyyətlərin aradan qaldırılması ilə bağlı əlavə tədbirlər barədə” sənədi Baş nazir Əli Əsədov imzalayıb.

Sənədə əsasən, müəyyən olunmuş yerlərə (şənlik mərasimləri keçirilən məkanlar, idman və sağlamlıq-bərpa obyektləri, iri ticarət mərkəzləri, ictimai iaşə obyektləri, mehmanxanalar, şəhərlərarası (rayonlararası) nəqliyyat marşrutları və belə tələb müəyyən edilmiş digər yerlər) daxil olmaq üçün COVID-19 pasportu (COVID-19-a qarşı tam peyvənd olunmasını və ya COVID-19-dan sağalaraq immunitetə malik olmasını təsdiq edən sənəd) tələbi ləğv olunub.

Həmçinin, 2023-cü il 28 mart saat 06:00-dan hava nəqliyyatı vasitəsilə bütün xarici ölkə vətəndaşlarının və həmin ölkələrdə daimi yaşayan digər ölkə vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasına giriş-çıxışına icazə verilir. Beləliklə, ölkədə COVID-19 infeksiyası ilə bağlı qüvvədə qalan karantin qaydası quru sərhədlərin qapalı olmasıdır. Hər dəfə karantin rejimi ilə bağlı qərar verildikdə növbəti addımın quru yollarla bağlı olacağı gözlənilir. Lakin 3 ilə yaxındır ki, ölkəmizin quru sərhədləri bağlıdır. Aprel ayının sonunda Ramazan bayramıdır və bayram münasibətilə ardıcıl bir neçə gün qeyri-iş günləridir.

Həmin vaxta qədər quru sərhədlərin açılması mümkündürmü? Bəs quru sərhədlər barədə nə zaman qərar verilə bilər, növbəti mərhələdə bu gözlənilirmi?
TEREF.AZ-ın məlumatına görə, mövzu ilə bağlı Cebhe.info-ya açıqlamasında deputat Fazil Mustafa quru sərhədlərin qapalı qalmasının səbəbini bilmədiyini deyib. Milli Məclisin üzvü hesab edir ki, quru yolları xəstələr və tələbələr üçün açmaq lazımdır:

“Bu barədə bir şey söyləmək çətindir. Quru yolların açılması məsələsi məqsədəuyğun sayılmayıb. Səbəbinin nə olduğunu mən söyləyə bilmərəm. Hesab edirəm ki, xəstələr və tələbələr üçün quru yolların açıq olması vacibdir. Onlara şərait yaratmaq lazımdır, bu, onlar üçün yanlışdır. Sonra onlar bunun əziyyətini çox çəkirlər. Amma hələ eşidən yoxdur, ona görə də biz fikrimizi deyirik. Amma nə səbəbə bunu qapalı saxladıqlarını söyələməkdə çətinlik çəkirəm”.
 
Ardını oxu...
Bakının Yasamal rayonunda ağır yol qəzası baş verib.

APA xəbər verir ki, qəza Əsəd Əhmədov küçəsində baş verib.

114 nömrəli marşrut üzrə “Daewoo” markalı avtobusu idarə edən sürücü sükana nəzarəti itirərək qarşısında hərəkətdə olan “Volkswagen” markalı maşına çırpılıb. Avtobusun çırpıldığı maşın “Opel” və “Chevrolet”ə dəyib. Daha sonra ardıcılıqla “Toyota” markalı minik maşını “Qazel”ə çırpılıb. “Qazel” ardıcılıqla hərəkətsiz vəziyyətdə dayanan minik maşınlarına çırpılıb. Qəza nəticəsində ümumilikdə 8 minik maşını, 1 yük avtomobili və sərnişini avtobusuna ciddi ziya dəyib. Hadisə zamanı “Opel” və “Chevrolet”də olan iki sərnişin xəsarət alıb.

***

22.25

Yasamal rayonu Şərfizadə küçəsində “Faiqoğlu” MMC-nin istismarında olan 114 nömrəli müntəzəm marşrut xətti üzrə 10 TH 052 nömrəli avtobusun iştirakı ilə zəncirvari yol nəqliyyat hadisəsi baş verib.

Bakı Nəqliyyat Agentliyindən verilən məlumata əsasən hadisə avtobus depoya gedən zaman baş verdiyindən sərnişin olmayıb. Hadisə ilə bağlı araşdırma aparılır.
Ardını oxu...
Ardını oxu...
Ardını oxu...
 
Ardını oxu...
Mançesterdən olan 11 yaşlı məktəbli qız intellekt baxımından Albert Eynşteyn və Stiven Hokinqi geridə qoyub.

Cebhe.info "Manchester Evening News"a istinadən xəbər verir ki, Anvila Patil "IQ test"dən 162 bal toplayıb.

Bildirilib ki, onun atası Milli Səhiyyə Xidmətində məsləhətçi, anası isə riyaziyyat elmləri doktorudur.

Qeyd edək ki, dünya üzrə orta IQ dəyəri 100 bal civarında hesab edilir.
 
Ardını oxu...
Rusiya Prezidenti Vladimir Putin Ukraynanın işğal altındakı Mariupol şəhərinə səfəri zamanı şəxsi təhlükəsizliyi üçün gördüyü tədbiri açıqlayıb.

“Report”un xəbərinə görə, o, “Rusiya-1” telekanalına müsahibəsində deyib ki, avtomobildə hərəkət edən zaman təhlükəsizlik kəmərini taxmayıb.

Dövlət başçısı bunu ehtimal edilən təhlükə ilə əlaqələndirib: “Mariupol küçələrində avtomobilimi idarə edərkən bilərəkdən təhlükəsizlik kəmərini taxmamışdım. Çünki belə şəraitdə kəməri taxmamaq daha yaxşıdır. Bu avtomobili tez tərk etmək üçün lazımdır”.

Qeyd edək ki, martın 19-da V.Putin Mariupola səfər edib.

Xatırladaq ki, Donetsk vilayətinin cənubunda yerləşən Mariupol uğrunda ötən il ağır döyüşlər gedib. Rusiya qoşunları şəhəri 81 gün mühasirədə saxlayıb.

Mariupol şəhərinin müdafiəsində əsas qüvvə ölkənin “Azov” alayı olub. Şəhərin tam mühasirəsi, qismən işğal edilməsi və müdafiəçilərin faktiki olaraq köməksiz qalmasına baxmayaraq, “Azov” alayı və şəhərdəki digər ukraynalı hərbçilər Rusiyanın təslim olmaq barədə çağırışlarını qəbul etmirdilər və bu səbəbdən Rusiya qüvvələri Mariupolu - xüsusilə şəhərin dörddəbir hissəsini əhatə edən “Azovstal” zavodunu tam ələ keçirə bilmirdi.

“Azovstal” zavodu isə ötən ilin mayında Rusiyanın əlinə keçib. O zaman Ukraynanın 1000-ə yaxın döyüşçüsü qarşı tərəfə təslim olub. Bu, Mariupolun işğalı üçün şərait yaradıb.

Rusiya qüvvələri 2022-ci il mayın 20-də Mariupolu işğal edib.

Şəhər meriyasının məlumatına görə, işğal nəticəsində şəhərin azı 10 min dinc sakini həlak olub.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Zalujnı Mariupolu azad edəcəklərinə söz verib.
 
Ardını oxu...
Erməni millətçiləri tarixin müxtəlif mərhələlərində mifik “Böyük Ermənistan” ideyasını gerçəklədirmək məqsədilə soydaşlarımıza qarşı etnik təmizləmə, deportasiya və soyqırımları həyata keçirmişlər. 1918-ci ilin 30 mart və 3 aprel tarixləri arasında Bakı şəhərində və Bakı quberniyasının müxtəlif bölgələrində, eləcə də Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Hacıqabul, Salyan, Zəngəzur, Qarabağ, Naxçıvan və digər ərazilərdə Bakı Soveti və daşnak erməni silahlı dəstələri azərbaycanlıları kütləvi şəkildə vəhşicəsinə qətlə yetirmişlər. Rəsmi mənbələrə əsasən, bu soyqırımın nəticəsində 12 minə yaxın azərbaycanlı amansızcasına öldürülmüş, on minlərlə insan itkin düşmüşdür.
Bolşevik daşnak birləşmələri "Kaspi" mətbəəsini, "Açıq söz" qəzetinin redaksiyasını, "İsmailiyyə" (hazırda Milli Elmlər Akademiyası Rəyasət Heyətinin binası) binasını yandırmış, "Təzəpir" məscidinin minarələrini top atəşi ilə zədələmişdilər. Daşnak-bolşevik hərbi birləşmələri azərbaycanlılara qarşı soyqırımı təkcə Bakıda deyil, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Kürdəmirdə, Lənkəranda, Gəncədə və digər bölgələrdə də xüsusi qəddarlıqla həyata keçirdi. Şamaxının 72 kəndində ermənilər tərəfindən 7 min nəfərin, o cümlədən 1653 qadın və 965 uşağın öldürdüyü bildirilir. bu faciənin tədqiqi məqsədilə 1918-ci il iyulun 15-də yaradılmış Fövqəladə İstintaq Komissiyası tərəfindən həmin dövrdə Şamaxı qəzasındakı 120 kəndin 86-sının erməni təcavüzünə məruz qaldığı təsdiqlənib.
Quba qırğınları zamanı şəhərdə öldürülənlərin təxmini sayının 2900-dək, Quba qəzası üzrə ümumilikdə isə 4000 nəfərdən artıq olduğu qeyd olunur. Bu soyqırımı nəticəsində Quba qəzasının 122 kəndi tamamilə dağıdılmış, 2750-dən çox ev tamamilə yandırılmışdır. Tədqiqat zamanı o da məlum oldu ki, ermənilər dinc əhaliyə divan tutan zaman odlu silahdan istifadə etməyiblər. Aşkarlanan kəllə və digər insan sümüklərində güllə yeri yoxdur. Onların hamısı küt alətlərlə öldürülüb. Xüsusi qəddarlıqla öldürülən insanlar su arxlarına və quyulara doldurulub, üzəri torpaqla örtülüb.
1998-ci il martın 26-da Ümummilli Lider Heydər Əliyevin imzaladığı “Azərbaycanlıların soyqırımı haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanında həmin dəhşətli hadisələrə adekvat siyasi qiymət verilib və 31 Mart - “Azərbaycanlıların Soyqırımı Günü” elan edilmişdir. Erməni-bolşevik silahlı dəstələrinin 100 il əvvəl azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlər barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə daha dolğun çatdırılması məqsədilə Azərbaycan Respublikası Prezidenti 18 yanvar 2018-ci ildə “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncam imzalamışdır.

Aysel Mənsimova - politoloq
 

Dünyapress TV

Xəbər lenti