“Bravo”ya hücuma görə evində əməliyyat keçirilən şəxs həbs olunub
“Bravo” hipermarketindəki inkassatora silahlı hücumla əlaqədar Fəvvarələr meydanındakı mənzillərdən birində keçirilən əməliyyatla əlaqədar adı hallanan daha bir nəfər həbs olunub.

Teref.az “Azadlıq Radiosu”na istinadən xəbər verir ki, söhbət əməliyyat keçirilən mənzildə yaşayan İsmayıl Hacızadədən gedir.

Lakin ona qarşı irəli sürülən ittihamın “Bravo”dakı silahlı hücumla əlaqəsi yoxdur. 24 yaşlı Hacızadə CM-in 234.1-1 (satış məqsədi olmadan külli miqdarda narkotik əldə etmə, daşıma, saxlama) maddəsi ilə ittiham olunur. İddia edilir ki, onun üstündən 2,2 qram heroin tapılıb.

Səbail Rayon Məhkəməsində onun haqqında ilkin istintaq dövrü üçün 4 aylıq həbs-qətimkan tədbiri seçilib. Bu qərardan apellyasiya şikayəti verilsə də, təmin olunmayıb.

İsmayıl Hacızadə narkotik ittihamının saxta olduğunu, heç bir cinayət törətmədiyi halda, həbs edildiyini bildirib. O, Bakı Apellyasiya Məhkəməsində də deyib ki, həbsinin səbəbi “Bravo”ya silahlı hücumu törətməkdə şübhəli sayılan Ruhlan İsmayılovun onun yanına gəlməsidir.

Homoseksual olduğunu və mərhum İsmayılovun da şəxsi münasibətlərə görə həmin gün onun yaşadığı evə gəldiyini deyən Hacızadənin sözlərinə görə, onun “Bravo”dakı hadisədə iştirakından da xəbərsizdir.

Əhmədli qəsəbəsindəki “Bravo” hipermarketində silahlı hücum martın 4-də günorta saat 12:00 radələrində baş verib. İnkassator Rüfət Həşimov qətlə yetirilib, daha bir nəfər yaralanıb.

Hadisəni törətməkdə şübhəli bilinən Ruhlan İsmayılovun saxlanması üçün həmin gün axşam saatlarında paytaxtın mərkəzində – Fəvvarələr meydanı yaxınlığındakı mənzillərdən birində əməliyyat keçirilib.

Daxili İşlər Nazirliyi və Baş Prokurorluğun yaydığı birgə məlumatda iddia olunur ki, İsmayılov saat 21:00 radələrində əməliyyat zamanı polis əməkdaşlarına silahlı müqavimət göstərdiyi üçün zərərsizləşdirilib.

“Ruhlan İsmayılovun gizləndiyi mənzilə istintaq-əməliyyat qrupu tərəfindən baxış keçirilərkən cinayət nəticəsində əldə olunan 16 min 835 manat və 20 min 100 ABŞ dolları pul, “AKS Lancaster-03” markalı odlu silah, 1 ədəd “Makarov” və 1 ədəd “Colt” tipli tapançalar, çoxsaylı döyüş sursatları tapılıb”, – rəsmi məlumatda belə yazılıb.

Baş Prokurorluq və DİN-in məlumatına görə, “Bravo”ya silahlı hücumla əlaqədar üç nəfər – Dəyanət Qüdrətov, Azər Məmmədov və Səbuhi Qurbanov həbs olunub. Onlara qarşı qəsdən adam öldürmə, adam öldürməyə cəhd kimi ittihamlar irəli sürülüb. Lakin adları çəkilən şəxslərdən Azər Məmmədov özünü təqsirli bilmir, həbs qərarından şikayət verib.
Digər təqsirləndirilən şəxslərin, yaxud vəkillərinin, eləcə də mərhum Ruhlan İsmayılovun yaxınlarının ittihamlara münasibəti bəlli deyil.
 

Bölmənin digər xəbərləri

10 May 2025 “Yağlı” müştərilərin soyulması - Kart məlumatları oğrulara satılır? – Problemin izi ilə
10 May 2025 Vəzifəli şəxslərin həbsinin TƏFƏRRÜATI: Gömrükdəki süründürməçilik, süni maneələr - FOTOFAKT
09 May 2025 Bakının bu ərazisində evlər söküləcək
09 May 2025  “TikTok”-da ajiotaj yaradan xəbər: Təhsil haqqı artırıldı?
09 May 2025 “Pulunu ver, balını artırım” – Abituriyentlərə yeni təhlükə
08 May 2025 Turizm Agentliyinin “yol şousu” baş tutmadı - TƏFƏRRÜAT
07 May 2025 DTX-nin həbs etdiyi bu şəxslər terrorun maliyyələşməsinə 30 min dollar yığıblarmış... - “Sədəqə toplayırdım” “Sədəqə toplayırdım”
07 May 2025 İcra başçıları xidməti avtomobilləri üçün benzini kimdən alır? (SİYAHI)
07 May 2025 Bakıda bu yol 20 gündə ikinci dəfə çökdü — VİDEO
07 May 2025 Binə qəsəbəsini nəfəs kəsən qoxu bürüdü - Əhali təşvişdə
06 May 2025 “Bolt”un yeni fırıldağı - sizdən əlavə pul tutur – İZAH
06 May 2025 “Bu şəxslər məlumatları fırıldaq şəbəkələrə ötürür” - ŞOK açıqlama
05 May 2025 Tətildə kuryer işləyən tələbə ölümlə nəticələnən qəza törətdi - ŞOK TƏFƏRRÜAT
05 May 2025 Deputat Moskvada saxlanıldı, deport edilir
04 May 2025 Tikintidə AĞIR QƏZA: Bu ölkənin vətəndaşları həlak oldu
04 May 2025 İranda 2 nəfəri ildırım vurub öldürdü
04 May 2025 Bakıda dəhşətli QƏTL – Oğul atasını səkkiz bıçaq zərbəsi ilə öldürdü
03 May 2025 Ulyanovsklu manyak – O, öldürdüyü insanların əşyaları ilə gəlincik bəzəyib
03 May 2025 Qubadan Xaçmaza "uçan maşın"ın sürücüsü danışdı - ANBAAN GÖRÜNTÜLƏR
03 May 2025 Ramiz Mehdiyevdən 8 milyon dollara satışa çıxarılan villa ilə bağlı AÇIQLAMA - "İlk dəfədir sizdən eşidirəm..."

Dünyapress TV

Xəbər lenti