Gömrük Komitəsinin bu məlumatı müzakirələrə səbəb oldu –
Dövlət Gömrük Komitəsinin gömrük orqanına bəyan edilməyən brend geyim əşyalarının aşkar olunması ilə bağlı yaydığı məlumat müzakirələrə səbəb olub.
Kommersant.az-ın xəbərinə görə, məlumatda bildirilib ki, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinə daxil olan məlumat əsasında İstanbul-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşı Heydər Əliyev Beynəlxalq Hava Limanının “CİP” zalından gömrük nəzarət zonasını tərk etmək istəyərkən ona məxsus əl yükləri gömrük yoxlamasına cəlb edilib. Yoxlama zamanı əl yüklərindən gömrük orqanına şifahi, yazılı və ya elektron qaydada bəyan edilməyən xeyli miqdarda müxtəlif markalı brend geyim əşyaları, 1 ədəd “Cartier” markalı qol saatı, 175 qram zərgərlik məmulatları və digər mallar aşkar olunub. Faktla bağlı araşdırma aparılır.

Bu addıma görə sosial şəbəkə istifadəçiləri Gömrük Komitəsini sərt tənqid ediblər.

Tənqidi və ironik şərhlərin bəzilərini təqdim edirik: “Burada nə var ki? Şəxsi əşyalardır. Sadəcə, brend məhsullara oxşayır, bahalı görünür, vergi tutmaq istəyirler, amma belə sərgiləmək doğru deyil”, “Yaxşı, deyək ki, bəyan olmalıdır. Bu adam milyardları gizlətmir ki, orada uzağı 400-500 manatın söhbəti gedir. Onu müsadirə edib, şəklini çəkib paylaşırsınız. Elə bil böyük qəhrəmanlıq etmisiniz”, “Hörmətli Gömrük Komitəsi, DİN-in hər gün müsadirə etdiyi narkotik vasitələr gömrüyün nəzarətindən kənar necə keçir? Onları görmürsüz,bunu necə görürsüz?”, “Təbriklər, DGK! Tarix yazmısınız...”, “Müharibə vaxtı əsgərə göndəriləcək siqareti oğurlayan generallarınızı da paylaşın. Baxaq görək hansı daha böyük qəbahət işlədib? Bu etdiyiniz biabırçılıqdır”, “Ölkəyə gətirilən “şəpit”ləri aşkar edən gömrükçülər Azərbaycan iqtisadiyyatına vurulacaq külli miqdarda ziyanın qarşısın alıblar ki...”, “Burada qeyri qanuni nə var ki? Narkotik yox, silah yox”, “Bəlkə hər ay istifadə etmirəm 800 dollarlıq balansımı. İl ərzində bir dəfə istifadə etmək istəyirəm. İl ərzində 9600 dollarlıq icazəm yoxdur? Olmazmı bir dəfəyə istifadə edim?”, “Bu paylaşıma görə utanmalı və həmin vətəndaşdan qurum olaraq üzr istəməlisiniz!”, “Deməli, xaricə gedəndə özümüzə nəsə alıb gətirməyək? Bunu demək istəyirsiz? Biabrçılıqdır!”, “O qərarda yazılıb ki məhsullar gömrük orqanına bəyan olunmayanda camaatın şəxsi əşyalarının şəkilin çəkib internetdə paylaşmaq lazımdır?”, “Oturdunuz hesabladınız ki, 800 dollardır? 800 dollara o qədər şey olur? Bu vətəndaş gedib sizi məhkəməyə versə, Avropa məhkəməsinə qədər getsə, udacaq axı. Camaatın şəxsi əşyasını sərgiləyirsiz! Ar olsun sizə! Dərhal üzr istəyin!”, “Sayənizdə evimizdə rahat yatırıq”, “Ölkədən kənara hara gedirsən get, belə mənzərə yalnız burda ola bilər. Naxçıvanda baqajımı necə açdılarsa bütün geyimlərim (köhnə, yəni özümə məxsus) töküldü millətin ortasına. Ordakı utancımı anlatmağa kəlimələr yetməz”, “Çox böyük iş görmüsünüz”, “Utanmırlar, çəkib qoyurlar, nə güclü əməliyyat olub...”, “İmkan vermək olmaz vətəndaş rahat yaşasın. Halal olsun gömrük xidmətinə, bu milyonluq malı aşkar etdi”, “Çox operativsiniz, “qürurlandım””, “Sizə də bu yaraşır, belə də davam edin”, “Bu gün də Gömrük Komitəsinin yerinə utandıq”, “DGK, yaxşı etmisiniz, həmin vətəndaş gətirdiyi malları bəyan etməmiş satıb varlanacaqdı, sonra da, yəqin ki, bahalı maşın alardı özünə, varlı məmurlardan seçilməzdi. Axı sən sadə vətəndaşsan, niyə bəyan etmirsən?”, “Bu, o deməkdir ki, xaricə gediriksə, "shopping"dən uzaq qalaq. Əks halda aldıqlarımız bizə qismət olmayacaq”, “Məncə, bu paylaşımı silsəniz yaxşıdır, camaat sizə gülür”, “İnana bilmirəm ki, bu, Gömrük Komitəsinin paylaşımıdır. Yəqin, səhifə “hack” olunub”, “Gömrük köhnə rekordları yeniləyir”, “Mütləq içində alt paltarı da olub, sadəcə, paylaşmağa üzünüz gəlməyib, afərin!”, “Utanmaq yoxdur, dövlət qurumunun məşğul olduğu işə baxın”, “Halal olsun gömrüyümüzün keşiyində duran əməkdaşlara, siz olmasaydınız, inanın ki, bu ölkə ağ günə çıxardı...”, “Dövlət Gömrük Komitəsi, NK-nın 305 saylı qərarı çox absurddur. Daxildə istehsalı olmayan məhsulun idxalından rüsum götürmək, hər hansı ekvivalent müəyyənləşdirmək ondan da absurddur. NK-nın qurum olaraq fəaliyyəti dubl absurddur”, “Bəyan olunmayanda şəxsi əşyaların şəklin çəkib nümayiş edirlər? Hansı əsasla? Üzr videosu da çəkdirin, siz Allah”, “Ekvivalent çoxdur, məncə, 800 yox, 150 edin, dincələk”

Komitənin cavabı isə belə olub: “Nazirlər kabinetinin 305 saylı qərarına əsasən şəxsi istehlak üçün hər bir şəxs Azərbaycan Respublikasının gömrük ərazisinə hər təqvim ayı ərzində bir dəfə, ümumi gömrük dəyəri 800 ABŞ dolları ekvivalenti məbləğində mal gətirə bilər. Həmin məbləğdən artıq olduqda isə məhsullar mütləq şəkildə gömrük orqanına bəyan olunmalıdır”.

Qeyd olunub ki, mövcud qanunvericiliyə görə hər bir şəxs bir təqvim ayı ərzində 20 qram qızılı, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatlarını, emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş 0,5 karat almazı güzəştli qaydada, yəni gömrük ödənişləri ödəmədən gömrük ərazisinə gətirə bilər.
1679676408_5.jpg
1679676408_4.jpg
1679676409_3.jpg
1679676410_2.jpg
 

Bölmənin digər xəbərləri

10 May 2025 “Yağlı” müştərilərin soyulması - Kart məlumatları oğrulara satılır? – Problemin izi ilə
10 May 2025 Vəzifəli şəxslərin həbsinin TƏFƏRRÜATI: Gömrükdəki süründürməçilik, süni maneələr - FOTOFAKT
09 May 2025 Bakının bu ərazisində evlər söküləcək
09 May 2025  “TikTok”-da ajiotaj yaradan xəbər: Təhsil haqqı artırıldı?
09 May 2025 “Pulunu ver, balını artırım” – Abituriyentlərə yeni təhlükə
08 May 2025 Turizm Agentliyinin “yol şousu” baş tutmadı - TƏFƏRRÜAT
07 May 2025 DTX-nin həbs etdiyi bu şəxslər terrorun maliyyələşməsinə 30 min dollar yığıblarmış... - “Sədəqə toplayırdım” “Sədəqə toplayırdım”
07 May 2025 İcra başçıları xidməti avtomobilləri üçün benzini kimdən alır? (SİYAHI)
07 May 2025 Bakıda bu yol 20 gündə ikinci dəfə çökdü — VİDEO
07 May 2025 Binə qəsəbəsini nəfəs kəsən qoxu bürüdü - Əhali təşvişdə
06 May 2025 “Bolt”un yeni fırıldağı - sizdən əlavə pul tutur – İZAH
06 May 2025 “Bu şəxslər məlumatları fırıldaq şəbəkələrə ötürür” - ŞOK açıqlama
05 May 2025 Tətildə kuryer işləyən tələbə ölümlə nəticələnən qəza törətdi - ŞOK TƏFƏRRÜAT
05 May 2025 Deputat Moskvada saxlanıldı, deport edilir
04 May 2025 Tikintidə AĞIR QƏZA: Bu ölkənin vətəndaşları həlak oldu
04 May 2025 İranda 2 nəfəri ildırım vurub öldürdü
04 May 2025 Bakıda dəhşətli QƏTL – Oğul atasını səkkiz bıçaq zərbəsi ilə öldürdü
03 May 2025 Ulyanovsklu manyak – O, öldürdüyü insanların əşyaları ilə gəlincik bəzəyib
03 May 2025 Qubadan Xaçmaza "uçan maşın"ın sürücüsü danışdı - ANBAAN GÖRÜNTÜLƏR
03 May 2025 Ramiz Mehdiyevdən 8 milyon dollara satışa çıxarılan villa ilə bağlı AÇIQLAMA - "İlk dəfədir sizdən eşidirəm..."

Dünyapress TV

Xəbər lenti