Ardını oxu...
Son illər intensiv şəkildə Azərbaycanı təhdid edən və “İran regionda sərhədlərin dəyişdirilməsinə dözməyəcək” deyən rəsmi Tehranla bağlı maraqlı bir detal üzə çıxıb.

Görə, Birinci Qarabağ müharibəsi zamanı İranın prezidenti olan Əkbər Haşimi Rafsancaninin müsahibə zamanı dediyi sözlər Tehranın bugünkü yanaşmasına çox bənzəyir.

Ətraflı videoda:

Globalinfo.az
 
Ardını oxu...
Lavrov: Rusiya tərəfi rus jurnalistlərə viza verilməməsini “unutmayacaq, bağışlamayacaq”
Rusiya rusiyalı jurnalistlərə ABŞ vizalarının verilməməsini nə unutmayacaq, nə də bağışlayacaq.

Bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov BMT Təhlükəsizlik Şurasının qarşıdakı iclaslarında iştirak etmək üçün Nyu-Yorka uçmazdan əvvəl hava limanında jurnalistlərə deyib.

Bu barədə videonu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Telegram kanalında yerləşdirib.

Ən əsası, arxayın olun, biz unutmayacağıq, bağışlamayacağıq”, - Lavrov deyib.

Onun sözlərinə görə, ABŞ rusiyalı jurnalistlərə viza verməməklə soyuqqanlılıq edib və axmaqlıq edib.
Ardını oxu...
Xamaneyi tələbələrlə görüşür.
Görülməmiş bir şey olur, tələbələrdən biri Rəhbərin sözünü kəsir, “Dövlət xalqı dinləməli,şəffaf olmalıdır” deyir.
Xamaneyi çaşqınlıq içindədir, biruzə verməməyə çalışır, “Qarşılıqlı danışmaq olmaz” deyir, səsində gərginlik bariz şəkil alır...
Gənclər qorxunu yeniblər.
Teref.az

 
Ardını oxu...
 

Tehranda qondarma "erməni soyqırımı"nın 108-ci "ildönümü" münasibətilə 24 apreldə "anım tədbiri" keçirilməsinə dair elan yerləşdirib. 

Musavat.com xəbər verir ki, bu barədə foto sosial şəbəkələrdə yayılıb.

İran bununla növbəti dəfə tarixi saxtakarlığa dəstək çıxır. 

 

Musavat.com

Ardını oxu...

 
 
Ardını oxu...
 

Türkiyə hakimiyyəti Sudandan 140 vətəndaşının təxliyəsinə başlayıb.

Bu barədə bazar günü Türkiyə Xarici İşlər Nazirliyi məlumat yayıb.

“Ordu ilə xüsusi təyinatlı qüvvələr arasında toqquşmaların baş verdiyi Sudandan 140 nəfərin təxliyəsi başlanılıb. Vətəndaşlar Efiopiya vasitəsilə Türkiyəyə çatdırılacaq”, - XİN-dən bildirilib.

Qeyd edək ki, Suveren Şuraya rəhbərlik edən ordu komandiri Əbdülfəttah əl-Burhan ilə şurada onun müavini olan çevik reaksiya qüvvələrinin rəhbəri Məhəmməd Həmdan Daqalo (Hamidti) arasındakı fikir ayrılıqları səbəbindən Sudanda vəziyyət kəskin şəkildə pisləşib.//Oxu.az


Ardını oxu...
Türkiyədə keçiriləcək seçkilərə 21 gün qalmış rəy araşdırmaçısı Fərhad Murad qatıldığı televiziya proqramında “Areda Survey” Mərkəzinin keçirdiyi son sorğunun nəticələrini açıqlayıb.

DİA.AZ teleqraf.com-a istinadən xəbər verir ki, sorğuda Prezident Rəcəb Tayyib Ərdoğan 51.4 faiz səs toplayıb.

Türkiyə liderinin ən yaxın rəqibi CHP sədri və “Yeddilik” blokunun prezidentliyə namizədi Kamal Kılıçdaroğlunun isə 41.8 faiz səsi var.

Seçkilərin ilk turunda Prezident Rəcəb Tayyib Ərdoğan qazanacaqmış kimi görünərkən, mümkün ikinci turla bağlı nəticələr də diqqət çəkir. Sorğuya görə, seçki ikinci tura qalsa, Ərdoğan 53.5 faiz səs toplayacaq. Kamal Kılıçdaroğluda isə bu rəqəm 46.5 faiz ola bilər.

Araşdırmada partiyaların səs nisbətləri də müəyyən edilib. AKP və Cümhur İttifaqı böyük fərqlə irəlidə görünür. AKP 41.1, ən yaxın rəqibi CHP isə 25.4 səsə malik olub.

Fərhad Murad son bir aydakı səs dəyişikliyi ilə bağlı mühüm məqamları da bölüşüb.

Son bir ayda Prezident Rəcəb Tayyib Ərdoğan və AKP-nin irəli sürdüyü projelər və gələcəklə bağlı atdığı addımlar vətəndaşlar tərəfindən müsbət qarşılanıb. Fərhad Murad bu səbəbdən son bir ayda Ərdoğanın səslərinin 50.6-dan 51.4 faizə yüksəldiyini deyib.

Kamal Kılıçdaroğlu dəyişiklik edə bilməyib – 41.8 faizdə qalıb.
Ardını oxu...
İrəvanda xüsusi istehsal edilmiş zirehli Leksus-570 (70 EE 700 xüsusi nömrəli) markalı maşın iki xüsusi təyinatlı polisi vurub.

Axar.az erməni mediasına istinadla xəbər verir ki, “Leksus” VAZ-21015 markalı maşınla toqquşduqdan sonra xüsusi təyinatlı iki polisi (OMON) vurub. Xüsusi təyinatlı polislər xəstəxanaya yerləşdirilib.

Erməni mediası zirehli və xüsusi dövlət nömrəsi olan avtomobilin kimə məxsus olduğunu açıqlamayıb.
 
Ardını oxu...
Rusiya 20-dən çox alman diplomatı ölkədən çıxarır.

Cebhe.info xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova "Zvezda" telekanalına açıqlamasında bildirib.

Onun sözlərinə görə, bu addım Almaniya hakimiyyətinin 20-dən çox rusiyalı diplomatı ölkədən çıxarmaq qərarına cavabdır.

“Bild” qəzeti mənbəyə istinadən məlumat yayıb ki, 90 alman diplomatdan 34-ü Moskvanı tərk edəcək.

Bu gün səhər saatlarında Rusiya Xarici İşlər Nazirliyi bildirib ki, Berlin Rusiya diplomatlarını ölkədən çıxarmaq planları barədə Moskvanı əvvəlcədən xəbərdar edib.
Ardını oxu...
Vyanada Suriya, Türkiyə və Ukraynadan olan şagirdləri dərslərində təhqir edən alman müəllimə görə qalmaqal yaranıb.

Bizim.Media xəbər verir ki, bu barədə Avstriyanın ORF televiziyası məlumat yayıb.

Məlumata görə, müəllim həmin ölkələrdən olan şagirdləri alçaldaraq onların və ölkələrinin heç nəyə qadir olmadığını bildirib. O, türk uşaqlara müraciət edərək Türkiyəyə geri dönmələrini təklif edib.

Bildirilib ki, sözügedən müəllim ölkə polisi tərəfindən saxlanılıb.
 
Ardını oxu...
İrəvan günü bu gün Bakı ilə sülh sazişi imzalamağa hazırdır.
Pressklub.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan bildirib.
“Mən Azərbaycana göndərdiyimiz sənədi (sülh müqaviləsi layihəsi) günü bu gün imzalamağa
hazıram. Başqa məsələ odur ki, Azərbaycan bizim göndərdiyimiz kağızı qəbul etmir”, – Paşinyan
parlamentdə deyib.
 

Dünyapress TV

Xəbər lenti