"Aparıcılar reytinq ölçə bilməzlər, yalan deyirlər!"
Dünyaya açılan pəncərənin - televiziyanın qarşısına keçərək dincəlmək əvvəllər gündəlik həyat tərzimizin bir parçası idi. Bu gün vəziyyət xeyli dəyişsə də, televizora baxanlar hələ də var. Yerli telekanallarda yayımlanan proqramların maraqlı olub-olmamağı barədə də birmənalı fikir yoxdur. Bu yöndə daim müzakirələr aparılır. Yəni bəyənib izləyənlər də var, kanalı dəyişənlər də.

Son günlər müzakirə olunan digər məsələ isə verilişlərin vaxtıdır. Bu gün yerli telekanallarda 2-3 saatlıq verilişlərə rast gəlmək olur.

Bəs görəsən, bu qədər uzun proqramlara gərək varmı?

DİA.AZ bildirir ki, məsələ ilə bağlı Yenisabah.az-a danışan tanınmış aparıcı Kamran Həsənli bunun efir vaxtını doldurmaq üçün edildiyini açıqlayıb:

“Dünya təcrübəsində dəqiq bir qayda yoxdur ki, veriliş filan qədər davam etməlidir. Televiziyanın özünün konsepti var. Efir boş olanda, siyahısı (Televiziya dilində ona “setka” deyirlər) boş olanda verilişləri hətta 4 saat da uzatmaq olar. Bizim də efir boşdur. Televiziya kanallarına diqqətlə fikir versəniz, bunu müşahidə etmək mümkündür. Kanalı nə vaxt açasanız, vaxtaşırı boşdur. Kanalda nə mənalı, maraqlı veriliş, nə intellektual yarışma, nə şou-proqram görmək mümkündür. “Setka” boş olduğuna görə də, sosial proqramlar 2-3 saat davam edir, yavaş-yavaş danışırlar, mövzunu qəsdən uzadırlar və s. Sonradan özləri-özlərinə reytinq yazırlar. Reytinqi ən yaxşı internetdə görmək olar. “YouTube”a veriliş qoyulur və onun baxışı 30-40, maksimum 2-3 min nəfərdən o tərəfə keçmir. Bunu özləri də çox yaxşı bilirlər. Fikir versəniz görərsiniz ki, çox vaxt verilişləri heç “YouTube” kanalına da yükləmirlər. Çünki əmindirlər ki, bu zaman biabır olacaqlar”.

K.Həsənli aparıcıların “reytinq xətrinə edirik” kimi fikirlər səsləndirərək məişət mövzularını təbliğ etmələrini sərt tənqid edib:

“Aparıcılar reytinq ölçə bilməzlər, yalan deyirlər! Reytinqi sosial şəbəkələrə baxaraq şərhlərin, bəyənmələrin sayı ilə ölçə bilərsən. Onlar efirdə oturublar, veriliş aparırlar, hardan bilə bilərlər ki, bu veriliş reytinq verir, ya yox?! Reytinq ondan ibarətdir ki, bütün xalq sosial şəbəkələrdə onları söyür. Bu isə antireytinqdi. Hansı sosial şəbəkəyə girirsən bu tip verilişləri, aparıcıları xalq söyür, amma onların üzünə tüpürsən də, ağır sözlər desən də, deyəcəklər ki, əsas odur ki, bizə baxırlar, reytinqimiz var. Bununla özlərinə təsəlli verirlər.

Bu tip verilişləri niyə aparırlar? Çünki onlar özləri məişət düşüncəsində olan insanlardır. Kanalların rəhbərləri də, departament rəhbərləri də, aparıcıları da bu cürdür. Onların intellekti normal veriliş aparmağa imkan vermir, məişət problemlərindən kənar şeyləri düşünə bilmirlər. Bu insanlar həyatda da belədir, bir masa arxasında oturanda dünyada gedən proseslərdən, intellektual mövzulardan danışsan, bir neçə dəqiqə sonra darıxırlar, durub masanı tərk edirlər. Yaxud da deyirlər ki, “Sən Allah, başqa söhbət et”. Çünki özləri məişət adamlarıdır, məişət problemləri ilə yaşayırlar. Bu aparıcılar başqa cür proqram yarada və onun aparıcılığını edə də bilməzlər”.

Bölmənin digər xəbərləri

07 May 2025 “Bir aşıq var idi, sazı göyə atdığı üçün toydan qovdular”
07 May 2025 Ələkbər Yasamallı Rəşad Dağlının onun bibisi oğlunu qətlə yetirməsindən DANIŞDI — VİDEO
07 May 2025 Vəfanın toy qiymətini İFŞA ETDİLƏR - VİDEO
06 May 2025 “İndi siz namus timsalı oldunuz?” – Pərvin Abiyeva
06 May 2025 "Nə ləkə vardısa, bizə yaraşdırırdılar"
06 May 2025 Tünzalə Ağayeva Sura Əsgərlinin İNTİHARINDAN DANIŞDI
05 May 2025 "Kirayədə qalır, aylığı 7 min krediti olan maşın götürüb"
05 May 2025 "Sizin etdiyiniz mədəniyyətimizə qara ləkədir" - Nazpəridən aparıcılara
05 May 2025 Analarının sürprizi Xalq artistlərini kövrəltdi - VİDEO
05 May 2025 "Heç bir kanalda məni işə götürmədilər" - FOTO
04 May 2025 "O qədər pul verdilər ki, səhərə qədər sayıb qurtara bilmirdik"
03 May 2025 Güneldən Ebru Gündeşlə bağlı gözlənilməz açıqlama - VİDEO
03 May 2025 Talıb Tale qızına onun adını qoyacaq - VİDEO
03 May 2025 Aqşin aparıcı Zaurları tənqid etdi: “Kişiyə yaraşan suallar deyil” - VİDEO
02 May 2025 Elza: “Onlar polis idarəsində məndən üzr istəyiblər”
01 May 2025 “Uzak şehir”in aktrisası sevgilisindən ayrıldı
01 May 2025 Əməkdar artist canlı oxuya bilməyən tələbəsindən danışdı
30 Aprel 2025 Elnarədən tənqidlərə cavab: “Kimin məzarında çəkilməlidir?
30 Aprel 2025 Emin Ağalarovla Eyyub Yaqubov bir arada - FOTO
30 Aprel 2025 Nazilə Səfərlinin bir ayağı üç santimetr qısalıb: - “Dərdlərimi danışmıram, buna görə də çoxları mənə “aqressiv” deyir”

Dünyapress TV

Xəbər lenti