Mənəvi yöndən “baştacı” edilən savaş igidləri maddi yöndən “ayaqaltı” edildilər
Əlildən, şəhiddən məcburi sığorta haqqı tələbi absurddur
Şəhid-qazilərin pensiyalarını artıran 29.2 maddə bərpa olunmalıdır
Şəhidlərə, qazilərə, əlillərə sözdə diqqət və qayğının işdə elə sözdən o yana keçmədiyini qurtuluşla bitən 44 günlük Qarabağ savaşı ortaya qoydu. Mənəvi yöndən “baştacı” edilən savaş igidləri maddi yöndən “ayaqaltı” edildilər. Kiminin əlilliyi , kiminin mənzili, kiminin pensiyası , bir sözlə , Konstitusiyanın 38-ci maddəsi ilə təminat verilən sosial təminat hüququ ləğv edildi!(?) Təsəvvür edin, 10 noyabr 2020-ci il ZƏFƏR GÜNÜ kimi Azərbaycan tarixinə yazılandan bir ay sonra 29.12.2020-ci il tarixli qanunla “Əmək pensiyaları haqqında” qanunun 19-cu maddəsi (“Əmək pensiyasının sığorta hissəsinə əlavələr”) ləğv edildi və ...Qarabağ əlilləri 55-110 manat arası VERİLMƏYƏN aylıq əlavədən məhrum edildilər. Deputat korpusu, hökumət bu məhrumluğu dövlət (başçısının) qayğısı kimi sırıdılar. Pensiya ödəyən qurum isə ölkədə ən yüksək hüquqi qüvvəyə malik olan Konstitusiyanın 149-cu maddəsinin VII hissəsinə qarşı çıxaraq, 29.12.2020 -ci il tarixli qanunu 15 il qabağa -06.02.2006-ci il tarixli qanuna şamil edərək , 15 ildə vermədiyi əlavələri yenidən “kəsdi”. Nə deputat korpusunun səsi çıxdı, nə Hesablama Palatasının, nə Ombudsmanın, nə PA-nın, NK-nın, nə də hüquq-mühafizə orqanlarının. Hamısı haqqını alıb susdu. Pensiya ödəyən qurumun bu susqunluqdan sui-istifadəsi o həddə çatdı ki, hətta məhkəmə qərarı ilə pensiyalarına əlavə haqq edənlərin haqqını da kəsdi. Dövlət hakimiyyəti dövlətin ərazi bütövlüyünü təmin edənləri dövlət himayəsindən məhrum etdi.
“Əmək pensiyaları haqqında” qanunun 29.2 maddəsinə əsasən , qulluq stajına görə pensiyalarına əlavə hüququ olan şəxslərin -şəhidlərin, qazilərin, savaş əlillərinin vı s. TUTMUŞ OLDUQLARI VƏZİFƏLƏR ÜZRƏ AYLIQ ƏMƏKHAQQI (əməkhaqqı, dövlət məvacibi, təminat xərcliyi) SONRADAN ARTIRILDIQDA, bu ARTIMA UYĞUN OLARAQ PENSİYALAR YENİDƏN HESABLANIR(DI). Di gəl, Prezidentin 23.12.2021-ci il tarixli 1525 saylı fərmanla hərbi vəzifə maaşlarına müəyyən etdiyi 20 faizlik əlavə “BAŞTACI”LARININ- ŞƏHİDLƏRİN, ƏLİLLƏRİN PENSİYASINA HESABLANMADI. ƏƏSMN yetkililəri bu “diqqət-qayğını” öncə “əlavə”nin “artım” sayılmaması (?) ilə izah etdi, sonra qanuna edilən bir il sonrakı 05.11.2022-ci il tarixli dəyişikliklə.(?) Bəli, bəli, ZƏFƏR GÜNÜNDƏN 2 İL SONRA 05.11.2022-ci il tarixli (“DİQQƏT-QAYĞI”LI) qanunla 29.2 maddəsi LƏĞV EDİLDİ və.. Kontitusiyanın 149-cu maddəsinin VII hissəsinə zidd olaraq geriyə- 1 il qabaqkı 23.12.2021 tarixli prezident fərmanına şamil edildi ..və bu absurdluq hələ də sürür.
2022-ci il tarixli qanunun bir il qabaqkı 2021-ci il tarixli Prezident fərmanına şamil edilməsi absurdluğu bir yana, şəhidlərə, əlillərə şamil edilməsi absurddur. Bilirsiniz, şəhidlərin, savaş əlillərinin TUTMUŞ OLDUQLARI VƏZİFƏLƏR ÜZRƏ TƏMİNAT XƏRCLİYİ SONRADAN ARTIRILDIQDA PENSİYALARININ YENİDƏN HESABLANMASINA QADAĞA QOYAN NƏDİR? XİDMƏTƏ YARARSIZ ƏLİLİN, XİDMƏTDƏN CƏNNƏTƏ “EZAM OLUNAN” ŞƏHİDİN DÖVLƏTƏ MƏCBURİ SIĞORTA HAQQI ÖDƏMƏMƏSİ!(?) Absurd deyilmi?
Şəhid, əlillərə ilgidə bu absurdluğa son qoymaq çağıdır. Dövlət şəhidin, savaş əlilinin sığorta puluna, əlinə baxmalı deyil, şəhid, əlil dövlətin sığortasına baxır. Bir günlük antiterror əməliyyatı şəhidləri, qaziləri bir daha mənəvi ucalığa qaldırdı, maddi ucalığı təmin etməksə dövlətin borcudur.
Məğrur Bədəlsoy
Ədalət adına vurğulayaq ki, “Əmək pensiyaları haqqında” qanuna edilən 13 may 2022-ci il tarixli dəyişikliklə İŞLƏYƏN şəhid ailələrinin, savaş əlillərinin pensiyalarının yenidən hesablanmasını onların MÜRACİƏTLƏRİ ƏSASINDA 37.3.2-1 maddəsi diqtə edir. Dİ gəl, qanununun diqtəsini pensiya qurumunun özbaşınalıq diktaturası əvəz edir, işləyən savaş əlillərinin müraciətinə İŞLƏMƏLƏRİ “ƏSASI” ilə (?) imtina edilir . Daha bir “diqqət-qayğı” absurdluğu: QANUN PENSİYAYA ÇIXANDAN SONRA İŞLƏMƏYƏ DAVAM EDƏNLƏRİN FƏRDİ SIĞORTA HESABINDA YIĞILAN KAPİTALA UYĞUN YENİDƏN HESABLANMANI NƏZƏRDƏ TUTUR, HESABLAMANI ETMƏLİ QURUM İSƏ HESABLAMIR Kİ, ƏLİL İŞİNİ DAVAM ETDİRİR.
b_400_300_16777215_00_http___teref.az_uploads_posts_2023-09_20230830_145112-1.jpg
b_400_300_16777215_00_http___teref.az_uploads_posts_2023-09_20230830_145112.jpg
b_400_300_16777215_00_http___teref.az_uploads_posts_2023-09_20230922_125954.jpg
 

Bölmənin digər xəbərləri

07 May 2025 “6 yaşında uşaqdan niyə Eynşteyn düzəltmək istəyirsiniz?!” – Pediatrdan valideynlərə ÇAĞIRIŞ
07 May 2025 Azərbaycanda pensiyaçıların kommunal borclarını dövlət ÖDƏYƏCƏK?
06 May 2025 SSRİ-nin sərt və şərt qanunları - onları pozanlar cərimələnib, həbs olunublar
06 May 2025 Əyani, qiyabi, indi də distant təhsil: Dövlət qərar verdi - AKTUAL
05 May 2025 Yayda gedə biləcəyiniz ən ucuz ölkələr – SİYAHI
05 May 2025 3 bürcün həyatı dəyişə bilər!
03 May 2025 Boşanma zamanı əmlak bölgüsü necə tənzimlənir? – Hüquqşünas
02 May 2025 Bakıda söküntülər BAŞLADI: Kompensasiya sakinləri qane etmir VİDEO
02 May 2025 Məhərrəm Quliyevin qəbuluna getsə də...
01 May 2025 Sumqayıt Şəhər İcra Hakimiyyətinin tabeliyindəki müəssisənin dövlətə vergi borcu üzə çıxıb
01 May 2025 Azərbaycan əhalisi ayda siqaretə 7, təhsilə 6 manat xərcləyir - SİYAHI
30 Aprel 2025 Kahramanmaraşda "Azərbaycan məhəlləsi"ndəki evlərin inşası yekunlaşıb
29 Aprel 2025  “Hünər İnşaat”: Burda insan taleyi HEÇDİR!
29 Aprel 2025 "Binanın altındakı torpaq sahəsi sakinlərin mülkiyyətidir" - Vəkil
28 Aprel 2025 Rəsmi iş yeri olmayanlara ŞAD XƏBƏR – Bu qayda ilə ev ala bilərsiniz
26 Aprel 2025 Rusiyada miqrantlarla bağlı yeni qaydalar təklif OLUNUR
25 Aprel 2025 Pensiyaçılara ŞAD XƏBƏR - Yeni qayda tətbiq edilir
25 Aprel 2025 Bir gün Bakıda nəqliyyat pulsuz olacaq
24 Aprel 2025 Bu rayonlarda köçkünlərə verilən mənzillərin sahəsi minimum səviyyədən aşağıdır - BU DA FAKT!
24 Aprel 2025  MTK-lar ev sahiblərinə güc tətbiqini qanuniləşdirmək istəyir?

Dünyapress TV

Xəbər lenti